Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə5/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   2   3   4   5   6   7   8   9   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
20
bir Elnarəsi olsun. Xatirimdə bir şey qalmışdı: Xalq yazıçısı Sü‑
leyman Rəhimov bir dəfə dedi ki, oğlumun adını Aqil qoy‑
dum. Bununla da üç dost – yazıçının üç dost Aqili oldu. O fikir
mənim də beynimdə qalmışdı və  məndə belə bir işə maraq
oyatmışdı. Yusif müəllim yeganə qızının adını Elnarə qoydu.
Tale elə gətirdi ki,  Yusif müəllimin yeganə qızı  Elnarə İbra‑
himlə ailə qurdu. Toyunda iştirak etdim. Onların gülüzlü ba‑
laları oldu. Biz ailəlikcə tez‑tez Elnarədən xəbər bilirdik.
Qismətə bax ki, Elnarə bizim rayondan olan ailəyə gəlin
düşdü. Çox gözəl dolanırdılar. İbrahim onu Səməd Vurğun de‑
mişkən “quş kimi yemləyirdi”. İbrahim çox ailəcanlı idi. Düş‑
düyü mühit gənc yaşında belə onu yetkin bir adama
çevirmişdi. 
Sözümü M.Rahimin bir bənd şeiri ilə qurtarmaq istəyirəm:
Ömür dedikləri coşqun çay kimi,
Kükrəyib, köpürüb hər zaman gedir,
Ona bel bağlama o qədər də sən
Bəzən açılmamış gül, bağban gedir.
Heyf, İbrahimdən!


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
21
Məhərrəm Hüseynov (dostu),
filologiya elmləri doktoru, professor
İnsanlıq etalonu, ləyaqət mücəssəməsi, 
saflıq zirvəsi
B
ir müdrik kəlamda deyilir ki, yaxşı və pis adamların
dünyaya gəlişi ilə gedişində fərqli cəhətlər var. Onların
dünyaya gəlişi eynidir, gediş tamam fərqlidir. Yaxşı adamlar
dünyaya gəlir, lakin dünyadan getmirlər. Çünki belə adamlara
məhəbbət bəsləyən yaxınlar, dost‑tanışlar, qohumlar, ümumiy‑
yətlə, gərəkli və ləyaqətli insanlar onları öz ürəklərində tutub
saxlayırlar, dünyadan getməyə qoymurlar. Özünün misilsiz
məziyyətləri ilə hamının heyrətini qazanmış İbrahim yaxşıların
yaxşısı kimi məhz belə bir əbədiyaşarlıq qazanmış şəxsiyyət‑
lərdən idi.
Keçmiş çox zaman şirin olsa da, İbrahim kimi əvəzedilməz
bir dost barədə keçmiş zamanda danışmaqdan ağır şey yox‑
dur. Ancaq nə etməli? Unudulmaz İbrahimin mənalı ömrü keç‑
mişin olsa da, parlaq xatirəsi indinindir, sabahındır. 
İbrahimin timsalında görünür ki, əbədi ayrılığın, fiziki yox‑
luğun doğurduğu iztirab, ağrı, acı onun insan qəlbində yarat‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
22
dığı təəssüratların dərəcəsindən asılıdır. O da qətiləşir ki, İb‑
rahim kimi insanlar bu dünyaya öz layiqli yerinə gəlirlər. Hə‑
yatdan gedəndə isə onların yeri görünür, böyük boşluq hiss
olunur. İbrahim bu vəfasız dünyadan getməklə elə dünyanın
özü boyda bir boşluq yaratdı. Heç bir qüvvə, heç bir möcüzə
bu boşluğu doldurmaq iqtidarında deyil. Bununla belə, insa‑
nın ürəyi İbrahimin bu dünya ilə vidalaşmasından yaranan
boşluğu xatirələrlə doldurmağa səy göstərir. Ancaq o da var
ki, heç də hər bir insan İbrahim kimi özündən sonra zəngin xa‑
tirə yarada bilmir. 
İbrahimin bütün mənəvi və fiziki gözəllikləri sanki Allah
vergisi idi. O, öz büllur təmizliyini İbrahim adının simvoluna
çevirə bilən nadir şəxsiyyətlərdən idi. Bunun bünövrəsində
təbii amillər dayanırdı, çünki İbrahim çox əla tərbiyə görmüş,
təmiz ailədən həyat dərsi almış insan idi. Onun mərdanəliyi
təmiz vicdana, elmi araşdırmaları – zəngin biliyə və məntiqə,
hazırcavablığı geniş, əhatəli mütaliəyə, mehribanlığı büllur əx‑
laqa söykənirdi. Onun öz orijinal xarakteri vardı. Bütün dav‑
ranışları, həyat və düşüncə tərzi təpədən‑dırnağa qədər
özünəməxsus idi: ən adi vərdişlərdən, etalonlaşmış reaksiya‑
larından proqressiv reaksiyalarına qədər. Onun insanlıq titulu
hər şeydən uca idi, vicdanın səsini kağızlara köçürən jurnalist
qələmi olduqca qüdrətli idi. 
İbrahimin vətəndaşlıq ləyaqəti, insan orijinallığı dönə‑dönə
təsdiq edirdi ki, onun şəxsiyyəti təkrarolunmaz xislətdir. Lə‑
yaqət, kolorit, mənəvi ucalıq onun fitrətində idi. Həyatının
bütün məqamlarında İbrahim həmişə özü oldu, özünü kim‑
səyə oxşatmadı. Kimsənin də ona bənzəməsi mümkünsüz idi.
Ən önəmlisi odur ki, onun hərəkət və əməlləri formal poza de‑
yildi. Bütün hərəkət və əməllər İbrahimin öz qəlbinin, ruhu‑
nun əks‑sədası idi. Bu bənzərsizliyin özülündə onun bizə


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
23
məlum olan bütün insanlıq sifətləri cəmləşmişdi. İbrahim ifrat
dərəcədə sadə və təvazökar idi. Özü də onun təvazökarlığı bir
çoxlarında gördüyümüz iddialı, təmənnalı və saxta təvazökar‑
lıq deyildi. Fitri təvazökarlıq idi. Ailə tərbiyəsindən, el‑oba mə‑
dəniyyətindən gələn ənənəvi, genetik təvazökarlıq idi. Biz
müdrik və təmkinli İbrahimin fitri, natural xilqətini – sadəli‑
yini və təvazökarlığını görüb tanımışdıq, onu belə qəbul etmiş‑
dik, ona belə öyrəşmişdik. 
İbrahim bəşəri dəyərlərin bütün parametrlərinə görə hər lə‑
yaqətin fövqündə dayanırdı. İşıqlı təfəkkürü onu yüksəldirdi.
Onun bütün hərəkətləri ölçülü‑biçili idi, lakin standart, qəlib‑
ləşmiş deyildi. Bu ölçü‑biçinin meyarı onun daxilindəki fitri
mənbələrdən gəlirdi. Təmiz əxlaq onun bütün bioloji, psixoloji
və fizioloji hərəkətlərini nizama salırdı. Onun mədəni reaksi‑
yalarına, həyəcanlarına və düşüncələrinə həm təkan verən,
həm də bu təkanları nizama, sistemə salan mexanizm qəlbinin,
ruhunun içərisində idi. İbrahimin təfəkkür tərzində, düşüncə‑
lərində, həyəcanlarında, hiss və duyğularında olan saflıq və
potensial tükənməz enerji idi.
Hər şeyə tez reaksiya verən, inpulsiv təbiətə malik olan İb‑
rahimin mərdanəliyi, kişi xarakterinə, əzəmət və orijinallığı
onunla təmasda, ünsiyyətdə olanların qəlbinə dərindən nüfuz
edir, ona rəğbət və ehtiram qazandırırdı. 
İbrahimin sinəsində olduqca təmiz bir ürək çırpınırdı. Bu
təmizlik bütün hallarda sadəliklə müşaiyət olunurdu. Həqiqi
sadəlik onun əbədi stixiyası idi. Sadəlik onun ziyalı xarakteri‑
nin bütövlüyünü təsdiq edən faktor idi. Sadəlik, mənəvi zən‑
ginlik onun varlığına elə sirayət etmişdi ki, o, həmişə maddi
cəhətdən də tox görünürdü. Bu məziyyəti o, ideal səviyyəyə
qaldıra bilmişdi. Gözütox, məğrur, etibarlı, sözündə bütöv, de‑
diyinin ağası olan bir insan kimi bizim xəyalımızda olduqca


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə