Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə4/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   2   3   4   5   6   7   8   9   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
10 
10 
Поскольку первоначальные мифы, мифологические эpoсы в древние времена, 
сыграли  роль  истории  в  нашем  периоде.  Иными  словами,  мифы,  легенды 
считались для самих огузов историей. 
В-четвертых,  при  использовании  фольклорных  памятников  в  качестве 
исторического  источника  нельзя  упускать  из  виду  что,  история  отраженная  в 
фольклоре  является  художественном  образом.  Несомненно,  этот  образ 
получил  свой  источник  из  исторических  событий.  Конечно,  этот  образ 
охватывает не одно историческое событие и не одну историческую личность.  
В-пятых,  историки,  использующие  фольклорную  поэтику,  должны 
хорошо знать ее законы, а также фольклористы затрагивающие исторические 
вопросы, должны глубоко изучить исторические события.  
Ключевые слова: фольклор, история, миф, Огузнаме 
 
Summary 
The  relations  of  folklore  and  history  generally  surround  wide  and  complex 
problems. Approching this issue the following thesises must be taken mainly. First, 
folklore-carriers, i.e folklore creators have accepted it as a historical reality. 
Second, if historical events or personalites living in folklore texts are accepted 
as history, not as folklore images, it drops the investigators to the confusion. 
Third,  it  is  possible  to  rever  folklore  monuments  especially  learning  heroic 
eposes of the real history. Because primary myths, mythological eposes had played 
the role that the history  science played in ancient times.  These myths, eposes have 
been considered as history for Oguzs.  
Fourth, using the folklore monuments as a historical source being the literary 
image  of  history  in  folklore  must  be  never  neglected.  No  doubt  this  image  has 
received its source from the historical events. But the same image doesn’t represent 
the historical event or a concrete historical personality.  
Fifth,  the  historians  using  the  folklore  texts  must  know  the  objective  laws  of 
the folklore poetics, as well as the folklorists speaking about the historical events in 
folklore texts must learn the historical events that they wanted to touch. 
Key words: folklore, history, myth, Oguzname.  
 
*  *  * 
Folklor  ilə  tarixin  münasibətlərindən  danışarkən  ilk  növbədə  diqqəti  bu 
münasibətlərin  ümumən  genişliyi  və  mürəkkəbliyi  cəlb  edir.  Məsələnin  genişliyi 
onunla bağlıdır ki, folklorun tarixi gerçəkliklə  bağlılığı, tarixi hadisələrin  folklorda 
əks olunması, folklorun tarixi hadisələrə münasibətdə yaddaş rolunu oynaması təkcə 
folklor mətnləri ilə tarixi hadisələrin münasibətlərini əhatə etmir. Bu münasibətlərin 
çevrəsi  çox  geniş  olub,  ümumiyyətlə,  insan  yaradılışının,  onun  şüurunun  psi-
xogenetik, etnogenetik, linqvogenetik və s. də daxil olmaqla çox geniş məsələlərini 
əhatə  edir.  Qədim  tarixin  folklorda  əks  olunması  hər  hansı  tarixi  hadisənin,  yaxud 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
11 
11 
tarixi  şəxsiyyətin  folklor  obrazının  yaradılması  ilə  məhdudlaşmır.  Burada 
düşünüldüyündən çox geniş məsələlər var. Folklor həm də dünyagörüşüdür. Xalqın 
öz  tarixi  boyunca  qavrayıb  mənəvi  təcrübəyə  çevirdiyi  nə  varsa,  folklorda  əks 
olunur. Demək, folklor ilə tarixin münasibətləri, əslində, daha geniş mənada həm də 
şüur və gerçəklik münasibətləri deməkdir.  
Folklor  və  tarix  münasibətləri  digər  tərəfdən  mürəkkəb  məsələdir.  Məsələnin 
mürəkkəbliyi onunla bağlıdır ki, tarix, yəni tarixi hadisələr, insanı əhatə edən gerçəklik, 
bütövlükdə obyektiv reallıq folklorda olduğu kimi əks olunmur. Folklor nümunələrində 
əks olunmuş tarixi gerçəklik folklorda olduğu kimi yox, obrazlaşmış şəkildə əks olunur. 
Yəni  tarixi  hadisə  və  şəxsiyyətlər  folklor  mətnlərində  əks  olunana  qədər  uzun  və 
mürəkkəb obrazlaşma mərhələsindən keçir. Bu məsələnin iki mühüm tərəfi var: 
a) Bunlardan birincisi odur ki, folklor daşıyıcıları, yəni folkloru yaradanlar onu 
tarixi gerçəklik kimi qəbul etmişlər.  
b) İkincisi ondan ibarətdir ki, əgər folklor mətnlərində yaşayan tarixi hadisə və 
şəxsiyyətlər folklor obrazları kimi yox, birbaşa tarixin özü kimi qəbul olunarsa, onda 
tədqiqatçıları dolaşıqlıqlara salar.  
Qeyd  olunan  hər  iki  məsələ  çox  mühümdür.  Çünki  tarixçilər  bir  çox  hallarda 
folklor abidələrinə, xüsusilə qəhrəmanlıq dastanlarına üz tutur, onlardan tarixi qaynaq 
kimi  istifadə  edirlər.  Lakin  bəzən  folklorşünaslar  buna  etiraz  edir,  qəhrəmanlıq 
eposlarında əks olunmuş tarixin bədii obraz olduğunu irəli sürürlər. Beləliklə, folklor 
abidələrindən tarixi qaynaq kimi istifadə edilib-edilməməsi, əslində, bir problem kimi 
qarşımıza çıxır. Biz bu məsələlər barəsində oğuz türklərinin qəhrəmanlıq ənənələrini 
əks etdirən «Oğuznamə» eposu əsasında danışmaq istəyirik. 
Bildiyimiz  kimi,  dastanlar  qəhrəmanlıq  dastanları  və  məhəbbət  dastanları 
olmaqla iki qrupa ayrılır. Qəhrəmanlıq dastanları məhəbbət dastanlarına nisbətən daha 
qədimdir. Tədqiqatçıların qənaətinə görə, Azərbaycan məhəbbət dastanları orta əsrlər-
də qəhrəmanlıq  dastanları  əsasında  yaranmışdır.  Lakin  bu, o  demək  deyildir  ki,  orta 
əsrlərə  qədər  xalqın  sevgi  hissləri  dastanlaşmamışdır.  Bilirik  ki,  dastanlar  xalq 
mənəviyyatının  güzgüsüdür.  Bu  cəhətdən  məhəbbət  mövzusu  dastan  yaradıcılığının 
lap  başlanğıcından  var  olmuşdur.  Sadəcə  olaraq,  orta  əsrlər  məhəbbət  dastanları 
meydana  çıxana  qədər  məhəbbət  motivləri  qəhrəmanlıq  idealına  tabe  olmuş  və 
qəhrəmanlıq dastanlarının poetikasında qəhrəmancasına  elçilik  motivi  şəklində  ifadə 
olunmuşdur. «Kitabi-Dədə Qorqud» oğuznamələrindəki sevgi motivlərini xatırlayaq. 
Burada ülvi sevgi idealı böyük bir coşqu ilə tərənnüm olunur. Lakin bu sevgi motivi 
məhəbbət dastanlarında olduğu kimi dastan poetikasının aparıcı motivini təşkil etmir. 
«Koroğlu»  dastanının, demək  olar  ki,  bütün  qolları  toyla  –  məhəbbətin  təntənəsi  ilə 
başa  çatır.  Lakin  burada  təsvir  olunan  sevgi  bütün  hallarda  cəngavər  sevgisi  olub, 
qəhrəmanlıq idealına tabedir. 
Maraqlıdır  ki,  qədim  oğuz  dastanları  olan  oğuznamələrdə  təsvir  olunan 
hadisələr  oğuzlar  tərəfindən  tarixi  həqiqət  kimi  qəbul  olunurdu.  Bu  dastanlara 
ozanların  ifasında  qulaq  asan  oğuzlar  təsvir  olunmuş  hadisələri  heç  də  uydurma, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə