Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə14/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   10   11   12   13   14   15   16   17   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
33 
33 
Kumanların  orta  əsrlərdə  də  Azərbaycanda  yaşadıqlarını  Musa  Kağankatlının 
"Alban tarixi"ndən öyrənmiş oluruq.
 
Sözügedən kitabda  yazılanlardan öyrənirik ki, 
Qafqaz  Albaniyasında  kumanlarla  bağlı  olan  "Qomenk"  adlı  toponim  olmuşdur. 
Həmin toponimin qomen (kuman) etnonimindən və qədim erməni dilindəki "k" yer, 
məkan  bildirən  şəkilçidən  yarandığını  ("Alban  tarixi"  kitabı  dövrümüzədək  erməni 
dilində  çatmışdır)  söyləyən  Qiyasəddin  Qeybullayevin  fikrincə,  bu  yer  ya  Arsax 
(Qarabağ), ya da Sünik (Zəngəzur) ərazisində olmuşdur. O, 1727-ci ilə aid bir arxiv 
sənədinə istinadən göstərir ki, həmin dövrdə,  yəni XVIII əsrdə Zəngəzurun Çulun-
dur bölgəsində azərbaycanlılarla məskun olan Koman kəndi mövcud imiş (25, 117). 
Hazırda  eyniadlı  kənd  Cəlilabad  rayonu  ərazisində  mövcuddur.  Tarixi  mənbələrdə 
kumanların iskitlərlə eyniləşdirilməsi, onlardan  "koman iskitləri" kimi  söz açılması 
halları da müşahidə edilir. R. Q. Latam koman iskitlərinin etnik mənsubiyyəti barədə 
yazmışdır:  "Koman  iskitləri,  massagetlər,  saklar,  peçeneqlər,  xəzərlər,  hunlar  öz 
mənşələri  etibarilə  türkdürlər  və  bunu  sübut  etməyə  ehtiyac  yoxdur"  (6,  15).  Su 
ölkəsi  ilə  bağlı  türk  genealoji  (etnoqonik)  əfsanəsində  deyildiyi  kimi,  türklərin 
başbuğu Kapan Punun 16 qardaşı var idi. Yəni onlar 17 qardaş idilər. Mixi yazılarda 
bu  məlumatla  ağlasığmaz  dərəcədə  üst-üstə  düşən  bir  məlumat  var  və  həmin  mə-
lumata əsasən, Quti sülaləsinin hakimiyyətdə olduğu çağda (e. ə. XXIII əsrdə) akkad 
qoşununun  quzeydə  vuruşduğu  17  tayfadan  biri  də  tourki  və  ya  turki  şəklində  xa-
tırlanan boy olmuşdur (1, 39). Əgər gerçəkdən də mixi yazılardakı "turuk"larla Göy-
türk Xaqanlığını qurmuş türklər eyni xalqdırsa, bu xalq gerçəkdən də öncə Xəzərin 
qərbində  yaşamışsa  və  sonralar  dənizin  şərqinə,  oradan  da  Çin,  Monqolustan  və 
Altay istiqamətində hərəkət etmişsə, ola bilməzdi ki, bu köç barədə heç bir şey yazıl-
mamış olsun. Belə bir yazılı mənbə isə həqiqətən də var və həmin mənbə təkcə türk 
xalqının deyil, eləcə də albanların Xəzərin qərbindən şərqinə, oradan da Çin  tərəfə 
yayıldıqlarını  təsdiq  edir.  Söhbət  VI  əsr  müəllifi  İordanın  özünün  çox  məşhur 
"Qotların mənşəyi və əməlləri haqqında" adlı əsərində yazdıqlarından gedir: 
"İskitlər  ölkəsi  göbələyə  oxşayır.  Başlanğıcda  o,  dardır,  sonra  isə  geniş  və 
dairəvidir  və  hunların,  albanların  və  sereslərin  yayıldıqları  uzaq  ərazilərə  qədər 
uzanır" (29, 92). 
Müəllif bir qədər sonra isə deyir: 
"İskitlər  ölkəsi  genişdir  və  çox  uzaqlara  qədər  uzanaraq  şərqdə  sereslər 
ölkəsinə çatır. Sereslər öz tarixlərinin əvvəlində Xəzər dənizi sahilində yaşayırdılar" 
(29,  92).  İordandan  öncə  haqlarında  Strabon,  Dionisiy  Perieqet,  Appollodor  və  b. 
müəlliflərin  əsərlərində  də  söz  açılan  bu  xalq  barədə  mütəxəssislər  müxtəlif 
fərziyyələr irəli sürsələr də, bir fikirdə yekdil olmuşlar ki, İordanın dövründə bu xalq 
Çin  sərhədində  yaşayırdı,  əsl  adları  da  "ser"  və  ya  "sir"  idi.  Yəni  "seres" 
formasındakı  sonuncu  iki  hərfin  əmələ  gətirdiyi  "es"  qədim  yunan  dilində  isimlərə 
artırılan adlıq hal şəkilçisidir, sözün kökü isə "ser" və ya "sir"dir (23, 112-113). 
Eramızın I əsrində ser (sir) xalqı və onun yerləşdiyi coğrafiya haqqında ən ilk 
məlumat verənlərdən biri Pomponiy Mela (I əsr) olmuşdur. O, Asiya qitəsindən söz 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
34 
34 
açarkən,  bu  xalqı  iskitlər  və  hindlilərlə  birlikdə,  qonşu  xalqlar  kimi  qeyd  etmişdir. 
Eyni əsrdə  yaşamış Dionisiy Perieqet isə serləri sak, toxar və frunlarla birlikdə  yad 
etməkdədir. 
II əsr müəllifi Klavdi Ptolomey yazır: 
"İmay  dağının  o  biri  tərəfində  yerləşən  İskitlər  ölkəsininin  (Skifiyanın) 
sərhədlərini qərb tərəfdən dağın bu tərəfində yerləşən İskitlər ölkəsi (Skifiya), şimal 
tərəfdən  həmin  dağın  şimalında  yaşayan  Saklar  ölkəsi,  şərqdən  isə  serlər  ölkəsi 
(Serika) təşkil edir". 
Klavdi Ptolomey Serika, yəni Serlər (sirlər) ölkəsi haqqında bunları bildirir: 
"Serikanın böyük ərazisi ilə əsasən iki çay axır. Mənbəyinin birini, artıq qeyd etdi-
yimiz kimi, Avzakiya dağı yaxınlarında olan Oyxard çayının, digər mənbəyi isə Asmi-
reya dağlarının yaxınlığında, 174 dərəcə - 47 dərəcə 30 dəqiqədə yerləşir..." (28, 7-10). 
Digər qolların və çayın da koordinatlarını dəqiq göstərən böyük coğrafiyaşünas 
alim  bu  ölkənin  şəhərlərinin  -  Damna,  Piada,  Asmireya  və  Froananın  da  coğrafi 
koordinatlarını göstərmiş, ölkədə və qonşuluqda yaşayan xalqları da qeyd etmişdir:  
“Serika (Türk – sirlər ölkəsi) qərbdən İmay dağının o tayında uzunluq dairəsi 
üzrə  yerləşən  İskitiya  (Skifiya,  İskitlər  ölkəsi)  ilə,  şimaldan  Fuludan  keçən  paralel 
xətt  üzrə  uzanan  bataqlıq  torpaqlarla,  şərqdən  son  ucu  180◦  /  63◦  və  180◦  /  35◦ 
arasında  yerləşən  naməlum  torpaqlarla,  cənubdan  isə  öncə  Qanq  çayının  o  tayında 
yerləşən  Hindistanla,  173◦  /  35◦  xətti  ilə,  sonra  isə  eyni  xətt  üzrə  sonu  bilinməyən 
Çinlə əhatələnmişdir. 
Serikadan (Türk - sirlər ölkəsindən) keçən dağlar bunlardır: Son ucu 153◦/ 60◦ 
və 171◦/ 56◦ arasında  yerləşən “Annib” adlandırılan dağlar; 167◦ / 47◦30′ və 174◦ / 
47◦30′ arasında yerləşən Avzak dağlarının şərq tərəfi; 167 / 47◦30′ və 174◦ / 47◦30′ 
arasında yerləşən və “Asmirey” adlandırılan dağlar; son ucu 162◦ / 44◦ və 171◦ / 40◦ 
arasında qalan Kasi dağları; ortası 170◦ / 43◦ - yə düşən Faqur dağı; sonu 165◦ / 36◦ 
ilə əhatələnən, bəzən “Ser” (Sir) də adlandırılan Emod dağları və 169° / 36° və 176° 
/ 39° arasında qalan Ottorokara dağı. 
Serikanın bütün ərazisi boyu əsasən iki çay axır: Bir mənbəyini yeri artıq qeyd 
edilmiş  Avzak  dağlarından,  digər  mənbəyini  isə  Asmirey  dağlarından  (174°  / 
47°30′) alan, 160° / 49°30′ üzrə Kasi dağlarına tərəf istiqamətlənən və bir qolunu da 
oradan  (161°  /  44°15′)  alan  Oyxard  və  mənbələrini  eynilə  Kasi  (160°  /  43◦), 
Ottorkara (176° / 39°) və Emod (160° / 37°) dağlarından alan Bautis. 
Serikanın şəhərlərinin adları bunlardır: Damna  - 156° / 51° 40′; Piada -160° / 
49°40′; Asmireya - 170° / 48° 20′; Aspakara - 162°30′ / 42°40′; Drosaxa - 167°40′ / 
42°30′;  Paliana  -  162°30′  /  41°-;  Abraqana  -  163°30′  /  39°30;  Foqara  -171°20′  / 
39°40′; Daksata - 174◦ / 39◦40′; Orosana - 162◦ / 37◦30′; Ottorokara - 165° / 37°15′; 
Solana - 169° / 37°30′; paytaxt Sera - 169° / 37°30′... 
Paytaxt  Sera  14  saat  45  dəqiqəyə  bərabər  olan  ən  uzun  günə  sahibdir  və 
Aleksandriyadan  (İskəndəriyyədən)  7  saat  50  dəqiqə  və  ya  tam  8  saat  şərqdə 
yerləşir...” (28, 7-10). 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə