Kitab indd



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix10.07.2018
ölçüsü4,93 Mb.
#54728
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

32
 46
Şıxlar
4
-
-
 -
 47
Bəlkə
16
-
-
 -
 48
Ağsu
200
-
-
 -
 49
Qəməli
9
18
16
 -
 50
Məlik çobanı
10
-
-
 -
 51
Çuxanlı
52
-
-
 -
 52
Qurbançı
93
-
 -
 -
 53
Mərəzə
300
-
-
 -
 54
Nabır
60
-
-
 
-
 55
Qaradüzlü
8
-
-
 -
 56
Ərəbşahverdi
22
-
-
 -
57
Çaylı Vahidbəyli
5
-
-
 -
 58
Şıxzərli
?
-
-
 -
Cəmi
3632
1771
956
 7
Lakin ekspertlərin arxivdəki aktlarda olan rəqəmlər üzrə he-
sablamalarına görə Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 
nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri 
kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur. Hesabla-
malara görə bu kəndlərə  dəyən ümumi maddi zərər o dövrün 
qiymətləri ilə 339,5 milyon manat olmuşdur. Digər mənbədə isə 
Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 
qadın və 965 uşağı qətlə yetirdiyi bildirilir. (31) 
Bu dövrdə Şamaxı qəzasında 120 kənd olmuşdur ki, bunlardan 
da 86-sı erməni təcavüzünə  məruz qalmışdı. Göründüyü kimi, 
komissiya öz işini dayandırdığından, soyqırıma məruz qalmış 
digər 33 kənd haqqında məlumat toplamaq mümkün olmamışdı. 
Şamaxı qəzası üzrə təcavüzə məruz qalmış kəndlər hazırda Şama-
xı, Qobustan, Kürdəmir, Ağsu,  İsmayıllı rayonlarının  ərazisində 
yerləşir.
Ermənilərin 1918–ci ildə Şamaxı qəzasında cinayət törətdikləri 
86 kənd aşağıdakılardır:


33
Qəbristan nahiyəsi (Qobustan) (19 kənd) -Mərəzəli,  Şıxlar, 
Çuxanlı, Sündi, Mərzəndiyə, Nabur, Təklə-Hacı  Məmməd Hü-
seyn, Yekəxana Talıb, Qurbançı, Ərəbşahverdi, Ərəbşalbaş, Cəm-
cəmli, Sıxzərli, Qaracüzlü, Təsi, Təklə-Mirzəbaba, Bəklə, Çəyirli, 
Ərəbqədim.
Mədrəsə nahiyəsi (41 kənd) –Güyzi, Çaylı, Mirikənd, Muğan-
lı, Mırtı, Talış-Məlik-Umud, Şərədil, Qaravəlli-Vahid bəy, Məlcək, 
Xınıslı, Ağabəyli, Avtahi, Bico, Alpout, Osmanbəyli, Ləngəbiz, 
Qəşəd, Keçidinməz, Çarhan, Nüydü, Boyat, Adnalı, Kürdəmic, 
Qonaqkənd, Həmyəli, Cabanı, Çaylı-Baxış  bəy, Avaxıl, Yuxarı 
Çağan, Dədəgünəş, Aşağı Çağan,  Əngəxaran, Gəgəli, Cavanşir
Ağsu, Şeyməzid, Gorus- Çaparlı, Bortor-Navahı, Bağırlı, Ovçulu, 
Göylər. 
Qoşun nahiyəsi (26 kənd) -Nügədi, Nuran, Zeyla, Pur Qara-
Çuxa, Suraxanı, Kiçatan, Koleybugut, Şabian, Maçahi, Tağlabiyan, 
Kelerarac, Koyurdivan, Pir Əbdül-Qasım, Bizlyan, Müdji, Gaci-
man, Dilman, Kelva (Nevla), Hatman, Hosa-dara, Sulut, Tircan, 
Talış-Nuri, Hon-kend, Sardagar, Zargava. (32) 
1918–ci ildə ermənilər tərəfi ndə qırğınlar törədilmiş kəndlərin 
bir hissəsi hazırda İsmayıllı rayonu ərazisinə düşür. Bunu www.
ismayilli.aztelekom.org saytına qoyulmuş aşağıdakı məlumat da 
təsdiq edir:
İsmayıllı rayonu üzrə
1918-ci il soyqırımının qurbanları
s/s
Kəndlərin adı
Cəmi
Kişilər
Qadınlar
Uşaqlar
1
Tircan
360
300
40
20
2
Mücü
225
150
50
25
3
Bizlan
100
50
30
20
4
Qıçatan
71
30
20
21


34
5
Sulut
43
38
1
4
6
Zeyvə
82
30
20
32
7
Tağlabyan
36
7
22
7
8
Kürdüvan
22
10
5
7
9
Zərnava
49
40
4
5
10
Xankəndi
20
12
8
0
11
Sərdahar
28
26
1
1
12
Maçaxı
8
-
-
-
13
Kürtmaşı
68
-
-
-
14
Diyallı
36
-
-
-
15
Talıstan
24
-
-
-
Şamaxıda 1918–ci ilin mart–aprel aylarında öldürülənlərin sa-
yının dəqiqləşdirilməsi ilə bağlı ötən  əsrin 90-cı illərindən bəri 
Şamaxının yerli tədqiqatçıları da ciddi araşdırmalar aparmış-
lar. Onların tədqiqatı  nəticəsində (yüz nəfərə yaxın  şahiddən 
toplanan xatirə  və  məlumatlar) müəyyən edilmişdir ki, erməni 
cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və 
A.Əmiryan qardaşlarının rəhbərliyi və yerli havadarlarının işti-
rakı ilə  Şamaxı  şəhərində  təqribən, 14-16 min, onun 40 kənd və 
obalarında (bugünkü Şamaxı və Qobustan rayonları ərazisindəki 
kəndlər) 6-8 min nəfəri qətlə yetirmişlər.  Şamaxı  şəhəri, onun 
kənd və obalarından didərgin, qaçqın düşənlərin sayı isə 18 min 
nəfərdən çox olmuşdur. Mənbələrdə bu qırğın zamanı  Şamaxı 
qəzasında 58 kəndin yerlə-yeksan edildiyi, yandırıldığı haqqın-
da məlumat verilir. Həmin siyahıya faciə törədilmiş  bəzi kənd 
və obaların adı düşməmişdir. Həmin kənd və obaları da siyahıya 
daxil edəndə  məlum olur ki, 1918-ci il soyqırımı zamanı  Şama-
xı  qəzasının 90-a yaxın, rayonun isə 40-dan artıq kənd və obası 


35
faciəyə məruz qalmışdır. (33) 
Ermənilərin  Şamaxı  şəhəri ilə yanaşı, kəndlərdə törətdikləri 
vəhşiliklərə misal olaraq Əngəxaran kəndində baş verənləri 
göstərmək olar.
 Ermənilər martın 18-də sübh çağı Şamaxının 3-4 verstliyində 
olan Əngəxaran kəndinə də qəfi l hücum etmişdilər. Əngəxarana 
soxulan düşmənlər kəndi mühasirəyə alaraq oradakı  əhalini qı-
rır, kəndi qarət edir, yandırır və sağ qalan əhalini isə əsir alırdılar. 
Əsir alınmış Əngəxaran sakinlərinin uşaqları azərbaycanlı kəndi 
olan Məlhəmə aparılıb orada saxlanılır. 88 kişini isə Çuxuryur-
da aparırlar. Kəndə çatmamış onlar əsirləri bağda saxlayaraq bir 
neçə nəfərini güllələyirlər. Qalan 76 nəfəri isə əsir kimi Mədrəsə 
kəndində yerləşən erməni qərargahının sərəncamına göndərirlər. 
Yolda iki nəfəri də güllələyirlər. Mədrəsə  kəndinə  cəmi 74 nəfər 
sağ azərbaycanlı  gəlib çıxır. Gəncədən gələn  İ.Ziyadxanovun si-
lahlı  dəstəsi  Şamaxıya girdikdə  əngəxaranlılar qohumlarının 
taleyindən xəbər tutmaq üçün Mədrəsə  kəndinə gedirlər. Onlar 
kəndin kənarında  əngəxaranlı  əsirlərin hamısının öldürüldüyü-
nü və meyitlərinin eybəcər hala salındığını görürlər. Meyitlərin 
qulaqları, burunları,  əlləri və ayaqları  kəsilmiş, bir çox ölülərin 
döşlərində yanıq izləri aşkar edilmişdir. Bu da sübut edirdi ki
hələ sağ ikən ermənilər onların sinələri üzərində od qalamışlar. 
Bundan başqa dağıdılmış  kənddən qaçıb canını qurtara bilmiş 
Əngəxaran sakinlərinin çoxu aclıqdan, soyuqdan və  xəstəlikdən 
tələf olmuşlar. 
Əngəxaranda ermənilərin törətdikləri vəhşiliklərlə  əlaqədar 
təhqiqat materiallarında həmkəndlilərinin və 
şahidlərin 
ifadələrinə görə tərtib edilmiş siyahılarda bu kənddən ermənilərin 
böyük işgəncələrlə qətlə yetirdiyi 237 nəfərin adı var. (34) 


Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə