Kimya fəNNİ kurikulumunu təTBİq edəRKƏn a. Z. Məmmədova, Ç.Ç. Quliyeva, G. V.Şadlinskaya



Yüklə 84,01 Kb.
Pdf görüntüsü
tarix14.10.2017
ölçüsü84,01 Kb.
#4646


Kimya məktəbdə 

 

41 



 

KİMYA FƏNNİ KURİKULUMUNU TƏTBİQ EDƏRKƏN 

 

A.Z.Məmmədova, Ç.Ç.Quliyeva, G.V.Şadlinskaya 



Azərbaycan Dövlət Pedaqoji Universiteti  

 

 

Respublikamızda təhsilin məzmunca yeniləşməsinə istiqamətlənmiş 



islahatların ən mühümü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 

2006-cı il tarixli qərarı ilə  “Azərbaycan Respublikasında ümumi təhsilin 

konsepsiyası Milli Kurikulumu” konseptual sənədinin qəbul olunmasıdır. 

Sonradan bu sənəd 2010- cu ildə “Ümumi təhsil pilləsi üzrə dövlət standartları və 

proqramları (kurikulumları)” ilə əvəz olunmuşdur [1,2]. 

 “Ümumi  təhsil pilləsinin dövlət standartları  və proqramları 

(kurikulumları)” sənədində  nəzərdə tutulan dövlət standartları  aşağıdakıları 

müəyyən edir: 

 

ümumi təhsilin məzmununu; 



 

ümumi təhsilin idarə olunmasını; 



 

ümumi təhsilin maddi-texniki və tədris bazasını; 



 

ümumi təhsilin infrastrukturunu; 



 

ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini; 



 

ümumi təhsil sistemində  təhsilalanların bilik, bacarıq və  vərdişlərinin 



səviyyəsini. 

Ümumi təhsil üzrə təhsil proqramında (kurikulumunda) aşağıdakılar 

əhatə olunur: 

 



ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları; 

 



ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər; 

 



ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ 

saatlarının miqdarı; 

 

ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri; 



 

təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi; 



Kurikulum aşağıdakı ümumi prinsiplərə əsasən hazırlanmışdır: 

 



milli və ümümbəşəri dəyərlərin nəzərə alınması; 

 



ümumi inkişafı, meyl və maraqları  nəzərə alınmaqla bütün şagirdlərə 

əlverişli təlim şəraitinin yaradılması: 

 

şagirdyönümlük; 



 

tələbyönümlük; 



 

nəticəyönümlük; 



 

inteqrativlik. 




4(48)2014 

 

 



42

Fənn kurikulumu - fənn üzrə  məqsəd və  vəzifələri müəyyənləşdirən və 

ona doğru istiqamətlənmiş standartların reallaşması üçün zəruri fəaliyyətləri əhatə 

edən konseptual sənəddir. Fənn kurikulumunda əsasən aşağıdakılar  əhatə olunur: 

1.

 



Fənnin məzmunu. 

2.

 



Təlim strategiyaları. 

3.

 



Şagird nailiyyətlərinin qiymətləndirilməsi. 

Fənnin məzmununa aiddir: 

 



ümumi təlim nəticələri; 

 



məzmun xətləri; 

 



məzmun xətləri üzrə təlim nəticələri; 

 



fəaliyyət xətləri; 

 



məzmun standartları; 

 



inteqrasiya. 

Təlim strategiyalarına aiddir: 

 



təlimin təşkilinə verilən tələblər; 

 



təlimin təşkilində istifadə olunan forma və üsullar

 



müəllimin təlim fəaliyyətlərinin planlaşdırılmasına aid nümunələr; 

 



fənnin məzmun standartlarının şərhi. 

Fənn kurikulumlarında ilkin olaraq təlimin məzmunu öz əksini tapır və 

ənənəvi proqramlardan fərqli olaraq, nəticələr formasında verilir, şagirdlərin 

yiyələnəcəyi bilik və  fəaliyyəti konkret ifadə etməklə  şəffaf xarakter daşıyır. 

Mahiyyət etibarilə bacarıqlardan ibarət olan bu nəticələr minimum tələb kimi 

təsdiq olunduğundan həm də standart hesab edilir. 



Məzmun xətti - fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını 

təmin etmək məqsədilə müəyyən edilən məzmunun zəruri hesab olunan hissəsidir. 



Məzmun standartları  nəticə  şəklində olub, özündə konkret 

mənimsəniləcək biliyi və  fəaliyyəti  əks etdirir. Bilik komponentində  nəyin 

öyrədiləcəyi, fəaliyyət komponentində isə necə nümayiş etdiriləcəyi göstərilir. 

Standartlar əsas və alt standartlar kimi təqdim edilir. 



Əsas standart – bir neçə sinifdə və hətta ümumi təhsil pilləsi üzrə  eyni 

formada ifadə olunaraq dəyişməyə bilər və iki funksiyanı yerinə yetirir: 

1.

 

Fənlər üzrə müəyyən olunan təlim nətiicələrini məzmun xətləri üzrə 



ümumi şəkildə ifadə edir. 

2.

 



Sinif və  fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını  təmin 

edir. 


Alt standart – sinifdən-sinfə  və sinif daxilində inkişaf etməklə 

kurikulumun inkişafetdiricilik prinsipini həyata keçirir. Alt standartın dörd əsas 

funksiyası var: 



Kimya məktəbdə 

 

43 



 

1.

 



Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı  zəmin 

yaradır. 

2.

 

Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır. 



3.

 

Təlimdə inteqrativliyi təmin edir. 



4.

 

Təlimin məzmununun davamlı inkişafını təmin edir. 



Fəaliyyət xətti – məzmun xətlərində  əks olunan biliklərin  əldə 

edilməsində  şagirdə praktik imkan yaradır. Fənnin məzmun standartları bu 

fəaliyyət xətləri ilə əlaqəli şəkildə tətbiq olunur [3-6]. 

Kimya fənni kuriukulumu da yuxarıda göstərilən prinsiplər  əsasında 

hazırlanmış və nəzərdə tutulan məsələləri tam əhatə edir [7]. 

VII-XI siniflər üçün nəzərdə tutulmuş kimya fənni kurikulumunda  

məzmun xətlərinin  maddə  və maddi aləm, kimyəvi hadisələr (kimyəvi 

reaksiyalar), eksperiment və modelləş-dirmə, kimya və  həyat  kimi verilməsi 

fənnin məzmununun inteqrativliyini təmin edir və  şagirdlər tərəfindən biliklərin 

müstəqil olaraq tam, bütöv şəkildə mənimsənilməsini asanlaşdırır.  

Məzmun xətləri  əsasında müəyyənləşdirilməş standartların (əsasən alt 

standartların) sinifdən-sinfə keçdikcə  və eyni zamanda sinif daxilində sadədən 

mürəkkəbə, asandan çətinə doğru dərinləşməsi, genişləndirilməsi biliklərin 

sistemli şəkildə ardıcıl olaraq mənimsənilməsinə şərait yaradır.             

 Kimyanın tədrisinin uyğun fənlərlə əlaqəli təşkili, müasir təhsilin mühüm 

prinsiplərindən olan inteqrativliyin gözlənilməsini təmin etməklə yanaşı, 

interaktiv öyrənməyə imkan yaradır,  şagirdlərin təbiət, cəmiyyət və insanlar 

barədə qarşılıqlı  əlaqələr  şəraitində qurulmuş biliklərə yiyələnməsini 

stimullaşdırır, onların fəaliyyətini məntiqi, tənqidi və yaradıcı istiqamətə yönəldir. 

Kimyanın tədrisində yeni qiymətləndirmə sistemindən olan məktəbdaxili 

qiymətləndirmənin tətbiq edilməsi fikrimizcə ən əhəmiyyətli məsələlərdən biridir. 

Ənənəvi təhsildə  şagird yalnız qiymət almaq üçün müəyyən vaxtlarda dərsə 

hazırlaşırdı ki, bu da kimyadan biliklərin  əldə edilməsində ardıcıllığın 

pozulmasına, mexaniki əzbərçiliyə  gətirib çıxarırdı. Kimya dərslərində formativ 

qiymətləndirmənin düzgün aparılması bu nöqsanı aradan qaldırır.  Şagirdin hər-

hansı  səbəbdən öyrənə bilmədiyi mövzuya yenidən qayıtmasına, qiymətini 

düzəltməsinə  şərait yaradır. Belə olduqda şagirdin qazandığı biliklərdə kimya 

fənni üçün vacib olan sistemlilik, ardıcıllıq prinsipləri yerinə yetirilir. 

Kimya fənni kurikulumunun tətbiq edildiyi hazırkı VII siniflər üçün 

mütəxəssislər tərəfindən hazırlanıb istifadəyə verilən dərslik komplektindən 

müəllimlər çox faydalana bilərlər. Lakin bütün bu prosesləri düzgün yerinə 

yetirmək üçün kimya müəllimi müasir təhsilin tələblərinə uyğun bilik, bacarıq, 

səriştə, metodiki hazırlıq və yüksək pedaqoji ustalığa malik olmalıdır. Kimya 

fənni kurikulumu ilə tədris aparan müəllim ilk növbədə dərsin planını hazırlamağı 




4(48)2014 

 

 



44

bacarmaladır. Bunun üçün aşağıdakı ardıcıllığa  əməl olunmasını  məqsədəuyğun 

hesab edirik: 

1.

 

Dərsin mövzusu müəyyən edilir (perspektiv planlaşdırmaya uyğun 

olmaqla). 

2.

 

Standartlar seçilir. Bu məqsədlə müəllim  mövzunun hansı sinifdə tədris 

olunduğunu nəzərə alaraq kimya fənni kurikulumda olan əsas standartları 

nəzərdən keçirir və yalnız alt standartları qeyd edir.  

3.

 

Seçilmiş alt standartlara uyğun məqsədlər qoyulur. 

4.

 

Müvafiq iş formaları və təlim üsulları müəyyənləşdirilir. 

5.

 

Hansı fənlərlə inteqrasiya yaradılmasına diqqət yetirilir. 

6.

 

Lazım olan resurslar  hazırlanır. 

Dərsin səmərəliliyini təmin edən əsas amillərdən biri təlim məqsədlərinin 

düzgün müəyyənləşdirilməsidir. Təlim məqsədlərinin məqsədəuyğun hesab edilən 

əsas təsnifatı aşağıdakılardır: 



1.

 

Müəllimin fəaliyyətinin xarakteri üzrə: öyrədici (təhsil),  inkişafetdirici, 

tərbiyəedici; 

2.

 

İdrak sahəsində  əldə olunan nəticələrin səviyyəsi üzrə (Blumun 

taksonomiyası): bilmə, anlama, tətbiqetmə, analizetmə, sintezetmə, 

qiymətləndirmə;  

3.

 

İdrak proseslərinin səviyyəsi üzrə: hafizə  və  təfəkkürün müxtəlif 

(məntiqi, tənqidi və yaradıcı) növləri [8]. 

Ənənəvi təlimdə yalnız birinci təsnifat  əsas götürülürdü. Beləki, müəllim 

planı hazırlayarkən, məqsədi qeyd edir, dərsdə isə mövzunu elan edirdi. 

Kurikulumla tədrisdə, dərsin məqsədlərinin qoyulmasında hər üç təsnifata istinad 

edilməli, şagirdlərin mövqeyi ön plana çəkilməlidir.  

Onu da qeyd edək ki, kimya fənni kurikulumu əsasında aparılan dərsin 

gedişində standart, məqsəd və qiymətləndirmə meyarları bir-biri ilə uzlaşmalı, 

tədqiqat sualında qoyulan məsələlər tapşırıqlarda tam əhatə olunmalıdır. 

Dərsin  ən mühüm mərhələsi olan motivasiyanın  əsas vəzifəsi  şagirdlərin 

təlimə marağını problemin həllinə doğru fəal, canlı şəkildə istiqamətləndirməkdir. 

Kimya fənni üzrə  fəal dərsin motivasiyanı müxtəlif yollarla yaratmaq olar: 

suallarla,  şəkil, sxem, video material, kimyəvi təcrübələr nümayiş etdirməklə, 

müxtəlif xarakterli maddələrin özləri ilə yaxından tanış edilməklə  və s. 

Motivasiyanın digər vəzifəsi isə  tədqiqat sualını  çıxarmağa  şərait yaratmaqdır. 

Tədqiqat sualı ilkin fərziyyələr irəli sürməyə, onu təşkil etməyə imkan yaradır və 

tədqiqat işinin həyata keçirilməsini tələb edir.  

Deyilənlərə bir daha aydınlıq gətirmək məqsədilə “Oksidləşmə-reduksiya 

reaksiyaları” mövzusunda bir dərs nümunəsini verməyi məqsədəuyğun hesab 

edirik. 



Kimya məktəbdə 

 

45 



 

Kimya fənni kurikulumuna əsasən oksidləşmə-reduksiya 

reaksiyalarının VIII sinifdə tədris ediləcəyini təxmin edirik. 

Mövzu: Oksidləşmə-reduksiya reaksiyaları. 

Standart:  



2.1.1.Kimyəvi reaksiyaları  tərtib edir, qanunauyğunluqlarını izah 

edir. 


2.2.1.Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərini tərtib 

edir. 


Qeyd:  Dərsin planında adətən alt standartların kodları verilir. Biz 

aydınlıq üçün alt standartların ifadəsini də verməyi məqsədəuyğun hesab 

etdik. 

Məqsəd:  

Şagird:  

1. Oksidləşmə, reduksiya prosesləri, elementlərin 

elektromənfiliklərinin dövrlər və qruplar üzrə 

dəyişilməsi 

qanunauyğunluqları, oksidləşmə  dərəcəsi barədə  əvvəlki dərslərdə 

qazandıqları bilikləri aktuallaşdırır. 

2. Elektron təsəvvürləri baxımından oksidləşmə  və reduksiya 

proseslərini izah edir. 

3. Sadə reaksiya tənlikləri tərtib edərək, oksidləşdirici və 

reduksiyaediciləri müəyənləşdirir. 

4. Kimyəvi reaksiyaların tiplərini yada salaraq, oksidləşmə-

reduksiya reaksiyaları barədə nəticə çıxarır. 



İş forması: Kollektiv və qruplarla iş. 

Təlim üsulları: Beyin həmləsi, sorğu vərəqləri ilə müsahibə.  

İnteqrasiya: Fizika fənni ilə. 

Resurslar:  Dərslik, suallar yazılmış  vərəqlər, meyar cədvəli, 

kimyəvi elementlərin dövri sistem və nisbi elektromənfilik cədvəlləri, 

metalların aktivlik sırasını əks etdirən plakat. 

 

Dərsin gedişi 

I mərhələ. Motivasiya, problemin qoyuluşu. 

Sinfə suallarla müaciət edilir: 

1.

 

Oksidləşmə, reduksiya anlayışlarına hansı mövzuların öyrənilməsində 



rast gəlmisiniz? 

2.

 



Oksigenin bəsit maddələrlə qarşılıqlı təsiri reaksiyası necə adlanır? 

3.

 



Hidrogenin az fəal metal oksidəri ilə reaksiyası necə adlanır? 

4.

 



Oksigen nəyə görə oksidləşdiricidir? 

5.

 



Hidrogen nə üçün reduksiyaedici adlanır? 


4(48)2014 

 

 



46

Şagirdlərin fərziyyələri dinlənilir, cavabları  dəqiqləşdirilir və onların 

iştirakı ilə mövzunun adı açıqlandıqdan sonra tədqiqat sualı qoyulur. 

Tədqiqat sualı:  Elektronların paylanması baxımından oksidləşmə, 

reduksiya proseslərini necə izah edərdiniz və kimyəvi reaksiyaların tiplərinə 

əsasən hansı reaksiyalara oksidləşmə-reduksiya reaksiyaları deyərdiniz? 

II mərhələ. Tədqiqatın aparılması. Müəllim sinfin tərkibindən asılı 

olaraq şagirdləri 3-4 qrupa bölür və onlara aşağıdakı sual və tapşırıqlar yazılmış iş 

vərəqləri paylayır. 

1.

 



Qeyri-metalların oksigenlə qarşılıqlı  təsirinə aid bir neçə reaksiya 

tənliyi yazın. 

2.

 

Metalların oksigenlə qarşılıqlı  təsirinə aid bir neçə reaksiya tənliyi 



yazın. 

3.

 



Dövrlər üzrə soldan sağa getdikcə elementlərin oksidləşdiricilik xassəsi 

necə dəyişir? 

4.

 

Qruplar üzrə yuxarıdan aşağıya doğru getdikcə elementlərin 



reduksiyaedicilik xassəsi necə dəyişir? 

5.

 



Sizin fikrinizə görə metalla qeyri-metal arasında reaksiyada, hansı 

elektron verər, hansı alar? 

6.

 

Birləşmə reaksiyasına aid bir neçə reaksiya tənliyi yazın. 



7.

 

Əvəzetmə reaksiyasına aid bir neçə reaksiya tənliyi yazın. 



8.

 

Dəyişmə reaksiyasına aid bir neçə reaksiya tənliyi yazın. 



9.

 

Parçalanma reaksiyasına aid bir neçə reaksiya tənliyi yazın. 



10.     Hər bir qrup yazdığı reaksiya tənliklərində atomların oksidləşmə 

dərəcələrini göstərsin. 

11. Nisbi elektromənfilik cədvəlinə baxaraq, qeyri metallarıı 

elektromənfiliklərinin artması  sırası ilə düzün və onların ionlarında 

reduksiyaedicilik xassəsinin necə dəyişəcəyi barədə nəticə çıxarın. 

12.


 

 Metalların  aktivlik sırasına baxaraq, onların oksidləşdiricilik 

xassəsinin necə dəyişməsi barədə nəticə çıxarın. 

13.


 

Yazdığınız reaksiya tənliklərində oksidləşmə  dərəcələrinin 

dəyişməsinə görə oksidləşdirici və reduksiyaediciləri təyin etməyə çalışın. 

14.


 

Atom elektron verərsə onun hansı yükü artar? 

15.

 

Atom elektron alarsa hansı yükü artar? 



16.

 

 Metal atomu reduksiyaedicidirsə, onun ionu hansı xassə göstərər? 



17.

 

 Yazdığınız reaksiya tənlikləriinin (tiplərinə görə) hansılarında 



oksidləşmə dərəcələri dəyişən atomlar və ya ionlar oldu? 

18.


 

 Hansı reaksiyalara oksidləşmə-reduksiya reaksiyaları deyərdiniz? 

19.

 

 Atom  maksimum  oksidləşmə  dərəcəsindədirsə o, elektron verər, 



yaxud alar?  Əksinə olduqda necə ola bilər? 


Kimya məktəbdə 

 

47 



 

20.


 

Atom aralıq oksidləşmə  dərəcəsində olarsa elektron alar və ya 

verər? 

Hesab edirik ki, şagirdlər  əvvəlki dərslərdən malik olduqları biliklərə 



əsasən verilən sual və tapşırıqlara cavab yaza bilərlər. 

III mərhələ.  İnformasiya mübadiləsi.  Tədqiqat üçün ayrılan vaxt başa 

çatdıqdan sonra iş  vərəqləri lövhəyə asılır və qrupun liderləri nəticələri təqdim 

edir. 

IV mərhələ. İnformasiyanın müzakirəsi və təşkili. Şagirdlərin təqdimatı 

dinlənilir, lazım gəldikdə müəllimin yönəldici sualları ilə cavablar dəqiqləşdirilir 

və tədqiqat sualına uyğun sistemləşdirilir. 

V mərhələ. Nəticə  və ümumiləşdirmə. Müəllim  əvvəlki mərhələdə 

söylənilən fikirləri ümumiləşdirməklə, şagirdlərin mövzu ilə bağlı hansı nəticələrə 

gəldiklərini soruşur və ehtiyac olduqda özü əlavələr edir. 

Nəticələr aşağıdakı ardıcıllıqla ola bilər: 

1.

 

Kimyəvi reaksiyalarda atom, ion və ya molekulların elektron verməsi 



oksidləşmə, alması isə reduksiya prosesi adlanır. 

2.

 



Elektron verən atom, ion və ya molekul reduksiyaedici, alanlar isə 

oksidləşdirici olurlar. 

3.

 

Oksidləşmə və reduksiya bir-birinə əks proseslərdir. 



4.

 

Oksidləşmə-reduksiya proseslərində reduksiyaedicinin verdiyi 



elektronların sayı, oksidləşdiricinin aldığı elektronların sayına bərabər olur. 

5.

 



Eyni element bir neçə oksidləşmə  dərəcələri göstərirsə, o, maksimum 

oksidləşmə dərəcəsinə malik olduqda yalnız oksidləşdirici, minimum oksidləşmə 

dərəcəsiə malik olduqda isə yalnız reduksiyaedici ola bilər. 

6.

 



Oksidləşmə dərəsələrinin aralıq qiymətlərində atom həm oksidləşdirici, 

həm də reduksiyaedici ola bilər. 

7.

 

Metal atomları yalnız reduksiyaedici, flüor isə yalnız oksidləşdirici 



olur. 

8.

 



Metalların aktivlik sırasına əsasən belə nəticəyə gəlmək olur ki, həmin 

sırada onların kationlarının oksidləşdiricilik xassəsi soldan sağa doğru artır. 

9.

 

Qeyri metalların (S, J, Br, Cl, F) elektromənfiliklərinin dəyişməsinə 



əsasən müəyyən etmək olur ki, onların elektromənfilikləri artdıqca anionlarının 

reduksiyaedicilik xassəsi azalır. 

10.

 

Oksidləşmə  dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalara 



oksidləşmə-reduksiya reaksiyaları deyilir. 

11.


 

 Bütün  əvəzetmə  və yanma reaksiyaları oksidləşmə-reduksiya 

reaksiyalarına aiddir. 

12.


 

 Birləşmə  və parçalanma reaksiyaları  bəzi hallarda oksidləşmə 

reduksiya reaksiyaları ola bilərlər. 



4(48)2014 

 

 



48

13.


 

Mübadilə (dəyişmə, neytrallaşma) reaksiyaları heç bir zaman 

oksidləşmə-reduksiya reaksiyaları olmur. 

14.


 

 Bəzi reaksiyalar kimyəvi reaksiyaların dörd tipindən heç birinə aid 

olmayıb, yalnız oksidləşmə-reduksiya reaksiyalarıdır. 

VI mərhələ. Yaradıcı  tətbiqetmə. Bu mərhələni  şagirdlərin bir qədər 

mürəkkəb reaksiya tənlikləri üzərində yuxarıda deyilənləri izah etmələri ilə həyata 

keçirmək olar. 

VII mərhələ. Qiymətləndirmə və refleksiya. Qiymətləndirməni müəllim 

qrup işinə aid əvvəlcədən hazırlanmış meyar cədvəli üzrə apara bilər. Refleksiya 

üçün tədqiqat sualını  əhatə edən bir neçə dolğun suallar vermək və  şagirdlərin 

dərsdə qazandıqları bilikləri bir daha sistemləşdirmək olar. 

Növbəti dərsin mövzusunun oksidləşmə-reduksiya reaksiyalarının 

tənliklərinin  əmsallaşdırılması olduğunu nəzərə alaraq şagirdlərə oksidləşmə-

reduksiya reaksiyalarına aid bildikləri reaksiya tənliklərini yazmaq kimi ev 

tapşırığı verilə bilər. Oksidləşmə-reduksiya reaksiyalarının tənliklərinin 

əmsallaşdırılmasını növbəti dərsdə  həmin reaksiya tənlikləri üzrə aparmaq olar. 

  Oksidləşmə-reduksiya reaksiyalarına  aid tərəfimizdən təqdim olunan bu 

dərs nümunəsi tövsiyə xarakterlidir. Mütəxəssislərin hazırlayacaqları VIII sinfə 

aid  metodik vəsaitdən müəllimlər  daha  ətraflı məlumat ala bilərlər. 

 

 

 



İstifadə  edilmiş  ədəbiyyat: 

 

1.

 



Azərbaycan Respublikasında ümumi 

təhsilin Konsepsiyası (Milli 

Kurikulumu). “Kurikulum”  jurnalı, 

2008  №1. 

2.

 

Ümumi təhsil pilləsinin dövlət 



standartları (kurikulumları). 

“Kurikulum”jurnalı. 2010, №3.    

3.

 

Təhsil haqqında Azərbaycan 



Resbublikasının Qanunu.”Kurikulum” 

jurnalı, 2009,№ 4. 

4.

 

A.Süleymanova. Fənn kurikulum-



larında məzmun standartları. 

Kurikulumların hazırlanması və tətbiqi 

məsələləri. “Kövsər” nəşriyyatı, Bakı, 

2008.               

5.

 

İ.İsgəndərov. Azərbaycanın 



umumtəhsil sahəsində islahatlar. 

“Kurikulum jurnalı” 2010, №3.       

6.

 

Q.Novruzov,  Ə.Abbasov. “Yaddaş 



məktəbi”ndən “Düşüncə  və  təfəkkür 

məktəbi”nə. Kurikulum jurnalı, 2014, 

№1. 

7.

 



Azərbaycan Respublikasının 

ümumtəhsil məktəbləri üçün kimya 

fənni üzrə təhsil proqramı 

(kurikulumu). Bakı, 2013.    

8.

 

Z. Veysova. Fəal/interaktiv təlim. 



Bakı, 2007, 150 s.     

 

 



 

 


Kimya məktəbdə 

 

49 



 

А.З. Мамедова, Ч.Ч. Кулиевa, Г.В. Шадлинская

 

 

К применению курикулума по химии

 

 

АННОТАЦИЯ  

 

В  статье  представлена  информация  о  линии  содержания,  стандартах 



содержания,  линиях  деятельности,  охваченных  курикулумом.  Выражено 

отношение  подготовке  плана  и  постановке  целей  урока  соответственно 

подстандартам  курикулума  по  химии.   В  конце  изложен  расширенный  план  и 

последовательность обучения по курикулуму урока 8-го класса по химии на тему: 

"Окислительно-восстановительные реакции".

  

 



 

 

A.Z Mammadova, Ch.Ch. Guliyeva, G.V. Shadlinskaya

 

 

To the application of curriculum in chemistry

 

 

ANNOTATION 

 

The article provides information on the content lines, content standards, lines of 

activity covered by the curriculum. Expressed in the preparation of the plan and goal 

setting lesson respectively substandards chemistry curriculum. At the end of the extended 

set out a plan and sequence of training curriculum lesson 8th class in chemistry on "The 

redox reactions".

 

 

 



 

 

Açar sözlər: kurikulum, məzmun xətti, standart, inteqrasiya, oksidləşmə, reduksiya 

 

Ключевые слова: курикулум,  линия содержания,  стандарт,  интеграция,  

окисление, восстановление 



 

Key words: curriculum, line content, standard, integration, oxidation, reduction

 

 



 

Yüklə 84,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə