Kimyanin təDRİSİNDƏ MÜƏLLİMLƏRİn təŞKİlati fəALİYYƏTİ



Yüklə 59,83 Kb.
Pdf görüntüsü
tarix21.05.2018
ölçüsü59,83 Kb.
#45205


Kimya məktəbdə 

 

63 



 

KİMYANIN TƏDRİSİNDƏ MÜƏLLİMLƏRİN  

TƏŞKİLATI FƏALİYYƏTİ 

 

A.N. Hümbətova 



kimya müəllimi 

 

Orta məktəblərdə  tədrisin keyfiyyətini yüksəltməyin yollarından biridə 

müəllimin təşkilati fəaliyyətidir. Digər fənlərlə yanaşı kimyanın tədrisi zamanı 

müəllimin təşkilati fəaliyyətinin yüksək olması  tədrisin keyfiyyətinə çox böyük 

təsir göstərir. 

Müasir dövrdə qloballaşma prosesinin və inteqrasiya meyillərinin getdikcə 

sürətləndiyi ictimai- siyasi, sosial, mədəni sahələrdə baş verən mühüm keyfiyyət 

dəyişiklikləri,  şagirdlərin bacarıqlarının yüksək səviyyədə inkişafını  tələb edir. 

Hazırki dövrdə  məktəbin qarşısında təhsilin keyfiyyətini yüksəltmək kimi məsul 

bir vəzifə durur. Həyata keçirilən təhsil islahatı  təhsil müəssisələrinin 

fəaliyyətində, bütövlükdə  təhsil sisteminin strukturu, idarəsi və iqtisadiyyatında 

köklü yerdəyişmənin həyata keçirilməsini nəzərdə tutur. 

Təbiət fənlərindən olan kimyanın müasir tələblər səviyyəsində tədrisi mühüm 

vəzifələrdən biri kimi qarşıda durur. Kimya fənni üzrə kurikulumun tətbiqi, təlimi 

yeni keyfiyyət səviyyəsinə yüksəltməyə nail olacaqdır. Kurikulumda göstərilir ki, 

kimyanın tədrisi zamanı  şagirdlərə bu elmə maraq, riyazi hesablamalar, yeni 

texniki vasitələrdən istifadə etmək, təbiətdə baş verən hadisələri, maddi aləmdə 

gedən dəyişiklikləri dərk etmək, həyatda, məişətdə ekoloji problemlərin həllində 

iştirak etmək bacarığı aşılanmalıdır. 

Kimyanın tədrisi prosesində  tədqiqatçılıq, analiz və sintez, sistemləşdirmə, 

ümumiləşdirmə, mühakiməyürütmə, məntiqi düşünmə bacarıqlarının aşılanması 

diqqət mərkəzində saxlanılır.Öz iş prosesində müəllim səmərəli metodları  tətiq 

etməklə, pedaqoji prosesi zənginləşdirir.   Fəal dərsdə yüksək nəticə əldə etmək 

üçün yeni metodların tətbiqi; yəni,müasir yanaşmalar tətbiq etməklə, kimya 

həftələrinin keçirməklə, ardıcıl olaraq test tapşırıqlarının keçirilməsi, dərsdə 

problemli situasiyaların yaradılması,  şagirdlərdə  şifahi nitq vərdişlərinin 

formalaşmasına çalışmaq, hər mövzuya aid laboratoriya təcrübələri aparmaq, 

şagirdləri dərs ilinin əvvəlindən olimpiadalara hazırlamaq,  şagirdlərdə müstəqil 

tapşırıqların yerinə yetirmək bacarığının formalaşdırılmasına nail olmağa 

çalışmaq və.s. bu kimi məsələləri həll etməklə, uğur qazanılır. 

Kimyanın tədrisi prosesində  şagirdlərdə elmi dünyagörüşün  əsaslarını 

formalaşdırmaq məsələsi həmişə diqqət mərkəzində olmuşdur. Kimya müəllimləri 

şagirdlərdə bu məsələni müvəffəqiyyətlə  həll etmək üçün Respublikamızın 

neftayırma, kimya və metallurgiya sənayesinin daha sürətlə inkişaf etdirilməsi, 




4(48)2014 

 

 



64

xalq təsərrüfatının, o, cümlədən kənd təsərrüfatı istehsalatının kimyalaşdırılması, 

xammal bazalarının artırılması haqqında hökumətimizin sənədlərini, direktiv 

materiallarını özləri diqqətlə oxuyub, öyrənməli, proqramdakı uyğun mövzuları 

müəyyənləşdirməli və mövzunun hansı hissəsində  həmin materialları  şagirdlərə 

necə çatdırmaq üzərində deşünməlidir. Belə materiallar məktəblilərə dərs zamanı 

yığcam, dərsdən xaric vaxtlarda- kimyaçılar dərnəyinin məşğələsində, kimya 

axşamlarında və.s. daha geniş şəkildə şərh olunmalıdır. 

Şagirdlərin intellekt qabiliyyətlərini müəyyənləşdirmək müəllimin 

vəzifəsidir. Hər bir şagirdin hansı qabiliyyətə malik olduğunu,  şagirdlərdə 

intellektin inkişaf etdirilməsi onların qabiliyyətləri ilə bağlılığını müəllim nəzərə 

almalıdır. Təxəyyül, təfəkkür, intellektin əsasında dayanan qüdrətli bir enerji 

mənbəyi var: İntuisiya! Müasir təhsil məktəblərinin məqsədi intuisiyası güclü olan 

intellekt yetişdirməkdir. Tədris pdosesində şagirdlərə hazır, həll olunmuş biliklər 

verilməsin, onları fəaliyyətə sövq edən, yaradıcılıq axtarışlarına istiqamətləndirən 

metodlardan istifadə etməklə, öyrəndikləri fənni sevdirmiş oluruq. Kimyanın 

tədrisi prosesində müəllim bunları xüsusi bir vəzifə kimi həmişə diqqət 

mərkəzində saxlamalıdır. 

Təhsilin keyfiyyəti cəmiyyətin inkişafının  əsasını  təşkil edən mühüm 

göstərici kimi bütün zamanlarda dəyərli olmuşdur. Tədris olunan fənnin 

səmərəliliyini yüksəltmək, öz əməyində yüksək nəticələrə nail olmaq, əldə olunan 

müsbət nəticələrin praktikada tətbiq etmək və sürətləndirmək müəllimlərin 

təşkilati vəzifələrindəndir. Bunun üçün kursun keçirilən və öyrənilən mövzularına 

dair şagirdlərin müstəqil təcrübələr etməsi çox vacibdir. Məşğələ zamanı müəllim 

şagirdlərin təcrübəni necə etmələrinə diqqət yetirməli və  şagird hər hansı bir 

əməliyyatı düzgün etmədikdə ona dərhal göstəriş verməlidir. Müəllimlərin 

rəhbərliyi ilə, dərsdə, yeni materialı  mənimsəmək məqsədilə  şagirdlər qısa 

müddətli çox da mürəkkəb olmayan  laboratoriya təcrübələri edirlərsə, həm dərs 

keyfiyyətli alınır, həm də  şagirdlər üçün çox maraqlı olur və  dərsdən aldıqları 

təəsürat onları sevindirir. Aparılan təcrübələrin dəqiq hazırlanması, 

göstərilməzdən əvvəl yoxlanması, təcrübələrin təhlil edilməsi, ümumiləşdirilməsi, 

şagirdlərin fəal iştirakı ilə aparılması, proqram materialının daha əsaslı 

mənimsənilməsinə  və  şagirdlərin kimya fənninə olan marağının artmasına, 

onlarda bir sıra əməli vərdiş və bacarıqların formalaşmasına səbəb olur. 

Qabaqcıl təcrübələrin öyrənilməsi, ümumiləşdirilməsi,  ən səmərəli olanların 

seçilməsi, tələb olunan bilik və bacarıqları  şagirdlərin  əldə etməsinə mane olan 

halların aşkar edilməsi, təhsil prosesinin müasir, real modelinin hazırlanması, 

müəllimlərin fəaliyyətini bu modelin tələblərinə uyğun istiqamətdə  həyata 

keçirmək, tədris-təlim işinin ən səmərəli həllinin prinsiplərini müəyyənləşdirmək 

günün tələbidir. 

Müəllim fəaliyyətini, təhsilin müasirləşməsi  şəraitində, təkcə sinif otağı ilə 



Kimya məktəbdə 

 

65 



 

məhdudlaşdırmamalı, cəmiyyətə uyğun daim biliklərin həcmini artırmalı, tədrisin 

müxtəlif tərəflərini dərk etməli, bu sistemin digər iştirakçıları ilə anlaşma  əldə 

etməli, pedaqoji peşənin çətinliyini nəzərə almalı, peşəkarlıq səviyyəsinin daim 

yüksəldilməsinə çalışmalıdır. Təlim metodu elə bir sistemdir ki, o, ardıcıl olaraq 

tədrisin məzmununu mənimsəməyə aparır. Deməli, təlimin məqsədi, məzmunu, 

formaları  təlim metodunda öz əksini tapır. Bu gün müasir dərsin xarakterik 

xüsusiyyətlərindən dərsdə müasir təlim metodlarından istifadədir. Aydındır ki, 

müasir dərs milli təhsilin yaradılmasına yönəlir. Yeniliyin, müasirliyin nədən 

ibarət olduğuna istinad edərək, müəllimlərimiz öz dərslərində tətbiq edərək müasir 

dərs və ona verilən tələblərdən istifadə edirlər. Müasir dərs dedikdə, təlim metod-

larından ustalıqla istifadə edən müəllimin pedaqoji məharəti nəzərdə tutulur. 

Təhsil prosesini elə qurmalıyıq ki, şagirddə özünüinkişaf qabiliyyəti 

formalaşsın. Yəni,birinci növbədə inkişafedici təlim yaradıcılığı  və  təfəkkürü 

formalaşdırmaqla yanaşı,fəallığa, dərketmə qabiliyyətinə  əsaslanaraq, məntiqi 

düşünmə, tənqidi yanaşma, müstəqil qərar çıxarma, bilikləri müstəqil əldə etmək 

qabiliyyətinə malik olmalıdır. Fənnin tədrisində müəllim sinifdə, sistemli, ardıcıl 

və  məqsədli  şəkildə  şagirdlərlə  əməkdaşlıq edir, tədqiqat məqsədlərinin 

qoyuluşunda  şagirdlərə istiqamət verir, biliklərin  əldə edilməsi və 

mənimsənilməsi yollarını öyrədir. Deməli,müəllimin təşkilati fəaliyyətinə 

aşağıdakılar aiddir: 

müəllimin nizam- intizam səviyyəsinin yüksək olması; 



müəllimin sinfi ələ alma səviyyəsinin yüksək olması; 

müəllimin obyektivliyi, şagirdlər arasında ayrı- seçkiliyə yol verməməsi



şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almalı, onlarla ünsiyyəti düzgün 

qurmalıdır; 

müəllim- şagird, şagird- şagird əməkdaşlığını yaratmalıdır; 



şagirdlərdə azad fikirlik, müstəqillik vərdişlərinin yaradılması  səviyyəsinin 

yüksək olması; 

müəllimin dərs prosesində  şagirdlərə  fərdi yanaşma səviyyəsinin yüksək 



olması; 

müəllimin tədris prosesində yaranmış problemi situasiyaları məharətlə həll edə 



bilmə qabiliyyətinin yüksək olması; 

dərsin planlaşdırılması səviyyəsinin yüksək olması; 



dərsdə əsas psixoloji tələblərin həyata keçirilməsi; 

dərsdə vaxtdan səmərəli istifadə; 



müəllimin pedaqoji mədəniyyəti, zahiri görünüşü; 

müəllimin nitqinin aydınlığı, sürəti, tələffüzü, obrazlılığı, emosionallığı və.s. 



dərsdə şagirdlərlə səmərəli əks əlaqənin təmin olunması, əməkdaşlıq şəraitinin 

yaradılması; 



4(48)2014 

 

 



66

dərsdə  əməyin mühafizəsi, təhlükəsizlik texnikasının və gigiyenik tələblərin 



gözlənilməsi. 

Bu gün məktəblərdə müəllimlərimiz dərslərini fəal təlim metod və formaları 

ilə qurmaqla yüksək nəticələr  əldə edirlər. Fəal təlim metodlarının tətbiqi 

müəllimin təşkilati fəaliyyətindən asılıdır. Fəal (interaktiv) təlim tədrisin və idrak 

fəaliyyətinin təşkili, idarə olunması metodlarının məcmusudur. Asan başa 

düşülən,yadda qalan, vacib təlim materialının öyrənilməsində, nəticə  çıxarmağı, 

mühüm və  dərin ümumiləşdirmələr aparmağı  şagirdlər müəllimin rəhbərliyi 

altında öyrənirlər. 

Müəllim dərsə hazırlaşarkən tətbiq edəcəyi metod, iş formasını birlikdə 

götürür, çalışır ki, onlar bir- birini tamamlasın. Bunun üçün müəllim dərslərində 

tətbiq edəcəyi fəal təlim metodlarını bilməli və onun tətbiqini bacarmalıdır. 

Müstəqil fəaliyyət göstərən, yaradıcı olan şagirdlərə müəllim lazımi köməklik 

göstərməli, bələdçi olmalı, görülən işləri obyektiv qiymətləndirilməlidir. Həlli 

nəzərdə tutulan bütün məsələlər aktual olmalı,  şagirdin yaradıcı  fəaliyyətini 

inkişaf etdirməli və elmiliyi ilə seçilməlidir. 

Fəal dərsin xüsusiyyətlərinə aid olan məsələlər, yəni, dərsi başlayarkən 

müəllim problemi qoyub şagirdləri problemin həllinə yönəldir; müəllim 

şagirdlərlə fikir mübadiləsi aparmaqla, şagirdlərlə  əks  əlaqə yaradır; qoyulmuş 

təlim problemini birgə, qarşılıqlı  fəaliyyət  əsasında həll etməyə çalışır, 

əməkdaşlıq edir; biliklərin müstəqil kəşfi və mənimsəniməsi üçün müəllim lazımi 

şərait yaradır; məlumatla təmin edir, təşkilati dəstək verir; şagirdlərin fəal 

dərketmə mövqeyinin bütün dərs boyu saxlanılması üçün müəllim təfəkkürünün 

formalaşmasına  əsaslanır; suallar və tapşırıqlar müxtəlif təfəkkür (məntiqi, 

tənqidi, yaradıcı) növlərinə aid olur; biliklərin praktiki və yaradıcı  tətbiqi üçün 

müəllim tapşırıqlar verir; şagirdlərin sərbəst və müstəqil fikir yürütməsi üçün 

müəllim  şərait yaradır; müəllim  şagirdlərə hörmətlə yanaşır və  şagirdlərin öz 

aralarında da qarşılıqlı hörmət münasibətlərini dəstəkləyir; təlimin müxtəlif metod 

və vasitələrindən, digər məlumat mənbələrindən istifadə olunur; təlim 

fəaliyyətinin təşkili üçün səmərəli vasitələrdən (təlim mühitinin təşkili, kəmiyyət 

və keyfiyyətin qiymətləndirilməsinin müxtəlif formaları) istifadə edilir. Nəhayət 

öyrədici mühit elə qurulmalıdır ki, tədrisin real həyatla  əlaqəsi başa düşülsün, 

şagirdlər müxtəlif informasiya mənbələrindən istifadə edə bilsin, müstəqil şəkildə 

bilik ehtiyatını artıra bilsin. 

Təlimin keyfiyyətinə  və  şagirdlərin yaradıcı  fəaliyyətinə müsbət təsir 

göstərən, yaradıcı  təfəkkürün inkişafına xidmət edən metodlardan prinsiplər 

əsasında istifadə edilməsidir. Müəllimin  şagirdlərə hörməti, onları olduğu kimi 

qəbul etməsi və daim dəstəkləmək meyli, bacarıqlarına inandığını göstərməsi 

bunların hamısı  şagirdlərdə belə bir inamı möhkəmləndirə bilər ki, qarşıya 

qoyulmuş problemin həllində onların istənilən cəhdi yaradıcı fikir kimi 



Kimya məktəbdə 

 

67 



 

qiymətləndirilərək, hörmətlə yanaşılacaqdır. 

Biliklərin mənimsənilməsinin  əsas meyarı onun yaradıcı surətdə  tətbiqidir. 

Yaradıcı  tətbiqetmə biliyi möhkəmləndirir, onun əhəmiyyətini  şagirdə açıb 

göstərir. Ona görə  də müəllim  şagirdlərə imkan daxilində  şərait yaratmalıdır ki, 

onlar müəyyən məsələlərin həlli üçün, qazanılmış bilikləri tətbiq etməyə 

çalışsınlar. Sonda isə  şagirdlərə, onların kəşf etdikləri elmi biliklərin yaradıcı 

surətdə tətbiqinə dair çalışmalar verilsin ki, bu da həmin elmi biliklərin həmişəlik 

onların  şüurunda kök salmasına səbəb olur. Bu mərhələnin sonrakı  tədris 

proseslərində  də  həyata keçirilməsini davam etdirməklə, müsbət nəticələr  əldə 

etmək mümkündür. 

Fəaliyyət- insanın dərk olunmuş  məqsədi ilə  tənzim edilən daxili və xarici 

fəallığıdır. Təcrübə göstərir ki, hər bir fəaliyyətdə yaradıcılıq tələb olunur. Ona 

görə  də, kimya müəllimləri öz dərslərinin düzgün təşkil edilib keçirilməsi, 

həyatla, istehsalatla,ölkədə gedən quruculuq işləri praktikası ilə əlaqələndirilməsi 

və bu vasitələrlə şagirdlərə yaxşı mənimsənilməsi, əməli əhəmiyyəti olan bacarıq 

və vərdişlər aşılanması, gənclərdə möhkəm əqidə və inamın yaradılması və milli 

iftixar hissinin tərbiyə edilməsi üsulu təşkil edir. 

Fəal və yaradıcı olmaq, şəraitdən tez baş  çıxarmaq, təşəbbüs göstərmək, 

müstəqil olaraq yeni məsələlər qarşıya qoymaq və  qərar qəbul etməyi bacarmaq 

mühüm məsələlərdən biridir. Öz fəaliyyətini planlaşdırma vərdişləri və daxili 

nizam-intizam, vaxt məhdudiyyəti problemini, təşkilatçılıq fəaliyyəti həll etməkdə 

kömək edə bilər. 

Ona görə  də müasir tələblərə cavab vermək üçün müəllim öz fəaliyyətini 

fənn otağı ilə məhdudlaşdırmamalıdır. Hər birimiz tədris etdiyimiz fənnin müxtə-

lif tərəflərini dərk etməli, təhsil sisteminin digər iştirakçıları ilə anlaşma  əldə 

etməli, pedaqoji peşənin çətinliyini nəzərə almalı və peşəkarlıq səviyyəsinin fasi-

ləsiz yüksəldilməsinə daim çalışmalıdır. Biz müxtəlif mədəniyyətlərin mövcud-

luğu şəraitində yaşayırıq. Bizim milli dəyərlərimizin, milli mənliyimizin formalaş-

masında öz mədəni keçmişimizin dərk olunması vacibliyini müəllim öz şagirdlə-

rinə aşılamalıdır. Bu cür keyfiyyət və xüsusiyyətlərə malik, yeni, müair, dinamik 

pedaqoji fəaliyyət şəraitində yaradıcı işləmək, tədris etdiyi fənni yüksək səviyyədə 

bilmək qabiliyyətinə malik müəllimlərin varlığı cəmiyyət üçün əvəzsiz varlıqdır. 

Müasir tələblərdən sayılan, tədris prosesində  şagirdin fəal iştirakını  təmin 

edən müəllimin işi bələdçi və istiqamətverici xarakterə malik olmasıdır.  Müəllim 

bütün qərarları özü verməməli, müəyyən məsələləri  şagirdlərin mühakiməsinə 

buraxmalıdır. Bu istiqamətdə qazanılan biliklər  şagirdlərin yaddaşında uzun 

müddət qalır, onlar həmin bilikləri praktikada tətbiq etməklə uğurlu nəticələr əldə 

edirlər. Bu da müəllimin təşkilati fəaliyyətindən irəli gəlir. 

Müəllim  əgər öz ixtisasını kamil bilmirsə, maddi- texniki baza nə  qədər 




4(48)2014 

 

 



68

güclü olsa da, təhsildə  uğur qazanmaq mümkün deyil. Bu gün Respublikamızın 

təhsil sahəsindəki uğurları  məktəblərdə çalışan, öz işinin kamil ustası olan 

yüzlərlə müəllimin zəhmətinin bəhrəsidir.    Respublikamızda böyük təcrübəyə 

malik, öz biliyini şagirdlərdən əsirgəməyən müəllimlər çalışır. 

Müasir dövrdə  şagirdlər çoxlu sayda informasiyalar əhatəsindədirlər. Öz 

fəaliyyətində müəlim bütün bunları  nəzərə almaqla, şagirdlərə düzgün 

informasiya verməyi bacarmalı,  şagirdlərə möhkəm təlim vərdişləri aşılamalı  və 

hər bir yenilik pedaqoji eksperimentlə yoxlanılıb tətbiq edilməlidir. 

Təhsilin inkişafını  təmin edən  əsas sahələr həmişə diqqət mərkəzində 

olmalıdır. Belə ki, təlimin keyfiyyətini yüksəltməyə xidmət edən keyfiyyət 

reytinqlərində yaranmış çatışmazlığın aradan qaldırılması; tədris üsullarının geniş 

tətbiqi; müasir təlim metodlarının daha səmərəli üsullarının tətbiqi; məktəblərə 

elmi- texniki köməyin səviyyəsini artırmaqla, müəllimlərin bu sahədə pedaqoji 

bacarığının yüksəldilməsi; tədbirlər və olimpiadalar keçirməklə  şagirdlərin 

istedadını  aşkara çıxarmaq üçün obyektivliyin gözlənilməsi; kadr potensialından 

düzgün istifadənin təşkili;  şagirdlərin dərsliklə  təminatını  təmin etmək;  şagird 

biliyinin qiymətləndirilməsində obyektivliyin gözlənilməsi; tədris müəssisələrini 

ixtisaslı kadrlarla təmin etmək; müəllim  əməyini obyektiv qiymətləndirməklə 

onları həvəsləndirmək və. s. 

Kimya fənninin tədrisinə müəllimin  şifahi nitqi, müəllimin sxem, cədvəl, 

model, stend və.s. üzərində izahı, şagirdlərin kitab üzərində işi, formul və kimyəvi 

tənlik düzəltmək üzərində çalışmalar yerinə yetirməsi, təcrübələr aparmaları, 

müxtəlif hesablama məsələləri həll etmələri daxil edilə bilər. Yuxarıda qeyd 

olunanlar, təhsilimizin inkişafını  təmin etməklə yüksək nəticələrin  əldə 

edilməsində böyük rol oynayır. Nəticədə, müəllim kimyanın tədrisi prosesində 

yeni metod və vasitələrdən düzgün istifadə etməklə, fəal dərsi ümumi, sistemli 

şəkildə yuxarıda qeyd edilmiş məqsədə, yəni şagirdlərə tam, konkret, dərin, aydın, 

dəqiq, sistemli möhkəm və həqiqi bilik vermək məqsədinə nail ola bilər. 

Beləliklə,cəmiyyətimizin gələcək qurucuları olan şagirdlərin dərketmə 

qabiliyyətini inkişaf etdirmək,  əldə edilmiş bilikləri praktikaya tətbiq etmək 

bacarığını aşılamaq müəllimlərimizin əsas vəzifilərindən biridir. 

 

İstifadə  edilmiş  ədəbiyyat: 

 

1.

 



Veysova Z. Fəal  İnteraktiv yəlim. 

2007- ci il. UNİCEF. 

2.

 

Azərbaycan Respublikası 



Təhsil 

Nazirliyinin orqanı. Kimya məktəbdə. 

Elmi-nəzəri və metodik məcmuə. 2011. 

3.

 



Pedaqoji Universitetin Xəbərləri. Bakı- 

№-1.2013- il. 

4.

 

P.J.  Əliyev.Kimya tədrisi üsulunun 



ümumi məsələləri. Bakı. 1987- il. 

5.

 



Azərbaycan Respublikası 

Təhsil 


Nazirliyinin orqanı. Azərbaycan 

müəllimi. 8 sentyabr 2006- cı il. 

 



Kimya məktəbdə 

 

69 



 

А.Н. Гумбатова 

 

Организационные дейтельности учителей в преподавании химии 

 

АННОТАЦИЯ  

 

Урок является зеркалом общей и педагогической культуры, показателем его 



интеллектуального  богатства,  уровня  знания  и  мировоззрения (30 апреля 2009- го 

года  Образование  и  время).  Сила  речи-  это  умение  сказать  многое  в  немногих 

словах (Рлутарх).

  

 



 

A.N. Humbatova 

 

The organization activity of theachers in the theaching of chemistry 



 

ANNOTATION 

 

Lesson is a mirror of general and pedagogical culture of the teacher, indicator of 

her intellectual richness, knowledge level and worldwide. (April 30, 2009. Education and 

Time) The power of speech is ability to say a lot with little words. (Plutarx).

 

 

 



 

 

Açar sözlər:  fəaliyyət, tədris prosesi, fəal- interaktiv təlim, dərsin təşkili və idarə 

olunması, yaradıcı təfəkkür, praktiki təcrübə 



 

Ключевые слова: деятельность, процесс преподавание, активно- интерактивные 

методы,  организация и ведение урока, творческий разум, 

практический опыт 

 

Key words: activity, teaching process, active-interactive training, organization and 

management of the lesson, creative ming, practical experience



 

 

 



Yüklə 59,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə