Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə3/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   2   3   4   5   6   7   8   9   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
9
nerasını davam etdirir. Həmçinin, bəlli mövzu və problemlərə 
fərqli baxış tərzlərini ortaya qoyur. Bu məqamda Misir ədəbiy-
yatı üçün vacib simalardan-islam dünyasında ilk Nobel müka-
fatçısı, ölümünə qədər bir dəfə də olsun (hətta Nobel mükafatını 
almaq üçün belə!) Qahirədən ayrılmayan, dünya miqyasında ge-
niş oxucu kütləsi olan Nəcib Məfhuz və tədqiqatçının onun ya-
radıcı kimliyinə münasibəti məsələsinə toxunmaq yerinə düşər. 
Nəcib Məhfuz ağrı-acıları olan ölkədə, müharibə şəraitində ya-
şayırdı. Bu həyat tərzi bizə də yad deyil. Əhməd bəy hər iki ölkə-
də bu kontekstdə bədii müstəviyə çıxarılan mövzuları təhlil edir; 
ortaq və fərqli tərəfl ərini göstərir. Məsələn, necə ki, Azərbaycan 
xalqı illərdir, ürəyində «Qarabağ» adlı dərd daşıyır, o cümlədən 
ərəb xalqı da İsrail höküməti tərəfi ndən işğalın ən ağır və fa-
ciəvi tərəfl ərini yaşayıb. Amma fərq ondadır ki, biz bu ağrıyla 
yaşamağı öyrəndiyimiz halda, ərəb xalqı işğalla barışmır, öz tor-
paqlarını yadellilərdən təmizləyir. Bundan əlavə, məlum olduğu 
kimi, Nəcib Məfhuz dünyada öz yaradıcılığı çərçivəsində qadın 
problemlərini davamlı olaraq qaldıran müəllif kimi tanınır. Onun 
«Qahirə», «İlğım», «İki qəsrin arası», «Yol», «Nil çayı üstün-
də pıçıltılar» kimi romanları bu barədə xeyli informasiya verir. 
Bildiyimiz kimi, Azərbaycan  ədəbiyyatında  əsərləri vasitəsilə 
bu xətti inkişaf etdirən müəllif Əzizə Cəfərzadədir. Yazıçı bunu 
bilərək yaradıcılıq missiyasına çevirməsə  də, onun əsərlərinə 
güclü şəkildə nüfuz edən daxili enerjisi, mətnaltı qatlarda hiss 
olunan analıq və cavabdehlik duyğusu, əsasən, tarixi mövzulu 
romanlar yazan bu istedadlı yazıçının başlıca mövzularına çev-
rilir. O, «Zərrintac-Tahirə», «Xəzərin göz yaşları» və s. roman-
larında qadın azadlığı problemini ortaya qoyur. Tarixi mövzulu 
roman «Zərrintac-Tahirə»də müəllif bu məsələnin sərhədlərini 
bir qədər genişləndirərək, qadın azadlığını  vətən azadlığı ilə 
bərabərləşdirir. Babilik hərəkatının başçısı, ömrü boyu azadlıq 
uğrunda mübarizə aparan, həyatı həbslərdə keçən, yenə də qa-
dın vüqarını itirməyən Tahirə Qürrətüleyn son nəfəsinə  qədər 


10
Əhməd Sami Elaydi
bütün insanların bərabərhüquqlu yaşaya biləcəyi bir cəmiyyət 
arzu edirdi. Müəllif «Xəzərin göz yaşları» romanında da qadın-
ların faciələrlə keçən ağır həyatlarının səbəbini hüquqsuzluqda 
görür. Ondan fərqli olaraq, Nəcib Məfhuz səbəb kimi qadınların 
savadsızlığını göstərir. Həmçinin, tədqiqatçı bənzər mövzuların 
üstünlük təşkil etdiyi Misir ədəbiyyatının digər nümunələrini də 
tədqiqata cəlb edir. Bu mənada müharibə həqiqətlərini özündə 
əks etdirən Məhəmməd Abdulla Əl-Hadinin «Gələcək günlə-
rin mahnısı», Camal Əl Gitanının «Əl Rifai», Yusif Əl Qaidin 
«Misir diyarında döyüş», Mahmud Əl Vardaninin «Qayıdış» və 
s. romanları bədii səciyyəsi və məzmunu ilə diqqəti cəlb edir. 
Qeyd edək ki, müəllif bu kitabda «Tarixi dövrün və şəxsiyyət-
lərinin bədii obrazı» çərçivəsində Kamal Abdullanın «Yarımçıq 
əlyazma» romanına geniş yer ayırır. Bu da təsadüfi  deyil. Şərti-
metoforik üslubun maraqlı nümunəsi kimi meydana çıxan roman 
ədəbi ictimaiyyətə təqdim olunandan ətrafında gedən müzakirələr 
və mübahisələr səngimək bilmir. İtalyancaya da tərcümə edilərək 
İtaliyada işıq üzü görən roman haqqında istər yerli, istərsə  də 
Türkiyə mətbuatında yetərincə yazılıb. Milli ədəbi mühitdə post-
modern roman (hətta bəziləri ilk postmodern roman kimi qiy-
mətləndirirlər!) kimi qiymətləndirilən bu əsərə münasibət heç 
də birmənalı olmamışdır. Kamal Abdulla bu roman çərçivəsində 
ənənəvi süjet və obraz yaradıcılığı ənənələrini demək olar ki, alt-
üst edərək, həm struktur, həm də ideya baxımından yeni nəsr faktı 
ərsəyə gətirir. Yəni çıxış nöqtəsi kimi ənənəvi və tarixi mövzuya 
müraciət edir, lakin tamamilə yeni baxış tərzini ortaya qoyur, ta-
rixə dekonstruksiya bucağından baxmaqla onun ədəbiyyatdan gö-
rünən obrazını zənginləşdirir və mübahisə yaradır. Ədəbi proses 
məhz belə bir “mübahisə məqamlarında” yenidən doğulur, özünə 
qarşı çıxır, hər şeyi bir daha ələkdən keçirir. İki hissədən ibarət 
romanda yazıçı iki alternativ hekayəyə müraciət edir. Əhməd bəy 
bu nüansa diqqət yetirərək «Yarımçıq əlyazma» romanında tarixi-
liyin müasirliyə xidmət etdiyini qeyd edir. Əsərdə birinci əlyaz-


Müstəqillik dövrü Azərbaycan romanı
11
ma «Kitabi-Dədə Qorqud» dastanından, ikinci əlyazma isə Şah 
İsmayıl Xətainin taleyindən bəhs edir. Birinci hissə həcm etiba-
rilə daha əhatəli olsa da, ikinci hissə hadisələrinin dinamizmi ilə 
seçilir və birinci hissədə “susan dilləri” danışdırır. Əslində tarixi 
hadisə və şəxsiyyətlərə müraciət yazıçı idealına xidmət edən ədə-
bi priyom və vasitədən başqa bir şey deyil. Bunun doğru anlaşıl-
madığındandır ki, romanın mətn daxilində bilinən tarixi hadisə və 
şəxsiyyətlərin dəyişdirilmiş, fərqli təqdimatı kəskin reaksiyalara 
səbəb oldu. Lakin tədqiqatçının da qeyd etdiyi kimi, burada ya-
zıçı türk birliyi, sosial ədalət, mənəvi dəyərlərə nəyin hesabına 
olursa-olsun sadiq qalınmasının vacibliyini əsərin əsas qayəsinə 
çevirir. Tədqiqatçı romanın mündəricəsi, strukturu ilə bağlı etiraz 
doğuran digər məqama - bəhs edilən tarixi əhvalatların dəyişdi-
rilmiş süjetdə təqdimi məsələsinə toxunaraq, tarixi abidə və das-
tanların vahid nüsxəyə tabe olmadan müxtəlif variantlarda günü-
müzə gəlib çatan versiyalarını əsas gətirərək, romandakı müəllif 
yozumuna və yanaşmasına haqq qazandırır. Ənənəvi süjet anla-
yışına “mətnaltı etiraz” bədii mətnin fərqli oxunuş variantlarının 
meydana çıxmasını  şərtləndirir. Beləliklə, müəllif insanın daim 
dəyişən duyğularını təhkiyə axarında gücləndirməklə, bəzən də 
“təhkiyə axınının” altında gizlətməklə gerçəkliyi kəsib-doğrayan 
paradiqmalar yaradır. 
Monoqrafi yada  İsmayıl  Şıxlının «Ölən dünyam», Əzizə 
Cəfərzadənin «Xəzərin göz yaşları», «Vətənə qayıt», «Eldən-
elə» və s. özünəməxsus mövzuları ilə seçilən romanları «Yaxın 
dövrün faciələri yaddaş və xatirə işığında» bölməsində konsep-
tual şəkildə təhlilə cəlb edilir. Ümumiyyətlə, elə tarixi və ədəbi 
materiallar var ki, onlar üzə çıxmaq və ədəbi mühitə “çaxnaş-
ma” salmaq üçün öz məqamını gözləyir. Yuxarıda adları çəkilən 
romanları bu baxımdan oxumaq xeyli maraqlı suallar doğurur. 
Bu mənada  Əhməd Sami roman janrını araşdırdığı  mərhələ-
də məsələyə bir də bu tərəfdən baxır, özü də yeni prizmadan... 
Həqiqətən də, elə tarixi həqiqətlər var ki, onların bədii fokus 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə