Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə13/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   9   10   11   12   13   14   15   16   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
31 
31 
Azərbaycana  girdi.  O  zaman  hər  şey  türklərin  əlindəydi,  hər  şeyi  türklərin  əlindən 
aldı, onlara qalib gəldi (20, 403).  
Mövzumuz  baxımından  professor  Helmoltun  ümumi  rəhbərliyi  altında  120 
alimin  kollektiv  əməyinin  nəticəsi  olan  "Bəşəriyyətin  ümumi  tarixi"  kitabının 
"Atropatena"  bölümündə  yazılanlar  da  böyük  önəm  daşımaqdadır:  "...Tarixin 
göstərə  bilmədiyi  məchul  bir  zamandan  bəri  bu  yerlərdə  başdan-başa  türklər 
yaşamaqdadır (18, 62).  
Diqqəti  çəkən  ikinci  önəmli  məqam  türklərin  10  qardaşdan  törəmiş  olması 
faktıdır ki, bu məlumat da Xəzər xaqanı İosifin yazdıqları ilə üst-üstə düşür. Xatırladaq 
ki,  İosifin  sözlərinə  görə,  türklər  Həzrət  Nuhun  nəvəsi,  Yafəsin  oğlu  Toqarmanın 
(Türkün) 10 oğlundan törəmişlər. Onu da xatırladaq ki, Musa Kağankatlının yazdığına 
görə, Toqarma Azərbaycanın (Albaniyanın) 4-cü şahı olmuşdur (8, 19).  
Üçüncü  maraqlı  və  son  dərəcə  önəmli  məqam  türklərin  Su  adlı  bir  ölkədən 
çıxmış  olması  faktıdır.  Mövzumuz  baxımından  bu  fakt  o  qədər  böyük  əhəmiyyət 
daşıyır ki, onun üzərində bir qədər ətraflı durmaq lazımdır. 
Su ölkəsi harada yerləşmişdir? 
Bu sualın cavabını da mixi kitabələrdə tapırıq. Məsələ burasındadır ki, eradan 
əvvəlki  III-II  minilliklərə  aid  mixi  yazılarda  Azərbaycan  ərazisində  yaşamış  kuti, 
lulu,  subar, kuman  və  turuk,  yəni türk xalqları  ilə  yanaşı su xalqından da söz açıl-
maqda və Su ölkəsinin adı çəkilməkdədir. 
Mixi  yazıların  gözəl  bilicisi,  mərhum  alimimiz  Yusif  Yusifovun  yazdığına 
görə, qədim qaynaqlarda "Su ölkəsinə mənsub lullu" ifadəsi işlənməkdədir:  
"Bəzi hallarda Aratta ölkəsinin adı "Su ölkəsi" mixi işarələri ilə göstərilmişdir. 
Deməli,  Aratta...  və  Su  ölkəsi  Urmiya  gölü  hövzəsində  mövcud  olmuş  geniş  bir 
ərazinin müxtəlif adları olmuşdur. Sular da turukku və lullu tayfa birləşməsinə daxil 
idilər" (3, 81).  
Mixi  yazılardan  göründüyü  kimi,  göytürklərin  öz  əski  vətənləri  saydıqları, 
qədim Çin mənbələrində haqqında söz açılan və Xəzər dənizindən qərbdə yerləşdiyi 
vurğulanan  Su  ölkəsi  Azərbaycan  ərazisində  mövcud  olmuş  ən  qədim  dövlətin  - 
Aratta dövlətinin başqa bir adıdır. 
Mövzu ilə bağlı Lev Qumilyov yazır: 
"...Əfsanə  türklərin  mənşəyini  yerli  So  (Su)  nəsli  və  yenə  də  dişi  qurdla 
bağlayır. So (Su) qəbiləsinin bütün üzvləri öz axmaqlıqları üzündən... məhv olurlar. 
Yalnız  dişi  qurdun  dörd  nəvəsi  sağ  qalır.  Onlardan  birincisi  qu  quşuna  çevrilib 
Güney Altayda Abu və Qyan çayları hövzəsində.., üçüncü və dördüncüsü isə Güney 
Altaydakı  Çus  çayında  məskunlaşdılar.  Bu  əfsanəni  şərh  edən  N.  A.  Aristov 
əfsanədəki  "So"  nu  Altayın  quzeyindəki  Biye  çayı  sahillərində  yaşayan  kumandin-
lərin (kumanların) So nəsli ilə tutuşduraraq, birinci nəvəni lebedinlərlə - ku kijilərlə 
(ku kişiləri, ku adamları) ... eyniləşdirmişdir." (24, 26-27). 
Maraqlıdır ki, "Su" (So) adına ilk dəfə mixi yazılarda rast gəlindiyi kimi, "ku" və 
"kuman" etnonimlərinə və "Altay" toponiminə də (Urartu mənbələrində Arattanın adı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
32 
32 
Alateye  kimi  çəkilir)  ilk  dəfə  eyni  mənbələrdə  rastlanmış  və  onların  hamısından 
Azərbaycan və Ön Asiya (Şərqi Anadolu) etnonim və toponimləri kimi söz açılmışdır 
(3,  80).  Qədim  mixi  yazılarda  (e.ə.  XIII-XII)  "ku"  və  "kumen"  (kuman)  etnonim-
lərinin də adı çəkilməkdədir (3, 83). "Ku" etnonimi ilə bağlı hesab edilir ki, bu, türk 
(prototürk)  tayfalarından  birinin  adı  olmuş  və  bu  ad  qədim  türklər  arasında  geniş 
yayılmış  qu  quşu  (qaz)  totemi  ilə  əlaqədardır  (24,  26-27).  İ.  Dron  qeyd  edir  ki,  qu 
quşu (qaz) kultu qədim zamanlarda türk və monqol xalqları arasında geniş yayılıbmış. 
O bildirir ki, qədim türk əfsanələrində hun xaqanının qardaşı oğlu qu quşuna çevrilmiş 
və  yeni  bir  türk  soyunun  əsasını  qoymuşdur.  Həmin  türk  qəbiləsi  "ku"  adlanmışdır. 
Məsələn, Tuva türklərinin toci qoluna bağlı qəbilələrdən biri kezek-kuular (qu quşları) 
özünü  bu  soydan  hesab  edir.  Tədqiqatçının  yazdığına  görə,  Sayan-Altay  ərazisində 
yaşayan bir çox türk xalqlarında – tuvalılarda, xakaslarda, teleutlarda, kumandlilərdə 
qu quşu (qaz) haqqında totemik-mifik təsəvvürlər bu günə qədər yaşamaqdadır. 
Türkoloqların  bir  qismi  kuman  etnoniminin  də  adının  "qu"  (ku)  totemindən 
yarandığını irəli sürməkdədirlər. Məsələn, V. Q. Rodionov qədim çuvaş mənbələrinə 
əsaslanaraq  "ku"  və  "kuman" etnonimlərini eyniləşdirir. İ. Dorn və O. Süleymenov 
da eyni fikri dəstəkləmişlər (17, 94-96). 
Kumanların adı qədim  mənbələrdə (mixi  yazılarda) ilk dəfə e.ə. XIII-XII əsr-
lərdə  "kumen"  kimi  çəkilməkdədir.  Y.Yusifov  da  yuxarıda  adı  çəkilən  müəlliflərlə 
eyni mövqedən çıxış edərək yazır:  
"Bu  etnonim  də  türk  dillərində  etnik  ad  düzəldən  "-man"  (-men)  şəkilçi 
birləşmələrindən  əmələ  gəlmişdir.  Kuman  sonrakı  türk  adı  olmaqla  "sarımtıl, 
ağımtıl" mənasını daşıyırdı" (3, 83). 
Sözügedən etnonimlə I Tiqlapalsarın (e.ə. 1115-1077) kitabəsində də rastlaşırıq: 
"(V,73)  Kumanların  ordusu  gerçəkdən  Musru  ölkəsinin  köməyinə  çıxdı... 
(V.82)  Bu  zaman  Musru  ölkəsinə  köməyə  çıxmağı  qət  etmiş  kumanların  hamısı 
savaşın baş tutması və mənə qarşı durmaq üçün özlərinin bütün bölgələrini səfərbər 
etdilər...  (VI.22)  ...Kumanların  mənim  güclü  döyüş  təzyiqimdən  qorxuya  düşən 
şahları ayaqlarımı qucaqladı..." (27, 10). Aşşur  şahı II  Adadnerari  (e.ə.911-890) də 
öz kitabəsində kumanları yad etmişdir (27, 21). 
Qeyd edək ki, bu gün də eyni adı daşıyan türk  etnosları  vardır. Bu baxımdan 
Altayda  yaşayan  kumandiləri  və  özünü  günümüzəcən  kumanların  davamı  hesab 
edən  qaraçay  və  balkarlıları  (19,  232)  misal  gətirmək  olar.  Onu  da  xüsusi  qeyd 
etmək  lazımdır  ki,  bu  türk  tayfası  orta  əsrlərdə  də  Ön  Asiya  və  Şərqi  Avropanın 
siyasi  tarixində  xüsusi  rol  oynamış,  Avropanın  etnolinqvistik  coğrafiyasının 
formalaşmasında son dərəcə böyük xidmətlər göstərmişdir. Bu rol o qədər böyük ol-
muşdur  ki,  həmin  tayfaların  dilini  öyrənməyə  xüsusi  ehtiyac  yaranmış  və  təqribən 
eyni dövrdə həm xristian Avropada, həm də İslam dünyasında kuman türklərinin dili 
ilə bağlı lüğətlər tərtib edilmişdir (19, 167-168). Anadolunun Səlcuqlular tərəfindən 
tutulmasında  və  bu  ərazinin  yenidən  Türk  Yurdu  halına  gəlməsində  kumanların 
ölçüyəsığmaz xidmətləri olmuşdur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə