Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə6/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   2   3   4   5   6   7   8   9   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
14 
14 
Üçüncüsü,  folklor  mətnlərindən  istifadə  edən  tarixçilər  folklor  poetikasının 
qanunauyğunluqlarına bələd olmalı, eləcə də folklor obrazlarının tarixi köklərindən 
danışmaq istəyən folklorşünaslar tarixi peşəkar səviyyədə bilməlidirlər. 
 
 
Qaynaqlar 
1.Kitabi-Dədə  Qorqud  (Müqəddimə,  tərtib  və  transkripsiya  F.Zeynalov  və 
S.Əlizadənindir). Yazıçı nəşriyyatı, Bakı, 1988, 265 s. 
2.  Путилов  Б.Н.  Героический  эпос  и  действительность,  Наука, 
Ленинград,1988, 225 с. 
3. Стеблин-Каменский М.И. Миф, Наука, Ленинград, 1976, 121 с. 
4. Леви-Строс К. Первобытное мышление Республика, Москва,1994,384с. 
5. Bayat F. Oğuznamə(lər) (Dədə Qorqud kitabı. Ensiklopedik lüğət). “Öndər” 
nəşriyyat, Bakı, 2004 
6.  Bayat  F.  Oğuz  epik  ənənəsi  və  «Oğuz  kağan»  dastanı.  Sabah,  Bakı,  1993, 
194 s. 
7.Əbülqazi  Bahadır  xan.  Şəcərei-Tərakimə  (Türkmənlərin  soy  kitabı).  Rus 
dilindən tərcümə edən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanın tərtibçisi 
İ.M.Osmanlı, Azərbaycan Milli Ensiklopediyası N-PB, Bakı, 2002, 146 s. 
8. Əbubəkr Tehrani. Kitabi-Diyarbəkriyyə. Fars dilindən tərcümə edən, ön söz 
və şərhlərin müəllifi R.Şükürova. “Elm” nəşriyyatı, Bakı, 1998, 336 s.  
9.  Mənzum  Oğuznamə.  Qədim  türkcədən  çevirən  və  ön  sözün  müəllifi 
İ.M.Osmanlı, “Ulu” nəşriyyatı, Bakı, 2005, 84 s. 
10.  Oğuznamələr.  İşləyib  çapa  hazırlayanlar:  K.V.Nərimanoğlu  və  F.Uğurlu, 
Bakı Universiteti nəşriyyatı, Bakı, 1993, 94 s. 
11.  Rəşidəddin  F.  Oğuznamə.  Fars  dilindən  tərcümə,  ön  söz  və  şərhlərin 
müəllifi R.M.Şükürovanındır, Azərbaycan Dövlət N-PB, Bakı, 1992, 72 s. 
12. Rəşidəddin. Oğuznamə.  Anadolu  türkcəsindən Azərbaycan dilinə çevirən, 
ön  söz  və  göstəricilərin  müəllifi  və  biblioqrafiyanın  tərtibçisi  İ.M.Osmanlı, 
Azərbaycan Milli Ensiklopediyası N-PB, Bakı, 2003 
13. Abulqazı. Şejerei terakime. Aşqabat, 1992, 74 s. 
14. Bekmıradov A. Andalıp xem Oquznamaçılık dəbi. Ilım, Aşqabat, 1987 
15.  Salar  Baba.  Oquz  ve  övlad  ve  etba  ve  bakı-ye  etrak  tarıxı.  Aşqabat, 
Türkmenistan, 1992, 95-119  
16.  Buxari  Xafiz-i  Tanış.  Şaraf-namayi  şaxi  (Kniqa  şaxskoy  slavı).  Per.  s 
persids.,  vved.,  prim.  i  ukazateli  M.A.Salaxetdinovoy.  Çastğ  1.  Nauka,  Moskva, 
1983, 543 s. 
17. Raşid-ad-Din F. Sbornik letopisey. T. 1-3, AN SSSR, M.-Leninqrad, 1946-
1960, 903 s. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
15 
15 
Almaz Ülvi (Binnətova), f.ü.e.d.,  
AMEA Nizami ad. Ədəbiyyat İnstitutu 
almazulvi1960@mail.ru 
 
ÖZBƏK FOLKLOR BİLİCİLƏRİ VƏ ABİDƏLƏRİ ÖZBƏK  
VƏ AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞINDA  
 
Özət 
Təqdim  olunmuş  məqalədə  Azərbaycan  -  özbək  folklorunun  Azərbaycanda 
öyrənilməsinə, eləcə də qarşılıqlı folklor əlaqələrinin müasir dövrümüzdə öyrənilmə-
si  məsələsinə  bəzi  nümunələr  müstəvisində  qısaca  da  olsa  diqqət  yetirilmişdir
Özbək  şifahi  xalq  ədəbiyyatı  bilicilərindən  Erqaş  Cümənbülbüloğlu,    Pulkan  Şair, 
Fazil  Yoldaşoğlu,  İslam  Şair  və  b.  və  özbək  abidələri  barədə  elmi-nəzəri 
araşdırmalar məruzədə əhatəli təqdim olunacaqdır. 
Açar  sözlər:  özbək  folkloru,  Azad  Nəbiyev,  Tura  Mirzəyev,  baxşi,  epos, 
nağılçı 
 
Резюме 
В  представленной  статье  рассматриваются  мастера  и  памятники 
узбекского фольклора в контексте исследований узбекских и азербайджанских 
фольклористов  и  делаются  научно-теоретические  заметки.  К  исследованию 
привлечены  такие  знатоки  устного  народного  творчества,  как  Эргаш 
Джуманбульбульоглы, Пулкан Шаир, Фазиль Йолдашоглы, Ислам Шаир и др. 
узбекские  сказители  дастанов,  также  исследована  проблема  письменной 
записи памятников устного народного творчества народных дастанов.  
Ключевые  слова:  узбекский  фольклор,  Азад  Набиев,  Тура  Мирзаев, 
бахши, епос, сказитель 
 
Summary 
In  this  article  the  investigation  problem  of  Azerbaijan-Uzbek  folklore  in 
Azerbaijan and the mutual folklore relations in modern period are looked through in 
some  examples  shortly.  In  the  report  the  scientific-theoretical  investigations  about   
Ergash  Jumanbulbuloglu,  Pulkan  Shair,  Fazil  Yoldashoglu,  Islam  Shair,  etc.  and 
Uzbek literary monuments will be also given. 
Keywords:  Uzbek  folklore,  Azad  Nabiyev,  Tura  Mirzayev,  Bakhshi,  epos, 
narrator 
 
*  *  * 
Dünya  xalqlarının  folklorunda  olduğu  kimi,  özbək  folkloru  da  epos  janrında 
olan əsərlərlə-dastanlar, epik poemalar, əfsanələr, nəğmə və bayatılar, atalar sözləri 
vasitəsilə  inkişaf  etmiş  və  yazılı  ədəbiyyatın  yaranışına  qədər  böyük  tarix 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
16 
16 
yaşamışdır.  Xalq  ruhunun,  milli  adət-ənənənin,  xalq  həyatının,  təfəkkürünün 
daşıyıcısı olan bu əsərlər şəksiz tarixi ədəbi abidələrdir.  
Müasir dövr ədəbiyyatşünaslığında türkdilli xalqların ədəbi–bədii  əlaqələri ilə 
yanaşı folklor əlaqələri də elmi mövzu olaraq daim diqqət mərkəzindədir. Məqalədə 
nəzər  salacağımız  problem  özbək  folklor  biliciləri  və  abidələri,  eyni  zamanda, 
Azərbaycan  və özbək  folklorşünaslarının bu mövzu ilə bağlı əsərləri barədə qısaca 
məlumat-qeydlər  və  qoyulan  məsələ  ilə  həmin  folklorşünasların  araşdırmaları 
kontekstində izlənir.  
Kimdir  özbək  folklor  biliciləri  və  baxşıləri?  Onlar  uzun  illər  xalq  arasında 
ağızdan  -  ağıza  yayılan  xalq  hikmətlərini,  dastanları,  nağılları,  əsatirləri  həm  el 
məclislərində söyləyən, yayan, həm də onları yazıya köçürən el sənətkarlarıdır.  
Özbək  baxşıləri  (dastan  söyləyənləri)  oxuyur,  söylədikləri  dastan  mətnini 
auditoriyanın  (onu  dinləyənlərin)  tələb  və  zövqünə  görə  dəyişdirə  bilmək  şansları 
olur.  Belə  improvizasiya  edən  dastan  söyləyənlər  –  baxşılər  “Şair”  deyə  fəxri  ad 
daşıyırlar. Bunlar içərisində ən məşhur şifahi xalq ədəbiyyatı bilicilərindən - özbək 
folklorşünaslıq  elmi  tarixində  adları  xüsusilə  möhürlənən  Erqaş  Cümənbülbüloğlu, 
Pulkan  Şair,  Fazil  Yoldaşoğlu,  İslam  Şair,  Abdulla  Şair,  Berdi  baxşi,  Səidmurad 
Pənahoğlu və b. adlarını çəkmək mümkündür. Bu baxşi – dastançıların topladıqları 
folklor nümunələrinə nəzər  salanda 300-ə qədər epik poemanın (dastanın) söyləmə 
yazılışını,  yüzdən  artıq  süjetli  folklor  əsərinin  toplandığını  görürük.  Onların 
içərisində  “Alpamış”,  “Yadqar”,  “Yusif  və  Əhməd”,  “Əlibəy  və  Balıbəy”,  “Yakka 
Əhməd”,  “Muradxan”,  “Rüstəmxan”,  “Şirin  və  Şəkər”,  “Gündoğmuş”,  “Arzugül”, 
“Giranxan”,  “Şeybanixan”,  olduqca  geniş  yayılmış  və  şöhrət  qazanmış  “Goroğlu” 
(40-dan  yuxarı  dastan-nağıldan  ibarətdir),  yeni  yaranmış  dastanlardan  “Cizzəxan 
üsyanı”,  “Məmədkərim  pəhləvan”,  “Həsən-batrak”,  “Mərdikar”,  “Açildav”  və 
başqalarının adlarını çəkmək mümkündür. Bu qədər əsərlərin-şifahi xalq ədəbiyyatı 
nümunələrinin  toplanıb  yazılması  özbək  xalq  ədəbiyyatının  nə  qədər  zəngin  və 
qədim olduğuna bariz misaldır. Bu əsərlərin toplanmasında əsas yeri olan xalq şairi 
Erqaş  Cümənbülbüloğlunun  adını  xüsusilə  qeyd  etmək  vacibdir.  O,  fenomen 
yaddaşa malik imiş.  
Bu  məqalədə  ən  məşhur  baxşı  və  şairlər  -  Erqaş  Cümənbülbüloğlu,  Pulkan 
Şair,  İslam  Şair,  Fazil  Yoldaşoğlu  haqqında  qısaca  məlumat-qeyd  verilir.  Onlar 
barədə özbək folklorçu alimləri, xüsusən Hadi Zərifov, Tura Mirzəyev kifayət qədər 
sanballı  elmi-nəzəri  araşdırmalar  ortaya  qoyublar.  Azərbaycan  alimlərindən  Pənah 
Xəlilovun və Azad Nəbiyevin tədqiqlərində az-çox məlumat olduğunu deyə bilərik. 
Erqaş  Cümənbülbüloğlu  (1870-1937)  istedadlı  cığatay  (özbək)  xalq  şair-
lərindən  biridir.  O,  1868-ci  ildə  hazırda  Nurata  adlanan  yerin  Kurkan  qışlağında 
anadan  olmuşdur.  Atası  Cümən  məşhur  şair  kimi  xalq  arasında  “Bülbül”  ləqəbi 
qazanmışdır.  Erqaş  ailəsinin  7  nəsli  şair-dastançı  kimi  tanınmışdı.  Erqaşın  atası 
Cümən  və  onun  əmiləri  Cassaq  və  Yarləqəb  məşhur  şairlərdən  olub  xalq  arasında 
böyük hörmət qazanmışdılar. Erqaşın atası onun 18 yaşı olanda dünyasını dəyişmiş 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə