Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə11/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   7   8   9   10   11   12   13   14   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
26 
26 
Qaynaqlar 
1.
 
Kitabi-Dədə Qorqud Ensiklopediyası. I cild. Bakı, 2000. 622 s. 
2.
 
Kumuklanı yırları. II cild. Tərt. Abdulhakim Acıyev. Mahaçkala, 2001. 461 s.  
3.
 
Molla  Nəsrəddin  lətifələri,
  tərt.  Məmmədhüseyn  Təhmasib;  red.  Həmid 
Araslı
, Bakı, Öndər, 2004. 304 s.  
4.
 
Pekaçar Çetin. “Kumuk  Türkleri Edebiyatı”,  Türk Dünyası El Kitabı, Cilt: 
4, Ankara, s. 319-340. Ankara 1998 
5.
 
Sultanov K. Kumuklanı adabiyatı. Maxaçkala, 1964. 
6.
 
Sümer  Faruk.  Oğuznamə.  (Tarixləri,  boy  təşkilatları,  dastanları),  Tərcümə: 
Ramiz Əsgər, “Yazıçı” nəşriyyatı, Bakı, 1992.  
7.
 
Şamil  Əli,  Tanıdığım  insanlar,  Birinci  kitab,  “Sumqayıt”  nəşriyyatı,  Bakı, 
2000. 151s.  
8.
 
Şamil Əli. Uyğur, qaqauz, Güney Qafqaz türklərinin folkloru və ədəbiyyatı. 
Bakı, 2011. 411 s. 
9.
 
Türk  halk  edebiyatı  terimleri  sözlüğü,  2007  Akçağ  nəşriyyatı,  822  səh. 
Redaktor: Dr. Doğan Kaya.  
10.
 
Türkiye  Dişindaki  Türk  Edebiyatları  Antolojisi  20.Cild,  2009,  Ankara 
Redaktor Çetin Pekaçar  
 
Rus dilində: 
 11.  Аджиев  А.М.  Устное  народное  творчество  кумыков.  Махачкала, 
2005. 427 стр.  
12.  Семёнов 
Ю. 
  Марксистская  теория  исторического  развития 
http://scepsis.ru/library/id_1079.html#2.4.2
 
13. 
http://ekitap.kulturturizm.gov.tr/belge/1-27631/Qumuq-edebiyati-
20cilt.html  
 
 
 
 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
27 
27 
Bəxtiyar Şahverdiyev  
AMEA Folklor İnstitutu, elmi işçi 
bextiyar.tuncay@yahoo.com  
 
BOZ QURDLA BAĞLI MİFLƏRDƏ VERİLƏN BƏZİ MƏLUMATLARIN 
TARİXİ QAYNAQLARDAKI İZLƏRİNƏ DAİR 
 
Özət 
Məqalədə  Boz  qurdla  bağlı  miflərdəki  bəzi  məlumatların  tarixi  mənbələrdəki 
məlumatlarla üst-üstə düşməsindən söhbət açılmaqdadır. 
Açar sözlər: Boz qurd, türklər, mifologiya, mixi yazılar, Azərbaycan 
 
Резюме 
В  статье  сравниваются  данные  древних  письменных  источников  с 
некоторыми  данными  упомянутыми  в  легендах  о  Бозкурте  (сером  волке)  - 
мифологическом прародителе тюрков. 
Ключевые слова: Бозкурт, тюрки, мифология, клинописи, Азербайджан 
 
Summary 
In the article it is explained the identity of some information in myths related to 
Bozkurt (Grey Wolf) with the information of historical source. 
Keywords: Bozkurt (
Grey Wolf), Turks, mythology, cuneiform, Azerbaijan 
 
*  *  *
 
Belə hesab edilir ki, türklər, bir etnos kimi, Altaylarda formalaşmış və oradan 
da  Avrasiyanın  geniş  düzənliklərinə  yayılmışlar.  Rəsmi  konsepsiyaya  görə,  türklər 
Azərbaycana  yalnız  erkən  orta  əsrlərdən  gəlməyə  başlamış,  bundan  öncə  isə  bu 
ərazidə  türk  olmamışdır.  Lakin  görkəmli  tarixçi  alim,  mixi  yazılar  üzrə  gözəl 
mütəxəssis  mərhum  Y.  Yusifovun  tədqiqatları  göstərir  ki,  türklər  Ön  Asiya  və 
Qafqazın ən qədim aborigen xalqıdır və qədim mənbələrdə onların adına e.ə. III – II 
minilliklərdən  rast  gəlinməkdədir.  Əsası  Y.  Yusifov  tərəfindən  qoyulan  yeni 
konsepsiya bir sıra dilçi alimlərimiz tərəfindən də dəstəklənməkdədir. Maraqlıdır ki, 
boz  qurdla  bağlı  etnoqonik  miflərdə  də  türklərin  ilkin  ata  yurdu  kimi  Xəzərin 
qərbinə, başqa sözlə, Azərbaycana işarə edilməkdədir ki, bu da deyilənlərin həqiqət 
olduğunu sübut edir.  
Bu məqalədə məqsəd elmi ictimaiyyəti Boz qurdla bağlı miflərin Azərbaycanla 
birbaşa  bağlılığını  sübut  edən  faktlarla  tanış  etmək,  tərəfimizdən  önə  sürülən  bəzi 
mülahizələri  paylaşmaqdır.  Qədim  Çin  mənbələrində  Orxon-Yenisey  abidələrini 
yaratmış  türk  xalqının  mənşəyi  barədə  türklərin  öz  dilindən  bəzi  əfsanələr  qeydə 
alınmışdır  və onlardan biri bu xalqın Qərbdən - Xəzər dənizinin qərb sahillərindən 
gəldiklərini bildirməkdədir (5,72). 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
28 
28 
Böyük  Türk  Xaqanlığının  əsasını  qoyan  göytüklərin  mənşəyi  ilə  bağlı  qədim 
Çin mənbələrində iki rəvayət qeydə alınmışdır. Birinci rəvayətdə deyilir ki, hunlarla 
eyni soydan olan göytürklər hun  yurdunun şimalındakı Su (So) ölkəsindən çıxmış-
lar. Başbuğlarının,  yəni sərkərdələrinin adı Kapan Pu idi və onun 16 qardaşı vardı. 
Bunlardan birinin anası boz qurd idi. Bu gənc yellərə və yağışlara hökm edərdi. 
Göytüklərin düşmənləri bir həmlə ilə qardaşları aradan apardılar, bu fəlakətdən 
yalnız  bir  gənc  qurtuldu.  Bu  gəncin  iki  arvadı  vardı.  Biri  yaz  tanrısının,  digəri  qış 
tanrısının  qızı  idi.  Onun  bu  arvadlardan  iki  oğlu  oldu  və  xalq  böyük  oğlu  özünə 
xaqan seçdi. O, Türk adını aldı. Onun 10 arvadı vardı və bu arvadlardan türk xalqı 
törədi ( 5, 72; 24, 26-27). 
İkinci  rəvayətdə  isə  deyilir  ki,  türklərin  ilk  atası  Qərb  dənizinin,  yəni  Xəzər 
dənizinin qərb sahillərində yaşayırdı. Bunun xalqı hunların bir bölümü idi və Asina 
(aşina)  adlanırdı.  Bu  xalq  qonşu  xalqlardan  biri  tərəfindən  məhv  edilir.  Bunlardan 
yalnız bir oğlan uşağı sağ qalır. Bir dişi qurd həmin uşağı tapıb ona qulluq edir, onu 
böyüdür və onunla evlənir. Oğlandan hamilə qalan qurd dənizin şərq tərəfinə keçir 
və orada 10 oğlan uşağı doğur. Bu oğullardan Göytürk (Türküt) xalqı törəyir: 
Göytürklər  qədim  Xsiunq-Nunun  (hunların,  xəzərlərin)  soylarından 
yaranmışlar və onların bir qoludurlar. Özləri isə A-şin-na (“Tövrat”da və “Albaniya 
tarixin”də Aşkenaz // Askenaz – sarmatların soy babası) adlı bir ailədən törəmişlər. 
(Sonradan çoxalaraq) ayrı oymaqlar halında yaşamağa başladılar.  
Daha  sonra  Lin  (Alan,  Alaniya)  adlanan  bir  məmləkət  tərəfindən  məğlub 
edildilər.  (Məğlubiyyətdən  sonra  göytürklər)  bu  məmləkət  tərəfindən  bütünlüklə 
öldürüldülər. (Tamamilə qırılan) göytürklər içində yalnız on yaşlı bir uşaq qalmışdı. 
(Lin məmləkətinin) əsgərləri uşağın çox kiçik olduğunu görüb (ona yazıqları gəlmiş 
və) öldürməmişdilər. Uşağın təkcə ayaqlarını kəsmiş, özünü də bir bataqlıq içindəki 
otların arasına tullayıb getmişdilər.  
(Bu zaman) uşağın  yanında bir dişi qurd peyda oldu və ona ət verərək bəslədi. 
Uşaq bu minvalla böyüdükdən sonra da dişi qurdla ər-arvadlıq etməyə başladı. Qurd 
da bu yolla ondan hamilə qaldı.  (Göytürkləri məğlub edən və hamısını qılıncdan keçi-
rən  Lin  məmləkətinin)  kralı  bu  uşağın  hələ  də  yaşadığını  eşitdi  və  əsgərlərini  onu 
öldürməyə göndərdi. Uşağı öldürməyə gələn əsgərlər qurdla uşağı yan-yana gördülər. 
Əsgərlər qurdu öldürmək istədilər, amma qurd (onları görən kimi) tez qaçdı və Kao-ç-
anq  (Kuşan)  məmləkətinin  şimalındakı  dağa  getdi.  Bu  dağda  dərin  bir  mağara, 
mağaranın  içində  isə  böyük  bir  ovalıq  var  idi. Çevrəsi  də  bir  neçə  yüz  mildən  artıq 
deyildi.  Dörd  yanı  sıldırım  qayalarla  əhatə  olunmuşdu.  Qurd  qaçaraq  bu  mağaranın 
içinə  girdi  və  orada  on  uşaq  doğdu.  Vaxt  keçdikcə  bu on  uşaq  böyüdü  və  bayırdan 
qızlar  gətirərək  onlarla  evləndilər.  Beləliklə,  evləndikləri  qızlar  hamilə  qaldılar  və 
bunların  hər birindən  bir  soy  törədi.  A-şi-na  ailəsi  də  bu  on boydan  biridir. Onların 
oğulları və nəvələri çoxaldılar və yavaş-yavaş  yüz ailə halına gəldilər. Ju-julara tabe 
oldular. Altay ətəklərində yerləşdilər. Bundan sonra da Ju-juan dövlətinin dəmirçiləri 
oldular... (10, 36). Türklərin genezisi ilə bağlı digər rəvayətin məzmunu belədir: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə