Kimyanin təDRİSİNDƏ SİNİFDƏnxariC İŞLƏRDƏN İSTİfadə etməKLƏ ekoloji BİLİKLƏRİN ÖYRƏDİLMƏSİ Tağıyev T.İ



Yüklə 135,32 Kb.
tarix11.04.2018
ölçüsü135,32 Kb.
#37277
növüDərs

Kimya məktəbdə




KİMYANIN TƏDRİSİNDƏ SİNİFDƏNXARİC İŞLƏRDƏN İSTİFADƏ ETMƏKLƏ EKOLOJİ BİLİKLƏRİN ÖYRƏDİLMƏSİ
Tağıyev T.İ.

Gəncə Dövlət Universitetinin

Kimya kafedrasının dosenti, pedoqogika üzrə elmlər doktoru

Əsgərov V.H.

Lənkəran Dövlət Universitetinin baş müəllimi
Dərsdə bir sıra ekoloji prosesləri, faktları və hadisələri bilavasitə müşahidə etmək və bu sahədə mənimsənilmiş bilikləri təbiətin mühafizəsi işlə­rində tətbiq etmək mümkün deyildir.

Dərs prosesində həyata keçirilməsi çətinlik törədən bu cür ekoloji məsələlər sinifdənxaric işlər vasitəsilə genişləndirilir, dərinləşdirilir və tamamlanır. Sinifdənxaric işlər şagirdlər üçün məcburi yox, könüllülük prinsipi əsasında onla­rın marağı üzrə müstəqilliyin təmin edilməsi şəraitində qurulur. Sinifdənxaric iş­lərin effektivliyini təmin etmək üçün onun məzmununu müəyyənləşdirərkən aşa­ğıdakı prinsipləri nəzərə almağı zəruri hesab edirik:

- biliklərin həyatla əlaqələndirilməsi;

- şagirdlərin bilik və yaş xüsusiyyətlərinə, əqli inkişafına müvafiq olması.

Tədqiqat nəticəsində müəyyən etdik ki, ekoloji məzmunlu sinifdənxaric iş­-

lər əsasən yerli materiallar üzrə qurulduqda daha effektli olur. Sinifdənxaric iş­lər­də məqsədyönlü təşkil edilən problem-situasiyalardan istifadə etməklə şagird­ləri təbiətlə münasibətdə ona zərər yetirməmək, ətraf mühiti çirkləndirmə­mək, təbiətdə əxlaqa zidd davranışlara (heyvanlara əziyyət vermək, bitkiləri qır­maq və s.) qarşı barışmazlıq, təbiətinin zənginliyinə xələl gətirməmək kimi mə­suliyyətli davranış ruhunda tərbiyə etmək mümkündür.

Bu zaman şagirdlər nəinki təbiətdə yaranan mövcud ekoloji problemi başa düşür, həmçinin onun aradan qaldırılması işində iştirak etməyin zəruriliyini dərk edir və ictimai faydalı işlərə fəal qoşulurlar.

Sinifdənxaric işlər zamanı bilavasitə təibətin qoynunda təşkil edilən müşa­hidələr, aparılan eksperimentlər, çəkilən rəsmlər, fotoşəkillər, şagirdlər üçün daha maraqlı və cəlbedici olur. Onların fənnə marağı artır. Ekoloji tərbiyənin səviy­yəsi yüksəlir.

Şagirdlərin tərbiyəlilik səviyyəsi, onların davranışları əsasında: təbiətin mü­ha­fizəsi tədbirlərində fəal iştirak etmələri, ekoloji məsələlərlə bağlı situasiya­larda fəallıqlarının artması, bu zaman göstərdikləri müsbət emosiyalar vasitəsilə sübut edilir.

Sinifdənxaric işlərdə təşkil edilən müzakirələr ekoloji bilikləri ümumiləşdir­məyə imkan verir.

Sinifdənxaric işlərdən: dərnəklər, axşamlar, konfranslar, mühazirələr və s-dən istifadə etməklə şagirdlərin ekoloji bilikləri genişləndirilir, dərinləşdirilir və ta­mam­lanır. Burada nəzərə almaq lazımdır ki, ekoloji məsələlərin kompleks xa­rakteri onla­rın həll edilməsində ayrı-ayrı təbiət fənlərindən mənimsənilən «baza» biliklərindən kompleks istifadə olunmasını tələb edir. Bu isə fənlərarası əlaqə va­sitəsilə həyata keçirilə bilər.

Lakin, fənlərarası əlaqə vasitəsilə müxtəlif fənlər üzrə ümumi təlim-tərbiyə məsələləri vahid yanaşma metodu ilə həyata keçirilməlidir. Bu məqsədlə ekoloji aspektdə aşağıdakı təlim-tərbiyə məsələləri həll edil­mə­lidir:

1. Təbiətlə münasibətdə şagirdlərdə məsuliyyətli davranış formalaşdırmaq.

2. İnsan fəaliyyətinin ətraf mühitə təsirinin kimyəvi proseslərin, kimya is­teh­­sa­la­tının ikili təbiətini aşkar etmək.

3. Şagirdlərin mənimsədikləri ekoloji biliklərini təbiətin mühafizəsi işlərin­də praktik tətbiq etmək bacarığı formalaşdırmaq.

Dərnək işlərində şagirdlərin müstəqilliyini təmin edən müxtəlif cür tapşı­rıq­lardan istifadə edilir:

1) Məruzələr hazırlmaq;

2) Tədqiqat xarakterli praktik işləri yerinə yetirmək;

3) Kimya axşamları keçirmək;

4) Viktorinalar;

5) Olimpiadalar təşkil etmək və s.

İşlədiyimiz metodika üzrə bir dərnək işinin təşkili və keçirilməsi metodikasını izləyək.



Mövzu: «Kimya istehsalatının xalq təsərrüfatının inkişafında və ətraf mü­hi­tin qorunmasında rolu».

İşin məqsədi: 1. Kimya istehsalatının xalq təsərrüfatının inkişafındakı rolu­nu aşkar etmək.

2. Kimya istehsalatı tullantılarının ətraf mühitə çirkləndirici təsiri və ona qar­şı mübarizə üsullarına aid şagirdlərin biliklərini ümumiləşdirmək.

Dərnək məşğələsi aşağıdakı plan əsasında keçirilir.

Plan:


1. Respublikamızın kimya sənayesinin inkişafında təbii kimyəvi xammal mənbələrinin rolu.

2. Kimyəvi xammalın çıxarılması və onun emalı prosesində ətraf mühitə edilən mənfi ekoloji təsirlər.

3. Respublikamızda kimya istehsalatı ilə bağlı ətraf mühitə edilən mənfi tə­sirlərin qarşısının alınması üçün görülən tədbirlər.

Dərnək mövzusunun planına uyğun şagirdlərə məruzə hazırlamaq üçün tap­şı­rıqlar verilir və müvafiq ədəbiyyat göstərilir.



I məruzəçiyə: «Respublikamızın kimya sənayesinin inkişafında təbii kimyə­vi xammal mənbələrinin rolu» mövzusunda məruzə hazırlamaq tapşırığı verilir.

Ədəbiyyat

1.İsayev S., Məsimov A., Xasayev A. Geokimya. Bakı, 2003, 356 s.

2. Budaq Budaqov, Yaqub Qəribli Azərbaycan Respublikasının fiziki coğ­rafiyası. 8-ci sinif üçün dərslik, «Təhsil» nəşriyyatı, Bakı, 2011, 184 s.

II məruzəçiyə: «Kimyəvi xammalın çıxarılması və onun emalı prosesində ət­raf mühitə edilən mənfi ekoloji təsirlər» mövzusunda məruzə hazırlamaq tap­şı­rığı verilir.

Ədəbiyyat

1.Əlizadə E., Seyfullayeva N., Mirzəyev M. Ümumi fiziki coğrafiya. 6-cı sinif üçün dərslik «Azərbaycan» nəşriyyatı, Bakı, 2011, 160 s.

2.Quliyev V., Xəlilov M. Təbiəti mühafizə (izahlı lüğət). Bakı, 2000, 498 s.

III məruzəçiyə: «Respublikamızda kimya istehsalatı ilə bağlı ətraf mühitə edi­lən mənfi ekoloji təsirlər və onun qarşısının alınması tədbirləri» mövzusunda

mə­ruzə hazırlamaq tapşırığı verilir.



Ədəbiyyat

1.Əliyev H.Ə. Həyəcan təbili. Bakı, 2003, 174 s.

2.Müseyibov M.A., Əfəndiyev V.Ə., Seyfullayeva N.S. Türk dünyası coğ­rafiyası. 11-ci sinif üçün dərslik. «Aspoliqrafik», Bakı, 2011, 128 s.

3.Tağızadə T., Nağıyev M. Ümumi ekologiya. Bakı, 1999, 175 s.

Əliyev A.H. Kimya-ekologiya, Bakı, 1997, 84 s.
Dərnək məşğələsinin gedişi.

Giriş sözü: Müəllim dərnək məşğələsinin məqsədi haqqında qısa məlumat verdikdən sonra şagirdlərin məruzələri dinlənilir.

Hər bir məruzədən sonra çıxışlar təşkil edilir. Şagirdlər onlar üçün aydın ol­ma­yan məsələlərə aid məruzəçilərə suallar verir və cavabları müzakirə edirlər. Müəllimin köməkliyi ilə ümumiləşdirilir.

I məruzədən sonra şagirdlərin təbiət fənlərindən (fizika, coğrafiya, təbiət­şü­naslıq, biologiya, kimya) və əlavə ədəbiyyatlardan mənimsədikləri biliklərə is­tinad edərək belə bir ümumiləşmiş nəticəyə gətirilir ki, respublikamızın zəngin fi­liz və qeyri-filiz faydalı qazıntı yataqları vardır. Həmin faydalı qazıntılardan res­publika­mızda xalq təsərrüfatının müxtəlif sahələrində, o cümlədən kimya səna­ye­sinin inki­şafında xammal kimi istifadə edilir. Yerli materiallar əsasında bu as­pekt­də şagird­lərin təsəvvürləri konkretləşdirilir. Burada respublikamızda təbii kimyəvi xammal mənbələrini (təbii sərvətləri) əks etdirən sxem üzrə müsahibə təşkil edi­lir.

Bu məqsədlə həmçinin yerli materiallar əsasında faydalı qazıntılara aid top­lan­mış kolleksiyalardan, hazırlanmış sxemlərdən və stendlərdən istifadə edilir.

II məruzədən sonra təbii sərvətlərin çıxarılması və emalı prosesində insan fə­a­liyyətinin ikili təbiəti (mənfi və müsbət fəaliyyəti) şagirdlərə dərk etdirilir. İn­sa­nın təbii sərvətlərdən faydalanmaq istiqamətində istifadəsi, onun çıxarılması ema­lı və tətbiqi ilə bağlı fəaliyyəti müsbət və bu proseslər zamanı ətraf mühitə edi­lən zərərli təsirlər ilə mənfi fəaliyyət hesab olunur. Burada şagirdlərə izah edi­lir ki, insan elə etməlidir ki, təbiətlə münasibətdə ona mənfi təsir etməsin. Bu məq­sədə nail olmaq üçün insan öz fəaliyyətinin ətraf mühitə nə kimi mənfi təsiri olacağını qabaqcadan proqnozlaşdırmağı bacarmalıdır. İnsan fəaliyyətinin ikili tə­bi­ətini əks etdirən yerli materiallar əsasında biliklər konkrentləşdirilir.

III məruzədən sonra respublikamızda kimya istehsalatı müəssisələrinin yer­ləş­dirilməsi ilə bağlı şagirdlərin Coğrafiya fənnindən mənimsədikləri biliklər bir daha onlara xatırladılır. Ayrı-ayrı regionlar üzrə kimya istehsalatının ətraf mühi­tə çirklən­dirici təsiri və onun aradan qaldırılması ilə bağlı görülən tədbirlər haq­qında şagird­lərin bilikləri ümumiləşdirilir, konkretləşdirilir. Yerli materiallar üz­rə nümu­nə­lər əsasında şagirdlərin təsəvvürləri dəqiqləşdirilir və konkretləş­dirilir.

Hər üç məruzəçinin məruzələri dinlənildikdən sonra müzakirələr təşkil edi­lir. Müzakirələrdən şagirdlər belə nəticəyə gətirilir ki, respublikamızın kimya sə­na­yesinin inkişaf etdirilməsi üçün zəngin təbii sətvətləri vardır. Lakin bu təbii sər­vətlərdən səmərəli istifadə etmək lazımdır. Burada şagirdlərə izah etmək lazımdır ki, təbii sərvətlərdən istifadə edilməsi o zaman səmərəli hesab edilir ki, təbii sər­vət­lərdən cəmiyyətin xeyrinə istifadə edilməklə yanaşı ətraf mühitin çirkləndi­ril­mə­sinə yol verilməsin, onun keyfiyyətcə tərkibinin sabitliyi qorunub saxlanılsın.

Təbiətşünaslıqdan şagirdlər təbii sərvətlərə aid müəyyən bilik ehtiyatı əl­də ediblər. Həmin biliklərə istinad edərək Botanika kursunda təbii sərvətlərə aid bitki sərvətlərini, Zoologiya kursunda heyvanlar aləminə aid sərvətlərin, Coğ­rafiyanın tədrisində ayrı-ayrı coğrafi təbəqələrdə (zonalarda) yerləşən fay­da­lı qazıntılar haqqında biliklər dərk etdirilir.

Sonra «insan» kursunda təbii sərvətlərin insanın sağlamlığından olan ro­lu dərk etdirilir. Respublikamızın spesifik iqliminin insan sağlamlığı üçün əvəz­edilməz əhəmiyyəti izah edilir.

Kimya kursunda təbii sərvətlərdən səmərəli istifadəyə aid digər kur­slar­dan (təbiətşünaslıq, coğrafiya, fizika, biologiya) mənimsənilmiş «baza» biliklə­rin­dən istifadə edərək onun yeni məzmunla zənginləşdirilməsi ilə formalaş­dı­rıl­ması davam etdirilir.

Bu məqsədə ayrı -ayrı təbiət fənlərindən mənimsənilmiş təbii sərvətlərlə bağlı biliklər onlara xatırladılır.

Həmin «baza» bilikləri şagirdlərə xatırladılaraq onlar belə bir nəticəyə gə­­tirilir ki, təbii sərvətlər insanın yaşayışının əsasını təşkil edir. Təbii sərvətlər ol­madan yaşayış mümkün deyildir. Məhz bu zərurət təbii sərvətlərin qorunma­sını tələb edir.

Burada şagirdlərin diqqətinə çatdırılmalıdır ki, elm və texnikanın artan tələbatının ödənilməsi, faydalı qazıntılardan istifadəni artırmışdır. Faydalı qa­zın­tıların çıxarılması, daşınması və emalı zamanı ətraf mühit müxtəlif cür mən­fi tə­sir­lərə məruz qalır. Buna konkret misallar gətirilir. Məs: faydalı qazıntılar çıxa­rılarkən torpaq örtüyü eroziyaya uğrayır, onun üzərində bitən floranın məhv ol­ma­sına səbəb olur. Həmçinin faydalı qazıntıların çıxarılması zamanı at­mosferə atılan toz və zəhərli qazlar onu çirkləndirir, torpağın dərin qatla­rın­dan çıxan lay suları ətrafa axıdılaraq torpağın şorranlaşmasına səbəb olur və s.

Həmçinin şagirdlərə izah edilir ki, kimyəvi xammal mənbəi kimi işlədilən faydalı qazıntılar (filiz və qeyri-filiz faydalı qazıntalır) emal edilərkən ayrılan tullantılar ətraf mühitin çirklənməsinə səbəb olur.

Bu izahatla şagirdlərə dərk etdirilir ki, təbii sərvətlərdən istifadənin fay­dalı cəhətləri ilə yanaşı, insanın yaşaşıyında mühüm rol oynayan təbiətin digər komplekslərinə zərərli təsiridə olur.

Təbii sərvətlərdən səmərəli itifadə o zaman təmin edilər ki, onun faydalı

təsirlərindən maksimum istifadə edilməklə yanaşı mənfi təsirləri minimuma en­dirilsin.

Bu məsələnin həlli isə kimya sənayesindəki texnoloji proseslərin təkmil­ləş­-

dirilməsi ilə yanaşı insanın təbii komplekslər arasındakı qarşılıqlı əlaqələri də dərk etməsini və insan fəaliyyətinin bu əlaqələrə təsirini (mənfi və müsbət) qiy­mətləndirməyi bacarması tələb olunur. Bu ümumiləşmələr respublikamızın həya­tından gətirilən misallarla konkretləşdirilir. Məs: mədənlərdən fi­liz faydalı qazın­tıları çıxarılan zaman torpaq örtüyündə əmələ gələn eroziyanın qarşı­sı­nın alın­ması, neft mədənlərindən neftin çıxarılması zamanı onun ətraf əra­zi­lə­rə yayıl­maması, lay sularının torpağı şoranlaşdırılması heç də kimya sənaye­si­nin havanı, suyu, torpağa tullantılarla (zəhərli kimyəvi maddələri) çirkləndir­mə­sindən az rol oynamır. Bu izahatla şagirdlərə dərk etdirilməlidir ki, respub­li­ka­mızda ətraf mü­hitin çirklənmədən qorunması və onun təbii sərvətlərdən səmərəli istifadə edil­məsi yuxarıda sadalanan mənfi təsirlərin aradan qal­dı­rıl­ması üçün kompleks təd-

birlərin görunməsini tələb edir.

Böyüməkdə olan nəslin hərtərəfli inkişaf etməsini onların elmi biliklərə yi­yələnməsi ilə yanaşı, milli şüurun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin inkişafı ilə vəhdətdə formalaşdırılmalıdır. Bu məqsədlə respublikamızın zəngin təbii sərvətlərindən səmərəli istifadənin ölkə iqtisadiyyatındakı rolu dərk et­di­rilir, onun müdafiə qüdrətini gücləndirməsi aşkar edilir. Müstəqillik qazan­dıq­dan sonra respublikamızın təbii sərvətlərindən (neft, qaz filizlərdən və s.) sər­bəst istifadə edilməsi və xalqın rifah halının yüksəldilməsindəki müasir rolunu aşkar etməklə onun qorunmasına məhəbbət hissi bir daha artırılır. Zəngin tə­bii sər­vətlərə malik res­publikamızın bir çox faydalı qazıntı yataqlarının (Kəl­bəcər, Laçın və s.) yerləşdiyi ərazilərin Erməni düşmənlərinin işğalı altında qal­masının ölkə iqtisadiy­ya­tına vurduğu zərər haqqında məlumat verməklə onlar­da düşmənə barışmazlıq, ona nifrət hissi tərbiyə olunmalıdır.

Kimya kursunda mövzuların imkanları nəzərə alınmaqla təbii sərvətlər­dən səmərəli istifadə edilməsi anlayışının formalaşdırılması və onun inkişaf et­di­rilməsi müntəzəm olaraq həyata keçirilməlidir.

Sinifdənxaric işlərdə ekoloji anlayışların bu istiqamətdə mənimsədilməsi onlarda təbiətlə məsuliyyətli davranışın formalaşdırılmasına səbəb olur.

Bu zaman şagirdlər təbii sərvətlərdən optimal şəkildə istifadə edilməsinin meyarları ilə tanış edilir. Həmin meyarlar aşağıdakılardan ibarətdir:

1) Ölkə miqyasında zəruri təbii sətrvətlər çıxarılmalı.

2) Bu zaman insanın ən az əmək sərf etməsinə çalışmalıdır.

3) Təbii sərvətlərdən hər tərəfli kompleks (tullantısız) istifadə edilməli.

4) Mühitin ekoloji səviyyəsinin normal şəkildə qorunması təmin edilməli­dir.

Bu cür izahatla şagirdlərdə insanın təbiətlə münasibətində məsuliyyətli ol­ma­ğın zəruriliyinə inam yaradılır və onlarda təbiətlə məsuliyyətli davranış for­ma­laş­dırılır. Şagirdlərə dərk etdirilir ki, respublikamızın təbii sərvətlərlə zəngin ol­ma­sına baxmayaraq ondan səmərəli istifadə edilməzsə onun tükənməsi daha da sür­ət­­lənər.



İstifadə edilmiş ədəbiyyat:


1. Abbasov V.M. və başqaları. Ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün kimya dərslikləri. Bakı, 2009-2010.

2. Ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün kimya proqramı. Bakı, 2011.



3. Tağıyev T.İ. Kimyanın tədrisində şagirdlərdə ekoloji biliklərin verilməsində fənlərarası əlaqədən istifadə. Bakı – “Elm”. 2008, 170 s.


Обучения экологических знаний при использование внеклассных работах в преподавание курса химии
Т.И.Тагиев, В.Г.Аскеров
РЕЗЮМЕ
В результате исследования выяснилось что систематическое и целенаправленное использование внеклассных работ экологическим содержанием повышает интерес к предмету, способствует созданию у учащихся сознательного отношения к природе и ответственности при принятии конкретных решения.

Prosedure of the using at out-of-class works cohcerned with intersubject content with the purpose for summarizing ecological knowledge

at chemistry teaching
T.I.Taghiyev, V.H.Askerov
SUMMARY
At the of research it was determined that systematical and purposeful using of concerned with ecological content at out-of school works on chemistry rause interest to subject, assist to qreate them deliberate relations to nature and responsibility for make a concrete decision.

Açar sözlər: sinifdınxaric işlər, kimyanın tədrisi metodikası, ekologiya, təbiətə münasibət, ətraf mühit, dərnək məşğələsi, istifadə etmə, tullantı komponent, texnologiya, fənlərarası əlaqə
Ключевые слова: внеклассная работа, методика преподования химии, экология, отношение к природе, кружковые занятия, окружающая среда, утилизация, выбросы, компонент, технология, межпредметная связь.
Key words: methods of teaching chemistry, environment, for nature, environment, facility tours, utilizasiya emissons, a component, technology.





Yüklə 135,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə