Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə6/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   2   3   4   5   6   7   8   9   ...   56

18
Əhməd Sami Elaydi
GİRİŞ
Azərbaycan ədəbiyyatında roman janrı özünəməxsus inki-
şaf və təkamül tarixi keçmişdir. Bəzi ədəbiyyatşünasların qə-
naətincə, bu janrın ilk nümunələri XII yüzildə Xaqani Şirvani 
və Nizami Gəncəvinin mənzum  şəkildə  qələmə aldıqları ro-
manlarla başlasa da, əslində bu tarix XIX əsrdən başlayır. 
Azərbaycan nəsrində roman janrının  ən kamil örnəklə-
ri XX yüzildə yaranmışdır. Əsrin birinci yarısında Məmməd 
Səid Ordubadinin «Dumanlı Təbriz», «Gizli Bakı», «Döyüşən 
şəhər», «Qılınc və qələm», Yusif Vəzir Çəmənzəminlinin «İki 
od arasında», «Qızlar bulağı»,  Əbülhəsən  Ələkbərzadənin 
«Yoxuşlar», Süleyman Rəhimovun «Şamo», «Saçlı», Mehdi 
Hüseynin «Səhər»,  Əli Vəliyevin «Qəhrəman» və digər ro-
manlar tarixi mövzuda qələmə alınmışdır. 
XX  əsrin altmışıncı illərində ictimai-siyasi mühitdə yara-
nan mülayimləşmə prosesi insana qayıdış problemini aktiv 
şəkildə gündəmə  gətirmiş  və bu amil roman janrının inkişa-
fına, məzmunca yeniləşməsinə səbəb olmuşdur. İsmayıl Şıxlı, 
İsa Hüseynov (Muğanna), Əzizə Cəfərzadə, İlyas Əfəndiyev, 
Sabir Əhmədli və başqa yazıçılar bu dövrdə yazdıqları roman-
larla insanın daxili aləmini bütün zənginliyi ilə əks etdirməyə 
çalışmışlar. 
Yetmiş-səksəninci illərdə yaranan tarixi romanlarda (Ənvər 
Məmmədxanlı, Fərman Kərimzadə,  Əzizə  Cəfərzadə,  İsa 
Hüseynov (Muğanna), Əlisa Nicat və başqa yazıçıların yara-
dıcılığında) Azərbaycan xalqının indiyədək araşdırılmamış ta-
rixi keçmişinə nəzər salınmışdır. Həmin dövrdə yaranan müa-
sir mövzulu romanlarda isə (Anarın «Beşmərtəbəli evin altıncı 
mərtəbəsi», Sabir Əhmədlinin «Toğana», «Yasamal gölündə 
qayıqlar üzürdü», Sabir Azərinin «Dalanda», İsi Məlikzadənin 


Müstəqillik dövrü Azərbaycan romanı
19
«Gümüşgöl  əfsanəsi»,  Əkrəm  Əylislinin «Ağ  dərə», Yusif 
Səmədoğlunun «Qətl günü», İsa Hüseynovun (Muğanna) 
«İdeal
», Elçinin «Ölüm hökmü») cəmiyyətin sosial-siyasi və 
mənəvi-əxlaqi problemləri bədii təcəssümünü tapmışdır. 
Azərbaycan romanının inkişafında yeni bir mərhələ isə 
müstəqillik dövrü ilə bağlıdır. 
İyirminci yüzilin sonlarında Sovetlər Birliyinin çöküşü və 
Azərbaycanın yenidən istiqlaliyyət əldə etməsi cəmiyyətin ic-
timai-siyasi həyatında olduğu kimi, ədəbi-mədəni sferada da 
köklü, əsaslı dəyişikliklərin təməlini qoymuş oldu. Qeyd edək 
ki, sovet siyasi rejiminin çöküşü ilə uzun illər boyu ədəbiy-
yata hakim olan vahid yaradıcılıq metoduna – sosialist rea-
lizminə son qoyulması ədəbi-estetik fi kirdə çoxmetodluluğun 
inkişafına təkan verdi. Son illərdə meydana gələn araşdırma-
larda Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, 
Süleyman Rəhimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, 
İsmayıl  Şıxlı,  İlyas  Əfəndiyev,  Əzizə  Cəfərzadə, Fərman 
Kərimzadə,  İsi Məlikzadə,  İsa Hüseynov (Muğanna), Anar, 
Sabir  Əhmədli, Elçin, Əlisa Nicat, Əkrəm  Əylisli, Sabir 
Azəri, Mövlud Süleymanlı və başqa sənətkarların yaradıcılı-
ğının təhlil obyektinə çevrilməsi bu baxımdan maraq doğurur. 
Azərbaycan  ədəbiyyatşünaslığının qarşısında duran ən mü-
hüm problemlərdən biri müstəqillik dövrü romanlarının təhlil 
və tədqiq obyektinə çevrilməsidir. Qarşınızdakı bu monoqra-
fi yaAzərbaycan  ədəbiyyatşünaslığındakı bu boşluğu aradan 
qaldırmaq məramına xidmət edir. 
 Müstəqillik dövrü Azərbaycan romanının (1991-2005-ci 
illər) ayrıca tədqiqat obyektinə çevrilməsi çağdaş ədəbiyyat-
şünaslığın qarşısında duran ən mühüm vəzifələrdən biridir. 
Məlum olduğu kimi, müstəqillik dövründə Azərbaycan ədə-
biyyatı özünəməxsus inkişaf mərhələsinə qədəm qoymuşdur. 
Bu özünəməxsusluq ədəbiyyatın digər janrları ilə müqayisədə 
roman janrında daha qabarıq təcəssümünü tapmaqdadır. Bu da 


20
Əhməd Sami Elaydi
təsadüfi  deyildir, çünki dövrün ictimai problemlərini əks etdir-
mək baxımından roman bədii nəsrin digər janrlarından daha 
çox imkanlara malikdir. Ona görə də təbii olaraq roman janrını 
araşdırmadan bədii nəsr haqqında dolğun və hərtərəfl i müla-
hizə yürüdülməsi mümkün deyildir. Lakin əvvəlki dövrlər-
dən fərqli olaraq müstəqillik illərində yaranan romanlar ədəbi 
tənqid və ədəbiyyatşünaslıq tərəfi ndən ciddi, sistemli şəkildə 
araşdırılmamışdır. Bu da, şübhəsiz ki, ədəbi-nəzəri fi krin ro-
man janrına yönəlik tədqiqatlarında müəyyən boşluqların ya-
ranmasına gətirib çıxarmışdır. 
Tədqiqatın aktuallığını şərtləndirən amillərdən biri də çağ-
daş Azərbaycan romanlarının sovet dövründə yaranan mövcud 
bədii örnəklərlə müqayisəli təhlil olunmasıdır. 
Bilindiyi kimi, müstəqillik dövrü Azərbaycan romanla-
rı müəyyən qədər araşdırılmış, ayrı-ayrı müəllifl ərin  əsərləri 
haqqında müxtəlif səpkili məqalələr yazılmışdır. Lakin indiyə 
qədər 1991-2005-ci illərdə yaranmış Azərbaycan romanları 
müstəqil tədqiqat obyektinə çevrilməmiş, bu və ya digər kon-
tekstdə sistemli təhlilini tapmamışdır. Məhz bu cəhət tədqiqa-
tın elmi yeniliyini şərtləndirən amillərdəndir. Belə ki, ilk dəfə 
olaraq Azərbaycan ədəbiyyatşünaslığında müstəqillik illərində 
yaranan romanlar müstəqil tədqiqat obyektinə çevrilmişdir. 
Tədqiqat işində 1991-2005-ci illərdə yaranmış Azərbaycan 
romanları əvvəlki onilliklərdə meydana gələn eyni janrda qə-
lə mə alınmış bədii örnəklərlə müqayisəli şəkildə təhlil olun-
muşdur. 
Araşdırmanın elmi yeniliyini şərtləndirən amillərdən biri də 
burada çağdaş Azərbaycan romanlarının müxtəlif ərəb ölkələ-
rində yaranan romanlarla müqayisəli şəkildə tədqiq olunması, 
bu kontekstdə oxşar və fərqli cəhətlərin, xüsusiyyətlərin üzə 
çıxarılmasıdır. 
Monoqrafi yada qarşıya qoyulan məqsədə çatmaq üçün əsas 
etibarilə aşağıdakı vəzifələrin yerinə yetirilməsinə çalışılmışdır:


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə