“KİMYƏVİ Kİnetika və kataliZ” İXTİsasi üZRƏ doktoranturaya qəbul


Heterogen katalitik proseslərin kinetikası və onun spesifikası



Yüklə 231,83 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix25.05.2022
ölçüsü231,83 Kb.
#87926
1   2   3   4   5   6   7   8   9   10
2316.01 (4)

Heterogen katalitik proseslərin kinetikası və onun spesifikası. 
Heterogen kimyəvi reaksiyaların ümumi qanunauyğunluqları. Kütlələrin və 
səthlərin təsiri qanunu. İdeal adsorbsiya təbəqələrində katalitik proseslərin 
kinetikası. Keçid hal metodunun səthdə gedən proseslərə tətbiqi. Real adsorbsiya 
təbəqələrində katalitik proseslərin kinetikası. Reaksiyanın sürəti və qapalı və açıq 
sistemlərdə proseslərin kinetik tənlikləri. 
1.11
 
Reaksiyanın stasionar və kvazistasionar gedişi. 
Mərhələlərin sürətlərinin nisbəti. Mərhələlərin stexiometrik ədədləri və reaksiyanın 
marşrutları. Limitləyici mərhələnin stexiometrik ədədi və reaksiyanın zahiri 
molekulyarlığı. Katalizdə qeyri - stasionar proseslər haqqında anlayış. 
1.12. Zəncirvari reaksiyalar. 
Əsas anlayışlar, qeyri zəncirvari və zəncirvari reaksiyalar. Zəncirvari reaksiyalara 
misallar. Kimyəvi çevrilmələrin və onların elementar mərhələlərinin zəncirvari 
mexanizmi. Zəncirin yaranması, inkişafı, ötürülməsi və qırılması. Zəncirin orta 
uzunluğu. Zəncirin şaxələnməsi. 
Zəncirvari reaksiyaların formal kinetikası. Zəncirin vaxta görə inkişafı. 
Şaxələnməmiş zəncirvari reaksiyaların kinetikası. Karbohidrogenlərin termiki 
krekinqi. 
Şaxələnmiş zəncirvari reaksiyalar. Şaxələnmiş zəncirin uzunluğu. Hədd hadisələri. 
Zəncirvari reaksiyaların sürətinin temperaturdan asılılığı. 
Şaxələnmiş zəncirvari reaksiyaların kinetikası. Kvazistasionar qatılıqlar metodu. 
Hidrogenin yanma reaksiyası model reaksiya kimi. Reaksiyanın mexanizmi. Aşağı 
təzyiqlərdə reaksiyanın kinetikası. İnduksiya müddəti. Alışmanm yuxarı və aşağı 
hədləri. 
Öz - özünə yanmanın üç həddi nəzəriyyəsi. 
Karbohidrogenlərin oksidləşməsi və yanması. Yanma reaksiyası. Ləng oksidləşmə. 
1.13. Fotokimyəvi reaksiyalar. 


Molekulun fotokimyəvi aktivləşməsi. İşıqudmanın miqdari xarakteristikası. 
Lambert - Beer qanunu. İlkin fotokimyəvi akt. 
Fotokimyəvi reaksiyalarda ikicinsli proseslər. Atomların, radikalların və 
həyəcanlanmış molekulların iştirakı ilə gedən ikicinsli proseslər. Flüoressensiya. 
Metastabil molekullar. 
Fotokimyəvi reaksiyaların kvant çıxımı. Əsas fotokimyəvi qanun. Kvant çıxımının 
dalğa uzunluğundan asılılığı. 
Fotokimyəvi reaksiyaların temperatur əmsalı və mexanizmi. Temperatur əmsalı. 
H2 və Br2 - dan HBr - un alınması. Fotokimyəvi reaksiyaların həddi. 
Yüksək enerjili şüalanmanın kimyəvi təsiri. 

Yüklə 231,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə