Kitab indd



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix10.07.2018
ölçüsü4,93 Mb.
#54728
1   2   3   4   5   6   7   8   9   ...   27

17
rəsmi olaraq “Şamaxı yürüşü” adlanırdı. Rusiyanın qəsbkarlıq 
siyasətinin davamı olaraq V. Zubovun başçılığı ilə 1796–cı ildə 
Azərbaycan üzərinə hücuma keçən rus qoşunlarının tərkibində 
çoxlu sayda erməni var idi. Həmin ilin oktyabrında V. Zubov rus 
qoşunlarının qərargahını Yeni Şamaxıya köçürmüşdü. Lakin 1796–
cı ilin noyabrında II Yekatrinanın ölümü, I Pavelin hakimiyyətə 
gəlməsi və onun rus qoşunlarını Qafqazdan geri çağırması ilə iş-
ğallara 1801–ci ilə qədər fasilə verilmişdi. (10) 
Rus qoşunlarının 1803–cü ilin martında Car–Balakənə hü-
cümu, 1804–cü ilin 3 yanvarında Gəncənin işğalı ilə çarizmin 
Azərbaycanda işğalçı siyasəti yenidən genişlənməyə başladı. Çar 
Rusiyası 27 dekabr 1805-ci il tarixli müqavilə ilə Şamaxı xanlığı-
nı özündən asılı vəziyyətə saldı. Müqaviləyə görə Şamaxı xanlığı 
ildə 8000 çervon Rusiya xəzinəsinə bac verməli idi. 
1804–1813–cü illər birinci, 1826–1828–ci illər ikinci Rus–İran 
müharibələrindən sonra Şimali Azərbaycanın Rusiya tərəfi ndən 
işğalı, ermənilərin bu ərazilərə köçürülməsi ilə sonrakı faciələrin 
əsası qoyuldu.
II Rus-İran müharibəsinin sonunda bağlanmış Türkmənçay 
müqaviləsinə (10 fevral 1828) əsasən Rusiyanın imperiya 
siyasətinə uyğun olaraq ermənilər  İran və Türkiyədən  Şimali 
Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Şamaxıya da kö-
çürülmüşdür.  Şamaxının Mədrəsə, Sağiyan, Meysəri, Kələxana, 
Zarxı və s. kəndlərinə ermənilərin köçürülməsində əsas məqsəd 
onların köməkliyi ilə müsəlman  əhalini  əsarət altında saxlamaq 
idi. Bu siyasət  əsasında  Şamaxı  ərazisinə Rusiyanın mərkəzi ra-
yonlarından molokanlar da köçürülmüş və onlar burada 6 kənddə 
məskunlaşmışlar.
XIX  əsrin ilk illərində ermənilər ölkə sakinlərinin 9,37%-ni 
təşkil etdiyi halda, XX əsrin əvvəlində bu rəqəm 32,6%-ə çatmış-
dır. Təqribən 100 il ərzində, ilk növbədə ermənilərin mexani-


18
ki yerdəyişməsi nəticəsində Şimali Azərbaycanda, keçmiş İrəvan 
xanlığının ərazisi də nəzərə alınmaqla onların sayı 24 dəfə artmış 
və 1916-cı ildə 1.211.145 nəfər olmuşdur. (11) 
Rus tədqiqatçısı N. N. Şavrovun yazdığına görə  ХХ  əsrin 
əvvəlinədək Zaqafqaziyada yaşayan 1 mln. 300 min ermənidən bir 
milyon nəfərdən çoхu diyarın yerli sakinlərinə mənsub deyildilər 
və Rusiya tərəfi ndən burada məskunlaşdırılmışlardır. (12) 
Şamaxıda müxtəlif dövrlərdə, konkret olaraq 1191-ci, 1667-
ci, 1856-cı, 1859-cu, 1861-ci, 1872-ci və 1902-ci illərdə baş vermiş 
zəlzələlər xeyli insan itkisinə və dağıntıya səbəb olmuşdu. 1902-
ci ildə baş verən güclü zəlzələ  nəticəsində 2000 nəfər ölmüş, 16 
min nəfər evsiz-eşiksiz qalmış, 4000 ev, 6 məscid uçmuş  və ba-
zar yanmışdı. Çar hökumətinin yerli müsəlman əhaliyə düşmən 
münasibəti bu dövrdə də özünü büruzə vermişdi. Zəlzələdən sağ 
çıxmış 16 min şamaxılıya cəmi üç həkim, bir tibb bacısı yardım 
göslərirdi. Hökumətdən heç bir kömək görməyən  şamaxılılar 
özləri xilasetmə işlərinə başlamış və hətt a zəlzələdən 9 gün sonra 
xarabalıqlar altından 12 yaşlı şamaxılı Ümmi Müslüm qızını çıxa-
raraq xilas etmişlər. (13) 
 Çar xəfi yyə idarəsinin təhriki ilə 1905-1906-cı illərdə Bakıda (6-9 
fevral 1905) və digər bölgələrdə ermənilər tərəfi ndən müsəlman 
qırğınları törədilsə  də, bu zaman Şamaхıda ciddi qarşıdur-
ma qeydə alınmamışdı. Lakin buna baxmayaraq Şamaxıda olan 
ermənilər Tifl is, Qazax, Gəncə, Şuşa və Cəbrayılda müsəlmanları 
qıran cinayətkarlara hər cür maddi köməklik göstərmişlər.
Rusiyanın Osmanlı  İmperiyasındakı konsulu V.Mayevski 
həmin illərin qanlı hadisələri haqqında yazmışdı: “Bu dövrdə 
(1904-1906-cı illərdə) rus hakimiyyətinin zəifl əməsi, bəzi hallar-
da isə onun əsla olmaması hər yerdə müşahidə olunurdu...Bizim 
cənubi–şərqi Qafqazın başına gəlmiş  bəlalar həm “hakimiyyətin 
cinayətkar fəaliyyətsizliyi” nəticəsində, həm də çaxnaşmala-


19
rın  əsas xadimləri olan “Daşnaksütyun”un cinayətkar fəaliyyəti 
nəticəsində baş verə bilərdi.” (14) 
Çar Rusiyasının Azərbaycanda yeritdiyi “parçala-hökmran-
lıq et” siyasəti ermənilərlə müsəlmanlar arasında nifaq salmaqla 
yanaşı, müsəlmanlar arasında da düşmənçiliyi qızışdırmaqdan 
ibarət idi. Bunun üçün Tifl isdə 1847–ci il dekabr ayının 13-də 
şiə  məktəbi, 1849-cu il yanvarın 15-də isə sünnü məktəbi açıl-
mışdır. Xalq arasında “Əli”  şkolası, “Ömər”  şkolası adlanan bu 
məktəblər  şəbəkəsi tezliklə daha da genişləndirilərək  Şamaxı, 
Quba,  Şəki və başqa  şəhərlərdə  də təşkil olunmuşdur. Çarizmin 
bu bədnam siyasətinə etiraz olaraq Ü. Hacıbəyov 1907–ci ildə 
“İrşad” qəzetində yazırdı: “Rusiya hökuməti... əvvəlcə bizim gö-
zümüzü yumdu ondan sonra başlayıb, şeyxülislam təyini, müft i 
nəsbi, “Ömər”  şkolası küşadı,“Əli”  şkolası  təsisi,  şiə zakonouçi-
teli, sünnü zakonouçiteli təyini ilə  bərabər, sair fəsadlarla bizim 
aramızda əvvəlcədən qazılmış olan şiə və sünnü quyusunu daha 
gen və daha dərin... qazıb, rahat və arxayın oturdu” (15) 
Çarizmin azərbaycanlılara inamsızlıq göstərərək onları ordu-
ya çağırmaması da müstəmləkə siyasətinin tərkib hissəsi idi ki, 
bu da azərbaycanlıların silahdan istifadə edə bilməməsinə, təşkil 
olunan milli qırğınlar zamanı onların tamamilə müdafi əsiz qal-
masına səbəb olurdu. Bununla bağlı M.Ə.Rəsulzadə yazırdı: “Çar-
lığın Azərbaycan türklərinə endirdiyi böyük zərbələrdən biri, 
onu  əsgərlik hikmətindən miəf tutmasıydı. Bu surətdə  fi trətin 
cəngavər bulunan bura türklərinə  əsgərlik haqqını unutdurmaq 
və bu surətlə onları Rusiya imperializmi zərərsiz bir hala qoymaq 
istəmişdi” (16).
Məhz rus çarizminin və sovet Rusiyasının yeritdiyi imperiya 
siyasətinin, millətlər və dinlər arasında nifaq salmaq, onları bir-
birinə qırdırmaq siyasətinin nəticəsi olaraq 1918-ci ildə ermənilər 
tərəfi ndən azərbaycanlılara qarşı növbəti dəhşətli cinayətlər 


Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə