Kişi dedi: Əşi heç kəs. İndi danışaram necə olub



Yüklə 65,16 Kb.
tarix14.01.2018
ölçüsü65,16 Kb.
#20710


Lətifələr

Bir yaşlı kişi qatardan düşüb evə gəlir. Evə daxil olarkən övladları onu görüb dəhşətə gəlirlər. Çünki kişinin salamat yeri yox idi. Üz-gözü çapıq-çapıq və qanin içində idi. Ondan həyəcanla soruşurlar?

- A kişi səni kim bu kökə salıb? Sənin gör neçə oğlun var. Göstər onu bizə cəzasını verək.

Kişi dedi: - Əşi heç kəs. İndi danışaram necə olub.

Kişi danışmağa başladı: - Bilirsiniz qatarda kupeyə bilet almışdım. Amma ikinci mərtəbəyə. Çıxdım uzandım yerimdə. Elə qatar hər dəfə yerindən tərpənəndə və tormoz verəndə təpəsi üstə gəlirdim yerə . Mənimdə də baş-gözüm bu hala düşdü.

Ona dedilər: - A kişi kupedə bir cavan oğlan yox idi bəyəm? Onunla yerini dəyişərdin dəə?

Kişi cavab verdi: - Axı kupedə heç kəs yox idi. Kimlə yerimi dəyişəcəkdim?

***


Bir qoca qarı bazara gəlir. Balıq alverçisinə yaxınlaşıb soruşur:

- Balıq tezədü?

Alverçi deyir: - Ay arvad görmürsən tərpənirlər? Əlbəttə təzədi.

Qarı alverçiyə görün nə deyir: - Noolsun terpənillər. Ələ mən də terpənirəm. 80 yaşım var. Bəgəm mən tezəyəm?...

***

Bir həkim xəstəsindən soruşur: ( Dəlidən ) - Oğlum sənin bir qulağını kəssəm nə olar?



Dəli: - Canım ağrıyar, həkim.

- Bəs iki qulağını da kəssəm?...

Dəli: - Onda görə bilməyəcəm ki?...

Həkim: - Nə əlaqəsi var oğlum!?

Dəli: - Necə yəni nə əlaqəsi var?! Eynəyimi harama taxacam?!

***


- Həkim ,düzünü deyin, sizin bu müalicəvi dərmanların hər hansı bir xeyri olurmu?

- Əlbəttə, bu yaxınlarda oğluma villa aldım, qızıma da ev tikdirirəm...

***

- Ana mələk vaaar heeç? - Hə bala,vaar...



- Bəs onlar hamısı uçuuur? - Həə uçur…

- Onda bizim xidmətçi niyə uçmur? Ata həmişə ona mələyim deyir ki bəs…

- Indi bilmirəm,amma 2 dəqiqəyə 100% uçacaq!

***


Bir gün biri çıxır söyüd ağacına. Dostu deyir: - Hara çıxırsan?

- Armud yeməyə.

Dostu deyir: - Axı bu söyüd ağacıdır.

- Nə olsun… armud cibimdədi..

***

Iki dost görüşürlər. Biri deyir: - Bilirsən, bu gecə bizi yuxuda gördüm. Biz göydən yerə düşürdük. Sən balin icinə, mənsə peyinin icinə duşdüm.



Dostu gülür və deyir: - Görürsən də həyatda olduğu kimi yuxuda da mən öndəyəm. O biri deyir ki, hə amma biz ayağa qalxandan sonra bir birimizi yalayaraq təmizlədik.

***


Mollaya deyirlər: - Ay molla heç hamam görmüsən?

Molla hamamın nə olduğunu bilmədiyindən özünü bilən kimi göstərməyə çalışır və deyir:

- Əlbəttə görmüşəm, hələ 3-4 dənə də yemişəm.

***


Psixiatorun kabinetində həkim soruşur: - Şikayətiniz nədəndir?

- Doktor mənə elə gəlir ki, kimsə məni daima təqib edir.

Həkim soruşur: - Bu hal sizdə nə vaxtdan baş verib?

- Elə türmədən qaçan gündən.

***

Bir nəfər həkimin qəbulunda deyir: - Ay həkim bizim uşağımız olmur. Bir az susur .... Və yenə: - Elə mənim atamın da uşağı olmurdu ... Heç babamın da uşağı olmayıb ...



Həkim soruşur: - Adə bəs sən hardanasan?

- Mə-əən? - Lerikdən...

***

Bir kişi çox icir, dəhşət cox içən olur. Arvadı deyir ki: - Bir də içib evə gəlsən qapını açmayacam!



Kişi bir gün yenə bərk icir və evə gəlib qapını döyür. Arvadı soruşur: - Kimdi?

Kişi deyir: - Mənəm.

Arvadı acıqla deyir: - Sənə demişdim axı bir də içsən qapını açmayacam!

Kişi bilmir nə bəhanə ilə evə girsin, gülümsəyərək deyir: - Qəsəng qiz sənin ücün gözəl gül almişam, ac qapını verim.

Arvad gül sözünü eşidib həvəslənir, açır qapını və görür kişinin əlində gül yoxdu, deyir: - Bəs hanı gül?

Kişi də gülə-gülə: - Bəs hanı qəsəng qız?

***

İki bit yol ilə gedir və biri o birinə deyir:



- Kimin başından gəlirsən?

O biri bit deyir kı: - Məmmədin başından gəlirəm.

Digər bit təəcübllə deyir: - Axı Məmməd keçəldi.

O biri bit : - Getmişdim sürüşməyə.

***

Bir gün arvad türmədə yatan ogluna məktub yazır: - Oğlum sən içəri girəndən bəri heç kim işlərimi görmür, bostanda işləyən yoxdur, kartofu əkə bilmirəm..



Oğul cavabında yazır ki; - Ana nə badə həyətdəki bostanı qazasan, həm özünü bədbəxt edərsən,həm də məni..

Bu söhbətin üstündən bir müddət keçir, anası yenidən məktub yazır: - Oğul sənin məktubundan sonra bir "tolpa" polis gəldi həyətdəki bostanın hər tərəfini qazdılar. Amma heç nə tapa bilməyib söyə-söyə getdilər...

Oğlu da cavab yazır ki: - Ana, bostanı mən qazdırdım kartofu isə özün ək...

***


Xəstəxanada bir arvaddan soruşurlar ki; - Sag qulagin nece yanıb?

Arvad deyir: - Birdən telefon zəng elədi, çaşıb ütünü qoydum qulağıma.

Həkim soruşur: - Bəs sol qulağın necə yanıb?

Arvad deyir: - Ambulansa zəng eləyəndə yandı....

***

Bir gün bir qadının ürəyi infarkt olur. Xəstəxanada yatanda kliniki ölüm kecirir. Yuxusuna Əzrail gəlib deyir ki, sənin ölməyinə hələ çox var. Bundan sonra hələ 50 il də yaşayacaqsan.



Qadın ayılan kimi dərhal gedib plastik əməliyyat etdirir, özünü daha da gözəlləşdirir. İki gün sonra onu maşın vurur, qadın ölür. O biri dünyada Əzraili görüb deyir: - Bəs sən mənə başqa söz demişdin ...

Əzrail: - O O O O O... - Sənsən??? Sən öl tanımadımeeee....

***

Gecə yarıdır. 2 killer küçənin başında durub, qurbanların gözləyir. Biri: - Saat neçədir?



- Artıq gecə yarını keçib.

- Mən artlq narahat olmağa başladım. Bəlkə başına bir iş gəlib?

***

Müəllim dərsdən çıxandan sonra uşaqlardan soruşur: - Uşaqlar nə demək lazımdır?



Uşaqlar bir ağızdan: - Şükür ALLAHA !

***


Bir ermənidən soruşurlar: - Siz nə çoxsunuz? Siz hər yerdəsiniz... Bəs onda niyə sizin ölkəniz belə balacadı?

- Ara, bu ölkə deyilee ! Bu ofisdi !

***

- Ana, ana! Bilirsən, necə lətifə eşitmişəm?



- Danış qızım, danış!

- Nə deyirsən ana, mənim hələ elə lətifəni danışmağa yaşım çatmır....

***

İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar: - Niyə qayıtdınız?



- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.

***


Cərrah xəstədən soruşur: - Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?

- Əlbəttə ki, pulsuz

- Lay-lay deyim yatasan,qızıl gülə batasan......

***


İki rəfiqə bir-biri ilə dalaşır: - Sən axmaqsan!

- Sən özünsən axmaq!

Bunu görən bir oğlan uşağı yaxınlaşır:

- Gözəllər, dalaşmayın siz ikiniz də düz deyirsiniz.

***

Mağazada: - Pişik neçəyədir?



- 200 000 manat.

- Aaaa. Dünən axı 50 000-ə idi.

- Düzdü, amma bu gün o, 150 000 manatlıq tutuquşunu yeyib.

***


Qulaq as Məmməd! Dünən özümə ağ ayaqqabı, ağ şalvar, ağ corab, ağ pencək, ağ köynək, ağ qalstuk və ağ dəsmal almışam.

- Yaxşısı budur özüvə bir dənə də yaşıl papaq al, olacaqsan qatıq butulkası.

***

- Doktor, siz mənə axşam yeməyi qadağan etdiniz, görürsünüz mən də soyuqdan xəstələndim!



- Nə əlaqəsi var?

- Necə nə əlaqəsi var? Səhərə qədər soyuducuda oturub toyuğa baxmışam. Soyuqladım daa!

***

Bir gün bir qiz yol gedirmiş. Bir molla uzaqdan qızın çox qısa yubka geyindiyini



görüb yaxinlaşır qiza, deyir: - Ay bala, ay qızım bu nə yubkadı geymisən? Indi gedib

sizə anana deyərəm.

Qiz deyir: - Ay molla əmi sən Allah demə. Anam bilsə ki, onun yubkasını geymişəm məni öldürəcək.

***


Qiz: - Aşkim bu gün mənim ad günümdü mənə nə almisan?

Oğlan: - Gəl bura…, gəldəəə gəl pəncərəni aç…. Aşağıdakı maşını görürsən?

Qız: - hə həəə.

Oğlan: - Sənə o rəngdə lak almisam.

***

Bir gün Mamed Londona gedib gəlir. Ondan soruşurlar ki, ora necə yerdi?



Mamed: - Ala orada hamı ağıllıdıee.

Camaat: - Niyə Mamed?

Mamed: - Ala oradakı uşaqlar da ingiliscə bilirlər.

***


Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:

- De görüm, sən insansan yoxsa siçan?

- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.

Həkim sənədlərini yazır, bunu buraxır.

Bir azdan həkimlərdən biri gəlir və deyir:

- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.

Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:

- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki, mən ağıllanmışam.

***

Bir oğlan qonşunun alma ağacına çixır və alma yeyərkən kişi bunu görüb deyir:



- Oğraş düş aşağı, indi gedib atana deyəcəm.

Oglan deyir: - Evdə deyil, yerini deyim?

Kişi deyir: - Hə de.

Oğlan: - Atam o biri ağacdadı hi hi hi…

***

İki dəli su içməyə gedir :



Dəlinin biri yorulur və deyir:

- Sən get mənim yerimə də iç.

Dəli gedir və gələndə gülə-gülə gəlir:

O biri dəli deyir: - Nədi, niyə gülürsən ?

Dəli deyir: - Ha ha ha… Öz yerime bulaq suyu içdim, sənin yerinə kanalizasya suyu.

***


Deməli iki dəli imtahana gedirlər. İmtahan bitəndən sonra həyətdə görüşürlər. Biri o birisindən soruşur:

- Necə yazdin?

- Heç nə yaza bilmədim eee, ağ vərəq verdim, bəs sən?

- Elə mən də. Bura bax birdən elə bilərlər ki, bir- birimizdən köcürmüşükee…

***

İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə olan kimi plan hazırlayıb qaçırlar və ertəsi gün xəstəxanaya təkrar dönürlər.



Dostlarıları soruçurlar: - Niyə qaçdınız və yenidən təkrar geri gəldiniz?

Dəlilər cavab verirlər: - Dünən məşq edirdik, sabah qaçacıq.

***

Bir oğlan olur. Polislər də onun dalınca düşürlər. Oğlan da maşını satırmış və nömrəsini də maşının üstündə yazıbmış. Polislər qərara gəlirlət ki, gəl bu nömrəyə zəng edək. Yəqin ki, telefonu götürəndə maşını da saxlayacaq. Onda da biz də onu tutarıq. Oğlanın nömrəsinə zəng edirlər.



Oğlan da belə cavab verir: - Qaqaş arxamda polis var sora zəng eliyərsən.

***


Bir gün yaz vaxtı Mamedlə sevgilisi restoranda otururlar.

Mamed: - Sevgilim mən səni çox sevirəm.

Qiz: - Bəsdi! Camaat bizə baxir.

Mamed: - Sən mənim cücəmsən, səni lap çox sevirəm.

Qiz: - Sən məni saymırsan.?

Mamed: - Cücəni payızda sayarlar

***

Günlərin bir günü Mamed bir ingilisə rast gəlir. Mamed ingilisdən soruşur:



- Adin nədi?

İngilis deyir: - Bill

Mamed deyir: - Heyvan oglu heyvan, sən de dəə mən hardan bilim.

***


Bir gün 2 dəli söhbət edir:

- Aşsüzəni neynədin?

- Atdim zibilliyə

- Niyəə?


- Ala deşik-deşik idi.

***


Bir gün mamed atasının yanına gəlib deyir: - Mən qonşunun qızını sevirəm.

Atası: - Oğul anan bilməsin, o sənin bacındı, olmaz!

Ertəsi gün Mamed gəlir ki: - Ata mən sol qonşunun qızını sevirəm.

Atası: - Oğul anan bilməsin, amma o da sənin bacındı, olmaz!

Nə isə qarşıdakı qonşu, arxa qonsu, uzaq-yaxin hamısı bacısı çıxır. Mamed bezir və ansının yanına gəlib soruşur:

- Ana mən hansı qonşunun qlzlnl sevirımsı atam deyir o sınin baclndl, olmaz!

Mən nə edim axı?

Anası deyir: - Oğlum get kimi isteyirsənsə al. Onsuzda o sənin atan deyil.

***

Metroda oğlan qızın ayağını tapdalayır...



Qiz: - Aaa neynirsəən!?

Oglan: - Heç,.. bekarçılıqdı sən neynirsən???

***

Kişi: - Bala üzə bilirsən?



Mamed: - Yox dayı üzə bilmirəm.

Kişi: - Ne gündəsənəəəə sən. İt üzə bilir sən yox?

Mamed: - Dayı sən üzə bilirsən?

Kişi: - Hə bala.

Mamed: - Nə gündəsən a kişi sən? Sənin heç itdən fərqin yoxdu ki….

***


Bir gün əsgər yatır. Komandir gəlir:

Dur !! komandasını verir. Əsgərin vecinə də olmur.

Komandir: - Ayəə, sənnən deyiləəm? , demirəm dur?

Əsgər: - Komandir, bi dənə göyə bax…

Komandir: - Nə var göydə?

Əsgər: - Bax bi dənə… O qurban olduğumun milyonlarla ulduzu var heç mənnən işi

yoxdu. Üç dənə ulduzun var baş-beynimi xarab eləmisən bayaqdan…

***


İki alkaş uca binanın başına çıxır və söhbət edirlər. Alkaşın biri binadan aşağı baxır və deyir:

- Görəsən mən burdan aşağı düşsəm neçə həftəyə yerə çataram?

Obiri alkaş deyir:

- Bir həftəyə.

- Bəs görəsən ölərəm?

- Bəs necə, ölərsən də sözdüü? Bir həftə ac-susuz yol gedirsəneee…

***

- Toyuq bizə ne verir?



- Yumurta.

- Başqa bəs?

- Ət.

- Yaxşı belə edək. Sən nəyin üstündə yatırsan?



- Kravatın.

- Kravatda nəyin üstünə başını qoyursan?

- Əllərimin.

- Off… yaxşı baban nəyə qoyur başını?

- Mütəkkəyə.

- Mütekkəni cırsan nə olar?

- Babam məni cırar.

- Eee tupoy… onda mütekkənin içindən nə çıxır?!

- Tük.

- Urraaaaaa… indi toyuq bizə nə verir?



- Yumurta.

***


Bir gün oğlanla qız söhbət eləyirlər.

Qız : - Eşitmişəm yeni katibə götürmüsən yanına.

Oglan : - Aha elədi. Niyə soruşdun ki?

Qız : - Heç… Necə geyinir?

Oglan : - Bele dəə, yavaş-yavaş.

***


Qaz idarəsindən bir işçi hansısa qapını döyür. Qapını balaca oğlan uşağı açır.

Kişi soruşur:

- Atan hanı ?

Balaca: - Atam tankın altında qalıb.

Kişi: - Bes anan hanı??

Balaca: - Anam da tankın altında qalıb.

Kişi: - A bala başqa böyük yoxdu evdə??

Balaca – Nənəmdi o da tankın altında qalıb...

Kişi: - Bəs sən balaca uşaq evdə tək neyləyirsən ?

Balaca: - Tank sürürəm.

***

Bir gün aftafa gedir Çinə.



Bundan soruşurlar ki; - Sənin adın nədi?

Deyir: - May neym iz Yanyuyan.

***

- A kişi, hamamda əl-üzyuyan qırılıb.



- Santexnik-zadam?

- Mətbəxdə çilçırağa tok gəlmir.

- Montyor-zadam?

Axşam kişi evə gəlir. Görür ki,evdə hər şey düzəlib.

- Bunları kim düzəltdi?

- Qonşu kişi. Əvəzində dedi ki, ya mahnı oxumalısan ya da bir saatlıq mənimsən.

- Hə, sən də oxudun?

- Müğənni-zadam?

***

Iki nəfər bayram məclisindən çıxıb evə gedirlər. Bunlar qərara gəlirlər ki, məzə üçün qəbirsanlıqdan keçsinlər. Belə də edirlər. Amma qəribə tıqqıltı səsi gəlir və qorxurlar. Birdən onlar çəkic və iskənə ilə işləyən qoca qarı görürlər. Ona yaxınlaşıb deyirlər:



- Siz burda nə edirsiz? Az qalsın qorxudan öləcəkdik. Gecə vaxtı burda iş görürsünüz?!

Qarı qışqıraraq:

- Bu axmaqlar mənim adımı səhv yazıblar baş daşında. Onu düzəldirəm bayaqdan!

***


Bir çoban avtobusa minir. Avtobusda şəhər qızının yanında əyləşir.

Qız kişiyə deyir : - Dayı bir az o tərəfə dur səndən qoyun iyi gəlir.

Kişi : - Məndən qoyun iyi gəlməz can bala !

Bir az gedəndən sonra qız yenə kişiyə həmin sözü deyir.

Kişi: - Can bala mən sənə dedim ki, məndən qoyun iyi gəlməz, gəlsə gəlsə qoç iyi gələr.

***


Yol polisi bir maşını saxlayır və sürücüyə deyir: - Sizi təbrik edirəm, bu günkü yoxlamamız ərzində təhlükəsizlik kəmərindən istifadə edən ilk sürücüsünüz və buna görə də sizə 3000 manat pul hədiyyə edirik. Bəs bu pulla nə etmək fikrindəsiniz ? Sürücü deyir: - Çox təşşəkür edirəm. Mən bu pula əvvəlcə özümə prava alacam.

Polis təəcüblə soruşur : - Necə ? Sizin pravanız yoxdu ?

Sürücünün yanında oturan arvadı isə: - Cənab polis, siz ərimə fikir verməyin, o içəndə həmişə belə deyir.

Polis çaşqınlıqla soruşur : - Necə ? Siz içkilisiniz ?

Bu zaman arxada oturan daha bir nəfər sürücüyə deyir : - Mən sizə dedim axı

oğurluq maşınla gəzməyə getməyək, yoxsa problemimiz olar.

Bunu eşidən polis dəli olur və yenə soruşur : - Necə ? Maşın oğurluqdu ?

Bu vaxt maşının baqajından axtarışda olan cianyətkar bir nəfər çıxıb deyir:

- Ayə qağa, nə oldu post qayını keçmədik ?

***


Bir gün bir kəndli dostu ilə Londona gedir.Qəfildən top atılır. Səsdən

qorxan kəndli dostundan soruşur: - Niyə top atırlar?

- Yelizabet keçir, ona gorə.

Bir az keçir yene top atılır, kəndli soruşur: - Niyə top atırlar axı?

- Dedim axı, Yelizabet keçir!

- İki saatdı bir arvadı vura bilmirlər?!

***

Bir gün dəlilər çimmək istəyirlər, bilmirlər harda çimsinlər. Dəlilərdən biri kanserva qabını tapıb icinə su doldurur ve o biri dəliyə deyir: - Çıx binanın üstünə və tullan.



O biri dəli deyir: - Mən dəliyəm? Tullanım səndə kanserva qabını çəkəsən… dəyim yerə hə?

***


Bir qoca arvad küçə ilə yol gedərkən, bir məscidin yanında nəzir qutusu görür.

Nəzir qutusuna əli əsə-əsə beş qəpiklik atır və deyir:

- Ay Allah, sən özün ömrümü uzat!

Arvad yolun o tərəfinə keçəndə bir maşın arvadı vurub sərir yerə.

Elə bu vaxt bir gənc oğlan da nəzir atmaq istəyəndə arvad can verə-verə başını qaldırıb deyir:

- A bala, ora pul atma, o qutu işləmir.

***

Bir nəfər çayda çimmək istəyir. Amma batmaqdan qorxur. Körpünün üstündə sərxoş biri oturubmuş. Ondan soruşur:



- Ay qardaş, suda batmaram ki?

Sərxoş deyir:

- Yox.

Bu suya girir, batmağa başlayır və boğula-boğula deyir:



- Bəs deyirdin su dərin deyil?

- Eh nə bilim, bayaq üç ördək üzürdü, su sinələrindən idi.

***

Bir gun bir kişi Bakida bir restorana girir. Restoranda yeyir, içir, ancaq cibində bir qara qəpiyi də olmur. Bilmir neyləsin. Yeməyin içinə qarışqa qoyur və ofisiantı çağırıb deyir:



- Bu nədi? Yeməyin içində qarişqa var, bu nə deməkdi?

Ofisiant bilmir nə etsin, kişiyə deyir:

- Can dayı, pulu vermə, çıx get. Bircə eşidən olmasın.

Kişi pul verməyib gedir...

O biri gün yenə gəlir. Yenə yeyir, içir, ancaq yenə pulu olmur. Cibindən bir qarışqa çıxarıb yeməyin içinə atır. Ofisiantı çağırıb danlıyır.... Sən demə, dünənki gün də, bu gün də bunu bir müştəri görür. Yaxınlaşır kişiyə deyir:

- Bağışlayın, bir qarışqanız olar?

Kişi deyir: - Vallah biri qalıb, onunla da çay içəcəm...

***


Edama məhkum olan Təməldən son arzusunu soruşurlar:

- Məni oğlumun yanında basdırın! - deyir.

- Amma oğlunuz yaşayır.

- Olsun. Mən gözləyərəm…

***

Müəllim sinifdə dərs izah edərkən, uşaqlardan soruşur:



- Ananız sizi bazara göndərdi ki, bir kilo kartof, iki kilo pomidor, bir paket duz, bir kilo da ağ pendir alasınız. Kartofun, pomidorun, duzun və pendirin qiymətlərini bilirsiniz. Daha əvvəlki dərsdə bunları öyrənmişik. İndi hesablayın baxaq, mağazaya nə qədər pul verməliyik?

Bütün şagirdlər hesablarını edib, toplayıb və dəftərlərinə gözəl yazırllar.

Amma uşaqlardan birinin heç bir şey yazmadan sakitcə oturmağı müəllimin diqqətini çəkir: - Oğlum sən niyə yazmırsan?

- Lüzum yoxdur müəllim…

- Bu nə sözdür?! Bu nə deməkdir, lüzum yoxdu?!

Uşaq gülümsəyərək:

- Müəllim, mənim atam baqqaldır. Biz belə şeylərə pul vermirik.

***


Müəllim edilən təcrübənin nəticəsini belə yekunlaşdırdı:

Uşaqlar, gördüyünüz kimi dəmir ilə mis açıqda qaldıqda oksidlənir. Yəni paslanır. İndi sizə bir sual verim: - Görəsən qızılla gümüş açıqda qalsa nə olar?

Arxa sıradan dərhal bir şagird:

Oğurlayarlar, müəllim…

***

Siyasətçinin biri kəndlərdə seçki təbliğatına çıxmışdı. Daha əvvəl kənd həyatını heç görmədiyindən hər şeyi maraqla araşdırırdı.



Bir dəfə dolabı çevirən eşşəyi izlədi və kəndliyə: - Heyvanın gözlərini bağladığını anladım. Bəs boynuna nə üçün zınqırov asdın? Onu heç anlamadım…

Kəndli dedi: - Əfəndim, eşşək dönərkən, dayanırsa, zıngırovun səsi kəsilir. Mən də bilirəm ki, eşşək dayanıb. O zaman qaçıb heyvanı təkrar yüyürdürəm.

Yaxşı amma, eşşək yerində durub, gedirmiş kimi başını yelləsə, nə edərsən o zaman?

Aman əfəndim, belə sizin kimi düşünəcək ağıllı eşşək haradadır?

***

Vəzifəli bir məmur, göl sahilində balıq tutan bir dəliyə yaxınlaşır:



- Qüsura baxma qardaşım amma ... Burada balıq tutmaq qadağandır!

- Bilirəm.

- Madam bilirsən …

- Mən balıq tutmuram ki.

- Balıq tutmursan? Bəs o əlindəki nədi?

- Bu?... Qamış ...

- Bəs qamışın ucundakı?

- Jilka.

- Bəs jilkanın ucundakı?

- Soxulcan.

- Balıq tutmursan bəs nə edirsən belə?

- Nə edəcəyəm, soxulcan qardaşa üzmək öyrədirəm.

***

- Buyur bəy, birlikdə yeyək .. Buyur bax, sosiska var, basdırma var, kabab var, qızartma



var, böyrək var …

- Təşəkkür edirəm. Məndə xora var …



- Olsun canım, ona da növbə çatar, sonra yeyərik…

***
Yüklə 65,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə