Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə15/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   11   12   13   14   15   16   17   18   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
35 
35 
İordanın  yazdıqlarından  isə  ser  (sir)  xalqının  öncə  Xəzər  sahillərində 
yaşadıqları  və  sonradan  Orta  Asiya,  Çin  və  Monqolustan  tərəflərə  köç  etdikləri 
aydınlaşır  (29,  92).  Sir  və  ya  ser  xalqının  kim  olduğunu  biz  Orxon-Yenisey 
abidələrindən  öyrənirik.  Belə  ki,  uzun  müddət  Göytürk  xaqanlarının  vəziri  olmuş 
Tonyuquq  ucaltdırdığı  abidədə  özünün  mənsub  olduğu  xalqı  "türk  sir  xalqı" 
adlandırır. Sözügedən abidənin 3 və 4-cü sətirlərində oxuyuruq: 
" Türk sir bodun yerintə bod kalmadı" (Türk sir xalqının yerində boy qalmadı). 
(11, 117). 
Eyni abidənin 11-ci sətrində isə deyilir: 
"Türk  sir  bodun  yerintə  idi  yorımazun"(Türk  sir  xalqının  yerində  yiyə 
yürüməsin) (11, 118). 
Tonyuquq  abidəsinin  60,  61  və  62-ci  sətirlərində  də  eyni  etnonim  ilə 
rastlaşırıq: 
"Kapağan  kağan  türk  sir  bodun  yerintə  bod  yəmə,  bodun  yəmə,  kisi  yəmə  idi 
yok  ertəçi  erti.  İltəris  kağan,  Tonyukuk  kazğantuk  üçün  Kapağan  kağan,  türk  sir 
bodun yorıduku... Türk Bilgə kağan türk sir bodunığ igidü olurur" (Kapağan xaqanın 
türk  sir  xalqını  yürində  bir  nəfər  də,  xalq  da,  adam  da  sahib  olmayacaqdı.  İltəris 
xaqan,  müdrik  Tonyuquq  qazandığı  üçün  Kapağan  xaqanın  türk  sir  xalqı 
yaşamaqdadır.  Türk  müdrik  xaqanı  türk  sir  xalqını,  oğuz  xalqını  yüksəldərək  taxtda 
oturur) (11, 121).  Maraqlıdır ki, sözügedən abidədə Tonyuquq türk sir xalqını ardına 
alıb  Ötügenə,  yəni  Türk  Xaqanlığının  mərkəzi  olan  və  bugünkü  Monqolustan  əra-
zisində yerləşən əraziyə gətirdiyindən söz açmaqda və keçdiyi yerlər sırasında Dəmir 
Qapının, yəni Dərbəndin də adını çəkməkdədir: 
"Kəlürtüm ög türk bodunığ Ötükən yerkə ben özüm bilgə Tonyukuk" (Doğma 
türk  xalqını  Ötügen  yerinə  mən  -  müdrik  Tonyuquq  özüm  gətirdim.  17  -  ci  sətir) 
(11,118).  "Təmir Kapığa  təgi irtimiz, anta  yanturtımız... Ol küntə təgdi  türk bodun 
Təmir Kapığka" (Dəmir qapıya təki çatdıq, oradan qaytardıq... Həmin gün türk xalqı 
Dəmir qapıya çatdı. 45 - 46 - cı sətirlər) (11, 120). 
Bütün  bu  deyilənlərə  qədim  Çin  mənbələrində  Xəzərin  qərbindən  gəldikləri 
bildirilən türklərin Çin qaynaqlarında adı "Kapan Pu" kimi çəkilən ilk xaqanlarının 
adının  "Tonyuquq"  abidəsindəki  Qapağan  xaqanın  adı  ilə  səsləşməsini  də  əlavə 
etmək lazımdır.  
Türklərin  qədim  Çin  mənbələrində  əbədiləşərək  dövrümüzə  gəlib  çatan  “Boz 
qurd” dastanının, daha doğrusu, qurda totem münasibətinin Qafqaz xalqları içərisində 
geniş yayılması da türk - sirlərin coğrafi areal baxımından Qafqaz mənşəli olmasının 
əlavə sübutu kimi gözdən keçirilə bilər. Məlumat üçün bildirək ki, bənzər mifik süjetə 
osetinlərin, xevsurların, çeçenlərin, meqrellərin və b. Qafqaz xalqlarının əsatirlərində 
də  rast  gəlinir.  Azərbaycanda  qeydə  alınmış  bir  mif  isə  Çin  qaynaqlarında  qeydə 
alınmış mifin cüzi fərqlər nəzərə alınmazsa, demək olar ki, tam əsli mahiyyətindədir: 
Bir  tayfa  varımış.  Bı  tayfanın  başçısı  sonsuzmuş.  Çox  qurbannan,  nəzir-
niyazdan sora bının bir oğlu olur. Uşax dörd-beş yaşına çatır, əmmə yeriyəmmir, heş 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
36 
36 
ayax  üsdə  durammır.  Dədəsi  başdıyır  ağlamağa  ki,  bə  mən  ölənnən  sora  bı  şikəs 
oğlumun  axırı  nolacax?  Elə  bı  vaxdı  düşmannar  basqın  eliyillər,  bı  tayfanı  qırıp-
çatıllar. Bütün kişiləri öldürüp, arvad-uşağı qul eliyillər. Bı uşağı da şikəs olduğuna 
görə  aparmıllar,  atıllar  bir  daşın  dibinə  ki,  qurt-quş  yesin.  Düşmannar  tutduxları 
əsirləri  də  götürüp  gedənnən  sora  bir  canavar  gəlir.  Uşağı  əmizdirir,  sora  götürüp 
aparır öz yuvasına, başlıyır bını saxlayıp bəsləməyə. Neçə illər keçir, uşağın ayaxları 
açılır. Özü də bir pəhlivan olur. Nərəsi gələndə şir, pələh girməyə deşik axtarır. Oğ-
lanın  adı  hər  yana  yayılır.  Düşmannar  da  bının  sorağın  eşidip  gəlillər  onu  öldür-
məyə. Ancax bir  yannan oğlan, o biri  yannan da canavar bınnarın əhədin kəsir, bir 
nəfərin belə sağ bıraxmayıp hammısın öldürür. Sora gedir tayfasınnan sağ qalannarı 
da qurtarır, gəlillər öz torpaxlarına, oğlanı başçı seçip başdıyıllar yaşamağa. 
O  vaxdan  bı  tayfaya  qurtlar  tayfası  deyillər.  Naxçıvanın  qurtlar  məhləsi  də 
onnardan qalmadı (2, 43-44). Yeri gəlmişkən qeyd edək ki, Mirəli Sеyidоv Göyçay, 
Şamaxı,  Qarabağ,  Naxçıvan,  Оrdubad,  Təbriz,  Gəncə  və  s.  şəhərlərdə  qurd 
məhəlləsi, qurd mеydanı оlduğunu qеyd еtmişdir (13, 72). 
Məhsəti  İsmayıl  Rüstəm  qızının  yazdığına  görə,  “Qurdlar  məhəlləsi”  sadəcə 
yеrə vеrilən ad оlmamışdır. Bu adlar məlum tayfaların adından da götürülə bilər:  
“1177-ci  ildə  Misirdə  Еyyubilər  sülaləsinin  hakimiyyətinin  əsasını  qоymuş 
Azərbaycan  türkü  Əli  Səlahəddinin  tayfa  adı  qurddur.  Sultan  Səlahəddinə:  “Siz 
kürdmüsünüz?” sualına о: “Xеyr, biz Azərbaycandanıq, əmim Şirkuh dеyərdi ki, Biz 
əz-zib  –  yəni  qurd  tayfasındanıq”.  Görkəmli  alim  Əbülfəz  Еlçibəy  ərəb  alimi  İbn  
Xəlliqanın  «Görkəmli  adamların  ölüm  tarixi»  (Vəfayat  əl-Ayan)  əsərində  bu 
mənbəni  axtarmış  və  alim  İbn  Xəlliqan  bеlə  məlumat  vеrmişdir:  “Şirkuh  dеmişdir 
ki, bizim nеsеbimiz (sоy-kökümüz) Gök Bоri (Göy Qurd)-dir!” (7, 136).  
Azərbaycandan toplanan  və  müəyyən qədər uyğurların “Köç”  və göytürklərin 
“Ergenekon”  dastanlarıyla  səsləşən  başqa  bir  mifoloji  mətn  isə  daha  böyük  maraq 
doğurur. “Köç” dastanının qısa məzmunu belədir: 
Müqəddəs  buyruğa  əməl  edən  xalq  böyük  bir  yurdu  tərk  edərək  köçə 
hazırlaşdı.  Yola  düzəldilər.  Durub  dayanmadan,  yorulmaq  bilmədən  getdilər, 
getdilər.  Hara  getdiklərini,  harda  dayanacaqlarını  bilmirdilər.  Bu  zaman  onların 
qarşısına göy tüklü, göy yallı bir qurd çıxdı və onların qabağına düşdü. Uyğurlar da 
qurdu  tanrının  göndərdiyini  başa  düşüb  onun  dalınca  getdilər.  Qurd  gətirib  onları 
dümdüz ovalıq bir yerə çıxardı. Uyğurlar burada yerləşib yurd saldılar (4, 37). Azər-
baycandan toplanmış mifoloji mətnlərdən birində isə deyilir: 
Allahdan  vəh  gəlir,  Nuh  peyğəmbər  də  insanlara  deyir,  söylüyür  ki,  bə  tufan 
olacax, dünyanın üzünü su alacax. Heş kim bına inanmır. Nuh peyğəmbər bir gəmi 
qəyirir, bütün cannılardan bir cüt qoyur gəmiyə. Bunun yeddi oğlu varımış, oğlanna-
rınnan  altısı gəmiyə minir, biri minmir, deyir ki, su gələndə çıxaram dağın başına, 
mənə heş zad olmaz. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə