Kimyanin tədrisində Şagirdlərin müSTƏqil işLƏrinin problemli yanaşma ilə ƏlaqəLƏndirilməsində MÜasir effektiv texnologiyalardan istifadə



Yüklə 51,18 Kb.
Pdf görüntüsü
tarix21.05.2018
ölçüsü51,18 Kb.
#45184


Kimya məktəbdə 

 

23 



 

KIMYANIN TƏDRISINDƏ ŞAGIRDLƏRIN MÜSTƏQIL IŞLƏRININ 

PROBLEMLI YANAŞMA ILƏ ƏLAQƏLƏNDIRILMƏSINDƏ MÜASIR 

EFFEKTIV TEXNOLOGIYALARDAN ISTIFADƏ 

 

T.İ. Tağıyev 



Cəncə Dövlət Universitetinin  professoru, p.e.d. 

A.V. Zülfüqarova 

Bakı Dövlət-İqtisadiyyat Humanitar kolleci 

 

 



Təlim  prosesində  şagirdlərin  müstəqil  işlərindən  istifadə  edilməsi  onları 

bilik  əldə  etməyə  həvəsləndirir,  mənimsənilmiş  bilikləri  tətbiq  etmək  bacarığı 

yaradılır , əqli fəaliyyəti səfərbər edir, tədqiqatçılıq qabliyyətləri inkişaf etdirilir. 

Problemli təlimdən istifadə etməklə , məlum biliklərlə  yeni bilik arasında 

ziddiyyət  yaradılır,  beləliklə  də  şagirdlərdə  yeni  materialı  mənimsəmək  üçün 

onlarda idraki tələbat formalaşdırılır. 

Müasir effektiv təlim texnologiyalarından istifadə etməklə təlim alanların 

hamısının diqqətini bu prosesə cəlb etmək, onlar üçün maraqlı etmək , ən effektiv 

nəticələr əldə etmək mümkün olur. 

Bu  cür  texnologiyadan  istifadə  etməklə  ən  mürəkkəb  məsələlərin  həllini 

cütlərlə, kiçik qruplarla  və ya sinifin bütün şagirdləri ilə birlikdə həyata keçirmək 

mümkündür. 

Müasir  təlimin  qarşısında  qoyulan  tələblərin  təmin  edilməsində  bu 

metodlardan kompleks istifadə etmək lzımdır. 

Şagirdlərin  müstəqil  işlərinin  problemli  təlimlə  əlaqələndirilməsində  müasir 

metodlardan  və  effektiv  texnologiyalardan  istifadəyə  aid    bir  dərs  nümunəsini 

nəzərdən keçirək. 

 

Aldehidlər və ketonlar mövzusunun tədrisi 

 

Bu mövzunu tədris etməkdə məqsəd: 

1. Aldehidlər və ketonlar haqqında ilk anlayış vermək; 

2.  Aldehidlərin  quruluşu,  adlandırılması,  xassələri,  alınması,  tətbiqi  ilə 

şagirdləri tanış etmək; 

3.  Molekulada  atomların  qarşılıqlı  təsiri  və  maddənin  xassəsinin  onun 

quruluşundan asılılığı ideyasını inkişaf etdirmək



Resureslar:  dərslik,  aldehidlərin  və  ketonların  quruluş  formuluna  və 

homoloqlarına aid cədvəllər. 



İş forması: ümumi siniflə, kiçik qruplarla və cütlərlə iş. 


1(49)2015 

 

 



24 

Təlim  üsulları:  interaktiv  təlim  metodları,  problemli  təlimlə  şagirdlərin 

müstəqil işlərinin əlaqələndirilməsi. 

 

Dərsin gedişi: 

I mərhələ: 

Motivasiya. Problemin qoyuluşu. 

Aldehidlər  haqqında  ilk  anlayış  verdikdən  sonra  onların  ümumi 

formulunu,  aldehidlərin  homoloji  sırasını    yazmaqla  onların  üzərində  müsahibə 

təşkil edilir. 

Müsahibə zamanı aşağıdakı problemli sual qarşıya qoyulur: 

Aldehidlərin  homoloji  sırası  ilə  spirtlərin  homoloji  sırasının 

müqayisəsindən belə bir sual yaranır. 

Aldehidlərin  ilk  nümayəndəsi  olan  CH

2

O  formaldehid  adi  şəraitdə  qaz 



halındadır, lakin spirtlərin ilk nümayəndəsi metil spirti isə mayedir. 

CH



– CHO Asetaldehid isə 21

0

C-də qaz halına keçir. Bunun səbəbi nədən 



ibarətdir? 

Şagirdlər  müxtəlif  fərziyyələr  irəli  sürürlər.  Spirt  molekulaları  arasında 

hidrogen  rabitəsinin  mövcudluğu  ideyası  irəli  sürülür.  Onda  yeni  bir  problem 

ortaya çıxır. 

Nə üçün aldehidlər üçün hidrogen rabitəsi xarakterik deyildir? 

Müəllim hidrogen rabitəsinin yaranması şərtini onlara xatırladır. Şagirdlər 

düşündürücü fəaliyyətə cəlb olunduqdan sonra müəllim izah edir ki, aldehidlərdə 

bölünməmiş  elektron  cütünə  malik  oksigen  atomunun  və  həmçinin  hidrogen 

atomunun  olmasına  baxmayaraq  spirtlərdə  oksigenlə  birləşmiş  hidrogen 

rabitəsinin  polyarlığı  aldehidlərdəki  karbonil  qrupuna  birləşən  C–H  rabitəsinin 

polyarlığından çoxdur. 

Yəni  hidrogen  rabitəsinin  yaranması  üçün  yüksək  elektromənfiliyə  malik 

atomun  olması  ilə  yanaşı  protonlaşa  bilən  hidrogen  atomunun  da  olması  tələb 

olunur. 


Aldehidlərdə isə karbonil  

H

C



O

 qrupundakı hidrogen atomu protonlaşma qabi-

liyyətinə malik deyil. 

Lakin aldehidlərin karbonil qrupunda olan oksigen atomu başqa molekulun 

hidrogen  atomu  ilə  hidrogen  rabitəsi  yarada  bilər.  Məsələn:  formaldehidin 

oksigeni  su  molekulunun  hidrogeni  ilə  hidrogen  rabitəsi  əmələ  gətirir.  Bunun 

nəticəsi olaraq formaldehid suda asan həll olur. 

Bu izahatdan sonra yeni bir problemli vəziyyət yaratmaq mümkündür. 

Bu  məqsədlə  aldehidlərdə   

C

O



H

  funksional  qrupda  yerləşən  C  =  O 




Kimya məktəbdə 

 

25 



 

karbon ilə oksigen arasında olan iki qat rabitə doymamış karbohidrogenlərdə  olan 

ikiqat rabitədən nə ilə fərqlənir? 

Şagirdlər müxtəlif fərziyyələr irəli sürür. Müəllim ikiqat rabitəyə qoşulmuş 

atomların  elektromənfiliklərinin  müxtəlifliyini  onlara  xatırladaraq  belə  nəticəyə 

gətirir  ki,  aldehidlərdə  olan  ikiqat  rabitə  doymamış  karbohidrogenlərdəki  iki  qat 

rabitəyə nisbətən polyardır. Çünki  müxtəlif atomlar arasında  yaranır. Doymamış 

karbohidrogenlərdə isə ikiqat rabitə eyni atomlar arasında yaranır. 

Daha sonra yeni bir problemli vəziyyət  yaradılır. Karbonil qrupunda olan 

ikiqat rabitə qonşu karbona birləşmiş C – H rabitəsinə təsir göstərə bilirmi? 

Molekulada  elektronların  yerdəyişməsi  qaydasına  istinad  edərək  belə 

nəticə  çıxarılır  ki,  karbonil  qrupuna  birləşən  karbon  yanındakı  hidrogen  (α  - 

hidrogen) daha çox mütəhərrik olur. Ona  görə ki, karbonil oksigeni  molekulda 

elektron  sıxlığını  özünə  tərəf    cəzb  etdiyindən  ,karbonil  qrupuna  qonşu  karbona 

birləşmiş  hidrogen  atomları  mütəhərrikləşir.  Aldehidlərin  oksidləşməsi  zamanı 

ona  görə  də  ilk  növbədə  α-hidrogenlər  oksidləşir.  Bu  izahatla  molekulada 

atomların qarşılıqlı təsiri ideyası bir daha inkişaf etdirilir. Bu əsasda aldehidlərin 

xassələri dərk etdirilir. 



 

II mərhələ: 

Tədqiqatın aparılması. 

Bu  mərhələdə  aldehidlərin  adlandırılması,  xassələri  və  tətbiqinə  aid 

materialın  müstəqil  öyrənilməsi  şagirdlər  üçün  çətinlik  törətmədiyi  üçün  onlara 

kitab üzrə müstəqil iş verilir. 

Bu  məqsədlə  şagirdlər  əvvəlcə  qruplaşdırılır.  Sonra  suallar  yazılmış 

tapşırıq vərəqələri onlara paylanılır. 

Şagirdlər  dərslikdəki  materialı  oxuyur  və  həmin  suallara  cavab 

hazırlayırlar. 



Tapşırıq 1. 

Dərslikdəki materialı oxuyun aşağıdakı suallara cavab hazırlayın. 

1.

 

Aldehidlərin adlandırılması qaydasını izah edin. 



2.

 

Aldehidlərin fiziki xassələrini söyləyin. 



3.Aldehidlərin alınması hansı üsullarla mümkündür. 

Tapşırıq 2. 

1. Aldehidlər hansı kimyəvi reaksiyalara daxil olur? Misal göstərin. 

2. Ketonlar hansı birləşmələrə deyilir. 

3. Ketonları hansı kimyəvi üsullarla almaq olar? 

 

Tapşırıq 3. 

1. Ketonlar necə adlandırılır? 




1(49)2015 

 

 



26 

2. Nə üçün ikili spirtlərin oksidləşməsindən keton almaq olur? 

3. Ketonlar hansı kimyəvi reaksiyalara daxil olur? 

 

III mərhələ: 

Tədqiqatın aparılması. 

Şagirdlər  yuxarıda  verilən  suallara  cavab  hazırlamaq  üçün  dərslikdən 

istifadə edərək müstəqil işi qruplarla yerinə yetirirlər. 

IV mərhələ: 

İnformasiya mübadiləsi. 

Şagirdlər  hazırladıqları  cavabları  qrup  daxilində  müzakirə  edir,  sonra  hər 

qrupun nümayəndəsi lövhədə cavabları ümumi sinifə təqdim edirlər. 

V mərhələ: 

Bu  mərhələdə  cavabların  ümumiləşdirilməsi  və  dəqiqləşdirilməsi  yerinə 

yetirilir. 

Müəllim  şagirdlərin  cavablarındakı  qeyri-dəqiqliyi  və  natamamlığı  

dəqiqləşdirir və tamamlayır. 

VI mərhələ: 

Nəticələrin ümumiləşdirilməsi. 

Yeni  mövzuya  aid  öyrənilən  biliklər  aşağıdakı  müddəalarla 

ümumiləşdirilir. 

1. Aldehid qrupu  

C

O

H



  aldehidlər üçün funksional qrup hesab olunur. 

2. Aldehidlərin adının sonuna “al” şəkilçisi əlavə olunur. 

3. Aldehidlərdə izomerlik ona qoşulmuş radikalın izomerliyi ilə müəyyən 

edilir. 


4.  Aldehidlərdə  karbonil  qrupuna  birləşən  hidrogen  atomununu 

protonlaşma qabiliyyəti az olduğundan onlar arasında hidrogen rabitəsi yaranmır. 

Buna görə də aldehidlər onlara müvafiq spirtlərlə müqayisədə aşağı temperaturda 

qaynayır. 

5. Aldehidlər üçün xarakterik reaksiya gümüş-güzgü reaksiyasıdır. 

6. Aldehidlərin öz aralarında gedən reaksiya aldol reaksiyası adlanır. 

7. Ketonların adının sonuna “on” şəkilçisi əlavə olunur. 

8. Ketonlar gümüş-güzgü reaksiyası vermir və polimerləşirlər. 



 

VII mərhələ: 

Yaradıcı tətbiq etmə. 

Bu  mərhələdə  qruplara  aşağıdakı  məsələ  və  çalışmaları  həll  etmək 

tapşırılır. 

1.

 



Aşağıdakı sxemə aid reaksiya tənlikləri yazın. 


Kimya məktəbdə 

 

27 



 

CnH


2n+2

 →     CnH

2n+1

OH  →        C



n

H

2n+1



CHO → 

2.

 



Aşağıda  formulları  verilən  birləşmələrdə  C-nun  oksidləşmə  dərəcəsini 

göstərin. 

CH

4

 , CH



3

OH, CH


2

O, HCOOH, CO

3. Aldol reaksiyasına aid bir reaksiyanın tənliyini yazın. 



Qruplardan yuxarıdakı sual və çalışmalara cavab aldıqdan sonra, cavablar 

qiymətləndirilir. 



Meyarlar 

 

 

Qruplar 

Suallara 

verilən 

cavabların 

düzgünlüyü 

Qrupların 

fəallığı 

Qruplarda 

mehriban 

əməkdaşlıq 

Əlavə 

materialdan 

istifadə 

Analiz 

sintez 

ümumiləş 

dirmə bacarığı 

Nəticənin 

təqdim 

edilməsi 

 



 

 

 



 

 

II 



 

 

 



 

 

 



III 

 

 



 

 

 



 

IV 


 

 

 



 

 

 



 

Meyar cədvəli lövhədən asılır vəqiymətləndirmə həmin cədvəldə qeyd edilir. 

 

Ev tapşırığı: Dərslikdən aldehidlər və ketonlar mövzusunu öyrənmək. 



Tapşırığı  yerinə  yetirmək:  Aldehidlərin  tətbiqi  sahələrini  şaxələndirmə 

priyomundan istifadə etməklə göstərin. 

 

 

İstifadə  edilmiş  ədəbiyyat: 



 

1.

 



Abbasov  V.M.,  Abbasov  M.M.  və 

başqaları. 

“Kimya”. 

Ümumtəhsil  

məktəblərinin  11-ci sinfi üçün dərslik. 

 

2.



 

Tağıyev  T.İ.  Üzvi    kimyanın  tədrisi  

metodikası.(ali 

məktəblər 

üçün 

dərslik). Bakı,”Elm”.2015,224səh. 



 


1(49)2015 

 

 



28 

T.И. Тагиев 

д.п.н. ,профессор кафедры Химия, Гянджинского  Государственного  

Университета 

А.В.Зулфигарова 

Бакинский Государственный Экономический и Гуманитарный колледж 

 

Сочетании самостоятельной работы  учащихся  с проблемного подхода 

использование современных  эффективных  технологий  при изучении химии

 

 

АННОТАЦИЯ  

 

Статья посвящена методике сочетании самостоятельной работы учащихся с 



проблемного  подхода  использование  современных  эффективных    технологий  при 

изучении химии.

 

 

 



T.I. Tağıyev, A.V. Zulfiqarova 

Approach to the problem of coordinating the teaching of chemistry students of 

modern learning technologies

 

 

ANNOTATION 

 

The  article  is  an  independent  work  of  students  in  the  teaching  of  chemistry 

problematic approach is the method of co-ordination of modern learning technologies.

 

 



 

Açar sözlər: müstəqil işlər, problemli təlim, effektiv texnologiyalar, metodika. 

 

Ключевые  слова:  самостоятельное  работы,  проблемные  обучение,  эффективные 

технологии, методике 



 

Key words: ndependent studies, the problem of training, effective technologies, methods 

 

Yüklə 51,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə