Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə6/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   2   3   4   5   6   7   8   9   ...   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
24
möhtəşəm obrazı ilə böyükdür. Bu böyüklük İbrahimin təbiə‑
tində idi. O, dərin düşüncələrində, ağlında, zəkasında, müd‑
rikliyində, sadəliyində, təbiiliyində görünən böyük insan idi.
O, yaşlı adamlar, ağsaqqallar qarşısında özünün təbii mədə‑
niyyətini büruzə verir, özünü kiçik kimi apararkən də, özünü
kiçiltməklə də böyük görünürdü. O, saxta şöhrət düşkünü de‑
yildi, lakin hər cür şöhrət tacına ləyaqəti çatırdı. Dissertasiya‑
sını bitirmişdi, alimlik iddiasından uzaq idi, bununla belə
güclü alimlik istedadı var idi. 
Bəli, biz belə bir insanı itirdik: son dərəcə təvazökar insan,
əvəzedilməz vətəndaş, etibarlı dost, sınanmış sirdaş, istiqanlı
qohum, gözəl ata, təmkinli və qayğıkeş ailə başçısı... İbrahimi.
İbrahim bizdən uzaqlaşdıqca, bizə daha çox yaxınlaşır. Bu
yaxınlığı onun şəxsiyyətində gördüyümüz bütövlük, mərda‑
nəlik, mənəvi saflıq stimullaşdırır. Bir həqiqət də vardır ki, İb‑
rahim kimi yaxşı insanlar bizə uzaqdan da uca görünürlər,
gözəl görünürlər və biz bu görüntülərdən də xüsusi müdriklik,
həyat dərsi əxz edirik. İbrahimin timsalında onu da dərk etmək
məcburiyyətindəyik ki, xatirəyə dönmək həyatda yaşamaqdan
daha çətindir. 
Əbədi və şirin xatirəyə dönmək bir insan olaraq İbrahim
kimi öz varlığını təsdiq etmək hünərinə sahib olmaq gərəkdir.
Çünki İbrahim öz ağlının nuru, zəngin daxili məzmunu, xe‑
yirxah əməlləri, saf niyyətləri, insanlara ziyansız xisləti ilə xa‑
tirələrdə təcəlla tapır. Mən əminəm ki, İbrahim haqqındakı
xatirələrdə eyni sözlər tez‑tez təkrarlanacaq. Bunun real əsası
vardır. Əsas ondan ibarətdir ki, İbrahim haqqında yaxşı danı‑
şanlar istəsələr də, istəməsələr də, mütləq həmrəydirlər. Söz
və fikir təkrarları İbrahimin ürəklərə hopmuş məhəbbətindən,
şüurlarda yaranan təsəvvür eyniliyindən qaynaqlanır. 
Ömrünün sonuna qədər dəyişməz qalmaq tək‑tək insana


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
25
nəsib olur. İbrahimi dərindən duyanlarda belə bir davamlı
inam yaranmaya bilmir ki, İbrahim öz təbiətindəki sabitqə‑
dəmliyi, formalaşmış xarakterini öz fitrəti ilə, tərbiyəsi, iradəsi
və nümunəvi əxlaqı ilə “mühafizə” edirdi. İbrahim fitri istedad
idi, son dərəcə dəqiq adam idi. Lakin dəqiqlik onda pedantizm –
xırdaçılıq psixologiyası yarada bilməmişdi. Çünki o, özünə,
özünün naturasına sadiq qalmağı bacarırdı. Bunu bütün əya‑
niliyi ilə öz şəxsiyyətində əyaniləşdirən, əks etdirən İbrahimin
ecazkar təbiətini görüb heyrətlənməmək mümkün deyildi. 
İbrahim son dərəcə səbirli insan idi. Təmkinini heç zaman
pozmadı. Giley‑güzar onun təbiətinə tamamilə yad idi. Ən
gözəl bəşəri sifətlər onun zəngin naturasında birləşib güclü bir
insan xarakteri yaratmışdı. Hər bir hərəkətindən, sözündən,
əməlindən həyat eşqi yağırdı. Ondakı nikbinlik – ünsiyyətdə
olduğu insanlara da sirayət edirdi. Bəlkə elə bunun üçündür
ki, dost‑tanışları say və sanbal baxımından üstünlük təşkil
edirdi. Çünki İbrahim əsl dost idi, yüzlərlə insanların sevimli‑
sinə çevrilməsinin sirri bunda idi. Öz əhatəsində inam və eti‑
qad simvoluna çevrilmişdi. Onun öz sözü, öz meyarları, öz
nizam‑tərəzisi vardı. Hərəkətdə olan təfəkkürü həmişə ayıq və
fəal idi. Ulu Tanrı ona işıq xisləti əta etmişdi. Harada olsa in‑
sanların diqqətini cəlb edirdi. (Onun bədnəzərə gəlmə ehtimalı
da var). İbrahimin adi söhbətlərində, düşüncə və mühakimə‑
lərində güclü məntiq və inandırıcılıq da hamıda xoş təəssürat
oyadırdı. 
İbrahimlə bağlı təəssüratları sözə çevirmək olduqca müşgül
məsələdir. İbrahim itkisini qəlbin, mehrin‑məhəbbətin gözü ilə
görmədən, bu itkinin miqyasını müəyənləşdirmək çox çətindir. 
Mən bu kiçik xatirəni yazıb qurtarana qədər İbrahimin inti‑
zarla dolu baxışları gözlərim qarşısında dayandı, onun nura
qərq olmuş müqəddəs obrazı göz önündən getmədi. Bu baxış‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
26
lar, bu doğma surət həm mənim xatirə yazmağıma mane olur,
həm də mənə kömək edirdi. Yazdıqca bütün təfərrüatları ilə
hiss edirəm ki, İbrahimi tanıyanların, onun dostlarının, yaxın
qohum‑əqrəbalarının qəlbində zəngin, tükənməz xatirələr dəf‑
təri vardır. Bu də ər heç zaman ağ qalmayacaqdır. Bir təskinlik
yerini də unutmaq olmaz. Xatirəyə dönməyin özü də həyatı
təzədən yaşamaq deməkdir. Çin filosofu Konfutsi deyirdi: “La‑
zımlı adam haqqında danışmamaq onu itirmək deməkdir”. İb‑
rahim hamımız üçün çox lazımlı adam idi. Xatirələrdə
yaşamaq, itməmək, ünsiyyətdə olduğu insanların ürəyinin
daimi sakini olmaq haqqını o, sağlığında qazanmışdı. 


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
27
Sərdar Zeynal, 
Heç zaman yadından çıxarmağı
bacarmayan,  hər an küçədə 
qarşılaşacağına ümid bəsləyən dostu 
şair, filologiya üzrə elmlər doktoru
DOSTLARIN ÖLƏNDƏ 
SƏN ÖLƏCƏKSƏN
Ö
zümü anlayandan, dünyanı başa düşəndən, həmişə hiss‑
lərimin, istəyimin ağası olmağa çalışmışam. Nə çoxlu
var‑dövlət axtarmışam, nə şan‑şöhrət ummuşam. Həmişə sözü‑
mün üstündə dayanan, vüqarı yerində olan, imkan dairəsində,
kömək umanların köməkçisinə çevrilməyə çalışmışam. Bütün
bunları vicdanla, təmənnasız, eyni zamanda kifayət qədər yerli‑
yerində, keyfiyyətlə yerinə yetirməyə çalışmışam. Yalnız bəzi
məsələlərdə hissimin, duyğumun əleyhinə gedə bilməmişəm.
Ən əziz sandığım, hər şeydən qiymətli bildiyim hər an üzlərini
görməyə ehtiyac duyduğum dostlarımı mən axtarıb tapmamı‑
şam. Onları tale gətirib mənimlə qarşılaşdırıb, həyatımın məna‑
sız keçməməsi üçün Allah onları mənim qarşıma çıxarıb əziz və
qiymətli bir nemət kimi.
Qarşılaşdığım adamlar olub, onlardan bəzilərini keçmişdə
olub, indi həyatdan köçən ehtiram bəslədiyim adamlara bən‑
zətmişəm onun yerişini, duruşunu. Həmin itirdiyim gözəl


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə