Kitab indd



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix10.07.2018
ölçüsü4,93 Mb.
#54728
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

36
Şamaxı şəhərinin sakini Mövsüm bəy Sadıqbəyov Azərbaycan 
hökuməti yanında təşkil edilmiş Fövqəladə  İstintaq Komissiya-
sı tərəfi ndən dindirilərkən bildirmişdir ki, mən hələ Kürdəmirdə 
olduğum vaxt eşitdim ki, ermənilər Mədrəsəyə yanvar ayı-
nın  əvvəllərindən başlayaraq on iki, yaxud on altı araba silah 
gətirmişlər.
Bu hadisənin  şahidi olan Şamaxı sakini Məhiyyəddin  Əfəndi 
oğlu isə bu barədə belə ifadə vermişdir: “Ermənilər Şamaxını top 
atəşinə tutduqdan sonra əhali küçəyə qaçdı... Bir neçə saatdan 
sonra ermənilər şəhərə basqın edib, evləri yandırmağa və adam-
ları güllələməyə başladılar. Bu qırğına Qavril, Qaraoğlanov, poçt-
teleqraf idarəsinin rəisi Gülbəndov, Qaramanov, dəllək Samvel, 
dəllək Ovanes, Stepan Lalayev, mədrəsəli Sidrak və bir çox başqa-
ları rəhbərlik edirdilər.
Bu qırğından birtəhər canlarını qurtarıb qaçan azərbaycanlılar 
Kürdəmirdə, Gəncədə özlərinə  sığınacaq tapmaqla Şamaxıda 
erməni əsirliyində qalmış müsəlmanları xilas etmək üçün müxtəlif 
qurumlara müraciətlər etmişlər. Bundan sonra martın 28-də İsma-
yıl xan Ziyadxanov kiçik bir dəstə ilə  Şamaxıya daxil olmuşdu. 
Ermənilər silahlı toqquşmadan ehtiyat edərək Qozluçay kəndinə 
çəkilərək, burada qüvvə toplamağa başlamışlar. 
İsmayıl xan Qozluçay kəndində toplaşmış ermənilərin təslim ol-
masını tələb edərək iki gün gözləmişdi. Bundan sonra ermənilərə 
əlavə kömək gəldiyindən onlar təslim olmaqdan imtina etmişlər. 
İ. Ziyadxanovun dəstəsi qüvvələr nisbəti qeyri-bərabər olduğun-
dan geri çəkilməyə  və elə  həmin gün axşamüstü  Şamaxını  tərk 
etməyə məcbur olmuşdu. Bundan altı gün sonra yenidən Şamaxı-
ya daxil olan ermənilər əvvəlki vəhşiliklərini davam etdirmişlər.
Bu hadisənin  şahidi olan S.Əfəndiyev qeyd edir ki, Şamaxı-


37
da meyid əlindən tərpənmək mümkün deyildi. Hər addımbaşı 
müsəlmanların vəhşicəsinə öldürülmüş meyidlərini görürdüm. 
Bir yerdə gördüyüm dəhşətli mənzərə heç vaxt yadımdan çıx-
mayacaq.  İki nəfər insanın-öldürülmüş kişi və qadın meyidləri 
üzərində yarıya bölünmuş 3-4 yaşlı uşaq meyidi qoyulmuşdu. (35) 
Şamaxıda  əhalinin sayının müqayisəli təhlili çar və bolşevik 
Rusiyasının apardığı anti–müsəlman siyasətinin acı  nəticələrini 
üzə  çıxarmağa imkan verir. Əgər 1811-ci ildə  Şamaxı xanlığı 
ərazisində 24 min ailə, 1918-ci ildə Şamaxı qəzasında 15 min əhali 
yaşayırdısa, 1921-ci ildə əhalinin sayı 1700 nəfərə enmişdi ki, bu 
da faciələrin necə böyük miqyasda aparıldığını bir daha sübut 
edir. (36) 
Şamaxı  qırğınından salamat qalan qaçqınlar Göyçay qəza 
mərkəzinə üz tutmuşdular. Lakin qırğından xilas olub, aclığa, so-
yuğa, hər cür ağır məhrumiyyətə dözən şamaxılılar Qarasu deyilən 
bataqlığın suyundan içdiklərinə görə yoluxucu xəstəliklərə yolu-
xaraq, kütləvi şəkildə qırılmışlar. Azərbaycanın görkəmli şairi Ab-
bas Səhhət də Şamaxıdakı qırğından yaxa qurtarmasına baxmaya-
raq, həmin ildə aclıq və soyuqdan xəstələnərək Gəncədə vəfat et-
mişdi.
Şamaxı  və Bakının düşməndən azad edilməsi beynəlxalq 
güclərin Rusiya ilə Azərbaycan və Türkiyənin  əleyhinə giz-
li sövdələşmələr apardığı, Antanta və Üçlər İtt ifaqı rəhbərlərinin 
düşmənə dəstək verdiyi çox gərgin bir dövrə təsadüf edirdi. 
Bakı Soveti süqut etdikdən sonra 1918-ci il avqustun 1-də  İn-
gilis konsulu Mak Donelin iştirakı ilə  Rəyasət Heyətinin sədri- 
A.Arakelyan olmaqla Bakıda eser-daşnak-menşeviklərdən ibarət 
Sentrokaspi diktaturası yaradılmışdı. Həmin qurumun dəvəti ilə 4 
və 18 avqustda polkovnik Stokson və general Denstervil başda ol-


38
maqla 1500 nəfərlik Britaniya ordusunun Bakıya gəlməsi, Almani-
yanın sovet Rusiyası ilə 27 avqust 1918–ci il tarixdə Berlində Brest 
müqaviləsinə  əlavə sazişin imzalaması bunu sübut edir. Həmin 
müqavilənin Qafqazla əlaqədar IV hissəsində  aşağıdakı  şərtlər 
irəli sürülmüşdü: 
1) Rusiya almanların müstəqil Gürcüstanı tanıması ilə razılaşa-
caqlar; 
2) Almaniya Gürcüstan ərazisindən kənarda və Türkiyənin 
Brest–Litovsk müqaviləsi ilə müəyyənləşdirilmiş  sərhədlərində 
üçüncü bir dövlətə hərbi yardım etməyəcəkdi; 
3) Almaniya hər hansı bir üçüncü dövlətin  Şamaхı  və Bakı 
qəzalarının sərhədlərini keçəcəyi təqdirdə ölçü götürəcəkdi; 
4) Rusiya Almaniyaya ya Bakıdan çıхarılan neft in dörddə bir 
hissəsini, ya da хüsusi aylıq faiz göndərəcəkdi. (37) 
Lakin bütün bu çətinliklərə baxmayaraq 1918–ci ilin 6 iyun–20 
iyul tarixlərində Ucar, Müsüslü, Kürdəmir, Göyçay, Qaraməryəm, 
Ağsu isqiamətlərində gedən qanlı döyüşlərdən sonra Şamaxı 
düşməndən azad olunmuşdu. İyulun 19-da güclü yağış yağmasına 
baxmayaraq Qafqaz İslam Ordusunun 13–cü piyada taqımı hücu-
ma keçərək 20 iyul səhər saat 6–00 da Göylər, Çuxanlı, Məlik Ço-
banlı, Mərəz kəndlərini azad etdikdən sonra Şamaxını düşməndən 
təmizləmişlər. Çuxanlı və Məlik Çobanlı kəndlərində düşmənin 1 
topu, 2 pulemyotu, 1 yük və 1 zirehli avtomobili qənimət olaraq 
ələ keçirilmişdi.  Əsirlərin arasında 1 zabit və 4 əsgər olmaqla 5 
ingilis hərbiçisinin olması sübut edir ki, hələ Sentrokaspi diktatu-
rası qurulmamışdan və ingilislər Bakıya gəlməmişdən əvvəl ingi-
lis hərbiçiləri Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə bolşevik–
erməni qüvvələrinə gizli şəkildə hərbi yardımlar etmişlər. (38) 
 1918–ci ilin avqust–sentyabr aylarında qardaş Türkiyənin Qaf-


39
qaz  İslam Ordusunun Azərbaycan hərbi qüvvələri ilə birlikdə 
Bakıya yaxınlaşmasından təşvişə düşən bolşevik komissarlar və 
Sentrokaspi diktaturasının rəhbərləri qaçarkən Bakı bankından 
özlərinə  məxsus olmayan milyonlarla manat pul götürsələr də, 
əhalidən qarət etdikləri səkkiz qutu və iki torbada olan ziynət 
əşyalarını aparmağa macal tapmamışlar. Bunları müsadirə edən 
Azərbaycan Hökuməti ciddi ehiyac içində olmasına baxmayaraq 
1918–ci ildə quldurların əhalidən qarət etdiyi bu zinət əşyalarını 
sahiblərinə qaytarmaq üçün komissiya təşkil etmişdir. (39) 
Bakı azad olunduqdan sonra 1918–ci il sentyabrın 17–də 
Azərbaycan hökuməti əhaliyə müraciət etmişdi. Hökumətin baş-
çısı F. Xoyski muraciətlə bağlı demişdi: “Burada müsəlmanlar qı-
rılmış, namusuna, canına təcavüz edilmiş,  əlindən ixtiyarı qo-
parılmış,… üç gün davadan sonra şəhər alınmış, əhali və qoşun 
şəhərə acıqlı girmiş idi… hökumət üç gündən sonra Bakıya girdi. 
O vaxtadək nə olmuşsa da hökümət gəldikdən sonra Azərbaycan 
hökuməti adından Bakıya və onun ətrafı  əhalisinə  məlumatla 
müraciət etdi. Bu məlumatda millətindən, dilindən, asılı olma-
yaraq Azərbaycanda yaşayan bütün vətəndaşların bərabər hü-
quqa malik olduğu, onların həyatı,  əmlakı  və hüquqlarının qo-
runacağı, ictimai qayda-qanunu pozanların müharibə qaydası ilə 
cəzalandırılacağı göstərilirdi.” (40) 
 Hökumətin bu müraciəti Azərbaycan Xalq Cümhuriyyətinin 
bolşevik- daşnak rejimindən fərqli olaraq sivil, hüquqi dövlət ol-
duğunu bir daha sübut edir.
N.Nərimanov  Şamaxı  qırğını haqqında yazırdı: “Şamaxıdan 
qayıdandan sonra... M.Əzizbəyov göz yaşı içində  şahidi olduğu 
faciəni mənə danışdı. T. Əmirovun və S.Lalayevin əvvəllər Bakı-
da olan silahlı dəstələri yaşına və cinsinə məhəl qoymadan bütün 


Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə