Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə1/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
  1   2   3   4   5   6   7   8   9   ...   61




ŞAMAXININ MİLLƏT VƏKİLİ
BİRİNCİ İL
Bakı - 2011


Buraxılışa məsul:    Fuad Babayev
                                    siyasi elmlər üzrə fəlsəfə doktoru  
                                     
“Şamaxının millət vəkili – birinci il” kitabı 85 saylı Şa-
maxı  seçki  dairəsindən Azərbaycan  Respublikası  Milli 
Məclisinin üzvü Elxan Süleymanovun millət vəkili kimi 
fəaliyyətinin bir ilinə həsr olunmuşdur. 
www.elkhan-suleymanov.az  saytının  nəşri  olan    ki-
taba  Şamaxının  millət  vəkili  Elxan  Süleymanovun 
müsahibələri, müraciət və çıxışları, ilboyu ərzində gərgin 
və məqsədyönlü fəaliyyətini əks etdirən materiallar da-
xil edilmişdir.
120 400 00000  Qrifli nəşr
  036 - 11
ISBN: 978 9952 8234 7 8 
© www.elkhan-suleymanov.az  2011


5
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
SEÇKİ - 2010
85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan 
Respublikasının Milli Məclis üzvlüyünə 
namizəd SÜLEYMANOV ELXAN SİRAC 
OĞLUNUN həyat və fəaliyyəti 
haqqında qısa məlumat
Süleymanov Elxan Sirac oğlu 1940-cı ildə Göyçay ra-
yonunun  Hacalı  kəndində  anadan  olmuşdur.  O,  1953-
cü  ildə  7  illik  təhsilini  başa  vurduqdan  sonra  Göyçay 
Pedaqoji  texnikumunun  ibtidai  məktəb  müəllimliyi 
fakültəsinə  daxil  olmuş,  1958-ci  ildə  həmin  texnikum-
da  təhsilini  başa  çatdırmışdır.  1961-1966-cı  illərdə 
Azərbaycan  Dövlət  teatr  institutunun  mədəni-maarif 
fakültəsində  təhsilini  davam  etdirmişdir.  Elxan  Süley-
manov  ali  təhsil  aldığı  dövrdə  eyni  zamanda  pedaqo-
ji  fəaliyyətlə  məşğul  olmuş,  Bakının  7  və  25  saylı  orta 
məktəblərində müəllim işləmişdir.
E.Süleymanov 1966-cı ildə Respublika Həmkarlar itti-
faqı Yeyinti Sənayesi işçilərinin Həmkarlar komitəsinin 
Fioletov adına klubuna direktor təyin edilmiş və 1979-
cu  ilə  qədər  həmin  vəzifədə  çalışmışdır.  Onun  geniş 
fəaliyyəti  sayəsində  bu  klub  əsl  mədəniyyət  və  sənət 
ocağına  çevrilmiş,  bir  çox  görkəmli  sənət  xadimləri, 
musiqiçilər,  bəstəkarlar,  müğənnilər  ilk  yaradıcılıq  ad-
dımlarını  məhz  burada  atmışlar.  Həmin  illərdə  kluba 
toplaşmış sənətçilərin çıxışları bütün Azərbaycanı əhatə 
etmişdir.
Bir  təşkilatçı,  xeyriyyəçi  kimi,  Elxan  Süleymanovun 


6
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
fəaliyyətinin sonrakı dövrləri də mədəniyyət, incəsənət 
və təhsildən ayrılmaz olmuşdur. O, 1981-1982-ci illərdə 
Yazıçılar ittifaqının Şüvəlandakı Yazıçılar Evinin direk-
toru, 1982-1985-ci illərdə Mədəniyyət Nazirliyi nəzdində 
“Azərattraksion”un baş direktoru işləmiş, 1985-1989-cu 
illərdə isə “Nizami” kino-teatrının direktoru vəzifəsində 
fəaliyyətini davam etdirmişdir.
E.Süleymanov  23  il  ərzində  respublikanın  müxtəlif 
mədəniyyət  müəssisələrinin  rəhbəri  kimi  ölkədə 
mədəniyyət,  incəsənət  və Azərbaycan  kinosunun  inki-
şafı  və  təbliği,  gənc  istedadların  üzə  çıxarılması  və  in-
kişafı üçün yorulmadan çalışmışdır. Bu illər ərzində o, 
bir çox istedadlı gəncin yetişməsi üçün münbit şərait ya-
ratmış,  onlara  dəstək  olmuşdur.  Onun  rəhbərlik  etdiyi 
mədəniyyət ocaqlarında yetişmiş onlarla istedadlı gənc 
bu gün nüfuzlu sənətkarlar, xalq artistləri kimi respub-
likamızın teatrlarında, kino, musiqi sahələrində uğurla 
fəaliyyət  göstərirlər.  E.Süleymanovun  kino  sahəsində 
xidmətləri  də  xüsusi  qeyd  olunmalıdır.  O,  1987-ci  ildə 
Azərbaycanda  keçirilən  nüfuzlu  beynəlxalq  kino  festi-
valının təşkilatçılarından biri olmuş, bu məqsədlə məhz 
onun təşkilatçılığı ilə “Nizami” kinoteatrı köklü şəkildə 
rekonstruksiya  edilmiş,  sənət  mərkəzlərindən  birinə 
çevrilmişdir.
Bir çox ədəbi-bədii, elmi, maarifçi kitabların işıq üzü 
görməsi,  böyük  tirajla  nəfis  tərtibatda  dərc  edilib  oxu-
culara  çatdırılması  da  E.Süleymanovun  xeyriyyəçilik 
fəaliyyəti sayəsində mümkün olmuşdur.
Elxan Süleymanov 1990-1998-ci illər ərzində Rusiya-
Amerika  Universitetinin  Azərbaycan  bölməsinin  baş 
direktoru vəzifəsini icra etmişdir. Ölkəmizin müharibə 
şəraitində  və  keçid  dövrünü  yaşadığı  1990-1993-cü 
illərdə  respublikamızda  ərzaq  probleminin  həllində,  o 
cümlədən, əhalinin gündəlik qida məhsulları ilə təmin 
edilməsində fəal iştirak edən E. Süleymanov 1990-1993-


7
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
cü illərdə Azərbaycana yüz min tondan çox qənd, şəkər 
tozu, taxıl, taxıl məhsulları və digər bir çox çeşidli ərzaq 
mallarının gətirilməsini təmin etmişdir. O, 1990-1993-cü 
illərdə müharibə zamanı cəbhə xəttinə, döyüşlərdə işti-
rak edən ordu hissələrinə yüzlərlə ton müxtəlif ərzaq və 
geyim göndərmişdir.
E. Süleymanov Göyçay, Ağsu, kürdəmir, Biləsuvar ra-
yonları ərazisində 2500 hektar nar bağları salmış, həmin 
ərazilərdə yolları abadlaşdırmış, su kanallarını təmir et-
dirmiş və nəhayət, 850-dən çox ailəni işlə təmin etmişdir.
Bütün  Şirvanda  məşhur  xeyriyyəçi  və  maarifçi 
kimi  tanınmış  mərhum  babası  Hacı  Rəhim  əfəndinin 
xeyriyyəçilik fəaliyyətini davam etdirən Elxan müəllim 
Göyçay  şəhərində  Azərbaycan  şairi  əli  kərimə  və 
şəhid  ismət  Qayıbova  abidələr  qoydurmuş,  Qaraman 
kəndindəki tarixi məscid binasını bərpa etdirmiş və həmin 
kəndə 7 km uzunluğunda yol çəkdirmiş, respublikanın 
300-dən artıq şəhid ailəsinə yardımlar etmiş, 1993-1996-cı 
illər ərzində Göyçay məktəblərində təhsil alan 150 əlaçı 
şagirdi təqaüdlə təmin etmiş, Azərbaycanın müxtəlif re-
gionlarından olan bir çox gənclərin ölkəmizdə, ABŞ-da 
və  Avropa  ölkələrində  təhsillərini  davam  etdirməsinə, 
doktoranturada  oxumasına  sponsorluq  etmiş,  soydaş-
larımızın müxtəlif xəstəliklərdən müalicəsi üçün onları 
maliyyə vəsaiti ilə təmin etmişdir.
E.  Süleymanov  2005-ci  ildə Azərbaycanda  vətəndaş 
cəmiyyətinin  inkişafına  Yardım  Assosiasiyasını  (Av-
ciYA) təsis etmiş və onun rəhbərliyi ilə bir sıra böyük 
layihələr  həyata  keçirilmişdir.  xocalı  soyqırımına  həsr 
edilmiş  “xocalı  soyqırımı”,  “xocalı  soyqırımı:  milyon 
imza-bir tələb”, “Şuşa - qədim Azərbaycan diyarı”, “Bir 
faciə  haqqında  iki  foto-söhbət”,  “tarixi  faktlar  erməni 
miflərinə qarşı” topluları nəşr edilərək ABŞ və Avropa 
dövlətlərinin parlamentlərinə, dünyanın məşhur kitab-
xanalarına göndərilmişdir.


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə