Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə2/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   2   3   4   5   6   7   8   9   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 


Pərinaz Sadıqlı. Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərindəki  
atalar sözləri tarixi qaynaq kimi...............................................................................161 
Qara Namazov. Koroğlu və Giziroğlu Mustafa bəy..............................................167 
Şəbnəm Məmmədli. Tarixi fakt və hadisələr Qaraqalpaq eposu “Qırx qız”da..... 171 
Sönməz Abbaslı. Tarixi şəxsiyyətlərlə bağlı regional lətifələr...............................176 
Şəfəq Əliyeva. Dastana çevrilmiş tarix, yaxud “ədalətli”  Şah Abbas ...................180 
Tofiq Nəcəfli. Azərbaycanda Cəlalilər hərəkatı və Koroğlu..................................186 
Ülkər Əliyeva. Qəhrəmanlıq eposlarımız “Azərbaycan yurd bilgisi”ndə......195  
Vəfa İbrahimova. Aşıq Qurbaninin şeirlərində Şah İsmayıl Xətai obrazi.............206 
Vəfa İsgəndərova. Xalq nağıllarında yaşayan tariximiz.........................................210 
Xaləddin Xəlilli. Azərbaycan tarix elmi və folklor.................................................215 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 


Adil Cəmil, f.ü.f.d., 
AMEA Folklor İnstitutu, 
 aparıcı elmi işçi 
 
MANAS: TARİXİ VARİSLİKDƏN ƏDƏBİ VARİSLİYƏ 
 
Özət 
Məqalədə  qırğız  eposunun  baş  qəhrəmanı  Manasın  tarixi  şəxsiyyət  olması 
məsələsinə aydınlıq gətirilir. “Manas” eposunu və Manası yetirən tarixi mühit təhlilə 
cəlb  olunur,  əfsanə  qəhrəmanı  ilə  əfsanəvi  qəhrəman  problemi  fərqli  şəkildə 
dəyərləndirilir. 
Açar sözlər: Manas, tarixi şəxsiyyət, əfsanəvi qəhrəman 
 
Резюме 
В  статье  на  фактическом  материале  раскрывается  историческая  личность 
главного героя киргизского эпоса “Манас”. Анализируется историческая среда, 
в  которой  созданы  эпос  и,  собственно,  сам  герой  эпоса  -  Манас,  также  в 
своеобразной форме оценивается проблема легендарного героя и героя легенды. 
Ключевые слова: Манас, историческая личность, легендарный герой 
 
Summary 
The article actually clears up the historical figure of the hero of the Kirgiz epic 
Manas.  The  historical  sphere  which  create  the  epos  “Manas”  and  Manas  is 
analyzied,  the  problem  of  the  hero  of  the  legend  and  the  legendary  hero  are 
estimated differently. 
Keywords: Manas, a historical figure, a legendary hero 
 
*** 
Türk tarixinin görkəmli tədqiqatçısı L. N. Qumilyov öz araşdırmalarında “qara 
örtüklər” altında qalmış bəşəri həqiqətlərlə üz-üzə dayanarkən təəssüf hissini gizlədə 
bilməyərək  deyir:  “İnsanlıq  tarixində  qədim  türklərin  çox  önəmli  xidmətləri  var, 
lakin  bu  xalqın  tarixi  indiyədək  yazılmayıb”  [1.4].  Güman  edirik  ki,  ədəbi  qay-
naqlarımız, yazılı və şifahi söz sənəti nümunələrimiz, qədim kitabə və kitablarımız; 
“Bilqamıs”,  “Orxon-Yenisey”,  “Dədə  Qorqud”,  “Alpamış”,  “Ural-Batır”,  “Ər-
Töştük”,  “Manas”...kimi  ulu  dəyərlərimiz,  qiymətli  incilərimiz  bu  tarixin  dürüst 
yazılışına  həqiqi  yardımçı  ola  bilər.  Tarixin  gerçək  izlərini  saxtalaşdırılmış  sal-
namələrdə  yox,  öz  ilkinlik  və  bəkarətini  saxlamış  ədəbi-bədii  örnəklərdə  axtarmaq 
həqiqətə daha çox yaxınlaşmaq deməkdir.  
Xalqın  yaratdığı  sənət  abidələri  mühitin  olaylarından  yan  keçə  bilməz. 
Fikrimin  təsdiqi  naminə  İpək  yolunun  Orta  Asiya  istiqamətləri  barədə  məlumat 
verən  L.N.Qumilyovun  “Qədim  türklər”  əsərinin  “İpək  və  karvan  yolu”  bölməsin-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 


dəki  marşrutun  konkret  sxeminə  diqqət  yetirək:  “Karvan  yolu  Qaoçandan  (Çin 
ərazisi)  başlayırdı.  Onun  bir  qolu  Tyan-Şanın  cənub  silsiləsindən  –  Qaraşəhər, 
Küçör və Ağsudan keçib İssık-Gölə, Çu vadisinə, ordan da Talas və İsfar vadilərinə 
qədər uzanırdı” [1. 54]. “Manas” eposunda oxuyuruq: 
“...Noqay oğlu bu Cakıb 
Aral üstdə yaşayıb,  
Yaxın olub Altaya
Ağsu adlı bir çaya. 
Küçör adlı şəhərdən  
Sovqat da gəldi hərdən. 
Sürüsünün oylağı-  
Qaraşəhər yaylağı “[2. 67]. 
Dastanda adları çəkilən  toponimlər İpək  və Karvan  yolunun cənubi Tyan-Şan 
istiqamətlərini  bir  daha  təsdiqləyir.  Və  burada  işlənmiş  “Küçördən  gələn  sovqat” 
arqumenti  istər-istəməz  diqqətimizi  cəlb  edir.  İpək  yolunun  keçdiyi  ölkələr  Çin 
tacirlərindən  konkret  məbləğdə  təyin  olunmuş  gömrük  haqqı,  daha  doğrusu, 
torpaqbasdı alırdılar. Cakıb bəyin Küçördən aldığı “sovqat” da məhz buna işarədir. 
Göründüyü  kimi,  tarixi  həqiqətlə  bədii  həqiqətin  uyarlığı  tədqiqata  cəlb  olunan 
dövrün, mühitin özünə bir aydınlıq gətirir. 
Şərqdən  Qərbə  uzanan  Böyük  İpək  yolunun  Avrasiya  mədəniyyətinin 
tərəqqisində də xüsusi rolu inkarolunmazdır. Bu yoldan keçən müxtəlif karvanların 
əlvan  etnik  tərkibi,  onların  öz  sinələrində  gəzdirdikləri  folklor  inciləri  köçəri, 
yarımköçəri xalqlarla ədəbi-bədii inteqrasiyaya münbit şərait  yaratmışdır. Ayrı-ayrı 
xalqların,  etnik  qrupların,  tayfaların  şifahi  ədəbiyyatı  bu  “inteqrasiya”dan 
bəhrələnərək bəşər sivilizasiyasına öz dəyərli töhfələrini vermişdir. Hesab edirik ki, 
“Manas” da bu mənəvi yetkinlik, ədəbi- bədii inteqrasiya dövründən “sıyrılmış” sivil 
idrakın məhsuludur. 
Adətən  “Manas”ın  yaranış  dövrünü  IX-X  əsrlərə  ünvanlayırlar.  Uyğun  tarix 
belədir.  Eposun  mühiti  IX-X  əsrlərin  mühitinə  tam  uyğunluq  təşkil  edir.  “Ma-
nas”dan  əvvəlki  dövrün  ictimai-siyasi  ab-havasını,  mənəvi  iqlimini  öyrənməklə 
eposun  hansı  tarixi  zəmində  yarandığını,  formalaşdığını  öyrənmiş  oluruq.  Bu 
baxımdan  VII-VIII  əsrlərdə  Yenisey  ətrafında  mövcud  olmuş  qırğız  xaqanlığının 
tarixini nəzərdən qaçırmağa haqqımız yoxdur. Faktdır ki, “VII-VIII əsrlərdə Yenisey 
ətrafında  qırğız  xaqanlığı  yaranmışdır.  Bu,  başda  xaqan  olmaqla  bir  neçə  tayfanın 
birliyi  idi.  Həmin  tayfaların  ümumtürk  və  uyğur  mədəniyyətində  öz  payları  vardı” 
[3. 10]. 
Lakin  güclülərlə  gücsüzlərin  yerdəyişmə  qanunları  tarixin  təkərini  müxtəlif 
istiqamətlərə  fırlatdığından  qaliblərin  məğlub,  məğlubların  qalib  olduğunu  da 
görmüşük...  Türk  xaqanlığının  süqutundan  sonra  (VIII  əsr)  bu  xaqanlığın  50  il 
vassalı olmuş uyğurlar hakimiyyətə gələrək qırğızları da özlərinə tabe edirlər. Di gəl 
ki,  uyğurların  hakimiyyətinə  tabe  olmaq  istəməyən  qırğızlar  bu  xaqanlığa  qarşı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə