Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə5/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   2   3   4   5   6   7   8   9   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
12 
12 
nağıl kimi qəbul etmir, onları oğuz babalarının başına gəlmiş həqiqi hadisələr kimi 
qavrayırdılar. Hətta bizə bu gün uydurma, fantastik görünən hadisələri belə oğuzlar 
əsl  həqiqət,  olmuş  əhvalatlar  kimi  görürdülər.  Məsələn,  «Kitabi-Dədə  Qorqud» 
eposunun  sonuncu  boyunda  İç  Oğuzla  Daş  Oğuzun  arasında  baş  verən  konfliktin 
təsvirinə  müasir  oxucu,  o  cümlədən  tədqiqatçı  şübhə  ilə  yanaşmaz  (1,  s.  123-126). 
Çünki  belə  etnosdaxili  konfliktlər  bütün  qədim  xalqların,  o  cümlədən  oğuzların 
tarixi üçün səciyyəvidir. Lakin eposun Qonur Qoca Sarı Çobanla Pəri qızı, Basatla 
Təpəgöz arasındakı hadisələrdən bəhs edən səkkizinci boyunu (1, s. 98-103) müasir 
tədqiqatçı  tarixi  reallıq  kimi  qəbul  etməz.  Çünki  burada  mifologiya  var.  Və 
məsələnin bütün aldadıcı tərəfləri də elə mifologiya ilə bağlıdır. 
Məşhur  rus  eposşünas  alimi  Boris  Nikolayeviç  Putilov  slavyan  və  türk 
qəhrəmanlıq  dastanları  əsasında  yazdığı  «Qəhrəmanlıq  eposu  və  gerçəklik»  adlı 
monoqrafiyasında  göstərir:  «Təzadlı  cəhət  ondan  ibarətdir  ki,  dastanlardakı  epik 
hadisələrin  nə  qədər  fantastik  və  şərti  uydurma  olmasından  asılı  olmayaraq,  mühit 
onları  dəyişməz  olaraq  gerçəklikdə  baş  vermiş  hadisələr  kimi  qəbul  edir.  Folklor 
mühiti  dastanlarda  təsvir  olunmuş  epik  dünyanı  həqiqətdə  baş  vermiş  hadisələrin 
fantastik  təsviri  kimi  yox,  əcdadlarının  başlarına  gəlmiş  həqiqi  hadisələr  kimi  başa 
düşür» (2, s. 17). 
Bəs  bunun  səbəbi  nədir?  Nəyə  görə  insanlar  dastanlardakı  mifik  obrazları, 
fantastik  varlıqları  uydurma  kimi  yox,  həqiqət  kimi  qəbul  edirdilər?  Məsələ 
burasındadır ki, bu gün mifləri uydurma, fantaziya kimi qəbul edən bizlərdən fərqli 
olaraq, qədim  insanlar  mifləri  həqiqət,  tarixin özü kimi başa düşürdülər. Rus alimi 
M.İ.Steblin-Kamenski  özünün  «Mif»  adlı  əsərində  yazır  ki,  mifə  münasibətdə  bir 
şey  mübahisəsiz  aydındır:  mifin  nə  dərəcədə  qeyri-həqiqət  olmasından  asılı 
olmayaraq o, yarandığı və yaşadığı yerdə həqiqət kimi qəbul olunan hekayətdir (3, s. 
4).  Yəni  mifin  məzmunu  bu  gün  bizə  necə  görünürsə-görünsün,  mifi  yarandanlar, 
dünyanı mif qanunları əsasında yaşayanlar üçün o, uydurma yox, həqiqət idi.  
Yaxud fransız alimi Klod Levi-Stros yazır ki, mif nə qədər ki mif kimi qavranılır, 
o, mif olaraq qalır (4, s. 194). Bu fikirdə də eyni məsələ qoyulub. Yəni o cəmiyyətdə ki 
miflər həqiqət olaraq qəbul olunur, onlar mif funksiyasını daşıyır. O cəmiyyətdə ki artıq 
miflərə  tarixi  həqiqət  kimi  yox,  uydurma  nağıl  kimi  yanaşırlar,  o  halda  həmin  miflər 
artıq mif yox, uydurma mətn sayılır. Demək, mifin əsas xüsusiyyəti ondan ibarətdir ki, 
onu  yaradanlar  mifə  nağıl  kimi  yox,  həqiqət  kimi  yanaşırdılar.  Miflərin  bütün  mə-
dəniyyətlərin başlanğıcı olduğunu xatırlasaq, onda belə nəticə çıxara bilərik ki, elə ilkin 
tarix  elmi  öz  başlanğıcını  birbaşa  mifdən  götürür.  Eyni  cəhəti  «Oğuznamə» 
dastanlarında da müşahidə etmək olar. 
Elmdə  «Oğuznamə»  eposunu  tarixi  və  ədəbi  oğuznamələr  olmaqla  iki  qrupa 
ayırırlar  (5,  s.  255).  «Oğuznamə»  eposu  məşhur  abidələrlə  təmsil  olunur.  Bütün 
oğuznamələr  mifik  əcdad  Oğuz  kağanın  doğulmasını,  Günəş  işığını  təmsil  edən 
birinci  arvadı,  Ağac  və  Su  ünsürlərini  təmsil  edən  ikinci  arvadı  ilə  evlənməsini, 
bunlardan Gün, Ay, Ulduz, Göy, Dağ, Dəniz adlı altı övladının doğulmasını, bu altı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
13 
13 
oğuldan  da  iyirmi  dörd  oğuz  tayfasının  yaranmasını  nəql  edən  kosmoqonik  miflə 
başlanır. Bu hekayət, doğrudan da, mifdir. Çünki burada Oğuzun anası Ay kağandır. 
Arvadları Günəşi, Ağacı və Suyu təmsil edirlər. Altı oğlu da, öz növbəsində, təbiət 
ünsürlərini təmsil edirlər. Lakin bu hekayət oğuzlar üçün çox müqəddəsdir. Oğuzlar 
onları,  indi  bizim  başa  düşdüyümüz  kimi,  mif  yox,  kimdən  və  necə  törəmələri 
haqqında tarixi həqiqət kimi qəbul edirdilər. 
İndi  isə  keçək  folklor  mətnlərində  yaşayan  tarixi  hadisə  və  şəxsiyyətlərin 
folklor  obrazları  kimi  yox,  birbaşa  tarixin  özü  kimi  qəbul  olunduğu  halda, 
tədqiqatçıları dolaşıqlığa sala bilməsi məsələsinə. 
Yenə  də  B.N.Putilov  göstərir  ki,  dastanlarda  təsvir  olunmuş  epik  cəmiyyət 
əsasında  müəyyən  tarixi  dövrün  cəmiyyətinin  mənzərəsinin  yaradılması  bir  çox 
hallarda  ümumnəzəri  yanlışlıqlarla  müşayiət  olunur.  Məsələ  burasındadır  ki, 
«klassik  epos  tarixi  cəmiyyətin  reallıqlarının  hansısa  hissələrindən  istifadə  etmək 
yolu ilə öz epik cəmiyyətini, öz tarixini, onun özünə məxsus olan variantını yaradır» 
(2, 46). 
Bu  sözlərdə  böyük  bir  həqiqət  vardır.  Yəni  qəhrəmanlıq  dastanlarında  təsvir 
olnmuş  cəmiyyətlər  öz  qaynağını  tarixi  cəmiyyətlərdən  götürsə  də,  tədqiqatçı 
ehtiyatlı olmalıdır. Məsələn, «Kitabi-Dədə Qorqud»dakı Oğuz eli, yaxud «Koroğlu» 
dastanındakı Çənlibel, paşaların, xanların yaşadığı cəmiyyət, şübhəsiz ki, öz obrazını 
tarixi  reallıqdan  almışdır.  Lakin  onları  birbaşa  sənədli  tarix  kimi  qəbul  etmək 
düzgün  deyil.  Burada  mühüm  bir  məsələni  unutmaq  olmaz.  Həmin  məsələ  ondan 
ibarətdir ki, tarix folklorda, o cümlədən dastanda obrazlaşır. Odur ki, «Kitabi-Dədə 
Qorqud» oğuznamələrindəki oğuz cəmiyyətinin oğuz tarixinin hər hansı dövründəki 
oğuz  cəmiyyətlərinin  hansısa  biri  ilə  birbaşa  eyniləşdirmək  olmaz.  Çünki  dastan 
yaşadıqca  yeni  dövrlərin  tarixi  hadisələrindən  müəyyən  cizgilər  daim  ona  əlavə 
olunur. Bütün bu deyilənlər bizə aşağıdakı qənaətlərə gəlməyə imkan verir: 
Birincisi,  folklor  abidələrindən,  xüsusilə  qəhrəmanlıq  dastanlarından  real 
tarixin  öyrənilməsi  zamanı  istifadə  mümkündür  və  lazımdır.  Çünki  ilkin  miflər, 
mifoloji eposlar elə qədim dövrlərdə tarix elminin indi oynadığı rolu oynayırdı. Yəni 
bu miflər, dastanlar oğuzlar üçün tarix sayılmışdır. 
İkincisi,  folklor  abidələrindən  tarixi  qaynaq  kimi  istifadə  edərkən  folklordakı 
tarixin bədii obraz olması heç vaxt nəzərdən qaçırılmamalıdır. Şübhəsiz ki, bu obraz 
öz  qaynağını  tarixi  hadisələrdən  almışdır.  Lakin  həmin  obraz  təkcə  bir-bir  tarixi 
hadisəni, yaxud konkret tarixi şəxsiyyəti təmsil etmir. Yəni folklor obrazlarının tarixlə 
əlaqəsi  arasıkəsilməz  prosesdir.  Məsələn,  Koroğlu  obrazı  öz  dövrünün 
qəhrəmanlıqları  ilə  bağlı  olduğu  kimi,  qədim  oğuz  çağının da qəhrəmanlıqlarını əks 
etdirir.  Bu,  o  deməkdir  ki,  Koroğlu  obrazının  əcdadı  mifik  Oğuz  kağan  obrazıdır. 
Əslində, Oğuz kağan obrazı Koroğlu obrazına transformasiya olunmuşdur. Bu, epik-
bədii transformasiyadır və tarixçi bunu hökmən nəzərə almalıdır. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə