Kitab indd



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix10.07.2018
ölçüsü4,93 Mb.
#54728
1   2   3   4   5   6   7   8   9   ...   27

24
əriməsilə ticarət gəmilərinin fəaliyyəti martın ortalarında başla-
nırdı. Bolşeviklərin təxirəsalınmaz vəzifəsi Bakını tezliklə  işğal 
etmək idi.” (21) 
S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin əksinqilabi 
elementlərlə mübarizə şüarı altında 1918-ci ilin martından başla-
yaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlılara qarşı 
həyata keçirdiyi genosiddə ermənilər fəal rol oynamışlar.
S.Şaumyanın göstərişi ilə Stepan Lalayev yerli əhaliyə qarşı 
palanlaşdırılan cinayətlərə hazırlıq məqsədilə 1917-ci ilin sonu 
1918-ci ilin əvvələrindən başlayaraq gizli surətdə  Şamaxıda ya-
şayan ermənilərə silah, sursat paylamışdır. Bu dövrdə müxtəlif 
cəbhələrdən 7.000 erməni əsgəri Bakıya gətirilmişdi ki, onlar Bakı 
Sovetinin hərbi qüvvələrinin tərkibinə daxil edilmişdi. Bu məsələ 
barədə erməni alimi Q. Avetisyan qeyd edir ki, “Bakıda 25 alay, 
18 min döyüşçüdən ibarət Qızıl Ordunun dörd briqadası var idi. 
Qızıl Ordu döyüşçülərinin də 70 faizi erməni idi“. (22) 
  İstintaq Komissiyası  tərəfi ndən hazırlanan sənədə görə  hələ 
yanvar ayında Bakı Soveti tərəfi ndən 15 maşın silah, mart ayı-
nın ortalarında isə 60 maşın silah və 2000 erməni əsgəri Şamaxıya 
göndərilmişdi.
Yelizavetpol (Gəncə) Müsəlman Milli Şurasının sədri 
Хasməmmədov 1918–ci il martın 28-də Seymin və Cənubi Qafqaz 
hökumətinin sədrinə göndərdiyi teleqramında yazırdı ki, martın 
18-də bolşeviklər tərəfi ndən Bakıdan 2000 yaхşı silahlanmış top və 
pulemyota malik olan əsgər dəstəsi Şamaхı qəzası istiqamətində 
yola salınmışdır. Dəstə yol boyu 15-dən çoх müsəlman kəndini 
məhv edərək,  Şamaхı  şəhərini darmadağın etmişdir. Minlərlə 
müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdir. 
Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmış-


25
dır. Təcili hökumətin köməyi lazımdır. (23) 
Azərbaycan nümayəndələrinin tələbi ilə Cənubi Qafqaz Seymi 
Bakı Sovetinə qarşı 100 min manat pul, piyada qoşun və süvari 
hissələri, iki təyyarə, zirehli qatar, çoхlu silah və sursat ayırmışdı. 
1918-ci il aprelin əvvəllərində knyaz Maqalovun komandanlığı ilə 
2 minə yaхın silahlı dəstə Tifl is və Gəncə tərəfdən irəliləyərək, Ha-
cıqabul stansiyasını tutmuşdu. Eyni zamanda şimaldan, Dağıstan 
tərəfdən, Bakı istiqamətində  Nəcməddin Qotsinskinin qüvvələri 
hücuma keçmişdi (24) 
Lakin bütün bunlara baxmayaraq azərbaycanlılara qarşı erməni 
qırğınlarının qarşısını almaq mümkün olmamışdı.
Şamaxı soyqırımının baş verdiyi dəqiq tarixlər çox təəssüf ki, 
əksər kitab və  məqalələrdə konkret göstərilməyib. Bəzi kitab və 
məqalələrdə hadisələrin 1918–ci il martın 18-də, bəzilərində 1918–
ci ilin aprel ayında, bəzilərində 3-16 apreldə baş verdiyi qeyd olu-
nur. Mövcud mənbələri müqayisəli təhlil etməklə cinayətlərin baş 
verdiyi günləri müəyyən etmək mümkündür. Araşdırmalar  Şa-
maxı soyqırımının qısa fasilələrlə bir neçə mərhələdə, Bakı və Qu-
badakı qırğınlardan əvvəl baş verdiyini təsdiq edir (mötərizənin 
içərisində yazılan tarixlər yeni təqvimlədir–müəllif) : 
I mərhələ-martın  əvvələri–15 (27) mart 1918–ci il (400 erməni 
əsgərinin Kürdəmirdən Şamaxıya doğru irəlləməsi ilə başlayıb, 15 
(27) martda dini rəhbərlərin razılaşması ilə müvəqqəti dayandırı-
lıb.) 
II mərhələ-18 (30) mart-28 mart (09 aprel) 1918-ci il. (1918–ci 
il martın 18- də (30) başlayıb və martın 28-də (aprelin 9-da) İ. Zi-
yadxanovun dəstəsinin Şamaxını azad etməsi ilə müvəqqəti qar-
şısı alınıb.) 
III mərhələ-6 aprel (18 aprel) –20 iyul (01 avqust) 1918–ci il. (İ. 


26
Ziyadxanovun dəstəsinin  Şamaxını  tərk etməsindən, martın 31–
dən 6 gün sonra Şamaxının yenidən ermənilər tərəfi ndən tutul-
ması ilə, yəni 1918–ci il aprelin 6-dan (18) başlayıb və Türkiyənin 
Qafqaz İslam Ordusu ilə birlikdə milli ordunun iyulun 20-də (av-
qustun 1-də) Şamaxını azad etməsinə qədər davam edib. 
Faciələr Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, XI rus or-
dusu tərəfi ndən 29 aprel 1920–ci ildə Şamaxının yenidən işğalı ilə 
davam etmişdir. Nəzərə almaq lazımdır ki, təkcə 1920-ci ilin ya-
zından 1921-ci ilin əvvəllərinədək Azərbaycanda 40 mindən artıq 
insan siyasi repressiyaya məruz qalmış, heç bir günahı olmadan 
güllələnmişdir. (25) Repressiyalar sonrakı illərdə də davam etmiş-
dir. Akademik Z. Bünyadov “Qırmızı terror” kitabında yazır:“ 
1936-1937-ci illərdə təxminən 70-80 min azərbaycanlı ziyalı məhv 
edilmişdir.” (26) 
Şamaxıda ermənilər tərəfi ndən dinc əhaliyə qarşı cinayətlər, 
1918-ci il martın əvvələrində rus–türk cəbhəsindən geri qayıdan 
400 nəfər erməni  əsgərinin Kürdəmirdən  Şamaxıya gəlməsi ilə 
başlamışdı. Onların məqsədlərindən xəbərsiz olan Bakı Müsəlman 
Komitəsi  Şamaxı  şəhər rəhbəri Teymur bəy Xudaverdiyevə 
məlumat verərək  Şamaxıya qayıdan erməni  əsgərlərinə yardım 
göstərməyi xahiş etmişdi. Buna görə  də  Şamaxı  rəhbərliyi onla-
rı qarşılamaq üçün Ağsuya nümayəndə heyəti göndərmişdi. La-
kin nümayəndə heyəti yolda olarkən xəbər tutmuşdu ki, həmin 
erməni dəstəsi bir neçə hissəyə bölünərək müdafi ə  cəhətdən  ən 
zəif yaşayış  məntəqələri olan Bico və  Ləngəbiz kəndlərinə hü-
cum etmişlər. Atışma nəticəsində bir neçə müsəlman və erməni 
ölmüşdür. Bu hadisədən daha da azğınlaşan ermənilər dərhal 
Bakı erməni komitəsinə məlumat vermişlər. Onlar da yerli əhalini 
tamamilə  məhv etmək üçün az müddət  ərzində müxtəlif silah-


27
larla təhciz edilmiş 3 min ermənini Şamaxıya göndərmişlər. Bun-
dan xəbər tutan Müsəlman  İcraiyyə Komitəsinin yerli şöbəsi 
Şamaxı  əyalət rəisi Hacıcamalbəyovu,  əyalət qazisi Abdulxalıq 
Əfəndi  Əfəndiyevi və erməni yepiskopunu onlarla danışıqla-
ra göndərmişdi. Nümayəndə heyəti onlardan geri qayıtmalarını 
xahiş etdikdə, erməni quldur dəstəsinin başçısı cavabında bildir-
mişdi ki, “biz bura qayıtmaq üçün deyil, Şamaxını yerlə-yeksan 
etməyə, müsəlman əhalini tamamilə qırmağa gəlmişik”. 
Bundan sonra nümayəndə heyəti  Şamaxıya qayıdaraq 
vəziyyətdən çıxış yolları axtarmağa başlamışlar. Ertəsi gün erməni 
yepiskopu Baqrat və molokanların nümayəndəsi Karabanov 
Müsəlman İcraiyyə Komitəsinin Şamaxı şöbəsinə gələrək Xaç və 
İncil qarşısında azərbaycanlılarla sülh və qardaşlıq şəraitində ya-
şayacaqlarına və heç vaxt onlara qarşı silahlı çıxış etməyəcəklərinə 
and içərək söz vermişlər. Səhəri günü 18 mart 1918-ci il tarixdə 
səhər saat 6-00 da ermənilər Şamaxını mühasirəyə alaraq 10 top-
dan, yüzlərlə pulemyotlardan və digər silahlardan şəhəri atəşə 
tutmuşlar. Bundan sonra şəhərin bir neçə  məhəlləsində yanğın-
lar başlamışdı. Həmin gün axşam müdafi əsiz qalan şəhər əhalisi 
təslim olmağa məcbur olmuşdu. Bundan sonra ermənilər dinc 
əhaliyə qarşı  dəhşətli soyğunçuluq və  qırğınlar törətməyə baş-
lamışlar.  Şamaxıya daxil olan erməni yaraqlıları  şəhəri yenidən 
talan etmişlər.  Şəhərdə az-çox salamat qalmış tikililər yandırıl-
mış, şəhər yaxınlığında olan qəbristanlıqlar təhqir edilmişdi. Şa-
maxıda ermənilər törətdikləri qətlləri xüsusi qəddarlıqla həyata 
keçirmişlər. Belə ki, qətl edilənlərin qolları, qıçları, burunları, qu-
laqları kəsilmiş, gözləri çıxarılmış, qarınları yırtılmış, yandırılmış, 
çox böyük əziyyətlərlə öldürülmüşlər.
Şamaхı hadisələri ilə bağlı “Azərbaycan” qəzetinin 1918–ci 


Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə