Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə1/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
  1   2   3   4   5   6   7   8   9   ...   50


Bakı ‑ 2015
Ağlın işığından ölüm qorxaraq,
Əbədi hökmünü dandı təzədən.
Ağlın zirvəsində sönən bir çıraq
Min‑min ürəklərdə yandı təzədən.
AĞLIN ZİRVƏSİNDƏ 
SÖNƏN BİR ÇIRAQ


REDAKTOR, ÖN SÖZÜN 
MÜƏLLİFİ VƏ TƏRTİBÇİ:
Buludxan XƏLİLOV,
filologiya üzrə elmlər doktoru, professor
TƏRTİBATIN İDEYA RƏHBƏRİ:
Elnarə ÖMƏROVA
“Ağlın zirvəsində sönən bir çıraq”. 
Bakı, “Bakı Çap Evi”, 2015, 252 səh.
Kitabda tanınmış jurnalist, gözəl insan, sədaqətli dost, mahir təşki ‑
latçı, etibarlı sirdaş, mehriban və qayğıkeş ailə başçısı İbrahim
Ömərovun həyat və fəaliyyətinin xarakterik məqamları öz əksini
tapır. Həmçinin dostlarının, doğmalarının, yaxınlarının və
tanışlarının bir qisminin ürək sözləri, xatirələri özünə yer alır. 
© Б.Хялилов, 2015


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
3
ÖN SÖZ:
İnsan sığınacaqlara doğru tələsir
“Mənim başlanğıcım mənim sonumdur, 
mənim sonum mənim başlanğıcımdır”. 
Tomas Eliot, 
Ədəbiyyat üzrə Nobel mükafatçısı
İ
nsanın bu dünyaya gəlişindən başlamış, bu dünyadan ge‑
dişi də daxil olmaqla – hamısı sığınacaq axtarmaqdır.
Hələ ana bətnində olan uşaq ana bətnini sığınacaq kimi qəbul
edir. Ana bətnində sığınacaq tapmış uşaq burada qala bilmir,
bu heç mümkün də deyil. Buradakı sığınacaq müddəti qurtar‑
dıqdan sonra uşaq dünyaya gəlir, ömrünün sonuna qədər bu
dünyada sığınacaq axtarır. Bağçaya gedir, burada sığınacaq ax‑
tarır. Məktəbə gedir, burada sığınacaq axtarır. Ali təhsil alır,
burada sığınacaq axtarır. Ailə qurur, yenə də sığınacaq axtarır.
Ev alır, yenə də sığınacaq axtarır. Nəhayət, insan ölür, yenə də
sığınacaq axtarır. Ölmüş insanı tabuta qoyur və qəbiristanlığa
aparırlar. Tabut da, qəbiristanlıq da sığınacaqdır. Ölən insan
dəfn olunur. Ən son sığınacaq budur. İstəsə də, istəməsə də,
sığınacaq axtaran insan son mənzili – torpağı sığınacaq kimi
qəbul edir. Beləliklə, insan üçün həyat başdan‑başa sığınacaq‑
lardan ibarət olur. Bu işin bir tərəfi. İkinci tərəfi odur ki, insan
həyatı boyu sığınacaqlara doğru tələsir. Heç özü bu barədə dü‑
şünmədən çalışır, vuruşur və nəhayət, torpaq adlı sığınacaqda
rahatlanır...


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
4
Sığınacaq deyəndə ədəbiyyat üzrə Nobel mükafatı laureatı
Herman Hessenin “Sığınacaq” essesindən bir məqam yada
düşür: “Mən yenə də nəyin dalınca gedəcəyimi, nəyi rəhbər
tutacağımı, öz qanımı nəyə verəcəyimi tapdım, anladım. Bu nə
istəkdi, nə də arzu, bu – məqsəddir. 
Bu məqsəd – yenə də sığınacaqdır. Ancaq nə mağaradır, nə
də gəmi. Mən o sığınacağı öz içimdə axtarıram, dağlardan, ma‑
ğaralardan etibarlı, tabutdan, qəbir çalasından etibarlı və rahat,
tək qaldığım, dünyanın əli yetmədiyi məkan, yaxud nöqtə ax‑
tarıram. Budur mənim məqsədim. Ora heç nə keçə bilməz,
çünki ora mənimlə yoğrulub. 
Qoy orada lap boran və ağrılar olsun, qoy orada lap qan da
tökülsün. 
Mən hələ bu məqsədimdən çox uzaqdayam, mən hələ yolun
lap başlanğıcındayam, ancaq indi bu, əsl mənim yolumdur.
Adi arzu deyil. 
Ey dərin sığınacaq! Sənə heç bir tufan yetməz, səni alov yan‑
dıra bilməz, səni heç bir müharibə dağıda bilməz. Öz cismimin
dərinliyində balaca yuva! Daxma, balaca tabut, balaca beşik,
mən sənə can atıram”. (Herman Hesse. Seçilmiş əsərləri. –
Bakı: “Şərq – Qərb”, 2010, s.532‑533).
Bu dünyada hərəyə bir şey lazımdır: kimiyə gecə, kimiyə
gündüz, kimiyə mərdlik, kimiyə namərdlik, kimiyə məğrur‑
luq, kimiyə mütilik, kimiyə qayğı, kimiyə etinasızlıq, kimiyə
haqq‑ədalət, kimiyə ədalətsizlik, kimiyə nə isə... Ancaq hamıya –
hər bir kəsə sığınacaq mütləq lazımdır. Bütün ömrü boyu sığı‑
nacaqlar uğrunda çarpışan insanı daha çətin sınaqlar, həm də
uğurlar, nailiyyətlər gözləyir. Ancaq insanın sonu yenə də sı‑
ğınacaqdır. Axtara‑axtara, özümüz də bilmədən və hərəmiz
bir yolla sığınacağımızı tapırıq. Deməli, son məqsədimiz sığı‑
nacağımızı tapmaqdır. Biz insanlar son məqsəd kimi dünyaya


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
5
sığınacaq axtarışına gəlmişik və hələ də sığınacaq axtarışında‑
yıq. Bir sözlə, insan ömrü boyu sığınacaqlara doğru tələsir. Son
sığınacaq hər bir kəsin qismətinə alın taleyi kimi yazılıbdır.
Kimsə son sığınacaqdan qaça bilərmi?! Kimsə son sığınacağı
haqqında düşünürmü?! Dünyanın qəribə işləri var. Bir atanın,
bir ananın övladlarının son sığınacağı bir olmur! Məncə, hər
bir şeyin fəlsəfəsinə varmaq lazımdır. Görün ədəbiyyat üzrə
Nobel mükafatçısı Ernest Heminquey necə deyib: “Hər insanın
ölümü mənim ömrümü gödəldir, çünki mən Bəşəriyyətin ay‑
rılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin hara‑
yını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən;
Sənsən dünyadan köçən”. (bax: Ernest Heminquey. Seçilmiş
əsərləri. Bakı, “Şərq‑Qərb”, 2010, s.7)
Ancaq insanın ölməsi, son sığınacağını tapması məğlubiy‑
yət deyil. Ədəbiyyat üzrə Nobel mükafatçısı Uilyam Folkner
demişkən: “Mən insanın ölümü fikrini rədd edir, buna inan‑
mıram; insan nəinki duruş gətirəcək, mən qəti əminəm ki, o –
qalib gələcək”. Ernest Heminqueyin sözləri ilə desək: “İnsan
övladı məğlubiyyət üçün yaranmayıb; insanı məhv etmək olar,
lakin onu məğlub etmək mümkünsüzdür”. Bir azərbaycanlı
şairin dediyi kimi: “Ölüm ölmək deyil ki, Vətənə qayıdışdır”.
Ədəbiyyat üzrə Nobel mükafatçısı Tomas Eliotun belə fikri var:
“Mənim başlanğıcım mənim sonumdur, mənim sonum mənim
başlanğıcımdır”. Bu mənada hələ bilmək olmaz ki, kimin baş‑
lanğıcıdır, kimin isə sonudur. Ancaq bu da bir həqiqətdir ki,
dünya yaranandan indiyə qədər insan məğlubolmazdır. Nəsil‑
lər dəyişir, bir‑birini əvəz edir. İnsanlar isə qurub‑yaradır və
fəaliyyət göstərirlər. Deməli, insan məğlubedilməzdir. 
Buludxan Xəlilov, 
filologiya üzrə elmlər doktoru, professor



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə