Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə7/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   2   3   4   5   6   7   8   9   10   ...   20

Ramil Mərzili 

 

40 



 

Necə bilərdimki, sənin gözündə, 

Mənim yaşamımın ölüm anı var. 

Məndən gizlədiyin günahlarının, 

"Bacarsan bağışla!" deyən yanı var. 

 

Yenə də dolmusan buludlar kimi, 



Çənəni sallayıb baxırsan yenə. 

Sənin qəlbindəki günaha qurban, 

Mən o günahlarla aşiqəm sənə. 

 

Mən sənə aşiqəm yerin günəşi, 



Günəşin səmanı sevdiyi kimi. 

Səndən öncəsində kimsə, heç kimsə, 

Heç vaxt titrətmədi uçuq qəlbimi. 

 

Bütün sevgilərin əvvəli savab, 



Bütün sevgilərin sonu günahdı. 

Mən sənə gəldikcə haqqa gəlirəm, 

Bu gəliş daha çox Haqqa pənahdı… 

 

 



 

 

    



 

 


Kimsə bilməsin  

 

41 


 

AYRILIQ  ŞEİRİ. 

 

Ayrılıq şeiri yazacaq deyə, 

Günlərdi qələmi almıram ələ. 

Təbimin boynuna kəndir keçirib, 

Sürüyür inadım, belədən- belə. 

 

Gizlədin büs bütün ayrılıqları, 



Gizlədin a dostlar, görməsin heç kim. 

Qorxuram ayrılıq  şeiri yazsam, 

Doğrudan ayrılıb gedəcək Eşqim. 

 

Razıyam bir ömür yanam bu eşqdə, 



Qəlbimə dağ çəkə, gözümə pərdə. 

Mən "Durun!" deyirəm ayrılıqlara, 

"Yıxıl, öl" deyirəm  həsrətə, dərdə ... 

 

Gülüşü  yoluma  nur  ələdikcə, 



Mən həsrət yolunda azmayacağam. 

Çiçəkdən, böcəkdən yazacam, amma 

Ayrılıq  şeiri  yazmayacağam ... 

 

 



 

 

 



 

 

 



 

 

 




Ramil Mərzili 

 

42 



 

ADAM. 

 

Sən ey yaxından da yaxın, 



Uzaqdan da uzaq adam. 

Gözləriylə od ələyən, 

Ürəyində sazaq adam ... 

 

Ömrümüz dumanda, çəndə, 



İnsan saflaşır sevəndə. 

Gəl şəhərdən üzü kəndə, 

Yolumuzu "azaq", adam ... 

 

Azaq, itirək zamanı, 



Yox edək ahı, amanı. 

Ömrü az olar yamanın, 

Olmayaq yalquzaq, adam. 

 

Çəkək kədərin nazını, 



Susduraq dərd avazını. 

Alnımızdakı yazını 

Sevgimizlə pozaq, adam. 

 

Öz- özünə dərd, qəm yazan



Gah şairəm, gah da ozan. 

Bir kitab tap yuxu yozan, 

Bu yuxunu yozaq, adam ... 

 

Ayrılığı pozammasaq, 



Bu yuxunu yozammasaq, 

Sonumuzu yazammasaq, 

Qəbrimizi qazaq, adam ... 

           



Kimsə bilməsin  

 

43 


 

AYRILIQ. 

 

Gəl bu eşqə biraz "ayrılıq" verək, 



Hər şeyi itirib, yenidən tapaq. 

Təqvimdən götürək yanlış günləri, 

Küt gedən kündəni yenidən yapaq... 

 

Qoy bu eşq birazca nəfəsin dərsin



Gümanı qalmayıb aman içində... 

Yenidən doğulan körpələr kimi, 

Bəlkə də böyüyər zaman içində. 

 

Qoy biraz dincəlsin, yatsın bu sevgi, 



Nə qədər ağrılar, acılar gördü... 

Dərdin küləklərə verdiyi saçı, 

Həsrətlə daradı, hicranla hördü. 

 

Tez yatırt, ört üstün, soyuq olmasın, 



İslaq baxışından buzlayır eşqim... 

Sənin həsrətini geyib əyninə, 

Gecə də, gündüz də sızlayır eşqim... 

 

 



 

 

 



 

 

 



 

 

 




Ramil Mərzili 

 

44 



 

BİR AZ. 

 

Bu gecə səndən xəbərsiz

Xəyalınla baş başayam. 

Ev qaranlıq, otaq soyuq, 

Bağışla, bir az naşıyam. 

 

Soyuq gecədə gəlmisən, 



Nə çayım var, nə çörəyim. 

Keç əyləş, yer dar olsa da, 

Yaman istidir ürəyim... 

 

Nə dəlisən, nə ağıllı, 



Sən ən ağıllı dəlisən. 

Bir gün xəyalın gecikə, 

Yerinə özün gələsən. 

 

Kimlərinsə aldığını, 



Sən yerinə qoydun bir-bir. 

Qorxuram sən alıb getsən, 

Onu geri verə qəbir. 

 

Dincliyimdən qorxuram mən, 



Onu sən qaytardın mənə. 

Əgər bir gün gedərsənsə, 

İtirərəm onu yenə.... 

 

Pəncərədən baxışaraq, 



Yola saldım son ulduzu. 

Özünə rəqibmi sanar?! 

Tanrı da sevməz yalqızı. 

 



Kimsə bilməsin  

 

45 


 

Varlığınla yoxluğuma, 

Nələr qatdı sənin adın. 

Təzadlarla dolu sevinc, 

Bir az da zülüm ver, Qadın. 

 

Bir az ümid, bir az kədər, 



Bir az gülüş, bir az qəhər. 

Bir az şərbət, bir az zəhər, 

Bir az da ölüm ver, Qadın !!! 

 

 



 

 

 



 

      

 

 


Ramil Mərzili 

 

46 



 

DƏRD MƏNDƏN DOYMADI. 

 

Ciyərlərim susadı, su istədi ürəyim



Dərd döndü sərin suya, içdim-içdim, doymadım. 

Nəfəsim təngiyəndə hava almaq istədim, 

Dərdi hava adıyla udduğumu duymadım. 

 

Acdım, taqətdən düşdüm, sevinc dadmaq istədim, 



Dərd dönərək xörəyə, düzüldü masam üstə. 

Fələyə  etirazla  nida  səsi  ucaltdım, 

Dedi sən çəkənisən, məndən fərqli dərd istə. 

 

Dərdi gözəl duyursan, ruhunadək çəkirsən, 



Qoy sənə gendən baxıb, dərdləri ölçüm dedi. 

Dərd içinə dolanda gözlərin bulud olub, 

Səpələsin yağışı qoy əlçim- əlçim, dedi ... 

 

Dərdin ən şirinindən acısınadək çəkdim, 



Damarımdan ürəyə qan deyil, kədər axır. 

Sevinc məndən o qədər uzaqdırki, ay Ömrüm, 

Milyon il məsafədən çönüb üzümə baxır ... 

 

 



 

 

 



 

 

 



        

 

 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə