Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə2/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   2   3   4   5   6   7   8   9   ...   56

6
Əhməd Sami Elaydi
rin də əsasını qoya bilir. Azəbaycan xalqının həyatında tarixi 
tale ilə  bədii yaddaşın bu şəkildə üst-üstə düşməsi hadisəsi 
tariximizin iki ayrı mərhələsində baş verib. Bunlardan ilki – 
Azərbaycan Cümhuriyyətinin bərqərarı zamanı (1918-1920), 
digəri isə həmin cümhuriyyətin yenidən bərpası (1991) kimi 
tarixi yolayrıcında öz təsdiqini tapdı. Hər iki mərhələ milli bə-
dii düşüncəmizə ədəbi anlamda bir sıra üstünlüklər qazandır-
dı. Əgər əsrin əvvəllərində bədii təfəkkür özünəqədərki ədəbi 
ənənələri özündə birləşdirərək, forma və məzmun baxımından 
tamamilə yeni keyfi yyət qazandısa, müstəqillik dövründə bu, 
ideya, struktur, ruh baxımından fərqli axtarışların, eksperi-
mentlərin izlənməsi ilə əlamətdar oldu. Bəhs edilən mərhələdə 
mövcud tarixi gerçəkliyin təzahürü kimi ortaya çıxan roman-
lar bütün mənalarda müxtəlifl ik baxımından mozaikanı xatır-
ladır və ciddi araşdırma üçün çox sayda material verir. Müasir 
ədəbi müstəvidə mövcud olan diqqətəlayiq roman təcrübələri 
bu sahəyə panoramik və sistemli baxışı tələb edir. Bu məna-
da tədqiqatçı-alim Əhməd Sami Elaydinin «Müstəqillik dövrü 
Azərbaycan romanı» (1991-2005) monoqrafi yası bu sahədə-
ki boşluğu doldurur. Qeyd edək ki, ədəbi-elmi fi kirdə müasir 
roman nümunələri ilə bağlı davamlı olaraq çıxışlar edilsə də, 
bu, sistemli olmayıb, fraqmental təsir bağışlayır. Müəllif ilk 
dəfə olaraq, müstəqillik dövrü roman faktının xarakterik nü-
munələrini mövzu, problematika, sənətkarlıq məsələləri kon-
tekstində araşdıraraq konseptual şəkildə qruplaşdırır, təsnif və 
təhlil edir. Onun yüksək erudisiya və təhlil etmə qabiliyyəti, 
eyni zamanda, bədii mətnin sirlərinə  bələdliyi seçilmiş nü-
munələri hərtərəfl i araşdırmağa və maraqlı nəticələrə gəlməyə 
imkan verir. Bu məqamda Əhməd bəy haqqında bir neçə söz 
deməyə ehtiyac duyuram. Əhməd Sami Elaydi Misir Ərəb 
Respublikasının vətəndaşı,  əslən  ərəbdir. Onu Bakı Dövlət 
Üniversitetinin doktorantura şöbəsində  təhsil aldığı müddət-
dən tanıyıram. Biz onunla eyni mühitin yetirmələriyik və təx-


Müstəqillik dövrü Azərbaycan romanı
7
minən eyni illərdə  fərqli sahələrdə araşdırma aparmışıq. Bu 
səbəbdən  Əhməd bəyin yüksək zəhmətsevərliyinin, tükən-
məyən öyrənmə enerjisinin yaxın şahidlərindənəm. Əgər belə 
olmasaydı, o, Azərbaycan dilini bu qədər dərindən mənimsəyə 
bilməz və məhz bu dildə bitkin elmi iş hazırlayıb ortaya qoy-
mazdı. Qeyd edim ki, o, həm də Azərbaycan sevgisini özündə 
daşıyan biridir. Bu nüans onun bədii mətnlərə münasibətin-
də açıq şəkildə özünü göstərir. Nəzərə alsaq ki, bədii mətnlər 
mənsub olduğu millətin həm də ruhunu sirayət etdirir və on-
ları mütləq şəkildə düzgün oxumaq lazımdır, mətləbimiz ay-
dın olar. Eyni zamanda, onun Misir Mədəniyyət Mərkəzinin 
rəhbəri kimi davamlı fəaliyyəti hər iki ölkə arasındakı mədə-
ni və elmi əlaqələrin genişləndirilməsinə xidmət edir. Əhməd 
Saminin mütəmadi olaraq ədəbi mühitlə təması ədəbi prosesdə 
baş verən xüsusi dəyişiklikləri yaxından izləməsini təmin edir. 
Bu da təbii olaraq, onun bu sahədəki elmi qənaətlərinə müsbət 
təsir göstərir. Monoqrafi ya ilə yaxından tanışlıq bu fi kri oxu-
cuda daha da möhkəmləndirir. Ümumiyyətlə, müəllif roman 
janrı  çərçivəsində elə bir mərhələni araşdırır ki, həmin dövr 
meydan hadisələrindən başlayaraq, müstəqilliyin yenidən bər-
pasına qədərki və ondan sonrakı zaman kəsimini  əhatə edir, 
müxtəlif paradoksal və mürəkkəb hadisələrin varlığı ilə müşa-
yiət olunur. Təbii ki bütün bunlar sosial sferada da hiss olunur, 
insanların mənəvi-əxlaqi keyfi yyətlərinə  təsirsiz ötüşmürdü. 
Əhməd bəy roman mətnlərini müxtəlif istiqamətdə, o cümlə-
dən ideoloji istiqamətdə də izləyir. Zənnimcə, «Tarixi yaddaş, 
dövrün həqiqətləri və roman» sərlövhəsi və «Tarixi dövr şəx-
siyyətlərinin bədii obrazı», «Yaxın dövrün faciələri yaddaş və 
xatirə işığında» kimi yarımbaşlıqlar bu baxış tərzinin məhsu-
ludur. Yuxarıda da qeyd etdiyimiz kimi, bir sıra xüsusiyyətlər 
müstəqillik dövrü Azərbaycan  ədəbiyyatını  əvvəlki mərhələ-
dən kəskin şəkildə ayırır. Ümumiyyətlə, bu, elə bir mərhələydi 
ki, 70 ilə yaxın zaman məsafəsindən millət itirdiyi “mən”inə, 


8
Əhməd Sami Elaydi
ruhuna, tarixi yaddaşına qovuşmağa çalışırdı. Aydın hiss olu-
nan bir bərpa prosesi var idi və bu, özünün cətin və ziddiyyətli 
tərəfl əriylə ortaya çıxırdı. Həmçinin, millət ona unutdurulmuş 
tarixi  şəxsiyyətlərinə qovuşur, onları yenidən araşdırıb-öy-
rənmə imkanı  əldə edirdi. Digər tərəfdən, milli ədəbiyyatın 
60-70-cilər dalğasında əxz etdiyi, 80-cı illərdə uzaqlaşdırıldığı 
bədii həqiqət axtarışındakı ənənələrinə qayıdılır, insana – onun 
daxilinə, xarakterinə, gizlinlərinə, ruh dünyasına doğru üfüqi, 
səthi hərəkətdən şaquli, alt qatlara hərəkətə doğrü keçid baş ve-
rirdi. Lakin ilkin mərhələdə bu məsələlər epizodik şəkildə özü-
nü göstərirdi. Bu sirr deyil ki, həmin dövrdə ədəbi prosesdə də 
elə bir canlanma müşahidə edilmirdi və bu, bədii nümunələrin 
varlığından daha çox tənqidin onlara münasibəti məsələsində 
hiss olunurdu. Yəni az da olsa, bəzi nümunələr vardı, amma 
tənqid susurdu və reaksiya vermirdi. Bu da müəyyən mənada 
anlaşılandır. Ölkə müharibə  şəraitində yaşayırdı, sosial rifah 
səviyyəsi aşağı idi və təbii olaraq, hər zamankı kimi bu böh-
randan öz nəsibini alan yenə də ədəbiyyat olurdu. Lakin buna 
rəğmən, mövcud olan nümunələr müstəqillik dövrü ədəbiyya-
tının gələcəyi ilə bağlı müsbət inam aşılayırdı. Anar, Seyran 
Səxavət, Afaq Məsud, Elçin Hüseynbəyli kimi yazarların bədii 
mətnləri bu qəbildəndir. 
Əhməd bəyin araşdırıcılığı ilə bağlı diqqəti çəkən üstün 
cəhətlərindən biri də Misir ədəbiyyatına yaxından bələdliyi-
dir. Bu da ona təhlilə cəlb etdiyi nümunələri müqayisəli təh-
lil metoduna tabe etməyə imkan vermişdir. O, Nəcib Məhfuz, 
Yusif  İssibayi,  Əbdürrəhman Nasif, Yusif Əl Qaid və başqa 
yazarların yaradıcılığı fonunda milli bədii nümunələrlə analoji 
təhlillər aparır ki, bu da tədqiqatın əhatə və ifadə dairəsini ge-
nişləndirir, elmi yeniliyini şərtləndirirdi. 
Müəllif müharibə, qadın azadlığı kimi məsələlərdə Misir 
ədəbi nümunələrilə Azərbaycan bədii mətnləri arasında ortaq 
mövqeni müəyyən edir və bu istiqamətdə müqayisəli təhlil ma-


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə