Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə3/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   2   3   4   5   6   7   8   9   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
11
hönkür ağlayırdı. Biz onu qəbiristanlıqdan birtəhər çıxardıq,
zorla çıxardıq. Acizlik onu da yükləmişdi. Dünyada aciz olma‑
yan insan yoxdur. Biz kiməsə ruh, can verə bilərik?! Yox! Əsla!
Bu Allahın işidir. Deməli, acizik. Bu acizlikdir ki, biz İbrahimə
də ruh, can verə bilmədik. 
Həyatda nə qazanmışamsa, alın tərimlə, zəhmətimlə, bir də
istedadımın gücünə qazanmışam. Xeyirxahlarım da olub...
Bədxahlarım da olub... Xeyirxahlarıma minnətdaram. Heç
kəsin xeyirxahlığını unutmamışam və unutmaram da. Əgər
hansısa bir xeyirxahımın xeyirxahlığının əvəzini qaytara bil‑
məmişəmsə, bu məndən asılı olmayan, gücümdə olmayan bir


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
12
iş olubdur. Ancaq bütün xeyirxahlarıma etdikləri xeyirxahlığa
görə həmişə özümü borclu saymışam və belə də olacaqdır.
İnsan olan hər bir kəs borclu olduqlarını unutmamalıdır.
Ancaq bununla belə, bədxahlarım da sağ olsunlar. Onlar ol‑
masaydı, xeyirxahların qədir‑qiyməti azalardı. Nə isə...
Mən dostu da elə‑belə qazanmamışam. Min cür sınaqlardan
keçirmişəm. Açığı deyim ki, yoxlamışam, imtahana çəkmişəm,
bəzən də ərk etmişəm. Necə ki, mən İbrahimi bu cür qazan‑
mışdım. Qazandıqlarımın hər biri zəhmət hesabına olduğu
üçün onun qədirini bilirəm. Dostum İbrahimin də qədirini bi‑
lirdim. Axı onu sınaqlardan keçirmişdim, axı onu qazanmış‑
dım. Ona görə də onu itirmək mənə çox ağırdır. Onun itkisi ilə
bağlı keçirdiklərimi sözlə ifadə etmək də çətindir. Kiməsə bağ‑
lanıramsa, dost kimi qəbul edirəmsə, ondan ayrılmaq, onu itir‑
mək mənə ağır başa gəlir. Sədaqətim və sadiqliyim imkan
vermir ki, belə hadisələri adi qəbul edəm. Axı qazandığım o
qədər çox da deyil ki, itirəndə adi qəbul edəm. İbrahim qazan‑
dıqlarım içərisində ən qiymətlisi və dəyərlisi idi. Bunu heç nə
ilə müqayisə etmək olmaz. 
Dostluğun vacib şərtləri var. İnam, etibar, sədaqət və s.
Məncə, dostluğun birinci şərti etibardır. Bu etibarı İbrahimdən
həmişə görmüşdüm. Yeganə adam idi ki, mən onunla hər şeyi
bölüşürdüm. O, bu etibarı qazanmışdı. Saatlarla oturub bölü‑
şərdik. Bir‑birimizi səbirlə dinləyər, bir‑birimizə səbirlə qulaq
asardıq. Adətən işin çoxluğundan əksər vaxt gecə – saat 8‑dən,
9‑dan sonra görüşərdik. Bəzən isə bazar və bayram günləri bir‑
birimizi axtarırdıq. Demək olar ki, hər gün görüşürdük. Bunu
mənəvi tələbata çevirmişdik. Bizim hər gün bir‑birimizlə gö‑
rüşməyimiz gündəlik işlərimizdən biri idi. Bir yerdə saysız‑he‑
sabsız söhbətlərimiz, taleyüklü məsələlərin həlli ilə bağlı
qarşılıqlı anlaşmamız indi xatirəyə çevrilibdir. Mən nə qədər


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
13
varamsa, o xatirələri zaman‑zaman vərəqlərə köçürəcəyəm.
Dost sədaqətinin, dost etibarının nə olduğunu anladacağam.
Bir dəfə gəldən‑getdən danışdıq, eyni zamanda mənim bir ki‑
tabımın üz qabığını işlədik. Yeri gəlmişkən, İbrahimin kitabın
içini və üz qabığını hazırlamaqda zövqü, istedadı əvəzsiz idi.
Nə isə... Başımız o qədər işə qarışdı ki, bir də gördük ki, gecə
saat 12‑dir. Birdən mənim yadıma düşdü ki, atam üçün baş‑
ayaq almalıyam. O vaxt atamın ayağı sınmışdı, həkim xaş ye‑
məsini məsləhət bilmişdi. Mən xaşı axşamdan hazırladıb səhər
tezdən atama aparmalıydım. Onda 4‑cü mikrorayonda olur‑
dum. Xaşı isə hazırladıb hal‑hazırda yaşadığım atamın einə gə‑
tirməliydim. Bunu İbrahimə dedim. Onun maşınına oturub
şəhəri ələk‑vələk elədik. Hər yer bağlı idi. Baş‑ayaq tapa bil‑
mədik. Qanım çox qaraldı. Gecə saat 12‑ni çoxdan keçmişdi.
İbrahim məni maşını ilə gətirib 4‑cü mikrorayonda olduğum
evimizin qabağında saldı. Evə qalxdım. Evdəkilər niyə gec gəl‑
diyimi bilirdilər. Bilirdilər ki, işdən sonra çap etdirəcəyim ki‑
tabların əyər‑əskiyini qaydasına salıram. Ancaq əliboş
gəlməyimin səbəbini soruşdular. Hadisəni onlara olduğu kimi
danışdım. Birdən əl telefonuma zəng gəldi. Gördüm ki, İbra‑
himdir. Mənə dedi ki, aşağı düş, baş‑ayaq gətirmişəm. Gecə
vaxtı – hər yerin bağlı olduğuna baxmayaraq, o, bunu necə
tapdı, hardan tapdı, bilmədim. Heç soruşmağa vaxtım da ol‑
madı. Ancaq bildim ki, o, bunu nəyin bahasına olursa‑olsun
etdi. Ona görə etdi ki, təki mən qayğılı olmayım. Eşitsəydi ki,
dişim ağrayıb, başım ağrayıb ona deməmişəm, məndən inci‑
yərdi. Niyə mənə deməmisən, ay professor, ‑ deyərdi. Mənim
üçün əlindən nə gəlirdisə, onu da edərdi. Təki mənim proble‑
mim, qayğım olmasın. 
Əziz dost, əziz ruh qardaşım, əziz mənəvi qardaşım, bütün
məqamlarda dopdolu qardaşım, həyatı və insanları sevən,


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
14
məhz səmimi və təbii sevən qardaşım, sənin yerin boşdur! Bu
boşluğu hər an, hər dəqiqə, hər saat, hər gün hiss edirəm. Əl
telefonuma əl atıram. Sənə zəng vurub görüşmək istəyirəm.
Ancaq... Ancaq yadıma düşür ki, sən Allahın dərgahındasan.
Ehtiyat edirəm. Dəhşətli dərəcədə ehtiyat edirəm. Ehtiyat edi‑
rəm telefonumun yaddaşında olan nömrənə zəng vurmağı. Bi‑
lirsənmi, mənə nə qədər ağır gələr ki, o biri başdan
te le fonumda bu sözlər səslənsin: telefon söndürülüb, ya da ki
əhatə dairəsindən kənardadır, yaxud da telefonun nömrəsi
müəyyən olunmayıb, ya da ki cavab verilməyə və sair, və ilaxır.
Sənin nömrələrin mənim telefonumun yaddaşında əbədi qa‑
lacaqdır. Ancaq zəng etməyə cəsarət etməyəcəyəm. Ona görə
ki, eşidəcəyim söz məni sarsıda bilər. Səndə həyat eşqi o qədər
güclü idi ki, elə bilirəm ki, harasa qonaq getmisən, qayıdıb gə‑
ləcəksən. Bəzən isə düşünürəm ki, xarici ölkələrin hansınasa
ezamiyyətə getmisən, tezliklə qayıdacaqsan. Axı sən son vaxt‑
lar Londona, Kiyevə, Tbilisə, Ankaraya, Karsa və digər yerlərə
gedərdin, biz sənin yolunu gözləyərdik. Bu ümid və inamla
yenə də səni gözləyirik. 
Gələrsən
Gözləyirəm, gözüm üstə yerin var,
Günəş doğub qızaranda, qayıt gəl.
Qış ötüşüb yetişməmiş ilk bahar
Boz ay gülüb bozaranda, qayıt gəl.
Qışın çəni qar gətirir – bilirəm,
Yazın çəni bar gətirir – bilirəm,
Nar ağacı nar gətirir – bilirəm,
Lalə çıxıb qızaranda, qayıt gəl.


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə