Kimyəvi-bakterioloji analiz laborantı



Yüklə 61,19 Kb.
tarix30.04.2018
ölçüsü61,19 Kb.

Qəbələ Peşə məktəbi

“Kimyəvi-bakterioloji analiz laborantı” peşəsi üzrə



Biokimya fənni üzrə test sualları



  1. Biokimya nədir və nəyi öyrənir?

  1. Canlı orqanizmlərin tərkibinə daxil olan tsiklik birləşmələri öyrənir

  2. Canlı orqanizmlərin kimyəvi tərkibini, qanın kimyəvi reaksiyalarını öyrənir

  3. Canlı orqanizmlərin kimyəvi tərkibini və onların həyat fəaliyyətini təşkil edən kimyəvi çevrilmələri öyrənir

  4. Biologiya və kimya arasındakı qanunauyğunluğu öyrənir

  5. Canlı orqanizmlərin tərkibinə daxil olan üzvi maddələrin alınmasını öyrənir



  1. Xarici mühitdən orqanizmə düşən maddələr kimyəvi çevrilmələrdən sonra nəyə çevrilmir?

    1. zülallara b) nuklein turşularına c) yağlara d) karbohidratlara e) fullerenlərə



  1. Hemoqlobin hansı funksiyanı icra edir?

    1. Orqanizmin xarici mühitin amillərindən mühafizə funksiyasını

    2. Bioloji çevrilmələrdə katalizator funksiyasını

    3. Qanın tənəffüs funksiyasını

    4. Hüceyrələrdə ehtiyat şəklində saxlanaraq qidalandırıcı funksiyasını

    5. Əzəli təqəllüsü aktında katalizator funksiyasını



  1. Hansı element zülalların tərkibinə % miqdarıyla daha çox daxildir?

  1. Karbon b) Hidrogen c) Oksigen d) Azot e) Kükürd



  1. Qidalandırıcı funksiya daşıyan kazein nəyin əsas tərkib hissəsidir?

    1. Südün b) Sidiyin c) Beyin hüceyrələrinin d) Bədən tüklərinin e) Dilin



  1. Əgər amin qrupları aminturşuda karboksil qrupuna ən yaxın karbon atomuna birləşibsə, həmin aminturşu necə adlanır?

  1. α- aminturşu

  2. D- aminturşu

  3. L- aminturşu

  4. D(+) –aminturşu

  5. L(-) – aminturşu



  1. Toxumalarda aerob tənəffüsünün son məhsulu hansı maddədir?

    1. oksigen; b) su və CO2; c ) su; d) hidrogen və oksigen; e) hidrogen



  1. Hansı birləşmənin sulu məhlulu lakmusun rəngini dəyişmir?

      1. CH3NH2

      2. H2NCH2COOH

      3. CH3COOH

      4. NaOH

      5. HCl

  2. I.Naylon lifi; II. Zülallar; III.Nişasta; IV. Kapron lifi Hansı maddələr polipeptidlərə aiddir?

      1. I, II, III; b) I, III, IV; c) II, III, IV; d) I, II, IV; e) II, III



  1. Aminlərin tam yanma məhsulları hansı halda doğru verilmişdir?

      1. CO2 və H2O;

      2. CO2 və NO2;

      3. NO2 və H2O

      4. N2 və H2O;

      5. CO2 , N2 və H2O



  1. Hansı maddə karbohidratlara aid deyildir?

      1. nişasta b) sellüloza c) saxaroza d) dezoksiriboza e) süd turşusu



  1. Invert şəkər nədir?

      1. saxarozanın fermentativ hidrolizindən alınan fruktoza və qlükoza qarışığına deyilir

      2. saxarozanın fermentativ hidrolizindən alınan fruktoza və laktoza qarışığına deyilir

      3. nişastanın fermentativ hidrolizindən alınan maltozaya deyilir

      4. qlikogenin fermentativ hidrolizindən alınan səməni şəkərinə deyilir

      5. heyvan orqanizmində sintez olunan disaxaridə deyilir



  1. Adi şəraitdə heyvani və bitki yağları müvafiq olaraq hansı haldadırlar?

      1. hər ikisi maye

      2. hər ikisi bərk

      3. bərk; maye

      4. maye; bərk

      5. heyvani - maye, bitki – həm bərk, həm maye



  1. Yağların qaxsamasının qarşısını hansı maddələr alır?

      1. emulqatorlar b) fermentlər c) katalizatorlar d) antioksidantlar e) su



  1. Hansı vitamin yağlarda həll olur?

      1. A; b) B; c) C; d) PP; e) U



  1. Enzimologiya elmi əsasən nəyi öyrənir?

      1. lipidləri b) fermentləri c) karbohidratları d) zülalları e) turşuları



  1. Fermetlərin qatılığı ilə fermentativ reaksiyaların sürəti arasındakı asılığı göstər.

      1. V = k • [E]

      2. V = k • E

      3. V = m • E

      4. V = [k] • E

      5. K = V • E

  2. Qidada vitaminlərin olmaması nəticəsində əmələ gələn xəstəliklərə nə deyilir?

      1. hipervitaminoz

      2. hipovitaminoz

      3. avitaminoz

      4. provitaminoz

      5. Povitaminoz

  3. Aşağıdakı vitaminlərdən hansı yağlarda həll olur?

      1. B1 vitamini

      2. D vitamini

      3. C vitamini

      4. P vitamini

      5. B12 vitamini

  4. A vitamininin çatışmazlığı zamanı yaranan xəstəlik necə adlanır?

      1. gecə korluğu

      2. antiraxitik vitamin

      3. antinevrit

      4. antidermatit vitamini

      5. antiamik vitamin

  5. Cərrahi əməliyyatlar zamanı qanaxmanın qarşısını almaq üçün hansı preparatdan istifadə olunur?

      1. retinol

      2. vikasol

      3. kalsiferol

      4. tokoferol

      5. Tiamin

  6. Bədənin sürətlə inkişaf edərək böyüməsi və başın zəif inkişaf etməsi ilə əmələ gələn xəstəlik necə adlanır?

      1. hipofizar nanizm

      2. gigantizm

      3. Akromeqaliya

      4. hipofizar piylənmə

      5. şəkərsiz diabet

  7. İnsulin haqqında hansı ifadə səhvdir?

      1. suda həll olur

      2. 80%-li spirtdə həll olur

      3. üzvi həlledicilərin hamısında həll olur

      4. qızdırıldıqda parçalanır

      5. proteolitik fermentlərin təsiri ilə parçalanır

  8. Əmələ gəldikləri hüceyrələrin daxilində fizioloji təsir göstərən hormonlara nə deyilir?

      1. toxuma hormonları

      2. sinir hormonları

      3. hüceyrə hormonları

      4. parahormonlar

      5. süni hormonlar

  9. Aşağıdakılardan hansı polipeptid və zülal təbiətli hormonlardır?

      1. cinsiyyət hormonları

      2. qalxanabənzər vəzinin hormonları

      3. böyrəküstü vəzinin qabıq maddəsinin hormonları

      4. böyrəküstü vəzinin beyin maddəsinin hormonları

      5. boy artımı hormonu

  10. Hormonların orqanizmə təsiri ilə bağlı ifadələrdən hansı səhvdir?

      1. hüceyrə membralarından müəyyən maddələrin keçməsini sürətləndirir

      2. fermentlərin aktivliyini dəyişdirir

      3. fermentlərin sintezini tənzim edir

      4. vitaminlərin orqanizmdə sintez olunmasını təmin edir

      5. fermentlərin zülali hissələrinin əmələ gəlməsini və parçalanmasını tənzimləyir

  11. Qalxanabənzər vəzinin əsas hormonlarının tərkibinə hansı element daxildir?

      1. Br b) F c) Ge d) I e) As

  12. Mədəaltı vəzin hormonu olan insulin neçə aminturşudan ibarətdir?

      1. 30; b)56; c) 51; d)52; e)60



  1. Xarici mühitdən qəbul edilən maddələrin hesabına orqanizmin quruluşunu təşkil edən yeni maddələrin sintez olunması nə adlanır?

      1. Katabolizm

      2. dissimilyasiya

      3. energetik balans

      4. anabolizm

      5. əsas mübadilə

  2. Bədəndən xaric olunan karbon qazının həcminin sərf edilən oksigenin həcminə nisbəti nə adlanır?

      1. anabolizm

      2. Katabolizm

      3. tənəffüs əmsalı

      4. azot balansı

      5. sərbəst enerji

  3. .Qəbul edilən qida maddələrinin ilk çevrilmələrindən başlayaraq, mübadilənin son məhsullarının əmələ gəldiyi mərhələyə qədər uğradıqları bütün kimyəvi dəyişikliklərə nə deyilir?

      1. əsas mübadilə;

      2. energetik balans ;

      3. aralıq mübadilə

      4. tənəffüs əmsalı;

      5. müvazinət

  4. Əzələlərdə karbohidratların parçalanmasının hansı yolu üstünlük təşkil edir?

      1. Mürəkkəb b) Aerob c) Sadə d) Anaerob e) Hidrogenləşmə



  1. Ödün reaksiyası necədir?

      1. güclü turşu; b) zəif turşu ; c) neytral; d) zəif qələvi; e) güclü qələvi



  1. Zülallar hansı orqanizmdə sintez olunur?

      1. Endoplazmatik

      2. Lizosomda

      3. Mitoxondrilərdə

      4. Ribosomda

      5. Holçi aparatında

  2. Hansı qeyri-üzvi birləşmələr qida məhsullarının tərkibinə daxildir?

      1. Su, mineral maddələr

      2. Karbohidratlar, yağlar

      3. Zülallar, fermentlər

      4. Su, vitaminlər

      5. Karbohidratlar, vitaminlər

  3. Qida məhsulları arasında D vitamini ilə zənginliyinə görə məməlilər və quşların hansı orqanı xüsusi yer tutur?

      1. Dalaq b) Böyrək c) Qara ciyər d) Bağırsaq e) Ağ ciyər



  1. Oksidləşmə-reduksiya reaksiyaları hansı reaksiyalara deyilir?

      1. elektronların bir elementdən digər elementə verilməsi ilə gedən reaksiyalara

      2. bir elementin digər elementi əvəz etməsi ilə gedən reaksiyalara

      3. reaksiya nəticəsində çöküntü alınan reaksiyalara

      4. yüksək temperaturda aparılan reaksiyalara

      5. homogen fazada baş verən reaksiyalara



  1. .Aşağıdakılardan hansı orqan vasitəsilə su orqanizmdən xaric edilmir?

      1. dəri; b) böyrəklər; c) bağırsaqlar; d) ağciyərlər; e) dalaq



  1. Qlikoliz prosesi nəyə deyilir?

      1. Aerob şəraitdə qlükozanın süd turşusuna və karbon qazına parçalanmasına

      2. Aerob şəraitdə qlükozanın süd turşusuna parçalanmasına

      3. Anaerob şəraitdə qlükozanın karbon qazı və suya parçalanmasına

      4. Anaerob şəraitdə qlükozanın süd turşusuna parçalanmasına

      5. Anaerob şəraitdə qlükozanın süd turşusuna, karbon qazı və suya parçalanmasına



  1. Hansı elementin orqanizmdə çatışmazlığı endemik ur xəstəliyinin yaranmasına səbəb olur?

      1. kalsium; b) xlor; c) brom; d) silisium; e) yod



  1. Orqanizmdə cüzi miqdarda təsadüf edilən, lakin mühüm fizioloji əhəmiyyətə malik elementlər necə adlanır?

      1. mikroelementlər;

      2. fizoelementlər;

      3. makroelementlər

      4. ultraelementlər;

      5. bioelementlər

  2. Diş kariyesinin əmələ gəlməsi hansı elementin çatışmazlığı ilə əlaqədardır?

      1. flüor; b) dəmir; c) molibden; d) xlor; e) yod



  1. Qida məhsullarının tərkibində su hansı vəziyyətdə olur?

      1. Kristal, sublimasiya

      2. Kolloid, sublimasiya

      3. Sərbəst, birləşmiş

      4. Soyuq, kolloid

      5. İsti, kristal

  2. İnsan orqanizmində dəmirin rolu nədən ibarətdir?

      1. ağız suyunun amilazasının aktivliyini azaldır

      2. B1 vitamini olan karboksilaza fermentini aktivləşdirir

      3. oksidləşmə-reduksiya reaksiyalarında və qanyaranma prosesində aktiv iştirak edir

      4. endemik ur xəstəliyinin yaranmasının qarşısını alır

      5. nazik bağırsaqlarda sorulma prosesini



  1. Aşağıdakı iki reaksiya tənliyinin cəmi nəyi ifadə edir?

1) C6H12O6 + 12 R + 6H20 → 6CO2 + 12 RH2

2) 12 RH2 + 6 O2 → 12 R + 12 H2O



  1. nişastanın oksidləşməsini

  2. saxarozanın oksidləşməsini

  3. ribozanın oksidləşməsini

  4. qlükozanın oksidləşməsini

  5. maltozanın oksidləşməsini

  1. H2CO3 maddəsinin sintezini sürətləndirən və onlarda yığılan karbon qazının daşınmasına yardım göstərən ferment hansıdır?

      1. karboanhidraza; b) peroksidaza; c) liaza; d) liqaza; e) amilaza



  1. Bioloji oksidləşmənin digər adı nədir?

      1. üzvi və qeyri-üzvi redoks

      2. toxuma tənəffüsü

      3. üzvi aminləşmə

      4. karbohidrat mübadiləsi

      5. Denaturatlaşma

  2. Böyrəküstü vəzinin dağılması hansı xəstəliyin nəticəsidir?

      1. Beri-beri xəstəliyinin

      2. Bazedov xəstəliyinin

      3. xəstəliyinin

      4. Şəkər xəstəliyinin

      5. Polinevritin

  3. Orqanizmdə boy artmaya təsir edən hormon hansıdır?

      1. follikultənzimedici;

      2. adrenokortikotrop;

      3. tireotrop;

      4. somatotrop hormon;

      5. lüteinləşdirici

  4. Yod əmsalı nəyə deyilir?

      1. 1 mol maddədə olan yod atomlarının sayına

      2. üzvi və qeyri-üzvi yod birləşmələrinin bir-birinə nisbətinə

      3. qalxanabənzər vəzinin tərkibinə daxil olan yodun miqdarına

      4. qanın tərkibinə daxil olan yodun miqdarına

      5. orqanizmin qida vasitəsilə mənimsədiyi yodun miqdarına

  5. Nə üçün K vitaminini bilavasitə qana yeritmək mümkün deyil?

      1. Yan zəncirində 30 karbon atomu olduğu üçün

      2. Menaxinon törəməsi olduğu üçün

      3. Suda həll olmadığı üçün

      4. K1 və K2 vitaminlərinin tərkibində olduğu üçün

      5. Axtalandırıcı təsirə malik olduğu üçün

  6. Qlükozanın tərkibində 5 hidroksil qrupu olmasını hansı maddə ilə sübut etmək olar?

      1. CH3OH b) Cu(OH)2 c) CH3COOH d) Ag2O e) FeCl3



  1. α-qlükozadan hansı təbii polimer alınır?

      1. sellüloza

      2. zülal

      3. nuklein turşusu

      4. nişasta

      5. Lavsan

  2. Disaxarid nəyə deyilir?

      1. 2 monosaxaridin birləşməsindən alınan oliqosaxaridə deyilir

      2. molekul tərkibində 2 – OH qrupu olan oliqosaxaridlərə deyilir

      3. molekul tərkibinə 2 monosaxarid qalığı olan oliqosaxaridlərə deyilir

      4. molekul tərkibində 2 – OH qrupu olan monosaxaridə deyilir

      5. oliqosaxaridlərin tərkibindən monosaxaridləri çıxarmaqla qalan qalığı deyilir

  3. Adeninin qarşılığı nədir?

      1. Quanin; b) Urasil; c) Sitozin; d) Timin; e) Xinin

  4. Məlumat RNT-nin neçə növü mövcuddur?

      1. saysız-hesabsız

      2. 10

      3. 100

      4. 1000

      5. 500

  5. Hansı ifadələr doğru deyil?

I.β-aminturşular zülalların tərkibinə daxildir.

II.Peptid rabitəsi karbon ilə azot arasında əmələ gəlir.

III.Enant lifi poliamid lifidir.

IV.Zülallar β-amin turşuların polikondensləşmə məhsuludur.



  1. I, IV; b) I, III; c) II, IV; d) I, II; e) II, III

  1. . Hemoqlobinin tərkibində hansı kimyəvi element oksigen daşıyıcısıdır?

      1. Al b) Zn c) Fe d) C e) Co



  1. Aminturşular üçün hansı ifadə səhvdir?

      1. kristallik maddə olub, suda həll olur

      2. spirtlərlə mürəkkəb efirlər əmələ gətirir

      3. bir-biri ilə reaksiyaya daxil olaraq peptid rabitəsi əmələ gətirir

      4. qələvilərlə və turşularla reaksiyaya daxil olur

      5. bir-biri ilə reaksiyaya daxil olaraq mürəkkəb efir əmələ gətirir

  2. Hansı maddə amfoter xassəlidir?

      1. etanol

      2. propion turşusu

      3. aminsirkə turşusu

      4. Etilamin

      5. qarışqa turşusu

düzgün cavablar































C

E

C

A

A

A

B

B

D

E

E

A

C

D

A































B

A

C

B

A

B

B

C

C

E

D

D

C

D

C































C

D

D

D

A

C

A

E

D

E

A

A

C

C

D































A

B

C

D

B

C

C

D

C

D

A

C

C

E

C






: upload -> Image -> BuraxД±lД±Еџ%20imtahan%20suallarД±
BuraxД±lД±Еџ%20imtahan%20suallarД± -> İqlim və ətraf mühit
BuraxД±lД±Еџ%20imtahan%20suallarД± -> Kimyəvi-bakterioloji analiz laborantı
BuraxД±lД±Еџ%20imtahan%20suallarД± -> Qəbələ Peşə məktəbi Heyvanların anatomiyası və fiziologiyası Anatomiya elmi nəyi öyrənir?
BuraxД±lД±Еџ%20imtahan%20suallarД± -> Geyimin hazırlanma texnologiyası” fənindən test sualları Gizli basdırma tikişləri hansılardı ?
BuraxД±lД±Еџ%20imtahan%20suallarД± -> 1 Aşağıdakı sıralardan hansında yalnız üzvi gübrələr verilmişdir
BuraxД±lД±Еџ%20imtahan%20suallarД± -> Qəbələ Peşə məktəbi Kimyəvi – bakteriloji analiz peşəsi üzrə Materilşünaslıq fənnindən testlər
BuraxД±lД±Еџ%20imtahan%20suallarД± -> Qəbələ Peşə məktəbi Kimyəvi – bakterioloji analiz laborantı peşəsi üzrə Kimyəvi – bakterioloji analiz fənni üzrə testlər
BuraxД±lД±Еџ%20imtahan%20suallarД± -> Qəbələ Peşə məktəbi Kimyəvi əsaslar modulu üzrə test nümunələri
BuraxД±lД±Еџ%20imtahan%20suallarД± -> Gübrələr və onlardan istifadə


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə