Kimya təbiət elmidir və bizi əhatə edən aləmdə daim təmasda olduğumuz maddi varlıqları öyrənir. Həmçinin kimya maddələri onların tərkiblərini, xassələrini, çevrilmələrini müşayiət edən hadisələr haqqında elmdir



Yüklə 21,64 Kb.
tarix14.10.2017
ölçüsü21,64 Kb.


Kimya - təbiət elmidir və bizi əhatə edən aləmdə daim təmasda olduğumuz maddi varlıqları öyrənir.Həmçinin kimya maddələri onların tərkiblərini, xassələrini, çevrilmələrini müşayiət edən hadisələr haqqında elmdir. Kimyanın bir çox tətbiq sahələri var. Bu tətbiq sahələrindən biri də tibbdir.

İnsanların sağlamlığını qorumaq üçün dərmanlardan istifadə olunur və bu dərmanların əksəriyyəti kimyəvi üsullarla alınır. Kimya təbiətdəki maddələri öyrənir və bu maddələrin əksəriyyəti insan orqanizmində mövcuddur və insan orqanizmi üçün çox əhəmiyyətlidir.Bu maddələrdən biri – “kalsium” elementidir.

Kalsium - kimyəvi elementlərin dövri sisteminin dördüncü dövrün ikinci əsas yarımqrup elementidir, sıra nömrəsinə görə iyirminci yerdədir. Kalsium yer qabığının 4,1%-ni təşkil edir. O, təbiətdə yayılmasına görə beşinci yeri tutur. Kalsium təbiətdə bərk, gümüşü ağ metal şəklində olur. Təbiətdə o, gips (CaSO4x2H2O), flüorit (CaF2), apatit (Ca5(PO4)3(OH)) və kalsit CaCO3 şəklində rast gəlinir. c:\users\admin\downloads\220px-ca,20.jpg

Kalsium insan orqanizmində əhəmiyyətli elementdir. O, orqanizmdəki sümükləri meydana gətirən və onları möhkəmləndirən önəmli bir elementdir. İnsan orqanizmində mövcud olan kalsiumun 99%-ni sümüklərimiz və dişlərimiz təşkil edir, qalan 1% isə qan laxtalanması, sinir sisteminin bərpası və ürək döyüntülərini tənzimləyən yumşaq toxumalarda və qanda yerləşir.



Kalsium orqanizmimizə müxtəlif qidalarla daxil olur. Buna görə də kalsiumla zəngin qidalar qəbul etmək lazımdır. Kalsiumla zəngin olan qida məhsullar süd, pendir, kəsmik ilə yanaşı, həmçinin soya,  fıstıq, qoz,  kələm, balıq və.s kimi məhsullar nəzərdə tutulur. Gündəlik kalsium miqdarı yaş fərqinə görə dəyişir və orta miqdar 800-1200 mq. arasıdır. Ümumiyyətlə, gündəlik kalsium miqdarı 1500 mq-dan artıq olmamalıdır. Çünki təcrübələr göstərir ki, artıq kalsium böyrəklərdə daş əmələ gətirir.

Süd məhsulları maddələr mübadiləsini tənzimləyir, həzm prosesini asanlaşdırır. Tərkibində B1, B2, B12 və D vitamini olan süd və süd məhsulları mədə-bağırsaq xəstəlikləri yaradan mikrobları məhv edir. Süd məhsullarının tərkibində mikroelementlər, dişləri və sümükləri möhkəmləndirən kalsium və fosfor var. Kalsium sinir sisteminin, gözlərin sağlamlığında böyük rol oynayır.c:\users\admin\downloads\2015-03-05-14-28-25sud-mehsullari.jpg

Badam Omeqa-3 qaynağıdır, tərkibindəki E vitamini şəkər xəstəliyi yaranması riskini azaldır, sümükləri möhkəmləndirir. Tərkibindəki kalsium sümük əriməsinin qarşısını alır, maqnezium baş ağrısı, yuxusuzluq, yorğunluq, baş gicəllənməsinin qarşısını alır. Badamdakı yağlar xolestrolu azaldır, immuniteti gücləndirir. c:\users\admin\downloads\images.jpg

Balqabaq və balqabaq tumu sümük inkişafına kömək olur, böyrək funksiyalarını düzənləyir, sümük xərçəngi riskini azaldır. Xüsusilə, kişilərdə müəyyən bir yaşdan sonra ortaya çıxan sümük əriməsinin qarşısını alır, yaxud azaldır. Arjinin adlı amin turşusu sayəsində nitrit oksidin meydana gəlməsi ilə ereksiya və ürək problemlərində istifadə potensialı yüksəkdir.

Qulançarın tərkibində olan maddələr qanı təmizləyir, ciyərə müsbət təsir göstərir və suyu orqanizmdən çıxartmağa kömək edir.  Tərkibində olan asparaginin sayəsində o, ürək və böyrəyin işinə müsbət təsir göstərir və qan təzyiqini aşağı salır. Həmçinin, tərkibində olan maddələr orqanizmdən  xloridlərin, fosfatların və sidik cövhərini çıxarılmasını təmin edir.

Kalsium həm də orqanizmdə gedən bir çox proseslərdə iştirak edir. Kalsium çatışmazlığı orqanizmdə bir çox problemlər, xəstəliklər yarada bilər. Bu xəstəliklərin bir neçəsini nəzərdən keçirək:

  1. İlk növbədə kalsium sümükləri meydana gətirən və onları möhkəmləndirən bir element olduğu üçün kalsium çatışmazlığı nəticəsində sümüklər kövrək olur, insan skeletində deformasiya baş verir. Məsələn, skalioz xəstəliyi günümüzün ən qlobal xəstəliklərindəndir və onu yaradan səbəblərdən biri kalsium çatışmazlığıdır.

  2. Bilirik ki, orqanizmimizdəki kalsium ürəyin, qan-damar sisteminin fəaliyyətini tənzimləyir. Lakin, kalsium çatmışmadıqda, ürək fəaliyyəti pisləşir və arterial təzyiq aşağı düşür. Nəticədə, əzələlərdə spazmlar, keyimələr, qıcolmalar olur.

  3. Kalsium çatışmadıqda dişlərdə çürümə, tökülmə kimi müəyyən xəstəliklər yaranır.

Bizim kalsiumlu qidalar qəbul etməyimizlə yanaşı, kalsiumun orqanizm tərəfindən mənimsənilməsi vacib faktordur. D vitamini orqanizm tərəfindən kalsiumun mənimsənilməsinə yardım edir. D vitamini yağlı balıqda, yumurtada və süd məhsullarında var. Qeyd etmək lazımdır ki, günəş şüası da orqanizmdə bu vitaminin sintez olunmasına yardım edir. c:\users\admin\downloads\241787.jpg

Elə maddələr var ki, kalsiumun mənimsənilməsinin qarşısını alır. Bunlardan biri dövrümüzün pis və əksəriyyət tərəfindən istifadə olunan siqaretdir. Siqaret çəkmək orqanizmə bütünlüklə ziyandır. Siqaret çəkən insanların bir orqanında deyil, bütün orqanlarında, qan-damar və sinir sistemlərində, dərilərində xəstəliklər yaranır. Nəzərə almaq lazımdır ki, siqaretdən istifadə edərək, orqanizmimizdə xəstəliklər yaratmışıqsa, bu xəstəliklər irs olaraq bizdən gələcək nəslimizə keçir. Həmçinin, siqaret çəkərkən insanlar ətrafdakıları da passiv çəkici olaraq zəhərləyir. Siqaret və digər pis vərdişlərə qarşı əgər mübarizə aparmasaq, bəşəriyyət uçuruma gedər.c:\users\admin\downloads\siqaret.jpg

Bir sözlə, kalsium insan orqanizmində mühüm rol oynayır. Kalsiumlu, ümumiyyətlə, vitaminli qidalar qəbul etmək vacib və əvəzsizdir.


: upload -> iblock
iblock -> TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ
iblock -> Biologiya(yun."bios"-həyat, "loqos"-elm) planetimizdə yaşayan bütün canlıların həyat və fəaliyyətini qanunauyğunluqlarını öyrənən elmdir. Bu termin ilk dəfə 1802-ci ildə J. B. Lamark və Q. R
iblock -> Yeni informasiya texnologiyalarının öyrənmə prosesinə tətbiqində müəllimin rolu
iblock -> Ci illər hesab olunur. 1974-cü ildə iki amerikalı alim S. Voznyak və S. Jobs fərdi kompyuter yaratmış və onu Apple adlandırmışlar. Fərdi kompyuterlərin yaranma tarixi 1974-1975
iblock -> Mövzu: Tədrisdə ən yaxşı
iblock -> Gəncə şəhər Nadir Hüseynov adına 38 №-li tam orta məktəbin
iblock -> Vətən sizin üçün nə deməkdir? Həmin dövlətdə yaşayan və o dövlətin hüquqlarına tabe olan şəxs necə adlanır?


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə