Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə10/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   6   7   8   9   10   11   12   13   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
24 
24 
atasından  və  anasından  canını  istədiyi  halda  rədd  cavabı  alması  ilə  ümidi  üzülərək 
arvadı  ilə  halallaşmağa  gəldiyində  onu  ölümdən  məhz  arvadı  xilas  edir.  Bu  süjet 
qumuq  folklorunda  da  özünü  göstərmişdir.  “Duka  Xojanı  ulanı  Deli  Domrulnu 
xabarı və yırı”nda məhz bu haqda söhbət açılır (2, 67).  
XIX  əsr  dağlıların  mübarizəsi  nəticəsində  yaranmış  mahnılara  “Buk 
Məhəmmədin yırı”, “Taymazın yırı”, “Şamilin yırı” kimi yırları aid etmiş.  
“Molla  Nesreddin  və  Axsaq  Temirin  yırı”  Molla  Nəsrəddinin  Axsaq  Temirlə 
olan  görüşünün  rəvayəti  üzərinə  qoşulmuş  mahnıdır.  Yırda  Axtuxanın  hakimiyyəti 
dövründəki qəddarlıqları göstərilir. Xalq bəzən ona qəddar çar deyir, bəzən adil çar 
deyir. Lakin daha sonra Axsaq  Temirin hakimiyyəti başlayır. Temirin özbaşınalığı, 
ədalətsizliyi, qəddarlığı Axtuxandan da çox olur. Temirin etdiklərindən cana doyan 
xalq kömək üçün  Molla Nəsrəddinin  yanına gedir, ondan Temirin zülmünü dayan-
dıracaq bir yol tapmasını rica edir. Molla Nəsrəddin bir öküzə oturub Axsaq Temirin 
sarayına  gedir.  Molla  Nəsrəddin  Temirə  deyir  ki,  Axtuxanın  dövründə  mən  onu 
soyub atda otururdum, sənin dövründə isə cilovlayıb,  yüyənləyib öküzdə otururam, 
sən  dəmirsən  mən  kömürəm,  gəl,  savaşaq,  görək  kim  qalib  gələcək.  Daha  sonra 
Molla  Nəsrəddin  deyir  ki,  sən  adil  deyilsən,  ancaq  sən  ədalətsiz  də  deyilsən,  sən 
Allahın bu xalqa göndərdiyi bir bəlasan:  
Axtuxan paçanı zamanında 
Axtuxan paşanın zamanında 
Atım mindim aktalap –  
Atı soyub minirdim 
Aksak Temirni zamanında 
Axsaq Temirin zamanında 
Ogüz mindim noktalap. 
Öküzü noxtalayıb minirəm 
Sen temirsen, men komür, 
Sən dəmirsən, mən kömür 
Tartışayık görürmen! 
Savaşaq görək, 
Adilli de tögülsen, 
Sən adil deyilsən
Adilsiz de tügülsen, 
Ədalətsiz də deyilsən. 
Xalkqa Allah salqan bir balaqsan!  
Sən  bu  xalqa  zülm  etmək  üçün  Allahın  göndərdiyi  bəlasan  (2,157).  Bundan 
sonra Temir xalqa zülm etməkdən əl çəkir. Yırın məzmunundan da göründüyü kimi, 
tamamilə ibrətamiz bir hekayədən ibarətdir. Bu, zülmün, ədalətsizliyin ömrünün çox 
da uzun olmadığı, hər zülmün bir sonu olduğu anladılan bir  yırdır. Əsasən ənənəvi 
süjet  xəttinə  malik  yırdır.  Molla  Nəsrəddin  mövzusu  Azərbaycan  folklorunda 
xarakterik  və  geniş  yayılmış  bir  mövzudur.  İnsanın  və  cəmiyyətin  nöqsanını  gülüş 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
25 
25 
dililə  ifadə  edən  Molla  Nəsrəddin  bəzən  sərt  bir  dil  ilə  də  danışmağı  bacarmışdır. 
Onun bu sərtliyi arxasında qarşı tərəfə olduqca ibrətamiz dərs vermək istəyi vardır. 
Elə buna görədir ki, Molla Nəsrəddinin Teymurlənglə görüşü haqqında Azərbaycan 
folklorunda da örnəklərə rast gəlirik. Elə “Göyə niyə dırmaşırsan?” lətifəsində də bu 
haqda danışılır: 
 
Molla Nəsrəddinin Teymurlənglə ilk görüşünü belə danışırlar: Teymur Mollanı 
saraya çağırtdırır. Molla içəri girib görür ki, otaq adamla doludur. Amma hamı dövrə 
vurub  yerdə  oturub,  təkcə  Teymur  əyləşib  uca  bir  taxtın  üstündə.  Tez  baş  əyib 
deyir:- Salam əleyküm, ya Allah!Teymur deyir:- Mən Allah deyiləm, ay kişi! Mən... 
Molla onun sözünü ağzında qoyub deyir: - Qurban olum sənə, ya cənab Cəbrayıl! 
Teymur deyir: - A kişi, nə danışırsan? Mən niyə Cəbrayıl oluram? 
Molla  deyir:  -  Başa  düşmürəm.  İndi  ki  nə  Allahsan,  nə  də  mələk,  düş,  adam 
kimi otur adamların içində də, daha niyə göyə dırmaşmışsan?
 
(3, 54). 
Qumuq folklorunda bir çox  yırlar  var ki tarixi-coğrafi şəraitlə əlaqədar olaraq 
yaranır və sadəcə qumuqlara xas motivlərlə əhatələnir. “Buk Muradın  yırı” da belə 
yırlardandır. Yır çar ordusunun dağlılarla Şilaqidə Buk Muradın rəhbərliyi ilə aparı-
lan  mübarizəsinə  həsr  olunub.  Buk  Murad  Şamilin  naiblərindəndir.  Şilanqlılar 
Şamilə  məktub  göndərir  və  ondan  Buk  Muradın  rəhbərliyi  ilə  yüz  min  müridi 
köməyə  göndərməsini  rica  edir.  Şamil  bu  ricanı  yerinə  yetirir.  Buk  Murad  Şilaqi 
kəndinə gələr-gəlməz güclü döyüşə girir. Lakin Buk Murad əsir düşür. Çünki onun 
döyüş yoldaşı Taqirkadi onu qoyub qaçır. Yırın da mahiyyəti elə burda ortaya çıxır. 
Çünki  yırda  öz  döyüş  yoldaşını  qoyub  qaçan  Taqirkadi  pislənir.  Həqiqi 
məğlubiyyətin səbəbi məhz etibar etdiyin insanların səni yarı yolda qoyması ilə olur. 
Elə buna görə də yırda Taqirkadi ilə Buk Murad qarşılaşdırılır. Taqirkadinin rəzalətli 
qaçışının  və  qorxaqlığının  əksinə  olaraq  Buk  Murad  hətta  ən  çətin  vaxtında  belə 
düşmənlərinin ona uzatdığı əli geri çevirir və qəbul etmir.  
Şamil  hərəkatı  ilə  əlaqəli  yırlar  əsasən  dürüstlük,  mərdlik,  igidlik  mahiyyəti 
məzmunundadır.  Əsasən,  döyüş  səhnələri,  qəhrəmanların  daxili  mərdlikləri  və  ya 
pislikləri haqqında danışılır.  
“Qolbasdının  yırı”,  “Başlının  yırı”,  “Mehtinin  yırı”  1877-ci  il  üsyanı  zamanı 
xalqın  birliyindən,  bərabərliyindən  danışır.  Bu  yırlarda  da  yenə  xəyanət  pislənir, 
birlikdən güc doğulacağından danışılır.  
Yırların  təhlili  və  Azərbaycan  folklorundakı  örnəklərlə  qarşılıqlı  müqayisəsi 
zamanı qarşılaşdırdığımız  mətnlərdən gördüyümüz üzrə, hər iki  folklorda  motivlər, 
əsasən  eynidir.  Bu  motivlər  öz  əksini  yırlarda  tapsa  da,  Azərbaycan  folklorundakı 
dastan, nağıl, rəvayət, xalq mahnısı süjetləri ilə olduqca yaxından səsləşir. Bunun da 
əsas  səbəbi,  görünür,  hər  iki  xalqın  minilliklər  boyunca  eyni  mədəniyyəti 
paylaşmaqlarından qaynaqlanır.  
 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə