Kino mədəniyyətimizin inkişafında Adil İsgəndərovun rolu “Hər bir adam kinorejissor ola bilər, amma bundan ötrü birinə iki IL, o birisinə iki yüz IL lazımdır ”



Yüklə 39,44 Kb.

tarix17.06.2018
ölçüsü39,44 Kb.


“Mədəni-maarif”.-2010.-№6.-S.32-35.

Kino mədəniyyətimizin inkişafında 

Adil İsgəndərovun rolu

“Hər bir adam kinorejissor ola bilər

amma bundan ötrü birinə iki il,

o birisinə iki yüz il lazımdır...”

İ. Eyzenşteyn.

Kinorejissor olmaq üçün A. İsgəndərova nə iki, nə də iki yüz il lazım oldu. Onun istedadı, bacarığı həm

teatrda, həm  də kinoda uğur qazanmağa imkan verdi Teatrdakı işini bitirmiş  hesab edənlər  onu kinostudiyaya

göndərdilər. A. İsgəndərov C.Cabbarlı adına "Azərbaycanfilm " kinostudiyasının direktoru oldu.

Rəhbərlik  etdiyi  dövrdə  "Sən  niyə  susursan?",  "Yenilməz  batalyon",  "Bizim  Cəbiş  müəllim",  "Dəli  Kür",

"Uşaqlığın son  gecəsi",  "Sevil",  "Şərikli  çörək",  "Axırıncı aşırım", "Yeddi  oğul istərəm",  "Gün  keçdi",  "Nəsimi",

"Dədə  Qorqud"  kimi  dəyərli,  tamaşaçı yaddaşından  silinməyən,  bu  günümüzə  qədər  maraqla  baxdığımız  filmlər

çəkildi.  Kinostudiyanın  istehsal  sahələrinin  yenidən  qurulmasında,  ümumiyyətlə,  milli  kinematoqrafiyamızın

inkişafında,  kino  üçün  kadrların  hazırlanmasında  A.İsgəndərovun  müstəsna  xidmətləri  olmuşdur.  Rəhbər  işə

keçməzdən əvvəl "Azərbaycanfilm" nəzdində kino aktyor studiyasını açmış, özü də bu studiyanın rəhbəri olmuşdur.

Adil  İsgəndərovun  kinoya  rəhbərliyi  onun  məsuliyyətini  daha  da  artırdı.  O,  artıq  milyonlarla  kütlənin

tələbinə  cavab  verməli  idi.  Təbii  ki,  bu  işin  də  öhdəsindən  dəyərlə  gələn  rejissor  ilk  növbədə  kinostudiyanın

nəzdində  studiya  açmaq  qərarına  gəldi.  Bu  da  gələcəkdə  çəkiləcək  filmlərin  uğurlu  alınması üçün  gənc  istedadlı

aktyorların bu studiyada çalışması idi. Bu barədə Adil İsgəndərov yazırdı: "Studiyanın yaradılması respublikamızda

kino aktyorlarına tələbatın artması ilə əlaqədardır. Bu çətin sınaqda ciddi müsabiqə yolu ilə istedadlı gəncləri seçib

studiyaya  qəbul  edirik.  Üç  il  ərzində  onlarla  həm  nəzəri,  həm  də  təcrübəli  məşğələlər  keçirilir.  Sabahın  kino

aktyorları  incəsənətimizin  tarixinə  aid  mühazirələri  dinləyir,  gör-kəmli  aktyorlarımızın  yaradıcılığını  öyrənir,

aktyorluq  sənətinin  incəliklərinə  yiyələnməyə  çalışırlar.  Onlar  kinostudiyada  çəkilən  filmlərin  yaradılmasında  da

iştirak  edirlər"(2).  Adil  İsgəndərovun  1966-cı  ildə  yaratdığı  bu  studiyaya  müxtəlif  peşə  sahibləri  də  gəlirdilər.

Onların arasında fəhlə, inşaatçı, tələbə, dəmiryolçu da var idi. A.İsgəndərov bu gənclərin çəkilən filmlərdə iştirakı

üçün şərait də yaradırdı.

Onun teatra gətirdiyi uğurlar kino sənətinə gətirdiyi uğurlar qədər idi. Adilin yorulmadan çalışması

bütün  kollektiv  üçün  örnək  idi.  İlk  dəfədən  kinodakı  çatışmazlıqları  görüb  onların  yerini  doldurmaq,

yeni-yeni filmlərin çəkilməsinə mane olan səbəbləri aradan qaldırmaq kino aləmi üçün əvəzedilməz idi.

O, çox gözəl bilirdi ki, müasir tələblərə cavab verən filmlər çəkmək üçün bu tələblərə cavab verən aktyorlar

yetişdirilməlidir.  Belə  aktyorların  olması kino  sənətinin  gələcək  inkişafı ilə  çox  əlaqədardır.  Bütün  bunları bilən

Adil  İsgəndərov  yeni  texnika  ilə,  bacarıqlı  rejissor  və  operator  kadrlan  ilə  yanaşı  gənc  milli  kino  aktyorları

yetişdirmək  üçün  səylə  çalışırdı.  Əgər  bir  zaman  yeni  filmlərdə  kino  sənətindən  yaxşı  başı  çıxmayan  adamlar  da

zahiri əlamətlərinə görə çəkilirdisə, indi bu qətiyyən yaramırdı.

Kino özünün inkişafı ilə yeni bacarıqlı aktyorlara möhtac idi. Bu studiyaya daxil olmaq istəyən hər bir gənc

təbii  ki,  qoyulan  şərtlərə  cavab  verməli  idi.  Onların  siyasi  cəhətdən  məlumatlı,  mədəni,  bədii  ədəbiyyatı  və

incəsənəti ürəkdən sevən gənclər olması vacib şərtlərdən biri hesab olunurdu.

Daha  sonra  onun  səsinin,  zahiri  görkəminin  də  müəyyən  rol  oynaması  vacib  idi.  Bundan  əlavə  hə-min

gənclər  aktyor  sənəti  üçün  zəruri  olan  bir  çox  cəhətlərə  malik  olmalı,  öz  duyğu  və  hisslərini  tamaşaçıya  düzgün

çatdırmağı bacarmalı idilər.

Ümumiyyətlə,  onu  da  xüsusi  qeyd  etmək  lazımdır  ki,  A.İsgəndərovun  yaradıcılığında  başdansovdu,  necə

gəldi işi yox idi. A. İsgəndərovun kinoya gəlişi Böyük Oktyabr Sosialist inqilabının 50-ci ildönümü illərinə təsadüf

edirdi. Təbii ki, bu münasibətlə hər bir sahədə olduğu kimi kinonun da məsuliyyəti birə on artmışdı, kinofilmlərin

bir çox hissəsi məhz bu əlamətdar günə həsr olunmalı idi. 50 ildə qazandığı böyük müvəffəqiyyətlər, sovet elminin

misilsiz nailiyyətləri, dostluq və qardaşlıq mövzuların da bədii və sənədli filmlərdə öz əksini tapmalı idi.

A.İsgəndərovun rəhbərliyi ilə kinostudiya yeni-yeni filmlər çəkməkdə idi. Amma bütün bunlara baxmayaraq

təbii ki, o öz yaradıcılığında müasir filmlərə daha çox yer verir və verəcəkdi. A.İsgəndərov istər teatrda, istərsə də

kinoda rəhbərliyi dövründə xüsusən gənclərin fəaliyyətinə şərait yaradır və diqqət ayırırdı.

"Kinostudiyamız  gənc  ssenaristlər,  aktyor  və  rejissorlar  yetişdirib,  onları  öz  ətrafında  birləşdirmək  üçün

ciddi  tədbirlər  görür.  Bunun  nəticəsi  olaraq  iki  cavan  müəllifin  ssenarisi  kinostudiyamızın  bədii  soveti  tərəfindən

qəbul  edilmişdir.  Anar  Rzayevin  "Torpaq,  dəniz,  od,  səma"  əsəri  bu  yaxınlarda  istehsala  buraxılacaqdır.

M.Mahmudbəyovun "Svetoforda sarı işıq" ssenarisinin isə rejissor nüsxəsi hazırlanmaqdadır"(3).



A.İsgəndərovun  kinoya  gəlişi  1964-cü  ilə  təsadüf  edirdi.  Təbii  ki,  o  sıravi  rejissor  kimi  fəaliyyətə

başladı.  Kinoda  ilk  işi  bu  günə  qədər  tamaşaçıların  maraqla  sevib  baxdıqları  "Əhməd  haradadır?"


kinokomediyası  oldu.  Bu  film  Azərbaycanda  müasir  mövzuda  çəkilmiş  kinokomediyadır.  Filmin  ssenari

müəllifi  gözəl  yazıçımız  S.Rəhman  A.İsgəndərovla  teatrda  da  birgə  işləmişdi.  Bir-birinin  işi  ilə  tanış  olan

sənətkarlar bu dəfə də birgə uğurlu iş görə bildilər.

A.İsgəndərovun  kinoda  ilk  işi idi.  Buna  baxmayaraq  o,  ssenarinin  verdiyi  imkanlardan  bacarıqla  istifadə

edərək  müasir  həyatdan  danışan  maraqlı  komediya  yarada  bilmişdi.  Filmin  ayrı-ayrı  kadrlarında  sözün  müsbət

mənasında  teatr  ünsürləri  də  görünür.  Rejissor  hazır  tipaj  seçməkdən  qaçmış,  aktyorlarla  gərgin  işləyərək  güclü,

möhkəm ansambl yaratmışdır. Rejissor həmişə olduğu kimi bu dəfə də təcrübəli aktyorlardan əlavə gəncləri də bu

filmə cəlb etmişdi. Bu da filmin baxılmasına ümumi maraq oyadırdı.

"Əhməd  haradadır?"  kinokomediyası rejissor  işi cəhətincə  də  tamaşaçıları özünə  cəlb  edir.  Bu  vaxtadək

özünü  bir  görkəmli  teatr  xadimi  kimi  tanıtmış SSRİ-nin xalq  artisti  Adil  İsgəndərov  bu  filmi  ilə  sübut  etdi  ki,  o,

kino sənəti sahəsində də böyük istedada malikdir.

Onun  birinci  gözəl  işi  aktyorların  seçilməsində  və  birdən-birə  bir  neçə  gənc  aktyorun  cəsarətlə  kino

sahəsinə  gətirilməsində  özünü  göstərir"(4).  1964-cü  ildə  lentə  alınan  bu  filmdə  A.İsgəndərov  bütün  milliliyi

qoruyub  saxlaya  bilmişdi.  Ayrı-aynlıqda  gənc  həyatını,  yaşlı  adamların  psixologiyasını,  sonra  şəhər  həyatını,

gənclərin  həyat  tərzini  bütün  aydınlığı ilə  aça  bilmişdir.  Filmdəki  obrazların  fəaliyyətində,  danışıq  və  ədalarında

xarakterini, psixoloji aləmlərini qabarıq və canlı ifadə edən fərdi keyfiyyətlər çox qüvvətlidir. "Film uzun müddət

teatr  səhnəsində  çalışmış  və  özünü  istedadlı  bir  rejissor  kimi  göstərmiş  Adil  İsgəndərovun  kino  sahəsində  ilk

müstəqil addımıdır. Açıq demək lazımdır ki, ilk addım müvəffəqiyyətdir. Adil İsgəndərov filmdə zahiri təmtəraqdan

qaçmış,  süni  effekt  xatirinə  gurultuya  və  hay-küyə  uymamışdır.  Rejissor  əsəri  realist  planda  şərh  etmiş,  hər  bir

epizodun sadə və həyati çıxmasına çalışmışdır.



Rejissorun  müvəffəqiyyəti,  hər  şeydən  əvvəl  bundadır  ki,  o.  obrazların  psixoloji  xüsusiyyətlərini  daha  qaba

q



şəkildə  açmağa  çalışmış,  yeni  insan  tərbiyəsi  məsələsini  ön  plana  çəkmişdir"(l).  İncəsənətin  istər  teatr,  istərsə  də  kino

sahəsində özünəməxsus yolu olan rejissor çəkdiyi ilk filmi ilə də kinoya yeni bir atmosfer gətirdi.

A.İsgəndərov  uzun  müddət  teatra  necə  xidmət  etmişdisə,  eyni  münasibətdə  də  kinoya  yanaşdı.  Müasirliyi

sevən sənətkarın yeni  müasir  mövzulara  müraciət  etməsi  üçün  müasir  səslərin  yaradılması zəmri  idi.  Bunun  üçün

A.İsgəndərov  yeni  kadr,  yeni  müəllif  və  ssenaristlər  yetişdirmək  məqsədilə  kinostudiyada  emalatxana  açır.  Gənc

ssenaristlərin  işləməsi  üçün  yaradılan  şərait  təqdirəlayiqdir.  Bundan  əlavə  kinostudiyanın  bütün  problemləri  ilə

yaxından tanış olan A.İsgəndərov dublyaj sexində də xeyli iş görür.

Gənc  ssenaristlərin  saymı  artırmaq  məqsədilə  kinostudiyanın  nəzdində  seminar  təşkil  edilmişdi.  Bu

seminarlara görkəmli ədəbiyyat və incəsənət xadimləri cəlb edilmişdi. Burada müxtəlif filmlərin müzakirəsi və gənc

müəlliflərə ssenari yazmaq texnikasının sirlərinin öyrədilməsi nəzərdə tutulurdu.

Studiya kinostudiyanın nəzdində artıq bir neçə il idi ki, fəaliyyət göstərirdi. Buradakı tələbələr çəkilən bədii

filmlərdə iştirak edir, əsərlərin səlist tərcüməsi, aktyor ifasına xüsusi yer verilirdi.

"Şübhəsiz  ki,  bir  aktyor  gah  teatrda  rol  oynayırsa,  gah  ekrana  çəkilirsə,  gah  dublyaj  sexində  və  ya  radio,

televiziyaya  tələsərsə  onun  yaradıcılığı  keyfiyyətini  itirər.  Bəzən  dublyajda  tələsiklik  nəzərə  çarpırdı.  Lakin  son

illər  dublyajın  keyfiyyəti  xeyli  yaxşılaşmışdır"(l).  A.İsgəndərov  sırf  teatra  bağlı  olan  bir  sənətkar  idi.  O  hətta

kinostudiyada  çalışsa  da  orada  bir  teatrallıq  axtarırdı.  "Bacarıqlı,  işgüzar  aktyor  kadrları  yetişdirmək  məqsədilə

"Azərbaycanfilm" kinostudiyasının nəzdində yeni teatr bölməsi açmaq nəzərdə tutulur.

Burada  əsas  məqsəd  istedadlı  gənc  qüvvələri  təkmilləşdirməkdir.  Axı  teatr  əsl  yaradıcılıq  məktəbidir.

Sənətkar  məşqdən-məşqə  ustalaşmalı, təcrübə  qazanmalıdır.  Bu  məktəb  həm də  aktyorlara  yüksək  mədəni  inkişaf

mərhələsi keçməkdə kömək edəcək"(2).

A.İsgəndərovun  kinostudiyaya  bəslədiyi  münasibət  teatr  üçün  etdiklərindən  geri  qalmırdı.  Necə  ki,  onun

çəkdiklərinə  olan  soyuq  münasibət  dəyişməz  olaraq  qalırdı.  A.İsgəndərovun  kinoda  şəxsən  aktyor  kimi  ifası çox

maraqlı alınırdı.

Gözəl istedada malik olan rejissor aktyor kimi də peşəkar idi. Müxtəlif jestlərdə xaraktercə fərqli obrazlar

yaradan A.İsgəndərov aktyor kimi də şöhrət qazandı.

Onun çəkildiyi filmlər sırasında "Qara daşlar" (1940-cı), "O olmasın, bu olsun" (1956), "Bir məhəlləli  iki

oğlan"  (1957),  "Uzaq  sahillərdə"(1958),  "Romeo  mənim  qonşumdur"(1963)  və  b.  xüsusi  maraq  doğurur.  Bütün

bunlardan  başqa 10  filmdə  çəkilən  A.İsgəndərov  aktyor  kimi  də  sevilirdi.  1971-ci  ildə  "Axırıncı aşırım"  filmində

Kərbəlayı İsmayıl obrazı ən yaxşı kişi roluna görə mükafat və diploma layiq görülmüşdür. A.İsgəndərovun yaratdığı

obrazda  haradasa  öz  xarakterinə  uyğun  cizgilər  tapmaq  olardı.  Mərd,  barışmaz,  qürurlu  və  qeyrətli  Kərbəlayı

İsmayıl da A.İsgəndərovda var idi. Onu nə əyə, nə də sındıra bildilər. Sənətkarın kinostudiyadakı uğurlu xidmətləri

çox ola bilərdi. Əgər zaman amansız olmasaydı. Onun çəkildiyi filmlərə indi də böyük maraqla baxılır.

Kinostudiyada  iş  quran  Adil  İsgəndərov  təbii  ki,  bunun  nəticəsini  görməli  idi  və  görürdü  də.

Azərbaycanfilmdə  istehsal  olunan  bir  çox  dəyərli  filmlər  şöhrət  qazanmaqda  idi.  Lakin  Adil  İsgəndərovun

yaradıcılığına arxayınçılıq sözü yad olduğu üçün bu nailiyyətlərlə kifayətlənmirdi. Qurmaq, yaratmaq istəyi onu bir

yerdə oturub saymağa  qoymurdu. Onun kinostudiyadakı fəaliyyəti zamanı həyata keçməyən böyük arzuları da var

idi. Sənətkarın ən böyük arzusu S.Vurğunun “Vaqif” dramım ekranlaşdırmaq  idi:  "Uzun  illərdir  ki,  məni  bir  arzu




narahat  edir.  Bu  da  Vaqiflə  əlaqədardır.  Hələ  1938-ci  ildə  böyük  şairimiz  S.Vurğun  bu  gözəl  əsərinin  səhnə

quruluşunu  vermişdir.  Tamaşa  800  dəfədən  çox  göstərilmişdir.  Mən  Vaqifin  həyatını  ekrana  köçürməyi  çoxdan

arzulayıram"(2).

Adil  İsgəndərov  istər  teatrda,  istərsə  də  kinodakı  xidmətlərinə  görə  öz  layiqli  qiymətini  aldı.  Onun

adı  mədəniyyətimizin,  incəsənətimizin  tarixində  öz  yüksək  yerini  tutdu.  Örnək  olacaq  gözəl  sənətkar  Adil

İsgəndərovun  xidmətləri  bu  gün  də,  sabah  da,  inamla  deyərdik  ki,  gələcəkdə  də  həmişə  hörmətlə

xatırlanacaq, xoş duyğu ilə anılacaqdır.

Reyhan NOVRUZOVA

Ədəbiyyat

1. Ağamirov. "Kommunist" qəzeti, "Əhməd haradadır?" 4 noyabr 1964.

2. Адил Искендеров, "Ждем вас, молодежь!" 1966.

3. Adil İsgəndərov, "Mosul vəzifələr qarşısında", "Ədəbiyyat və incəsənət" qəzeti, 9 yanvar 1971.

4. Əli Səmədov, "Əhməd haradadır?" "Sovet kəndi" qəzeti, noyabr 1964.

Резюме

А.Искендеров - руководитель азербайджанской киностудии, имел большие заслуги в развитии кино.

Именно в его период были сняты фильмы, которые мы с интересом смотрим и по сей день.  А.Искендеров

как актер создал большое количество незабываемых образов.



Summary

A.İskandarov - the head of Azerbaijan film studio had great services in the sinema. Namely in the period of

his activity were made the films that we are watching up to present with a great interest. As an actor A.İskandarov

created a great number of unforgettable characters





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə