Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə12/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   8   9   10   11   12   13   14   15   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
29 
29 
Bəziləri belə deyirlər: Bir  rəvayətə görə, göytürklərin ilk ataları Xsi-hai,  yəni 
Qərb  dənizinin  (Xəzərin)  sahillərində  yaşayırdılar.  Onların  qadınları,  kişiləri 
(uşaqları  ilə  birlikdə),  böyüklü-kiçikli  hamısı  birlikdə  Lin  (Alan,  Alaniya)  adlı  bir 
məmləkət  tərəfindən  məhv  edilmişlər.  (Türklərin  hamısını  qırdıqları  halda)  yalnız 
bir  uşağa  rəhm  etmiş,  onu  öldürməkdən  vaz  keçmişlər.  Bununla  belə,  onun  da 
qollarını  və  qıçlarını  kəsərək,  özünü  Böyük  bataqlığın  içindəki  otların  arasına 
atmışdılar.  Bu  vaxt  dişi  bir  qurd  peyda  olmuş  və  ona  hər  gün  ət  və  yemək  gətir-
mişdir. Uşaq da bunları yeyərək özünə gəlmiş və ölməmişdi. (Az bir vaxtdan sonra) 
uşaqla qurd ər-arvad kimi yaşamağa başlamış və qurd uşaqdan hamilə olmuşdu. 
(Türklərin  əski  düşməni  olan  Lin  dövlətinin  hökmdarı  uşağın  sağ  qaldığını 
eşitdikdə)  tez  adamlarını  göndərərək  həm  uşağı,  həm  də  qurdu  öldürməyi  əmr 
etmişdir.  Əsgərlər  qurdu  öldürməyə  gəldikləri  zaman  qurd  bundan  xəbərdar  olmuş 
və qaçmışdı. Çünki qurdun müqəddəs ruhlarla (əyələrlə) əlaqəsi vardı (və daha öncə 
onlar  vasitəsilə  düşmənlərin  gəldiklərindən  xəbər  tutmuşdu).  Buradan  qaçan  qurd 
Qərb  dənizinin  şərqindəki  bir  dağa  getmişdi.  Bu  da  Kao-ç-anqın  (Kuşanın)  şimal-
şərqində  yerləşirdi.  Bu  dağın  altında  isə  çox  dərin  mağara  var  idi.  (Qurd  buraya 
gəlincə) dərhal həmin mağaranın içinə girmişdi. Bu mağaranın arxasında böyük bir 
ovalıq var idi. Bu ovalıq başdan-başa ot və çaylarla örtülü idi. Ovalığın çevrəsi isə 
təqribən  200  mildən  artıq  idi.  Qurd  burada  on  oğlan  uşağı  doğmuşdu.  (Göytürk 
dövlətini  quran)  A-si-na  ailəsi  bu  uşaqlardan  birinin  soyundan  törəmişdir  (10,  38). 
Qeyd  edək  ki,  məşhur  fransız  alimi,  Çin  mənbələri  üzrə  tanınmış  mütəxəssis  J. 
Dögin  Çin  mənbələrindəki  “Xsi-hai”  dənizinin  (Qərb  dənizinin)  Xəzər  dənizi 
olduğunu təsdiqləməkdədir (18, 68). 
Çin  mənbələrində  türk  xalqının  mənşəyi  ilə  bağlı  qeydə  alınmış  bu  iki 
rəvayətdə üç məqam diqqəti xüsusilə cəlb edir. 1-ci məqam türklərin ulu babalarının 
Xəzərin  qərbində,  yəni  Azərbaycanda  yaşamış  olması  faktıdır  ki,  bu  faktı  eradan 
əvvəl  III-II  minilliklərə  aid  akkad  və  aşşur  mənbələri,  eləcə  də  eradan  əvvəl  I 
minilliyə aid Urartu mənbələri təsdiqləyir.  
Türklərin adının Azərbaycan sakinləri kimi hələ eradan əvvəlki akkad və aşşur 
mixi  yazılarında  "turukku"  kimi  qeyd  edildiyini  ilk  dəfə  təsbit  edən  tanınmış  alim 
Zelik  Yampolski  olmuşdur.  O,  türklərin  mənşəyi  və  ilk  ata  yurdu  barədə  o  vaxta 
qədər  rus  -  sovet  tarixşünaslığında  mövcud  olan  rəsmi  baxışlara  qarşı  çıxaraq 
bildirmişdi  ki,  akkad  mənbələri  "türk"  etnoniminin  qeydə  alındığı  ən  qədim  yazılı 
mənbələrdir (18, 62-64). Eradan əvvəl birinci minilliyə aid Urartu mixi  yazılarında 
da eyni xalqın adı, eyni ərazinin sakinləri kimi qeyd edilmişdir. Urartu mənbələrində 
həmin  xalqın  adı  "turuxi"  kimi  çəkilir.  Firudun  Ağasıoğlunun  fikrincə,  aşşur 
mənbələrində  rast  gəlinən  "turukku"  etnonimi  "türk"  etnik  adının  aşşur  dilindəki 
səsləniş və yazılış formasıdır
 
(1, 39)  
İlk  dəfə  Zelik  Yampolski  tərəfindən  söylənilən  bu  fikrə  sonralar  Əbülfəz 
Hüseyni,  Cəfər  Cəfərov,  Məhəmməd  Hatəmi  Tantəkin,  Yusif  Yusifov,  Qiyasəddin 
Qeybullayev,  Tofiq  Hacıyev,  Mahmud  İsmayıl,  Kamil  Əliyev,  Firudin  Ağasıoğlu, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
30 
30 
Nizami Xudiyev və b. kimi Azərbaycan alimləri də şərik çıxmışlar. Yusif Yusifovun 
yazdığına  görə,  "türk"  adına  erkən  orta  əsrlərə  aid  hind  qaynaqlarında  “turukka", 
Xotən mətnlərində "ttrruki", Tibet mənbələrində "druq" və "druqu" formasında rast 
gəlmək mümkündür (3, 78).  Turuklar barəsində ilk məlumatlara e.ə. XIV yüzilliyə 
aid aşşur mənbələrində rast gəlindiyini, daha sonra isə "turux" (və ya turuxi) adı ilə 
Urartu  mənbələrində  məlumat  verildiyini  vurğulayan  Mahmud  İsmayıl  da  onların 
alimlər tərəfindən türklərlə eyniləşdirildiyini söyləməkdədir 6, 7).  
Yusif  Yusifovun  yazdığına  görə,  eramızdan  əvvəl  II  minilliyin  əvvəlində 
Urmiya gölü hövzəsində  yaşayan türklərin aktiv siyasətə qoşulması başlayır. Onlar 
Zaqroş  dağlarını  aşaraq  İkiçayarasına  daxil  olurdular.  Türklər  Aşağı  Zab  çayının 
yuxarı  axarında  yerləşən  Raniyə  düzənliyinə  çıxır  və  burada  yaşayan  hürrilərlə 
ünsiyyətə  girirdilər.  Ümumiyyətlə,  onlar  bu  ərazi  uğrunda  mübarizə  aparırdılar  və 
bununla  da,  İkiçayarasının  şimalında  yaranmış  Aşşur  dövlətinin  sərhədlərində 
təhlükə  yaradırdılar. Aşşur mixi  yazılarından belə məlum olur ki, aşşur hökmdarı  I 
Şamşi-Adad türklərə qarşı hərbi  yürüş təşkil edir, lakin bu tayfaların müdaxiləsinin 
qarşısını  ala  bilmir.  Türklər  aşşurların  nəzarəti  altında  olan  Şuşarra  vilayətini  ələ 
keçirirlər. Aşşur hökmdarı I İşme-Daqan baş verənləri çox maraqlı təsvir etmişdir:  
"O ki qaldı Şuşarra olkəsinə, siz mənə yazırsınız ki, bu ölkə həyəcan içindədir 
və biz onu saxlaya bilmirik. Qoy qasid sizə vəziyyəti izah etsin. Turukkulu Lidaya 
və bu ölkədə onunla birlikdə olan turukkilər rəqabət aparırdılar və iki yaşayış məntə-
qəsini dağıtmışdılar. Mən oraya əlavə qoşun gətirdim, onlar dağlara çəkildilər. Mən 
əhalidən  soruşdum  və  bu  qərara  gəldim  ki,  bu  ölkə  nəzarətə  alına  bilməz"  (3,  73, 
74). Təbii ki, mixi  yazılardakı  "turukku",  "turuxi",  "turuk" adlarını  "türk" etnonimi 
ilə  eyniləşdirən  alimlərimiz  haqlıdırlar.  Biz  də  bu  fikirdəyik  ki,  adlarına  ilk  dəfə 
eradan  əvvəl  III  minilliyə  aid  akkad  və  aşşur  mixi  yazılarında  "turuku"  kimi  və 
eradan  əvvəl  I  minilliyə  aid  Urartu  mənbələrində  "truxi"  kimi  rast  gəlinən  və 
haqlarında Azərbaycan və Şərqi Anadolu ərazisinin sakinləri kimi söz açılan bu xalq 
sonrakı  dövrlərdə,  VI-VIII  əsrlərdə  böyük  xaqanlıq  qurmuş  və  bu  xaqanlığın 
mərkəzi indiki Monqolustan ərazisi olmuşdur. Boz qurdla bağlı əldə olan etnoqonik 
miflərin  təhlili  göytürklərin  Mərkəzi  Asiyaya,  o  cümlədən  Monqolustan  ərazisinə 
Ön  Asiya  və  Qafqazdan  gəldiklərini,  türklərin  ilkin  ata  yurdunun  Azərbaycan  və 
Şərqi  Anadolu ərazisi olduğunu söyləməyə  tam əsas  verir. Digər  mənbələr də  eyni 
fikri  təsdiqləyir.  Məsələn,  Übeyd  ibn  Şəriyyə  əl-Cürhuminin  "Xəbərlər"  əsərində 
(VII əsr)  yazılır ki, xəlifə I Müaviyə (661 - 680) Azərbaycanın işğalı çağında ordu 
komandanından  Azərbaycan  barədə  nə  bildiyini  soruşmuş,  o  da  "Azərbaycan  ən 
qədimdən türklərin ölkəsidir və orada türklər yaşayır" - deyə cavab vermişdir (21, 5; 
22, 183). Eyni fikir 1126-cı ildə qələmə alınmış, müəllifi bilinməyən başqa bir tarixi 
əsərdə də təkrarlanır: 
"Azərbaycan ən qədimdən türklərin əlində olan bir ölkədir" 22, 183).  
Bələmi özünün məşhur əsərinin “Haris ibn Şəddad” adlı bölümündə Azərbay-
candan  türklər  ölkəsi  kimi  bəhs  etmişdir:  “O  (ərəb  sərkərdəsi  Haris  ibn  Şəddad), 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə