Kimyavi əsaslar Modulun nömrəsi: 12 Bakı 2016


Praktik tapşırıq 3.8 – Suyun kimyavi xasələri



Yüklə 0,66 Mb.
səhifə9/19
tarix25.05.2018
ölçüsü0,66 Mb.
#45868
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

Praktik tapşırıq 3.8 – Suyun kimyavi xasələri


İstifadə edilməli resurslar:

  • çini kasacıq

  • stəkan

  • distillə suyu

  • şüşə lövhə və çubuq

  • dəmir qaşıq

  • kalsium-oksid (sönməmiş əhəng)

  • qırmızı fosfor

  • lakmus və fenoftalein məhlulu

  • ağzı geniş kolba və ya banka

  • spirt lampası




Fəaliyyət və tapşırıqlar

Təlimat və tövsiyyələr

  • Suyun kimyavi xasələri




  • İs paltarını geyinin

  • Əmək təhlükəsizliyi qaydalarına əməl edin.

  • Suyun kimyavi xasələrinin araşdırılmasını təlimatda göstərildiyi kimi yerinə yetirməlisiniz.

  • Çalışmalısınız ki, işləri dəqiq yerinə yetirəsiniz

  • Təlim nəticərəninə nail olmaq üçün tələb olunan praktik tapşırıqlar.

  • Suyun kimyavi xasələrini şifahi söyləyirsiniz

  • 1) Fosfor - oksidlə suyun reaksiyasını aparacaqsınız

  • Dəmir qaşıqda fosforu yandırıb içərisinə həcminin 1/4-i qədər distillə suyu və 1-2 damcı lakmus əlavə edilmiş kolbaya(bankaya) salırsınız

  • Dəmir qaşıq suya toxunmamalıdır

  • Yanma reakisyası başa çatdıqdan sonra kolbanın ağzını şüşə lövhə ilə örtür və çalxalayırsınız

  • Qırmızı rəngli məhlul alınması turşu əmələ gəldiyini sübut edəcəkdir

  • Reaksiya tənlikləri belə yazılır: 4P + 5O2 → 2P2O5 P2O5 + 3H2O → 2H3PO4

  • 2) Suyun kalsium-oksidlə reaksiyasını aparacaqsınız

  • Çini kasaya azca CaO qoyub üzərinə porsiyalarla distillə suyu tökürük, hər dəfə çoxlu istilik alındığını və kasacığın qızdığını müşahidə edirsiniz

  • Alınmış qatı xəşilvari kütlədən bir azca şüşə çubuqla stəkana keçirib distillə su ilə qarışdırır və üzərinə 1-2 damcı fenolftalein əlavə edirsiniz

  • Moruğu rəng alınacaqdır: CaO + H2O → Ca(OH)2

  • Dəmir qaşığın suya toxunmamasına diqqət edin






Praktik tapşırıq 3.9 – Kristalhidratın formulunun təyini


İstifadə edilməli resurslar:

  • qapağı olan çini qab

  • dəmir ştativ

  • kristalhidrat (natrium - karbonat)

  • spirt lampası

  • dəmir ştativ

  • spirt lampası

  • tərəzi

  • eksikator



Fəaliyyət və tapşırıqlar

Təlimat və tövsiyyələr

  • Kimyavi birləşmələrin formullarının təyin edilməsi – Kristalhidratın formulunun təyini




  • İs paltarını və əlcəyi geyinin

  • Əmək təhlükəsizliyi qaydalarına əməl edin.

  • Kimyavi birləşmələrin formullarının təyin edilməsi – Kristalhidratın formulunun təyin edilməsini təlimatda göstərildiyi kimi yerinə yetirməlisiniz.

  • Çalışmalısınız ki, işləri dəqiq yerinə yetirəsiniz

  • Təlim nəticərəninə nail olmaq üçün tələb olunan praktik tapşırıqlar.

  • Kristalhidratın formulunun təyini qaydasını şifahji söyləyirsiniz

  • Texniki kimyavi tərəzidə 0,01 qr dəqiqliklə, təmiz yuyulub qurudulmuş və sonra közərdilmiş çini qabın qapağı ilə birlikdə çəkisini təyin edirsiniz

  • Qaba 2 qrama yaxın natrium karbonat töküb, 0,01 qr qəqiqliklə tərəzidə çəkirsiniz (qapağı ilə birlikdə)

  • Ağzı qapaqla örtülmüş qabı dəmir ştativin halqası üzərinə qoyulan üçbucağa yerləşdirirsiniz

  • Qabı əvvəlcə yavaş, sonra 10 dəqiqə müddətində şiddətlə qızdırırsınız

  • Qızdırmanı dayandırıb, qabı eksikatora yerləşdirirsiniz

  • Qab soyuduqdan sonra qapağı ilə birlikdə tərəzidə çəkirsiniz

  • Qabı yenidən 10 dəqiqəyə qədər şiddətli qızdırırsınız və eksikatorda soyudursunuz

  • Soyuduqdan sonra ikinci dəfə çəkirsiniz

  • Duz susuzluşdıqdan sonra onun xarici görünüşündə dəyişikliyi görəcəksiniz

  • Boş və içərisində duz olan qabın çəkisini müqayisə aparmaqdan ötrü dəftərinizdə qeyd edirsiniz

  • Artıq duzun çəkisini təyin edirsiniz

  • Diqqət etməli məqamlar



  • Praktik işə dair fotoillüstrsiya








Praktik tapşırıq 3.10 – Kalium-nitratın həll olmasının temperaturdan asıllığı


İstifadə edilməli resurslar:

  • sınaq şüşəsi

  • su

  • narın əzilmiş kalium – nitrat

  • spirt lampası




Fəaliyyət və tapşırıqlar

Təlimat və tövsiyyələr

  • Kalium – nitratın həll olmasına temperaturun təsiri

  • İs paltarını və əlcəyi geyinin

  • Əmək təhlükəsizliyi qaydalarına əməl edin.

  • Kalium – nitratın həll olmasına temperaturun təsirini təlimatda göstərildiyi kimi yerinə yetirməlisiniz.

  • Çalışmalısınız ki, işləri dəqiq yerinə yetirəsiniz

  • Təlim nəticərəninə nail olmaq üçün tələb olunan praktik tapşırıqlar.

  • Kalium – nitratın həll olmasına temperaturun təsiri haqda qaydaları şifahi söyləyirsiniz

  • Sınaq şüşəsini yarıya qədər su ilə doldurursunuz

  • Ora azca narın əzilmiş kaliun – nitrat töküb çalxalayırsınız

  • Duz həll olduqdan sonra, kalium – nitratın yeni miqdarını töküb çalxalamaqla həll edirsiniz

  • Bu prosesi əlavə edilən duzun həll olması dayanana qədər davam etdirirsiniz

  • Sınaq şüşəsinin qızıdırırsınız və duz həll olduqda yenə də kalium – nitrat əlavə edirsiniz

  • Məhlul qaynayana qədər sınaq şüşəsini qızdırmaqla həll olmamış duzu həll edirsiniz

  • Sınaq şüşəsinin soyumağa qoyursunuz və kalium – nitratın kristallaşmasını müşahidə edirsiniz

  • Deməli temperaturun artması kalium – nitratın suda həll olmasına həlledici təsir göstərir.

  • Diqqət etməli məqamlar




  • Praktik işə dair fotoillüstrsiya









Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə