Kimyadan sinifdəNKƏnar iş ÜÇÜn maraqli suallar və cavablari VIII sinif üÇÜn V. M. Abbasov, A. M. Tağıyeva



Yüklə 49,92 Kb.
tarix24.02.2018
ölçüsü49,92 Kb.
#28060

Kimya məktəbdə




KIMYADAN SINIFDƏNKƏNAR IŞ ÜÇÜN MARAQLI SUALLAR VƏ CAVABLARI VIII SINIF ÜÇÜN
V.M.Abbasov, A.M.Tağıyeva
Bu suallar 8-ci sinifdə intellektual oyunlar təşkil etmək üçün istifadə oluna bilər. Bu oyunlar müəllimə imkan verir ki, şagirdlərin proqram materiallarını mənimsəmə dərəcələrini cəlbedici formada müəyyənləşdirsin, öyrətmənin motivasiyasını artırır, məktəblilərin dünya görüşünü genişləndirir.

Dərsdənkənar tədbirlərə hazırlaşarkən şagirdlər elmi-kütləvi ədəbiyyat ilə işləməyi öyrənirlər, bizi əhatə edən aləm, onda baş verən hadisələr haqqında maraqlı suallar seçirlər və onlara cavab axtarırlar. Əlavə ədəbiyyatın öyrənilməsi şagirdlərin lüğət ehtiyatının kimya terminləri ilə zənginləşməsinə kömək edir.

Komandada iş məktəblilərdə kommunikativ mədəniyyət, görülən işə görə kollektiv qarşısında məsuliyyət formalaşdırır, kollektivizm və sağlam rəqabət, qələbəyə can atmaq hissləri yaradır, əmək bölgüsü və qarşılıqlı kömək etmək bacarığını inkişaf etdirir. Bu oyunlar imkan verir ki, şagirdlər auditoriya qarşısında çıxış edə bilsinlər, bir-birinə qulaq asmağı bacarsınlar, yoldaşlarına hörmətlə yanaşsınlar.

Bu məqalədə bizim maraqlı saydığımız sualları və onların cavablarını veririk. Məqalə kimya müəllimləri üçün nəzərdə tutulmuşdur. Kimya müəllimləri oxşar sualları özləri də tərtib edə bilərlər. Lakin oyunlar təşkil olunmazdan bir neçə gün əvvəl müəllim şagirdlərə hansı əlavə ədəbiyyatları oxumaq lazım olduğunu söyləməlidir.




  1. Kimyəvi reaksiyaların sxemi nədir?

Cavab: Reaksiyanın sxemi kimyəvi reaksiyaların ilkin maddələrin və reaksiya məhsullarının formullarının köməyi ilə yazılışıdır.

  1. Adi temperaturda aktiv metallarla suyun qarşılıqlı təsiri zamanı nə əmələ gəlir?

Cavab: Metalların hidroksidləri və hidrogen.

  1. Daha zəif metallarla suyun qızdırılmaqla qarşılıqlı təsiri zamanı nə əmələ gəlir?

Cavab: Metal oksidləri və hidrogen.

  1. Əgər kalsium hidroksid ilə sönmüş əhəng qarışdırılarsa nə baş verər?

Cavab: Heç nə. Bunlar eyni maddələrdir.

  1. Bioqaz nədir?

Cavab: Metan və karbon qazından (karbon dioksiddən) ibarət yanan qazdır.

  1. Natrium xloridi suda həll etdikdə nə baş verir?

Cavab: Duzlu su alınar – natrium xloridin məhlulu.

  1. Hidrogeni almaq üçün hansı maddələr lazımdır?

Cavab: Sink və xlorid turşusu.

  1. Hansı metallar insanlara digər metallara nisbətən daha erkən məlum olmuşdur?

Cavab: Mis, qızıl, gümüş.

  1. Hansı elementlər kosmosla yayılmışdır.

Cavab: Hidrogen və helium.

  1. Boğazda soyuqlama olduqda boğazı yaxalamaq üçün məhlul hazırlamaq məqsədi ilə hansı madələrdən istifadə olunur?

Cavab: Çay sodası, xörək duzu.

  1. Yanma kimyəvi reaksiyasının hansı əlamətlərini bilirsiniz?

Cavab: İstiliyin və işığın ayrılması

  1. Hissəciklərin istilik hərəkətini ilk dəfə kim müşahidə etmişdir?

Cavab: R.Braun.

  1. Əksər maddələrin dəqiq tərkibini kim müəyyən etmişdir və onun adını daşıyan qanunu kəşf etmişdir?

Cavab: A.Avaqadro.

  1. Alüminiumu kim kəşf etmişdir?

Cavab: X.Ersted.

  1. Nə üçün yanan kerosini və benzini su ilə söndürmək olmaz?

Cavab: Bu maddələrin sıxlıqları suyun sıxlığından azdır. Əgər onların üzərinə su tökülərsə, onlar suyun səthinə qalxır və suyun səthində yanmaqda davam edir.

  1. Nə üçün insan qayçıya toxunduğu zaman həmin temperaturda olan taxta xətkeşə toxunduğundan daha soyuq hiss yaranır?

Cavab: Qayçı metaldan hazırlanmışdır və onun istilik keçiriciliyi oduncağın istilik keçiriciliyindən yüksəkdir.

  1. Nə üçün hidrogen ağzı aşağı çevrilmiş qaba yığılır?

Cavab: Çünki hidrogen havadan yüngüldür.

  1. Nə üçün çörək bişirərkən çay sodasından istifadə olunur?

Cavab: Soda karbon qazı ayırmaqla parçalanır ki, o da çörəkdə daha yaxşı görünüş əmələ gəlməsinə səbəb olur.

  1. Nə üçün mirablitin (qlauber duzunun) Qara Boğaz Qol körfəzində çıxarılması qışda həyata keçirilir?

Cavab: Aşağı temperaturlarda duzların həll olması azalır və o, kristallaşır.

  1. Nə üçün bəsit maddələr kimyəvi elmentlərdən çoxdur?

Cavab: Bu, allotropiya hadisəsi ilə əlaqədardır.

  1. Kağız harada kəşf olunmuşdur?

Cavab: Çində.

  1. Arqon hazırda istifadə olunurmu?

Cavab: Közərən elektrik lampalarında və mavi işıq şüalandıran reklam borularında.

  1. Dünya okeanının harasında ən duzlu su var? Cavabı izah edin.

Cavab: Tropiklər rayonunda. Burada su daha istidir və uyğun olaraq daha çox duz həll edir.

  1. Hansı halda xəstəyə xlorid turşusu istifadə edilməsi təyin olunur?

Cavab: Xəstənin mədə şirəsində turşuluq az olduqda.

  1. Nə vaxt və harada ilk dəfə olaraq pəncərə şüşəsi hazırlamağa başlanmışdır?

Cavab: XIV əsrdə Romada.

  1. Nə zaman kömür insana nəfəs almaqda kömək edir?

Cavab: Kömür əleyhqazda olduqda.

  1. Qaz halında təbii qarışıq hansıdır?

Cavab: Hava.

  1. Elektrolitin ionlara parçalanma hadisəsi necə adlanır?

Cavab: Dissosiasiya.

  1. İldırım çaxması zamanı hansı qaz əmələ gəlir?

Cavab: Ozon.

  1. Cisim nədən ibarətdir?

Cavab: Cisim maddədən ibarətdir.

  1. Atomun müsbət yüklü hissəciyi nədir?

Cavab: Proton.

  1. Ən möhkəm təbii maddə nədir?

Cavab: Almaz.

  1. İşıqda bitkilər hansı qazı ayırırlar?

Cavab: Oksigen.

  1. Elektronun verilməsi prosesi necə adlanır?

Cavab: Oksidləşmə.

  1. “Kimyəvi hadisə”nin sinonim ifadəsi hansıdır?

Cavab: Kimyəvi reaksiya.

  1. Mənfi ion necə adlanır?

Cavab: Anion.

  1. Maddə miqdarı vahidi nədir?

Cavab: Mol.

  1. Hidrogen xloridin suda məhlulu necə adlanır?

Cavab: Xlorid turşusu.

  1. Nitrat turşusunun duzları necə adlandırılır?

Cavab: Mitratlar.

  1. Almazın “doğma qardaşı” nədir?

Cavab: Qrafit.

  1. Maddələrin atomlardan ibarət ən kiçik hissəcikləri necə adlanır?

Cavab: Molekul.

  1. Ən yüngül nəcib qaz hansıdır?

Cavab: Helium.

  1. Maddənin tərkibinin şərti yazılışı necə adlanır?

Cavab: Kimyəvi formul.

  1. Yerdə ən geniş yayılmış element hansıdır?

Cavab: Oksigen.

  1. Atomun çevrildiyi yüklü hissəcik necə adlanır?

Cavab: İon.

  1. Bərk su necə adlanır?

Cavab: Buz.

  1. Sulfat turşusunun duzları necə adlanırlar?

Cavab: Sulfatlar.

  1. Farforun vətəni hansı ölkədir?

Cavab: Çin.

  1. Ən yüngül qaz hansıdır?

Cavab: Hidrogen.

  1. Atomun nüvəsi ətrafında fırlanan hissəcik necə adlanır?

Cavab: Elektron.

  1. Hansı metal maye halda olur?

Cavab: Civə.

  1. Hansı yağışların təsiri ilə bitkilər məhv olur?

Cavab: Turşu yağışlarının.

  1. Havada ən çox miqdarda olan qaz hansıdır?

Cavab: Azot.

  1. Ətraf mühitdə dəmirin oksidləşməsi prosesi necə adlanır?

Cavab: Paslanma.

  1. Müsbət yüklü ion necə adlanır?

Cavab: Kation.

  1. Kimyəvi elementlərin üfuqi sırası necə adlanır?

Cavab: Dövr.

  1. Kimyəvi elementlərin şaquli sırası necə adlanır?

Cavab: Qrup.

58. Hansı kimyəvi elementlər işıq hissəciklərinin şərəfinə adlandırılmışdır?

Cavab: Evropium, amersium.

  1. Ölkələrin şərəfinə adlandırılmış elementləri göstərin.

Cavab: Germanium, fransium, polonium, rutenium (Rusiya), qallium (Fransa).

  1. Hansı yağışların təsiri ilə bitkilər məhv olur?

Cavab: Holmium (Stokholmun qədim adından), lütesium (Parisin qədim adından), hafnium (Kopenhagenin qədim adından).

  1. Hansı kimyəvi element ada adı ilə adlandırılmışdır?

Cavab: Mis (Kiprin adından götürülmüş latın sözü cuprum).

  1. Hansı elementin adı yarımadanın adından götürülmüşdür?

Cavab: Skandium (Skandinaviya yarımadası).

  1. Hansı element ABŞ-da şəhərin şərəfinə onun adı ilə adlandırılmışdır?

Cavab: Berklium (Berkli şəhəri).

  1. Hansı element ABŞ-da ştatın şərəfinə adlandırılmışdır?

Cavab: Kalifornium (Kaliforniya ştatı).

  1. Yaxınlığında böyük nadir torpaq metalları, filiz yatağı aşkar olunmuş hansı isveç yaşayış məntəqəsinin adı dörd kimyəvi elementə ad vermişdir?

Cavab: İtterbyu şəhərciyi. İttrium, itterbium, terbium, erbium.

66. Hansı kimyəvi element Almaniyada olan əyalətin şərəfinə adlandırılmışdır?

Cavab: Renium (Reyn əyaləti).

  1. Nə üçün 69-cu element tulium adlandırılmışdır?

Cavab: Tulium öz adını yunan sözü olan “Tuli”dən almışdır. Antik coğrafiyaçılar

Avropanın ən şimal hissəsini belə adlandırırdılar.



  1. Hansı kimyəvi elementlərin adlarında çay adlarını oxumaq olar?

Cavab: Radon – Don, İndium – İnd, Polonium - Po.

  1. Bir elementin adının sonuna iki hərf əlavə etsəniz, Monqolstandan başlanğıcını götürən və Baykal gölünə tökülən çayın adı alınar. Bu element hansıdır?

Cavab: Selen. Çayın adı Selenqadır.

  1. Elementlərdən birinin latınca adının son iki hərfini dəyişdikdə pribaltika ölkələrindən birinin paytaxtının adı yaranır. Bu, hansı elementdir?

Cavab: Tallium. Estoniyanın paytaxtı Tallin şəhəridir.

  1. Hansı elementin adında Türkiyədə yerləşən gölün adı var?

Cavab: Vanadium. Türkiyədə Van gölü var.
Qeyd edək ki, tərtib olunmuş sualların əksəriyyəti təbiət hadisələri, təbiət, canlı aləm ilə əlaqədar olduğundan şagirdlərin böyük marağına səbəb olur. Digər tərəfdən şagirdlər bilirlər ki, kimyanı dərindən öyrənmək onların xoşbəxt və daha təhlükəsiz, o cümlədən sağlam yaşaması üçün lazım olan ən vacib komponentlərdən biridir.

Müəllim bu sualların bir çoxu ilə əlaqədar təcrübələr qoyaraq cavabları praktiki olaraq əsaslandıra bilər. Bu halda yerli materiallardan istifadə daha cəlbedici və maraqlı olur. Verilən suallara cavabların tapılması şagirdlərin dünya görüşünün genişlənməsinə və zənginləşməsinə səbəb olur.




İstifadə edilmiş ədəbiyyat:


  1. Полина Волович, Михаил Бровко. Готовимся к экзамену по химии. М.: Айрис Пресс, 1999, 368 с.

  2. V.M.Abbasov, T.H.Xanlarov, V.S.Əliyev, T.C.Güləliyev, H.M.Əlimərdanov, N.Q.Əzməmmədov, R.M.Mustafayeva, A.H.Batıyeva. Kimya.



  1. С.А.Пузаков, В.А.Попков. Пособие по химии. Программы. Вопросы, упражнение, задачи. Образцы экзаменационных билетов. М.: Высшая школа. 1999, 575 с.

  2. С.М.Кирганский. Увлекательная химия. Внеклассная работа по химии. М.: Русское слово. 2011, 248 с.




Занимательные вопросы и ответы для внеклассной работы по химии

для VIII класса

В.М.Аббасов, А.М.Тагиева
АННОТАЦИЯ
Данная статья посвящена методике проведения обобщенного повторения тем, правилам названия химических элементов, первичным понятиям общей химии и т.д.


Interesting questions and answers for extracurricular work on chemistry for VIII form

V.M. Abbasov, A.M. Tagiyeva
SUMMARY
This article is dedicated to the methodology of the generalized repeat of the naming of chemical elements, first concepts of general chemistry and other themes.

Açar sözlər: kimyəvi reaksiya, kimyəvi tənlik, kimyəvi element, oksid, əsas, turşu, duz

Ключевые слова: химическая реакция, химическое уравнение, химический элемент, оксид, основа, кислота, соль.

Key words: chemical reaction, chemical eguation, chemical element, oxide, main, asid, salt.





Yüklə 49,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə