Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə5/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   2   3   4   5   6   7   8   9   ...   20

Ramil Mərzili 

 

28 



 

SON ÜMİD. 

(QADINIMA) 

 

Bir ümid dalınca yolla, qoy gedim, 



Eybi yox,son ümid,son istək olsun. 

Son dəfə əlimi məhəbbətlə sıx, 

Bu mənə verdiyin ilk dəstək olsun. 

 

Arzusun sozaldıb, boynunu bükmüş, 



Tanrı dərdlərimə sığal da çəkmiş. 

Qəlbimə bir həsrət toxumu əkmiş

Bitərsə sən adlı bir çiçək olsun... 

 

Bir an buraxmadım dərdin ənsəsin, 



Son arzum batırır qəlbimin səsin. 

Bir qızımız olsun, sənə bənzəsin, 

Birdə ki, gülüşü sənintək olsun... 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Kimsə bilməsin  

 

29 


 

BƏLKƏ  DANIŞMAYASAN. 

 

Saçlarına yad əllərmi toxundu ?! 



Necə dözdün, insafdamı yoxundu? 

Ürəyimdə matəm himni oxundu, 

Nədi soruşmayasan... 

 

Bu necə ağrıdı, bu necə ahdı, 



Bəzən bir təbəssüm özü günahdı. 

Ruhumu yandırdın, canımı yaxdın, 

Özün alışmayasan... 

 

Sanki məzarlıq var üzündə , Dünyam, 



Gəl, bir az ağlayım dizində, Dünyam. 

Dərdimiz "gül açdı" bizim də, Dünyam, 

Dərdlə barışmayasan... 

 

Saçlarından dən ver, ay kədər üzlüm, 



Gözlərindən qəm ver, ay günah gözlüm. 

Dodağın səyriyir, ay titrək sözlüm, 

Bəlkə danışmayasan ?! 

 

 



 

 

 



 

 

 



 

                



 

 


Ramil Mərzili 

 

30 



 

DÜŞDÜ... 

 

Böldük ata malıtək bütün hisslərimizi



Sevincləri sən aldın, kədər şənimə düşdü. 

O qədər dağ çəkdinki, həsrət qaldım dumana, 

Dünyanın bütün “dağı” mənim çənimə düşdü. 

 

Həsrətinə pay tutub iliyimdən, qanımdan, 



Səni söküb atacam canı çıxan canımdan. 

Bir sevgi mehi olub, tez ötüşdün yanımdan, 

Ha baxdım görəmmədim, fərqli yönümə 

düşdü. 


 

Azdım öz hisslərimin kəskin yol ayrıcında, 

Mənim səadətim var o bükülən ovcunda. 

Bələdçisiz çıxdığım yolun dolanbacında, 

Günəş arxamda qaldı, kölgəm önümə düşdü. 

 

 Səni harda gəzdimsə, özümü orda gördüm, 



 Harda ləpirin varsa, izimi orda gördüm. 

 Sönmüş od- ocağımı, közümü orda gördüm. 

 Qəlbimin ağrı payı saçda dənimə düşdü… 

 

 



 

 

 



 

 


Kimsə bilməsin  

 

31 


 

ÜMİDİMDƏN AS MƏNİ. 

 

Büdrəyir ömür atım, 



Kökdən düşüb həyatım. 

Ölübdür hissiyyatım, 

Tutmur nə toy, yas məni. 

 

Sınıbdı könül sazım, 



"Çox"umdan çoxdur "az"ım. 

Korşalıb alın yazım, 

Poz, yenidən yaz məni. 

 

Nəyə gərək bu canki, 



Ruhuma yükdü sanki. 

O qədər soyuqsanki

Üşüdür ayaz məni. 

 

İnandım eşq oynuna, 



Düşdüm dərdin qoynuna. 

Sal kəndiri boynuma, 

Ümidimdən as məni... 

 

 



 

 

 



 

 

      



 

 



Ramil Mərzili 

 

32 



 

SƏNƏ BƏNZƏYƏN AĞRILAR. 

 

Və sən getdin... 



Geri qaldı sənə bənzəyən ağrılar, 

O ağrının bətnindəki səhvlər, doğrular. 

 

Talan olmuş ömrüm qaldı səndən geriyə, 



Bir çömçəbel kürək lazım 

İçimdəki qəm yükünü çölə kürüyə... 

Gizlənmişdi səadətim dumanla çən arasında, 

Mən özümü itirmişəm taleyimin harasında?! 

 

Bir sozalmış ümid idi içimdəki həsrət yüküm, 



Qəm hopdurdu varlığıma əlçim-əlçim, büküm-

büküm. 


Yatmış idi duyğularım, oyatdım sübh azanına, 

Bir yuxuydu sənli günlər 

Çin çıxmadı..... 

Mən nə deyim bu yuxumu yozanına? 

İçimdəki bu dünyanın mizanını pozanına. 

Səni sevmək günahıyla atıldım qır qazanına. 

 

Çatmadığım arzuların qismət qoydum adını 



mən, 

Min ildirki, unutmuşam səadətin dadını mən. 

Öz içimdə qalayıram cəhənnəmin odunu mən, 

Seçəmmirəm insanların doğmasını, yadını mən. 

 

Get !!!  Elə get, gedişinin daha olmasın dönüşü, 



Mən səni zirvədə sevdim, sənə qıymaram 

enişi... 



 


Kimsə bilməsin  

 

33 


 

NƏDƏN YER ÜZÜNDƏ TƏKƏM. 

 

Yerin orbitimi sınıb, 



Niyə eyni yerə çönür?! 

İnandığımız gerçəklər 

Yalana, yanlışa dönür. 

 

Əllərinlə qoruduğun, 



Ürəyindən axıb gedir. 

O gözlərdə özgəlik var, 

Yad baxışla baxıb gedir. 

 

Bu ürək mənimki deyil



Bu bədən mənə dar gəlir. 

"Əlvidalar soyuq olar", 

Qış olmasa da, qar gəlir. 

 

Həqiqətdən libas geyin, 



Çovğun səni üşüdəmməz. 

Min yalandan ocaq çatsan 

Bir ürəyi isidəmməz... 

 

Bu həsrətə doğma olmaz



Özgə ürək, özgə sinə. 

Bir kərə dönüb baxmadım 

O var ikən özgəsinə... 

 

Udqunuram da keçməyir, 



Boğazımda qalıb tikəm. 

İnsanlar göyəmi çıxıb, 

Nədən yer üzündə təkəm?! 

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə