Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə50/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   42   43   44   45   46   47   48   49   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
238
ması üzür, digər tərəfdən bunu bibimə necə deyəcəyimizin
ağırlığı sıxırdı. Çünki bir anaya övladının ölüm xəbərini
demək dünyanın yükü çəkilməz ən ağır yüküdür. O an yaşa‑
dığım hissləri heç cür sözlə ifadə etmək mümkün deyil. Sura‑
xanıya neçə çatdıq, maşını hansı sürətlə idarə etdim, yolboyu
nə düşündüm heç özüm də bilmirəm. Qəhər məni boğurdu...
Ağlaya da bilmirdim. Hönkürmək istəyirdim... Hayqırmaq is‑
təyirdim... Amma bibim o acı xəbəri məndən eşitməsin deyə,
səssiz ağlayırdım. Nəfəsim çatmırdı, içim yanırdı... İçimdən bu
acı xəbərin doğru olmaması üçün Allaha yalvarırdım. Amma
nə fayda... O artıq aramızda yox idi...
* * *
İbrahimlə təxminən yaşıd olsaq da, onunla bağlı xatirələrim
elə də çox deyil... 1999‑cu il idi... Bakı Dövlət Universitetinə
qəbul olmuşdum. O vaxt indiki kimi informasiya texnologiya‑
ları geniş yayılmamışdı. İbrahim həmin vaxt "Respublika" qə‑
zetində işləyirdi. Hə ədə 2‑3 dəfə İbrahimin otaq yoldaşı
Nicatın yanına kompüter proqramlarını öyrənməyə gedirdim.
Həmin ərəfədə tez‑tez görüşürdük. İbrahimin nə qədər aktiv
və çalışqan olduğunu elə o vaxtdan müşahidə etmişdim. Bir
yerdə dayanmırdı, daim hərəkətdə idi. Açıqcası, qibtə də et‑
mişdim ona. "Bu qədər işi necə olur ki, bir arada çatdıra bilir"
‑ deyə düşünmüşdüm...  
Ara‑sıra şəhərdə rastlaşırdıq. Heç vaxt tək olmazdı. Yaxın
dostlarından ən azı biri həmişə yanında olardı. Sonuncu dəfə
Nizami küçəsində görüşmüşdük. Ən yaxın dostlarından biri
olan Mahir Qabiloğlu da yanında idi. Bir xeyli dayanıb söhbət‑
ləşmişdik. 
Bir dəfə də nənəmin yas mərasimində görüşmüşdük. Mahiri


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
239
ilk dəfə orda tanış etmişdi mənimlə. "Şair Qabilin oğlu Ma‑
hirdi. Canlara dəyən oğlandı. Dostum, qardaşımdı" ‑ demişdi. 
İbrahim elə bir insan idi ki, hamıya kömək etməyə, bacar‑
dığı qədər müşkül məsələlərini həll etməyə çalışırdı. Hə a bir
neçə dəfə dost‑tanışlarının müşkülü barədə mənə də demiş,
onların dərdinə çarə qılmaq üçün yolları birgə müzakirə et‑
mişdik. Mənim üçün də çox iş görmüşdü İbrahim. Nə vaxt ya‑
nına getsəm şən, gülərüz siması ilə qarşılaşırdım. Bu
münasibət problemimi unutmağa kifayət edirdi. 
Bir gün evə gələndə "İbrahimi prorektor təyin ediblər" ‑ de‑
dilər. Sevincimin həddi‑hüdudu yox idi. Uçmaq üçün bircə qa‑
nadım çatmırdı desəm, yalan olmaz. 
Ancaq bir şeyi ömrüm boyunca özümə bağışlaya bilməyəcəm.
Mən İbrahimi onun qazandığı bu uğur, bu nailiyyət münasibətilə
təbrik edə bilmədim. Bağışla məni, İbrahim!  Bağışla ki, heç ol‑
masa bundan sonra yaşayacağım ömrümdə vicdanımın mənə
verdiyi bu əzab az da olsa yüngülləşsin. Bağışla ki, axirətdə ya‑
nına gəlməyə üzüm olsun. Bağışla məni, bibioğlu... Bağışla... 
* * *
14 mart 2014‑cü il... Günorta saatları... Suraxanıdayıq... İbra‑
himin ata evinin qarşısında... İbrahimin cismən aramızdan ay‑
rılmasına dəqiqələr qalmışdı. Cismən deyirəm, ona görə ki,
İbrahimin ruhu bu dəqiqə də başımızın üstündədir. Mərasimə
toplaşanlar arasında daha kimlər yox idi ki... İbrahimin dünya‑
sını dəyişməsinə Azərbaycanın bütün gənc, orta və yaşlı nəsil
ziyalıları üzülmüşdü... Çünki İbrahim özü gənc olsa da, həm
yaşlı, həm də orta nəslin nümayəndələri ilə münasibət qurmağı,
onlara hörmət saxlamağı bacarırdı. Böyüklə böyük, kiçiklə kiçik
ola bilirdi... İbrahimin böyüklüyü də məhz onda idi.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
240
Rahat uyu, bibioğlu... Bəlkə ideyaların, fikirlərin, düşüncə‑
lərin, planların səninlə getdi... Amma bu dünyadakı qısa öm‑
rünə sığdırdığın böyük həyat yolun həmişə var olacaq... 
Təsəllim, sənin dost, qardaş dediyin insanların bir qismi ilə
tanışlığımdır... Hər dəfə onlarla ünsiyyətdə olduqca səni xatır‑
layır, səninlə bağlı xatirələri canlandırırıq... 
Rahat uyu, qardaş... Onsuz da hər gələn bir gün getməlidir...
Mənim bu dünyadan gedişim nə vaxtdır, bilmirəm... Bildiyim
bir şey var ki, axirətdə görüşəcəyik, inşallah...


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
241
Mehdi Ömərov,
qardaşı
İBRAHİM BİZİM ÜÇÜMÜZDƏN DƏ 
SEÇİLİRDİ
B
öyük qardaşın özündən 3 yaş kiçik qardaşını itirməsi
böyük zərbədi. Onun haqqında xatirələr yazmaq, keç‑
miş zamanda danışmaq heç də asan deyil. İbrahim uşaqlıq
vaxtında da bizim üçümüzdən seçilirdi. O, çox zirək, səliqəli,
hazırcavab, tutduğunu qoparan bir uşaq idi. İllər keçsə də, bu
müsbət xarakter onunla birlikdə böyüdü. Bugünkü kimi ya‑
dımdadır, bir gün orta məktəbdə İbrahimin sinif rəhbəri məni
dəhlizdə görüb yanına səslədi. İbrahim haqqında xoş sözlər
söylədi. Belə bir qardaşım olduğu üçün mən qürurlanırdım. 
2010‑cu ildə atamı itirəndə də çox sarsılmışdıq. Bu itkidən
sonra biz bir‑birimizə daha da yaxın olduq. Ata evimiz Sura‑
xanıdadır, İbrahim isə şəhərdə yaşayırdı. O, hər hə ə bizə, ana‑
sının yanına gəlir, hamımıza dəstək olur, problemlərimizlə
maraqlanırdı. Yaşca kiçik olmasına baxmayaraq, atamızın dəs‑
tək və qayğısını ondan görürdük. 
Martın 13‑cü gecəsi gələn zəng bizi ikinci dəfə sarsıtdı. Qar‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
242
daşım Həzi ilə Mərkəzi Klinik xəstəxanaya çatanda dayım
Kamranın İbrahimin başı üstündə durduğunu, dayımoğlu
Oqtayın isə İbrahimin ürəyini masaj etdiyini gördüm. Orda
uzanan hərəkətsiz bədənin İbrahim olduğuna inana bilmir‑
dim. Kamranın üzünün ifadəsi məni çox qorxutdu. Bu səhnə
heç vaxt gözümün önündən getməyəcək. Bir neçə saatdan
sonra Kamran həkim Oqtayla birlikdə gəlib hər şeyin bitdiyini
söylədi. Bu həyatda ikinci dəfə dayağımızı, ümid yerimizi itir‑
mişdik. Biz onu cismən itirdik, onun ruhu hər zaman bizimlə
olacaq, yaşayacaq. 


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
243
Elnarə Ömərova,
İbrahimin qardaşı Mehdinin həyat yoldaşı
İBRAHİMİ ÖZÜMƏ 
BÖYÜK QARDAŞ BİLDİM
M
ənim ilk dəfə İbrahimlə tanışlığım 1998‑ci ilin yanva‑
rında olub. Mən gəlin gələcəyim ocağa qonaq kimi
dəvət olunmuşdum. İbrahimlə ilk dəfə həmin vaxt söhbət et‑
mişəm. Salamlaşdıqdan sonra o mənə “yaxşı paltar ütüləməyi
bacarırsanmı?” ‑ deyə soruşdu. Mən də çəkinə‑çəkinə:
‑ Belə də ‑ deyərək cavab verdim.
O gülümsəyərək:
‑ Hələ bir şalvar ütülə görüm necə bacarırsan ‑ dedi.
Mənim onun sözünü yerə salmayıb şalvarı ütülədim. İşim
xoşuna gəlmişdi:
‑ Hə... pis deyil ‑ deyib güldü.
Mən onda bildim ki, qardaşlarından ən səliqəlisi və zövqlə
geyinməyi xoşlayan İbrahimdi. O həqiqətən şux qamətli,
zövqlə geyinən bir oğlan idi. 
Mən onlara gəlin gəldiyim ilk gündən İbrahimi özümə
böyük qardaş bildim, o da mənə bacı kimi hörmət edirdi.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
244
Çünki İbrahimin bacısı yox idi. Bir müddətdən sonra bildim
ki, onun sevdiyi qızın da adı Elnarədi.
İbrahim həm oxuyurdu, həm də “Respublika” qəzetində ça‑
lışırdı. Ona görə də evə gec gəlirdi. Onu yalnız hə əsonları gö‑
rürdüm. Evdə olduğu vaxtlarda hamı ilə zarafat edir, xətrimizə
dəymədən məzəli atmacalar atırdı. Bayramlarda, ad günümdə
məni diqqətdən kənarda qoymazdı, həmişə hədiyyələr alırdı,
“könlün nə istəyir” ‑ deməyi də unutmurdu. Belə qardaşdan
kim inciyərdi...
Martın 13‑dən 14‑nə keçən gecə saat 02.15‑də gələn zəng hər
şeyi alt‑üst etdi. Bir neçə saat özüm‑özümə: “İbrahim hələ ca‑
vandı, ona heç nə ola bilməz, o, əzizlərini, doğmalarını atıb get‑
məz” ‑ deyərək otaqda eltim Nurhanla var‑gəl elədik. Amma
bu dəfə belə olmadı. İbrahim hamını, onu sevənləri, ən başlı‑
cası, anasını, həyat yoldaşını, övladlarını, qardaşlarını gözü‑
yaşlı qoyub getdi. Bu cavan yaşında ona ölüm yaraşmırdı. Bu
yara illər keçsə də, qaysaq bağlamaz, onu sevənlərin yadda‑
şından silinməz.
Allah İbrahimə rəhmət eləsin, onu sevənlərə səbir versin!


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
245
Alı Ömərov, 
İbrahimin böyük oğlu
Elə bilirdim ki,
o, yenə də işdədir…
M
ənim üçün ən faciəli gün. Səhər tez oyandım. Heç
nədən xəbərim yox idi, gözlərimə inanmadım.
Dayım, Aynur və Gülüş xala da bizdə idi. Sevindim. Dayım
məni qucaqlayıb öpdü. Aynur xala ilə Gülüş xala da həmçinin.
Onlar ağlayırdılar. Soruşanda dedilər ki, guya başları ağrıyır.
Sonra soruşdum:
‑ Nə yaxşı səhər saat 7‑də gəlmisiniz?
Dedilər, “elə belə…” Mən də inandım.
Sonra dayım soruşdu:
‑ Atanı çox istəyirsən, yoxsa ananı?
‑ İkisini də!
Qapı döyüldü. Bu, Səidə xala idi. Lap təəccübləndim. Nolub
görəsən?! O bizi öpüb anamın otağına keçdi. Mən də onun ar‑
xasınca gedəndə gördüm anam ağlayır. Soruşanda dedi:
“dişim ağrıyır”. Sonra anam dayıma dedi ki, məni və qarda‑
şımı Aynurun anasıgilə aparsın.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
246
Mən gedəndə anamı öpdüm. Anam dedi ki, “planşeti götü‑
rün”. Mən lap məə əl qaldım. Anamdan çıxmayan iş. İstəmə‑
dim. Anam məcbur elədi. Aynurun anasıgilə getdik.
Sonra dayım gəlib bizi Suraxanıya, nənəmgilə apardı. Mən
soruşdum:
‑ Dayı, nə yaxşı!?
‑ Hamı orda yığışıb…
Biz sevindik. Catanda gördüm ki, doğrudan da hamı burda
yığışıb və ağlayır... 
‑ Dayı, kim ölüb? – deyə soruşdum.
Mehdi əmi ağlaya‑ağlaya bizi qucaqlayıb öpdü. Elə bildim
anama nə isə olub. Çünki o, səhər ağlayırdı. Rəngim qaçdı.
Əmimin əlindən çıxıb, evə tərəf qaçdım. İçəri girəndə gördüm
evin ortasında kimisə uzadıblar, üstünü qırmızı parça ilə ör‑
tüblər. Qadınların içində anamı görəndə ürəyim rahatladı. 
Adamların arasında atamı axtarmaq heç ağlıma da gəl‑
mirdi. Çünki o, hər səhər biz oyanana kimi qalxıb işə gedirdi.
Elə bilirdim ki, o, yenə də işdədir…
Məni görəndə Səadət nənəm daha bərkdən çığırmağa baş‑
ladı. Anam tez əmimə dedi ki, bizi aparsın…
Yolda əmimdən soruşanda “kim ölüb” dedi bilmirəm…
Qırmızı parçanın altındakı kök adam idi. Dayımın səhər tez‑
dən mənə verdiyi sualı xatırladım: “Atanı çox istəyirsən, yoxsa
ananı?!”
Deməli, ya anam olacaqdı, ya da atam. Anamı gördüm,
atamı isə yox…
Yenə soruşdum: 
‑ Murad əmi, o… atam idi?
‑ Bilmirəm.
Biz qardaşımla ağlamağa başladıq. Hər şeyi başa düşmüş‑
dük... Mən maşında “Atam ölüb” deyərək qışqırırdım...


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
247
Elnarə Ömərova,
İbrahimin həyat yoldaşı
ÖLÜM SEVİNMƏSİN QOY...
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Səməd Vurğun
Ç
ox çalışırdın, çox işləyirdin. Evə gec, yorğun gəlirdin.
Axşam qapı döyülən kimi uşaqlar yataqlarında olsalar
da, “atam gəldi, atam gəldi” deyib qapıya qaçırdılar. Onları
görəndə yorğunluğunu da unudurdun.  Evinə, ailənə çox bağlı
idin. Hara getsəydin, geri dönəndə “adamın öz evi” deyirdin.
Nə vaxtdır  dönmürsən… 
Yayda işinin çoxluğundan istirahətə də qısa müddətlik gedir‑
dik.  Amma bu yay fərqli oldu. Demək olar ki, bütün yayı gəz‑
dik, əyləndik. Elə bil hiss eləyirdin ki, tez ayrılacaqsan bizdən.  
Yanvar ayında öz facebook səhifəsində status paylaşmışdın:
“Bir gün gəlir qərar verməli olursan, getmək və qalmaq.
Necə də çətindir... Bir‑birinə bu qədər yaxın və uzaq sözlər –
getmək və qalmaq... İnsan bəzən zamanın durmasını, hər şeyin


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
248
olduğu kimi qalmasını arzulayır. Amma bizdən asılı olmayan
obyektiv və subyektiv səbəblərdən qərar vermək zorunda qa‑
lırsan... Bu qərarına sevinənlər, kədərlənənlər, hə a daş kimi
soyuq baxışlarla qarşılayanlar da olur, amma qərarın yükünü
sahibi çəkir...” 
Dostlarından birinin:  “Qardaş, Allah amanında! Yolçuluq
haraya?” ‑sualına:
“Salam, qardaş... Bu gedişlə, deyəsən göylərədir...)”‑ cava‑
bını yazmışdın.
…Özünə dostlar qazanmışdın. Yaşından, vəzivəsindən asılı
olmayaraq,  fərqli xarakterlərə malik dostlar. Anana həmişə de‑
yirdin: “Ay ana, mənim dostlarım atamın dostları kimi deyil,
ziyalı, əsl dostlardır”. Dostlarına qarşı səmimi bağlılıq, doğ‑
malıq hissi var idi səndə. Təbii ki, bu, qarşılıqlı idi.
Deyirdin ki, “mən dostlarımın, sevdiyim insanların uğu‑
runa həmişə sevinmişəm, öz uğurum kimi baxmışam. Nə yaxşı
ki, sevdiyim insanların sevincinə sevinə bilirəm. Bu, bizə Ulu
Tanrının ən böyük mükafatıdır!”
Yeni işə təyin olunandan sonra işinin çoxluğuna baxmaya‑
raq, onlarla daha sıx görüşürdün. Bəlkə də  daha uzaq mənzilə
köçəcəyini hiss edirdin.
...Hər dəfə ananla, uşaqlarla “yeni mənzilinə” baş çəkəndə
dostlarının gətirdiyi gülləri görürəm. Onlarla qarşılaşıram.
Unutmayıblar, unutmurlar...
Hər şey eynidi...baxışların, duruşun, təkcə görüş yerin,
“evin” dəyişib. Biz ağlayırıq, sən gülümsəyirsən... 
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır...
Gun olur axşam.
Vaxt kecir... sən məndən uzaqlaşırsan,
Mən sənə günbəgün yaxınlaşıram.


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
249
M Ü N D Ə R İ C A T
ÖN SÖZ: İnsan sığınacaqlara doğru tələsir ........................................3
SƏNİN YERİN GÖRÜNÜR, QAYIT GƏL ........................................6
Buludxan Xəlilov. 
Əziz dost, nə vaxt qayıdıb gələcəksən?! ................6
Qənirə Paşayeva. 
Sən gedəndə görüşmədin... 
Mən gələrəm görüşərik.........................................................................16
Nəcəf   Nəcəfov. 
Ömür  vəfa  etsəydi.....................................................18
Məhərrəm Hüseynov.
İnsanlıq etalonu, 
ləyaqət mücəssəməsi, saflıq zirvəsi.....................................................21
Sərdar Zeynal.
Dostların öləndə sən öləcəksən ..................................27
Mehman Rzayev.
Ləyaqətli ömrünlə nümunəsən...............................38
Arif Kazımov. 
Ürəklərdə yerin var........................................................40
Əsgər Zeynalov.
O, gənc ikən müdrik idi. ...........................................43
Nazim Mustafa. 
Tez parlayıb, tez sönən ulduza 
bənzəyir İbrahim ...................................................................................46
Nüşabə Hüseynli.
Sevdiyin adam ölürsə..............................................52
Elnarə Məmmədova.
Elə qayğıkeş, mərhəmətli, mehriban idi ki... .......56
Ədalət Məmmədov. 
Mənim xilaskarım! .....................................................58
İsrail Məmmədov.
Ürəklərə köçən, yaddaşlarda 
yaşayan müqəddəs insan......................................................................63
Ağasən Bədəlzadə.
Ağlın zirvəsində sönən bir çıraq...........................66
Sarvan İbrahimov.
Dost itkisi .................................................................69
İBRAHİMİN ÖMRÜNDƏN SƏHİFƏLƏR: 
ŞƏKİLLƏR, SƏNƏDLƏR...................................................................71
İBRAHİM “RESPUBLİKA” QƏZETİNDƏ: AĞSAQQAL SÖZÜ,
MƏHƏBBƏT BURADAN BAŞLADI DÜZÜ ................................100
Teymur Əhmədov. 
İbrahimin əziz xatirəsinə .....................................100
Zümrüd Qurbanqızı.
Ömür yaman vəfasızmış .................................103


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
250
İBRAHİM “ELM” QƏZETİNDƏ: İBRAHİMİ VƏ 
ELMİ SEVƏN DOSTLAR .................................................................107
Ağahüseyn Şükürov. 
Gənclik illərinin bir ümman xatirəsi ..............107
Aqşin Məmmədov.
“Ölmək üçün əvvəlcə yaşamaq lazımdır...”.......110
Rafiq Rzayev.
Böyük və təmənnasız dost ..........................................118
Səbinə Məhərrəmova. 
Xəbərin varmı heç, arxaya bax, 
bir ömür ötdü, DOSTUM... ................................................................123
Əbülfəz Əzizov. 
Gözəl insan, mehriban dost ....................................132
İBRAHİM “XALQ QƏZETİ”NDƏ: 
“XALQ”IN ÖZÜ, “XALQ”IN SÖZÜ...............................................134
Həsən Həsənov.
Ömrün son akkordu .................................................134
Aida  Şükürlü.
Cavan ömrün son baharı... 
Yaxud, təsəllimizə çevrilmiş işıq .......................................................143
Anar Turan.
Səmimiyyət nümunəsi...................................................147
İBRAHİM SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ: 
GƏNC PROREKTORUN İKİ AYLIQ FƏALİYYƏTİ.....................11
Aslan Bayramov. 
Təmənnasız İbrahim...............................................152
Avtandil Ağbaba.
Ömürdən qopan kərpiclər ....................................156
Dəyanət Səlimxanlı.
Bir səhərin baş Mübtədasından gələn ağrılı, 
acılı baş Xəbər və ya nekroloq əvəzi .................................................159
Şeyda Quluyeva.
Xeyirxah insan .........................................................162
İBRAHİM HAQQINDA MAHİR 
QABİLOĞLUNUN XATİRƏLƏRİ ..................................................164
Yeraz Abbasəlinin təəssüfü, Yeraz İbrahimin arzusu.....................164
“Salam, ölüm!”... “Sağ ol ölüm”........................................................167
Mikayıl Cabbarov, üzr istəyirəm! Həsən müəllim, bağışla... ........170
İbrahimin öldüyü gündən həyat davam eləyir ...............................178
Gözəl İbrahim.......................................................................................183
İbrahim Ömərovun babasının nəsihəti ............................................214
İbrahim, Buludxan, Cavanşir.............................................................216


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
251
İBRAHİM QOHUMLARININ DİLİNDƏ .....................................222
Mövla Ömərov. 
O  müdhiş gecənin sarsıdıcı xəbəri!........................222
Ağbaba İbrahimov. 
Biz onun yeni nailiyyətlərini gözləyirdik .........227
Hikmət Babaoğlu. 
İbrahimin uğurları hamımızı sevindirirdi .........228
Vurğun  İbrahimov. 
İbrahimdən qalanlar ...........................................231
Güllər Məmmədova.
Vaxtsız sönən əzizim haqqında yaralı xatirə.......234
Mais Musayev.
Bağışla məni, İbrahim! ..............................................237
Mehdi Ömərov.
İbrahim bizim üçümüzdən də seçilirdi..................241
Elnarə Ömərova
. İbrahimi özümə böyük qardaş bildim .................243
Alı Ömərov.
Elə bilirdim ki, o, yenə də işdədir… ............................245
Elnarə Ömərova.
Ölüm sevinməsin qoy... ..........................................247


Dизайнери:
Z.Qafarzadя
Корректор vя оператор: 
Aybəniz Sultanova
Чапа имзаланмышдыр: 08.II.2015
Форматы 60х90 1/16. Щяъми: 15,5 ч.в.  Сайы: 500
Сифариш: 40.  

Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə