Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə51/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   47   48   49   50   51   52   53   54   ...   61

200
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
baş  tutan  və  xalqımızın  adət-ənənəsinə  uyğun  şəkildə 
keçirilən  toy  mərasimində  Belçikalı  parlamentarilərlə 
yanaşı, Milli Məclisin deputatları Qənirə Paşayeva, əli 
Hüseynov, xanhüseyn kazımov, Rövşən Rzayev və Azər 
kərimli,  Azərbaycanın  elm  və  mədəniyyət  xadimləri, 
tanınmış  müğənnilər,  xalq  artistləri  Alim  Qasımov  və 
Şeyx əbdül, əməkdar artistlər Zabit Nəbizadə və Azad 
Şükürov, gözəl ifaçımız Azərin xanım, tanınmış rejissor 
və  aktyor  Ramiz  əzizbəyli,  muğam  müsabiqələrinin 
iştirakçıları  və  “xalq  Ulduz”ları  vüsal  israfilov,  valeh 
israfilov  və  digərləri  iştirak  etdilər.  Qeyd  edim  ki,  bö-
yük sevinclə toylarında iştirak etdiyimiz Bəhlulun ata-
sı  Mərdan  kişi  Qarabağ  uğrunda  döyüşlərdə  iştirak 
edib və əlil olub, Ramilənin atası isə Sovetlər dövründə 
əfqanıstan müharibəsi əlilidir. Gənc ailə üçün tikiləcək 
evin  təntənəli  təməlqoyma  mərasiminin  keçirilməsi 
toy şənliyi zamanı ən yadda qalan hadisə oldu. Dağlar 
qoynunda Azərbaycan xalq mahnılarının sədaları altın-
da  keçirilən  bu  mərasimdən  sonra  Belçika-Azərbaycan 
parlamentlərarası  əlaqələr  üzrə  işçi  qrupunun  rəhbəri 
cənab Filip Blanşar toy iştirakçılarına müraciət edərək bil-
dirdi ki, Qalaybuğurta gəlməklə və bu toy şənliklərində 
iştirak etməklə Azərbaycanı yenidən kəşf etdim. Sonra 
Belçikalı qonaqlar böyük həvəslə yallı getdilər. 
Səfər zamanı biz Belçika parlamentariləri ilə gələcək 
fəaliyyətimiz  barədə  də  müzakirələr  apardıq  və  bu 
müzakirələr  nəticəsində  yaxın  1-2  il  ərzində  görüləcək 
işlər  üzrə  plan  hazırladıq.  Plan  üzrə  görüləcək  işlər, 
əsasən, praktiki xarakterli olmaqla, Azərbaycanı Belçika 
cəmiyyətinə  tanıtdırmaq,  ölkəmizlə  bağlı  obyektiv  və 
səmimi fikir formalaşdırmaq məqsədi daşıyır. Bu, çox va-
cib məsələdir. Belə ki, Belçika ümumavropa təşkilatlarının 
təsisatçılarından  biridir,  Avropa  dəyərlərinin  inkişaf 
etdirilməsi və genişləndirilməsində mühüm rol oynayır. 
Digər tərəfdən, Belçika krallığı Avropa ittifaqının üzvü 


201
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
kimi Azərbaycanın dövlət müstəqilliyini 31 dekabr 1991-
ci ildə tanıyıb, 17 iyun 1992-ci ildə isə ölkələrimiz arasında 
diplomatik  münasibətlər  qurulub.  Hazırda  ölkələrimiz 
arasında  müxtəlif  sahələrdə  əməkdaşlığın  inkişaf 
etdirilməsi  üçün  geniş  potensial  var  və  Azərbaycanla 
Belçika arasında əməkdaşlıq bu potensialın səviyyəsinə 
uyğun gəlmir. Odur ki, Belçika parlamentariləri ilə ha-
zırladığımız fəaliyyət planı ölkələrimizin əməkdaşlığını 
bu yeni səviyyəyə qaldırmaq məqsədi güdür.
Hazırladığımız  fəaliyyət  planında  ali  təhsil 
müəssisələri  arasında  əməkdaşlıq  əlaqələrinin  qurul-
ması nəzərdə tutulur. Belə ki, bir Azərbaycan universi-
teti  ilə  Belçika  universitetlərindən  biri  arasında  tələbə 
mübadiləsi  və  qarşılıqlı  olaraq  Azərbaycan  və  Belçika 
haqqında  mühazirələrin  oxunması  planlaşdırılır.  Bun-
dan  əlavə,  Azərbaycanın  televiziya  kanallarından  biri 
ilə Belçika telekanallarının birində ölkələrimiz haqqında 
proqramların  hazırlanaraq  yaımlanması,  iki  ölkənin  iş 
adamlarının forumlarının təşkil edilməsi barədə razılığa 
gəldik. Fəaliyyət planında Belçika parlamentində 2011-
ci  ilin  payızında  Azərbaycanın  dövlət  müstəqilliyinin, 
2012-ci ilin fevralında xocalı faciəsinin, 2012-ci ilin iyun 
ayında ölkələrimiz arasında diplomatik əlaqələrin qurul-
masının 20-ci illiyinə həsr edilmiş müzakirələrin aparıl-
ması və müvafiq tədbirlərin keçirilməsi öz əksini tapıb. 
Qeyd edim ki, Belçika-Azərbaycan parlamentlərarası 
işçi  qrupunun  rəhbəri  cənab  Blanşar  thuin  şəhərinin 
meridir.  Şamaxı  və  thuin  şəhərlərinin  qardaşlaşması 
istiqamətində müvafiq sənədlərin qəbul edilməsi və ya-
xın  zamanlarda  qarşılıqlı  olaraq  çeşidli  tədbirlərə  start 
verilməsi barədə razılıq əldə etdik. Bu tədbirlər sırasında 
hər iki şəhərin incəsənət adamlarının qarşılıqlı səfərləri, 
müştərək biznes layihələrinin gerçəkləşdirilməsi, 2011-
ci  ilin  sonlarında  isə  thuində,  2012-ci  ilin  ortalarında 
Şamaxıda  biznes  forumlarının  keçirilməsi,  2012-ci  ildə 


202
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
böyük şairimiz M. ə. Sabirin anadan olmasının 150 illiyi 
münasibətilə thuin şəhərində büstünün qoyulması, Sa-
bir gününün qeyd olunması və s. nəzərdə tutulub.
Mən  Belçika-Azərbaycan  parlamentlərarası  əlaqələr 
üzrə işçi qrupunun Azərbaycana səfəri zamanı razılaş-
dırdığımız planda nəzərdə tutulmuş işlərə başlanılması 
məqsədilə  26-28  avqustda  Belçikaya  səfər  etdim.  Səfər 
zamanı  cənab  Blanşarla  görüşdüm  və  onunla  thuin 
şəhərində  Azərbaycanın  böyük  şairi  M.ə.Sabirin  ana-
dan  olmasının  150  illiyi  münasibəti  ilə  büstünün  qo-
yulması üçün yer müəyyənləşdirdik və Sabir gününün 
qeyd olunması ilə bağlı tədbirlər planını müzakirə etdik. 
əminəm  ki,  Belçika  parlamentariləri  ilə  qurduğu-
muz  əlaqələr  yaxın  zamanlarda  öz  bəhrəsini  verəcək. 
Bu  əlaqələr  tək  ölkələrimiz  arasında  parlamentlərarası 
münasibətlərin möhkəmlənməsi ilə məhdudlaşmayacaq. 
Bu  əlaqələr  bütövlükdə  ölkələrimiz  arasında 
münasibətlərin  davamlı  və  dinamik  inkişafına  ciddi 
töhvələr  verməklə  yanaşı,  Azərbaycan  həqiqətlərinin 
Ümumavropa  məkanına  obyektiv  və  qərəzsiz  forma-
da çatdırılmasına və Avropa ictimaiyyətində ölkəmizin 
müvafiq  olaraq  müsbət  imicinin  təsdiqini  tapmasına 
təkan verəcək.   
- Siz Şamaxı rayonundan Milli Məclisə üzv seçilmi-
siniz. Ölkənin ali qanunverici orqanının üzvü kimi öz 
seçicilərinizin problemlərinin həlli istiqamətində hansı 
işləri görə bilmisiniz?
-  Mən  Milli  Məclisin  üzvü  kimi,  ilk  növbədə,  səs 
verib-verməməsindən  asılı  olmayaraq,  təmsil  etdiyim 
dairənin bütün əhalisinin vəkiliyəm, ölkənin qanunve-
rici  hakimiyyətində  onların  səlahiyyətli  nümayəndəsi 
və  təmsilçisiyəm.  Odur  ki,  mənim  əsas  və  prioritet 
vəzifələrimdən  biri  də  hec  bir  fərq  qoymadan  və  ya-
xud hansısa məsələdə ayrıseçkilik nümayiş etdirmədən 
bütün  seçicilərin  hüquqlarını  qorumaqdan,  onla-


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə