Kimyavi əsaslar Modulun nömrəsi: 12 Bakı 2016


Praktik tapşırıq 3.5 – Suyun analizi



Yüklə 0,66 Mb.
səhifə8/19
tarix25.05.2018
ölçüsü0,66 Mb.
#45868
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

Praktik tapşırıq 3.5 – Suyun analizi


Istifadə edilməli resurslar:

  • iş paltarı və əlcək

  • suyu elektroliz etmək üçün hofman cihazı

  • 6-12 voltluq batareya (reostat və düzləndirici olduqda adi elekrik mənbəyindən də istifadə etmək olar)

  • spirt və ya qaz lampası

  • quru taxta çöp

  • 2 sınaq şüşəsi

  • 20 ℅-li H2SO4 məhlulu.



Fəaliyyət və tapşırıqlar

Təlimat və tövsiyyələr

  • Suyun analizi

  • İs paltarını geyinin

  • Əmək təhlükəsizliyi qaydalarına əməl edin.

  • Suyun analizini bu əməliyyata aid olan təlimatda göstərildiyi kimi yerinə yetirməlisiniz.

  • Çalışmalısınız ki, işləri dəqiq yerinə yetirəsiniz

  • Təlim nəticərəninə nail olmaq üçün tələb olunan praktik tapşırıqlar.

  • Suyun analizinin aparılmasına dair qaydaları şifahi söyləyirsiniz

  • Hofman cihazının (kranların səviyyəsinə qədər) qıfına tam dolana qədər sulfat turşusu məhlulu tökür və kranları bağlayırsınız

  • Elektrodları elektrik mənbəyinə birləşdirirsiniz

  • Suyun parçalanmasından alınan qazlar cihazın sağ və sol borularının yuxarısına qalxacaq və suyu sıxışdırıb qıfın borusuna dolduracaq

  • Cihazın borusunun birində toplanan qazın həcmi o birindən 2 dəfə artıq olması görünəcəkdir

  • Buraya H2 qazı yığılır

  • Həcmi az olan borunun yuxarısında isə O2 qazı toplanacaq

  • Reaksiyanın tənliyi: elektroliz 2H2O → 2H2 + O2

  • Təzyiqi artırmaq üçün qıfa bir qədər də H2SO4 məhlulu tökürsünüz

  • Kiçik sınaq şüşəsinə əvvəlcə H2 qazını (kranı açmaqla) doldurursunuz

  • Alova tutursunuz və H2 qazının varlığını sübut edirsiniz

  • Sonra közərmiş çöp hazırlayırsınız və onu cihazın o biri borusundan doldurulmuş sınaq şüşəsinə salırsınız

  • Çöpün alovlanması O2 qazının varlığını təsdiq edəcəkdir

  • Praktik işə dair fotoillüstrsiya






Praktik tapşırıq 3.6 - Suyun sintezi


İstifadə edilməli resurslar:

  • iş paltarı

  • Evdiometr

  • dəmir ştativ

  • spirt və ya qaz lampası

  • induksiya makarası

  • kiçik su vannası(kristallizator),

  • quru taxta çöp

  • soyudulmuş distillə suyu


Fəaliyyət və tapşırıqlar

Təlimat və tövsiyyələr

  • Suyun sintezi

  • İs paltarını geyinin

  • Əmək təhlükəsizliyi qaydalarına əməl edin.

  • Suyun sintezini bu əməliyyata aid olan təlimatda göstərildiyi kimi yerinə yetirməlisiniz.

  • Çalışmalısınız ki, işləri dəqiq yerinə yetirəsiniz

  • Təlim nəticərəninə nail olmaq üçün tələb olunan praktik tapşırıqlar.

  • Suyun sintezinin aparılmasına dair qaydaları şifahi söyləyirsiniz

  • Təcrübəni evdiometrdə aparırsınız

  • Evdiometr olmadıqda 25- 30 sm-lik qalın divarlı boru götürürsünüz

  • Borunun bir ucu içərisindən 2 azca yoğun (0,5 -1 mm en kəsiyi olan) mis məftil keçirilmiş tıxacla kip bağlayırsınız

  • Elektrodlar birbirinə 0,5 sm-ə qədər yaxın olmalıdır

  • Evdiometrin yuxarı, elektrodlar olan hissəsəində aralarında 1,5 sm olan bölgülər qeyd olunur

  • Evdiometri qaynadılmış və soyudulmuş su ilə doldurursunuz

  • İçərisində ortasınadək su ilə doldurulmuş kristallizatora salır və dəmir ştativə bərkidirsiniz

  • Evdiometrə qaz alınan cihazlardan 2 bölgü O2 qazı, 2 bölgü də H2 qazı buraxılır

  • Cihazın elektrodlarını induksiya makarasına birləşdirib qığılcım yaradırsınız

  • Güclü olmayan partlayış alınacaqdır (əgər evdiometr dəmir ştativə möhkəm bağlanmayıbsa, o yerindən çıxa bilər, bu halda təcrübə təkrra olunmalıdır)

  • Partlayışdan sonra evdiometrdəki suyun səviyyəsi 3 bölgü yuxarı qalxacaqdır

  • Reaksiyaya girməmiş qazın O2 olduğunu sübut etmək üçün evdiometr sudan çıxarılıb borusu dik vəziyyətdə tutursunuz və qalan qaz közərmiş çöplə yoxlayırsınız və onun oksigen olduğu təsdiqləyirsiniz

  • Evdiometrin dəmir ştativə möhkəm bağlanmasına diqqət yetirin

  • Praktik işə dair fotoillüstrsiya





Praktik tapşırıq 3.7 - Bərk maddələrin suda həll olunmasının müxtəlifliyi


İstifadə edilməli resurslar:

  • iş paltarı və əlcək

  • 6 ədəd sınaq şüşəsi

  • distillə suyu

  • şəkər

  • NaNO3, NaCl, MgSO4

  • kömür tozu

  • narın qum

  • dəmir ştativ

  • spirt lampası

  • pipetka




Fəaliyyət və tapşırıqlar

Təlimat və tövsiyyələr

  • Bərk maddələrin suda həll olunmasının müxtəlifliyi

  • İs paltarını geyinin

  • Əmək təhlükəsizliyi qaydalarına əməl edin.

  • Bərk maddələrin suda həll olunmasının müxtəlifliyinin araşdırılmasını təlimatda göstərildiyi kimi yerinə yetirməlisiniz.

  • Çalışmalısınız ki, işləri dəqiq yerinə yetirəsiniz

  • Təlim nəticərəninə nail olmaq üçün tələb olunan praktik tapşırıqlar.

  • Bərk maddələrin suda həll olunmasının müxtəlifliyi aşkar edən qaydaları şifahi söyləyirsiniz

  • 6 ədəd sınaq şüşəsinə onların həcminin 1/3-i qədər distillə suyu töküb hər birinin üzərinə eyni miqdarda şəkər, NaNO3, NaCl, MgSO4, kömür tozu və narın qum əlavə edirsiniz

  • Sonra hər birinin ağzını barmağınızla tutub möhkəm çalxalayırsınız

  • Həll olmayan maddələr dibə çökdükdən sonra, məhlulların üst hissəsindın pipetlə damcı götürüb böyük şüşə lövhə üzərinə keçirirsiniz

  • Şüşə lövhəni dəmir ştativin həlqəsi üzərinə qoyub spirt lampası alovu ilə ehtiyyatla qızdırırsınız

  • Hansı maddə məhlulundan götürülən damcıların yerində daha çox bərk maddə qalığı əmələ gəldiyini izləyirsiniz

  • Hansı sınaq şüşəsindən götürülən damcıların yerində bərk maddə qalığı əmələ gəlmədiyini aşkarlayırsınız

  • Diqqət etməli məqamlar




  • Praktik işə dair fotoillüstrsiya







Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə