Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə22/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   18   19   20   21   22   23   24   25   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
50 
50 
“Tarix”  (1676-cı  il)  əsərində  təkrarlayır:  “Qədim  zamanlarda  türkmən  tayfalarının 
içərisində  müqəddəs  bir  mömin  var  idi.  Onun  adı  Qorqud  ata  idi.  Bir  gün  o,  belə 
buyurdu  ki,  Oğuz  xanın  vəsiyyətinə  görə,  səltənət  sonda  Qayı  xanın  nəvə-
nəticələrinə  keçəcəkdir.  Bu,  sona  qədər  belə  davam  edəcəkdir”  (8,  43-44.).  Bütün 
bunları  araşdıran  V.V.  Bartold  belə  bir  fikir  ortaya  atır  ki,  bəs  görəsən,  bu  sözləri 
tarixçi Əli Yazıçıoğlu Dədə Qorqudun dilindən götürüb,  yoxsa əksinə, özü artırıb? 
Göründüyü  kimi,  Dədə  Qorquda  istinadən  verilən  bu  öncəgörmənin  tarixi  ənənəsi 
şübhə altına düşür. Orta əsrlərin məşhur tarixçisi Rəşidəddinin (XIV əsrin əvvəli) və 
Əbülqazi xan Xivəlinin (1660-cı  il) məlumatlarına görə, “Dədə Qorqudun  əfsanəvi 
zamanlarında,  yəni  IX-X  əsrlərdə  Oğuz  xanları  Qayı  tayfasından  seçilirdilər. 
Rəşidəddin  məlumat  verir  ki,  Dədə  Qorqud  Bayat  tayfasındandır.  O,  ağsaqqaldır, 
müdrik  tayfa  başçısıdır,  gələcəkdən  xəbər  verən  ozan  və  öncəgörən  idi”  (1,  527-
544).  Bu  məsələ  “Kitabi-Dədə  Qorqud”da  daha  geniş  əksini  tapır.  Orada  Dədə 
Qorqudun Bayat boyundan olduğu  verilir. Bu iki mənbədəki məlumatların üst-üstə 
düşməsini  qədim  ənənələr  təsdiqləyir.  Bunlardan  fərqli  olaraq  Əbülqazinin  
göstərdiyi “Dədə Qorqudun əsli Qayı tayfasındandır” (9, 56-57) sözləri görünür ki, 
yenidir,  daha  doğrusu,  dastana  əlavə  edilib.  Bu  da  çox  güman  ki,  Qayı  tayfasının 
adının  xüsusi  olaraq  qeyd  olunması  və  xanlığın  yalnız  onlara  məxsus  olduğunu 
əsaslandırmaqdan  irəli  gəlir.  Əbülqazinin  məlumatına  görə,  Qayı  Oğuz  xaqanın 
böyük  nəvəsidir.    Oğuz  xanları  və  onların  nəvələri  də  Dədə  Qorqud  zamanında  
xüsusi seçilirdilər (9, 50).  
Diqqətlə fikir versəniz, dastana olunan bu əlavə Osmanlı hakimiyyəti dövründə 
əlavə  olunub  və  Osmanlı  iqtidarının  maraqlarına  xidmət  edirdi.  Maraqlıdır  ki, 
Səlcuqlarım  imperiyası  zamanında  Dədə  Qorqudun  bu  cür  peyğəmbərliyi  barədə 
yazmağa  əsas  yox  idi.  Bu  mənada  V.V.  Bartoldun  fikirləri  yerinə  düşür.  O,  hesab 
edir  ki,  bu  məsələnin  ortaya  çıxması,  xüsusilə  də,  XV  əsrdən  tez  olmayaraq 
osmanlılar  arasında  yayılması  Ağqoyunlu  sülaləsi  (Bayandurilər  sülaləsi)  ilə 
osmanlılar  (Qayı  tayfası)  arasındakı  rəqabətlə  bağlıdır  (1,  528).  Belə  olan  halda, 
doğrudan  da,  Dədə  Qorqudun  dastandakı  öncəgörməsi  (xanlığın  Qayı  tayfasına 
məxsus olması barədə - D.Ə.) şübhə altına düşür. Buradan belə çıxır ki, bu artırma 
ya  Əli  Yazıçıoğlunun  vətənpərvərlik  ehtimallarıdır,  ya  da  həmin  dövrdə  dastanı 
tərtib edənlərin ona əlavəsidir (1, 528). Tədqiqatçılardan K.İnostrançev qeyd edir ki, 
XV  əsrin  II  yarısında  Osmanlı  yüksək  dairələri  (feodalları)  arasında  oğuzların 
həyatına  dair  epik  rəvayətlər  çox  məşhur  idi.  Bunu  həmin  dövrdə  Sultan  II 
Bəyazidin oğluna Qorqud, qardaşı oğluna Oğuzxan adlarının verilməsi də sübut edir. 
Hər  iki  şahzadənin  doğum  illəri  XV  əsrin  60-70-ci  illərini  əhatə  edir.  V.A.  Qord-
levski  də  göstərir  ki,  XV  əsrdə  Osmanlı  sultanları  özlərini  səlcuqların  qanuni 
varisləri sayırdılar. Bununla da hesab edirdilər ki, özlərinin əcdadları olan oğuzların 
tayfa ənənələrinin birmənalı şəkildə qoruyucularıdırlar. Belə olan halda hesab etmək 
olar  ki,  məhz  bu  şəraitdə  şifahi  şəkildə  olan  oğuz  epik  rəvayətləri  yazıya  alınaraq 
“Dədə Qorqud kitabı” adı altında birləşdirilib. Elə bu ərəfədə də Əli Yazıçıoğlunun 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
51 
51 
vətənpərvərliyi ona bəzi əlavələr etməyə imkan vermişdir (1, 528; 7, 52-53). Dastan-
ların tədqiqi sübut edir ki, oğuzlar haqqında olan rəvayətlərin tarixi daha qədimdir. 
Amma XV əsrdə onlar  yenidən  işlənərək “Dədə Qorqud kitabı” halına salınmışdır. 
Tədqiqatçılara görə, bu proses XV əsrin II yarısında daha aktual olmuşdur. Məsələn, 
V.V.  Bartold  yazır  ki,  Ağqoyunlular  dövləti  parçalandıqdan  sonra  türkmən 
eposlarının  saxlanma  ənənəsi  XV  əsrin  II  yarısında  daha  da  yaxşılaşdı  (10,  476). 
Apardığımız  tədqiqatlar  sübut  edir  ki,  bu  dastanlar  XV  əsrdən  qabaq  yazıya 
alınmışdır. Lakin türk dünyasında birincilik uğrunda mübarizə aparan Ağqoyunlu və 
osmanlılar zamanında dastanlar  yenidən  yazıya alınanda onların maraqlarına uyğun 
olaraq  ona  əlavələr  olunmuşdur.  Dastanlara  olan  əlavələr  içərisində  Ağqoyunlu-
Trabzon  əlaqələri  xüsusi  yer  tutur.  Onlar  arasındakı  qarşılıqlı  münasibətlər  tarixi 
mənbələrdə  geniş  əksini  tapıb.  Lakin  kitabda    bir  neçə  boyda  bu  əlaqələrə  işarələr 
vardır.  Beləliklə,  kitabın  bir  neçə  boyunda  Ağqoyunlu  tayfa  izlərinə  rast  gəlmək 
mümkündür.  Daha  doğrusu,  əlavələr  özünü  açıq  şəkildə  göstərir  ki,  ağqoyunlular 
tərəfindən edilib. Belə əlavələrdən biri “Dirsə xan oğlu Buğac xan boyu”na  edilən 
əlavədir.  Boyun  əvvəlində  göstərilir  ki,  “Bir  gün  Qam  Ğan  oğlu  Bayındır  xan 
yerindən durmuşdu. Şamı günlüyünü  yer üzündə qurdurmuşdu. Hündür alaçığı göy 
üzünə dirənmişdi. Min yerdə ipək xalça döşənmişdi... Xanlar xanı Bayındır xan ildə 
bir dəfə şadlıq edib, oğuz bəylərini qonaq edərdi. Yenə şadlıq məclisi qurub, atdan 
ayğır, dəvədən buğra, qoyundan qoç qırdırmışdı. Bir yerdə ağ otaq, bir yerdə qırmızı 
otaq,  bir  yerdə  qara  otaq  qurdurmuşdu,  “kimin  oğlu-qızı  yoxdusa,  qara  otaqda 
oturdun,  altına  qara  keçə  döşəyin,  önünə  qara  qoyun  ətinin  qovurmasından  gətirin. 
Yeyir yesin, yemirsə dursun getsin” demişdi. “Oğlu olanı ağ otağa, qızı olanı qırmızı 
otağa yerləşdirin. Oğlu-qızı olmayanı Allah qarğayıb, biz də qarğıyarıq, qoy bilsin” 
– demişdi (5, 132). Bir neçə boyu çıxmaq şərtilə dastanlarda xanlar xanı Bayandır 
xanın adı çəkilir. Onun adı daha çox rəmzi məna daşıyır. Bəllidir ki, Bayandır xan 
Ağqoyunlu  tayfa  ittifaqının  başçısı  sayılır.  Dastanın  tədqiqatçılarından  olan  V.V. 
Bartold  da  bununla  bağlı  yazır  ki,  “Kitabı-Dədə  Qorqud”  dastanlarında  adı  keçən 
Bayandır  xan  çox  güman  ki,  Ağqoyunlular  sülaləsinin  əsasını  qoyan  bayandurilər 
nəslinə işarədir (10, 476). Bəllidir ki, oğuz dastanlarını toyda-mağarda şifahi şəkildə 
danışan ozanlar ustadnamə əvəzi kimi Dədə Qorqud barədə məlumat  vermiş, onun 
ibrətamiz  fikirlərini  xatırlatmış,  ilk  oğuz  həyat  və  məişətindən  maraqlı  epizodlar 
söyləməklə  dinləyicilərin  diqqətini  səfərbər  etməyə  çalışmışlar.  Həmin 
“müqəddimə” “Kitabi-Dədə Qorqud”un  yazıya köçürüldüyü zamandan mövcuddur. 
Lakin  sonrakı  yazılı  nüsxələrdə  müqəddimə  mətninə  bəzi  dini,  siyasi-ictimai 
əlavələr  (yaxud  ixtisarlar)  edilmişdir.  Ümumiyyətlə,  belə  dəyişikliklər  boyların 
mətnlərində  də  baş  vermişdir  (5,  18).  Hesab  edirik  ki,  dastanlarda  Bayandır  xanın 
adının  çəkilməsi  az  şey  demir.  Bu  ad  ağqoyunlulara  birbaşa  işarədir.  Bu  məsələ 
V.M. Jirmunski  və VV. Bartoldun tədqiqatlarında da öz əksini tapmışdır. Onlar da 
qeyd edirlər ki, XIV əsrin sonlarından başlayaraq XV əsrin ortalarına qədərki dövr 
bayandurilərə  məxsus  Ağqoyunlu  tayfa  ittifaqının  siyası  və  hərbi  hegemonluğu 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə