Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə1/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
  1   2   3   4   5   6   7   8   9   ...   41


Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə 
Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi 
proqramının ikinci fazası (ENPI East Countries FLEG II Program) 
çərçivəsində nəşr olunmuşdur.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
RESPUBLİKA EKOLOJİ TƏRBİYƏ VƏ TƏCRÜBƏÇİLİK 
MƏRKƏZİ
MƏKTƏB MEŞƏÇİLİYİNİN
YARADILMASI
(Gənc meşəçilər dəstələri üçün köməkçi vəsait)
Bakı-2013


Müəlliflər: 
Əli Şükürov,
Təhsil Nazirliyi Respublika Ekoloji
Tərbiyə  və  Təcrübəçilik  Mərkəzi­
nin direktoru
 
Lalə Dadaşova,
biologiya üzrə fəlsəfə doktoru
 
Azər Qarayev,
ENPİ­FLEG  proqramının  ölkə
əlaqə lən diricisi
Redaktor: 
Fəxriyyə Musayeva
Kompyuter tərtibatı:  Rüstəm Zamanov
Tərcümə: 
Fidan Hüseynli
Rəsmlər: 
Yeganə Nəcəfova
Vəsait orta ümumtəhsil məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisə­
lərinin dərnək üzvləri, gənc meşəçilər dəstələrinin üzvləri üçün nəzərdə tutulmuşdur.


This book was published in the framework of the European Neighborhood 
and Partnership Instrument East Countries Forest Law Enforcement and 
Governance II Program (ENPI East Countries FLEG II Program) 
MINISTRY OF EDUCATION OF AZERBAIJAN REPUBLIC
REPUBLICAN CENTER OF THE ECOLOGICAL TRAINING
AND EXPERIENCE
ESTABLISHMENT OF
SCHOOL FORESTRY
(Supporting tutorial for the young foresters’ groups)
Baku-2013


Autors: 
Ali Shukurov,
director  of  the  Republican
Center of Ecological Training and
Experience Ministry of Education
 
Lala Dadashova,
PhD in Biology
 
Azer Garayev,
ENPI  FLEG  Country  Program
Coordinator for Azerbaijan
Editor: 
Fakhriyya Musayeva
Computer design: 
Rustam Zamanov
Translation: 
Fidan Huseynli
Pictures provided by: Yegana Najafova
The  book  is  intended  as  a  tutorial  for  the  young  foresters  groups  and  school
students.


5
Giriş
Meşə ­ təbiətin insanlara bəxş etdiyi heyrətamiz gözəlliyə malik
və ibtidaidən aliyə qədər saysız­hesabsız canlının yaşayış məskəni
olan  təbii  sərvətdir.  Meşələr  planetimizin  həyat  mənbəyidir.  Yer
üzərində oksigenlə zəngin atmosfer havasının əmələ gəlməsində,
su  və  maddələr  dövranında,  iqlim  şəraitinin  tənzimlənməsində
meşələrin rolu əvəzsizdir.
Yəqin ki, hər biriniz meşədə olarkən bitki və heyvanat aləminin
zənginliyinə  diqqət  yetirmisiniz.  Meşənin  flora  və  faunasına
daxil  olan  canlılar  arasındakı  mürəkkəb,  bəzən  gözəgörünməz
qarşılıqlı əlaqələr təbiətin ahəngdar qanunauyğunluğunu nümayiş
etdirir. Nəhəng qocaman ağaclarla yanaşı yaşıl pöhrələr və hətta
çürüməkdə olan ağac kötükləri bir çox canlıların qida və yaşayış
mühitidir.  Meşə  döşənəyindəki  qurumuş  yarpaqların  arxasında
mikroorqanizmlərin canlı “laboratoriyası” gecə­gündüz tələf olmuş
bitki  və  heyvan  qalıqlarını  torpağın  məhsuldar  münbit  qatına
çevirir. Meşənin nizamlanmış “çoxmərtəbəli” sahəsində bitkilər və
heyvanlar  özünəməxsus  yer  tutaraq  bir­birinin  inkişafına  mane
olmur.  Əksinə,  canlılar  arasında  zəncirvari  qida  əlaqələri  onların
inkişafına kömək edir. Qida zəncirinin halqalarını təşkil edən bitki
və yaxud heyvan növləri birlikdə milyon illər ərzində formalaşmış
meşə  ekosistemini  əmələ  gətirir.  Zəncirin  hansısa  bir  halqasının
itirilməsi bütün ekoloji sistemə təsir göstərərək qida əlaqələrinin
pozulmasına səbəb olur.
Milyon  illər  ərzində  meşələr  təbii  yolla  inkişaf  edir  və  bərpa
olunur.  Təbiət  sanki  mahir  bir  dirijor  kimi  meşə  sakinlərinin
harmonik  əlaqələrini  nizamlayaraq  unikal  “meşə  simfoniyası”nın
əbədi səslənməsinə şərait yaradır.
Lakin  müasir  dövrdə  insanların  düşünülməmiş  müdaxiləsi
nəticəsində meşələrin bütövlüyü və mövcudluğu təhlükə altındadır.
Müasir texnika ilə silahlanmış insanların meşənin təbii sərvətlərini
istismar etməsi nəticəsində meşənin ahəngdar inkişafı pozulur və
təbii  ehtiyatlar  tükənir.  Meşə  ehtiyatlarının  səmərəsiz  istifadəsi
bu  əvəzsiz  sərvətin  gələcək  nəsillərə  çatdırılmasını  şübhə  altına
alır.  Meşələrin  sahəsinin  azalması,  ümumilikdə,  planetin  ekoloji
tarazlığına güclü təsir göstərərək qlobal iqlim dəyişikliklərinə, su və
torpaq əmələgəlmə proseslərinin pozulmasına, bioloji müxtəlifliyin
itirilməsinə səbəb olur.


6
Azərbaycan  meşələrinin  sahəsinin  az  olmasına  baxmayaraq
ətraf mühitin vəziyyətinin tarazlıqda olmasına müəyyən səviyyədə
təsir göstərir. Qoruyucu meşələr kateqoriyasına aid edilən əvəzsiz
sərvətimiz dövlət tərəfindən qorunur və sənaye məqsədləri üçün
ağacların qırılması qadağandır. Meşəətrafı məntəqələrdə yaşayan
əhali,  istirahət  məqsədilə  təbiətin  qoynuna  can  atan  turistlər
meşənin qida və müalicə əhəmiyyətli bitkilərindən istifadə edirlər.
Meşə  insanları  göbələklə,  müxtəlif  meyvələr  və  giləmeyvələrlə,
dərman bitkiləri və meşə balı ilə təmin edir. Ətraf mühitin məişət
və  sənaye  tullantıları  ilə  çirklənməsi,  insanların  ehtiyatsızlığı
səbəbindən  baş  verən  meşə  yanğınları,  mal­qaranın  otarılması
zamanı bitki örtüyünün məhv edilməsi, müharibənin dağıdıcı təsiri
altında qədim meşə sahələrinin tükənməsi ölkəmizin meşələri üçün
ən böyük təhlükədir.
Dünyanın  bir  çox  ölkələrində  olduğu  kimi  Azərbaycanda  təbii
sərvətlərin, xüsusən də meşələrin təhlükə altında olması barədə
ilk “həyəcan təbili”ni səsləndirən dahi təbiətşünas alim, akademik
Həsən  Əiyev  olmuşdur.  Görkəmli  alim  təbiətin  gözəlliyini  və
insanlara  verdiyi  saysız­hesabsız  nemətləri  göstərməklə  yanaşı
XX  əsrdə  insanları  təbiətdən  səmərəli  istifadə  etməyə  çağırmış,
ilk  dəfə  olaraq  Azərbaycanda  davamlı  inkişaf  ideyalarını  təbliğ
etmişdir. Akademik Həsən Əliyev yazırdı: “...Meşəni ­ Yer kürəsinin
bu  yaşıl  kəmərini  bircə  an  təsəvvür  etməsək,  demək  bəşər  də
yoxdur. Ölçüsüz­biçisiz yaşıllığa hücum insana qarşı yönəlmiş ən
ağır  müharibədir.  İnsan  ağlı,  insan  zəhməti  bu  müharibəni  dəf
etməyə qadirdir”.
Dünyanın  44  ölkəsinin  nümayəndələrinin  iştirakı  ilə  2005­ci
ildə  Sankt­Peterburq  şəhərində  keçirilən  beynəlxalq  konfransda
qəbul edilmiş “Avropa İttifaqının qonşuluq siyasəti şərq ölkələrinin
və  Rusiyanın  meşə  sektorunda  hüquq  tətbiqi  və  idarəetmə
sisteminin təkmilləşdirilməsi” proqramı üzrə Azərbaycanda bir sıra
tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi
və  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  birgə  əməkdaşlığı
şəraitində  meşə  təhsili  üzrə  dərslik  və  dərs  vəsaitləri  hazırlanır,
meşəətrafı  rayonların  orta  məktəblərində,  ekoloji  tərbiyə  və
təcrübəçilik mərkəzlərində “Gənc meşəçilər” dəstələri təşkil edilır.
Vaxtı  ilə  ölkədə  fəaliyyət  göstərən  gənc  meşəçilər  hərəkatının
bərpa olunması uşaq, yeniyetmə və gənclərin meşələrin qorunması
və bərpası işinə cəlb olunmasında, meşələrə dair ekoloji biliklərin
artırılmasında  əhəmiyyətlidir.  Hazırda  Şamaxı,  Quba,  İsmayıllı,
Qax, Lənkəran, Şəki və digər rayonlarda fəaliyyət göstərən “gənc


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə