Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə1/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
  1   2   3   4   5   6   7   8   9   ...   56


Əhməd Sami Elaydi
MÜSTƏQİLLİK 
DÖVRÜ 
AZƏRBAYCAN 
ROMANI
Mövzu, problematika və sənətkarlıq məsələləri 
(1991-2005) 
Bakı – 2017


Elmi redaktor:
Prof. dr. Vaqif Sultanlı
Ön sözün müəllifləri:
Prof. dr. Vaqif Sultanlı
Dr. Samirə Məmmədli
Rəyçilər:
Prof. dr. Tofi q Hüseynoğlu
Prof. dr. Cəlil Nağıyev
Dos. dr. Sürəyya Sultano
va
Əhməd Sami Elaydi. 
Müstəqillik dövrü Azərbaycan romanı. 
Mövzu, problematika və sənətkarlıq məsələləri (1991-2005).
Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafi ya Mərkəzi, 2017, 192 səh. 
Monoqrafi yada müstəqillik dövrü (1991-2005-ci illər) Azərbaycan 
ədəbiyyatında roman janrı mövzu, problematika və  sənətkarlıq 
məsələləri kontekstində təhlil obyektinə çevrilir. 
ISBN: 978-9952-507-41-6
 
© Əhməd Sami Elaydi, 2017
© “Nurlar” nəşriyyatı, 2017


ÖN SÖZ
Bəlli olduğu kimi, son illərdə Azərbaycan romanının araş-
dı rıl ması istiqamətində bir sıra tədqiqatlar aparılmışdır. Yazı-
lan tədqiqatlarda roman janrının mövzu, problem və janr 
özəl likləri, ideya-estetik aspektləri fərqli yanaşmalarla diqqət 
mərkəzinə çəkilmiş, bu sahədə qazanılan uğurlar elmi-nəzəri 
müstəvidə  ümu mi ləşdirilmişdir. Bu da təbiidir, çünki roman 
ədəbi janrlar içərisində daha çox oxunmaqda, müzakirə ob-
yektinə çevrilməkdə, çe  şidli ölçülərlə  dəyərləndirilməkdədir. 
Bu səpkili tədqiqatlar içə  ri sində Misir ədəbiyyatşünası, gənc 
türkoloq Əhməd Saminin «Müstəqillik dövrü Azərbaycan ro-
manı» monoqrafi yası maraq doğurur. 
Monoqrafi ya müəllifi nin Azərbaycan  ədəbiyyatına, mədə-
niyyətinə və bütövlükdə adət-ənənələrinə yetərincə bələd ol-
ması  əsərin məna və  məzmununa təsirsiz qalmamışdır.  İstər 
Azərbaycanın ağrılı problemlərinə yanaşma tərzində, istər ay-
rı-ayrı yazıçıların yaradıcılığına münasibətdə, istərsə də möv-
cud bədii faktların təhlili prosesində bu bələdliyin gətirdiyi 
çalarlar aşkar duyulmaqdadır. 
Ciddi yaradıcılıq axtarışlarının bəhrəsi olan monoqrafi ya-
da təxminən on beş illik dövrün ədəbiyyatı araşdırma obyek-
tinə çevrilmişdir. Belə ki, burada İsmayıl Şıxlının «Ölən dün-
yam»,  Əzizə  Cəfərzadənin «Zərrintac-Tahirə», «Eşq sulta-
nı», «Xəzərin göz yaş ları», Anarın «Ağ qoç, qara qoç», Sabir 
Əhmədlinin «Axirət sevdası», «Kef», «Ömür urası»,  İsa 
Muğannanın «İsahəq, Mu sahəq», «Cəhənnəm», Əkrəm Əylis-
linin «Ətirşah Masan», Möv lud Süleymanlının «Günah dua-
sı», Seyran Səxavətin «Nekroloq», Afaq Məsudun «Azadlıq», 
Kamal Abdullanın «Yarımçıq əlyazma», Elçin Hüseynbəylinin 
«Yovşan qağayılar», «On üçüncü həvari və ya 141-ci Don Juan» 


4
Əhməd Sami Elaydi
və bir sıra digər romanlar təhlil olunaraq mövcud ədəbi proses 
kontekstində dəyərləndirilmişdir. 
Əlbəttə, adıçəkilən  əsərlərin mühüm bir qismi indiyədək 
bir sıra araşdırmalarda təhlil obyektinə çevrilmiş, fərqli priz-
malardan səciyyələndirilmiş, onların bədii-estetik məziyyətlə-
rinin çözümünə çalışılmışdır. Lakin bəhs olunan monoqrafi -
yada bütövlükdə Azərbaycan romanının müstəqillik mərhələsi 
çərçivəsində  tədqiqata cəlb olunması mövcud bədii örnəklə-
rin janr təkamülünü daha geniş və əhatəli sferada izləməyə və 
ümumiləşdirməyə imkan vermişdir. 
Kitabda yeri gəldikcə çağdaş Azərbaycan romanı ilə bağ-
lı yazılmış müxtəlif səpkili araşdırmalardan bəhrələnilmiş, 
müəyyən məqamlarda onlara tənqidi münasibət bildirilmişdir. 
Bu isə nəticə etibarilə tədqiqatın elmi-nəzəri tutumunu xeyli 
dərə cədə artırmışdır. 
Monoqrafi yada müstəqillik dövrü Azərbaycan romanı həm-
çinin Misirdə yaranmış eyni illərin müvafi q örnəkləri ilə müqa-
yisəli şəkildə araşdırılmış, bu da tədqiqatın elmi dəyərini xeyli 
dərəcədə artırmışdır. Bu mənada Misir ədəbiyyatının görkəmli 
nümayəndələri Nəcib Məhfuz, Yusif İssibayi,  Əbdürrəhman 
Nasif, Yusif Əl Qaid və başqa yazıçıların yaradıcılığı fonunda 
müasir  ərəb romanları ilə analoji təhlillər aparılması diqqəti 
çəkir. Bu tipli müqayisəli təhlillər hər iki ədəbiyyatın bəlli jan-
rlar çərçivəsində oxşar və fərqli dəyərlərini səciyyəndirməyə 
imkan verdiyindən elmi əhəmiyyət kəsr edir. 
Monoqrafi yada Azərbaycan romanının sənətkarlıq məsələ-
lərinə, estetik problemlərinə xeyli dərəcədə yer verən araşdırı-
cı müstəqillik illərində janrın əldə etdiyi bədii uğurları səciy-
yələndirməyə çalışmışdır. 
İnanırıq ki, Əhməd Saminin monoqrafi yası ədəbi mühitdə 
maraqla qarşılanacaq, istər elmi-nəzəri tutumu, istərsə də me-
todoloji yönü ilə aktuallığını qoruyub saxlayacaqdır. 
Prof. dr. Vaqif Sultanlı


Müstəqillik dövrü Azərbaycan romanı
5
ÇAĞDAŞ DÖVRÜN NƏSRİ 
YENİ PARADİQMALAR MÜSTƏVİSİNDƏ
Rolan Barta görə, «roman» anlayışı dram və poema dialek-
tindən doğurdu. Bunlardan biri – poema həyat hadisələrinə se-
yirçi münasibəti təmsil edirdisə, digəri – dram həyata hadisələ-
rin içindən baxmağı təmin edirdi. O, bu prosesi belə izah edir-
di: «Drama və poemanı iki körpə kimi təsəvvürümüzə gətir-
sək, onlardan biri ana döşündən əmdiyi süddən imtina edərək, 
ağız da büzə bilər. İkinci körpə (poema) həmin südü şirin həyat 
şərbəti kimi qəbul edib içər, doymayanda birincinin payından 
da mənimsəyər və bu ona qüsur sayılmaz, təbii qəbul olunar». 
Müəllif təhkiyəçilikdəki bu vacib məqamı özü üçün müəyyən-
ləşdirdikdən sonra bu fərqliliyi janr baxımından roman adlan-
dırır. Ümumiyyətlə isə, maraqlı hesab etdiyimiz bu yanaşma 
dünya ədəbi-nəzəri fi krindəki mövcud hadisə ilə bağlı çoxsaylı 
mövqelərdən sadəcə, biridir. Beləliklə, roman tarixi nəql etmə 
funksiyasını daha da inkişaf etdirərək, hərəkilik xarakteri-
ni yeni keyfi yyət kimi əxz edir ki, bu da ona geniş imkanlar 
açaraq yeni mərhələyə daşıyır, qarşısında geniş sərhədlər açır. 
Bu mənada, zaman keçdikcə roman janrının ifadə dairəsi də 
genişlənir, daha böyük mətləblərin ifadəçisinə və iştirakçısına 
çevrilir. Ədəbiyyatda gedən bu struktur və ideoloji dəyişiklik-
lər həm də, təmsil etdiyi zamanın ruhundan doğur, onun dina-
mikasını artırır. Bu baxımdan çağdaş Azərbaycan nəsrindəki 
maraqlı meyillər və diqqəti çəkən eksperimentlər bu prosesin 
bariz nümunəsi kimi ortaya çıxır. Fikrimizcə, istənilən bədii 
mətnə həm də daxil olduğu epoxa, dövr kontekstində baxmaq 
və dəyərləndirmək daha aydınlaşdırıcı mövqe ola bilər. Çünki 
baş verən ictimai-siyasi proseslər, kataklizmlər birbaşa bədii 
nəsr faktına təsir edir və hətta, bu sahədə ciddi dəyişikliklə-


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə