Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə7/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   2   3   4   5   6   7   8   9   10   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
17 
17 
və ailənin bütün qayğıları onun üzərinə düşdüyündən o, çox ağır həyatla üzbəüz qal-
mışdır.  O  vaxtkı  ictimai  quruluşun  təsiri  altında  şair  tamamilə  yoxsul  vəziyyətə 
düşmüş,  buna  görə  də  yaşadığı  qışlağı  tərk  etmək  məcburiyyətində  qalmışdı.  O, 
Buxara  mədrəsəsində  fars  və  ərəb  dillərini,  eyni  zamanda  xəttatlıq  sənətini 
öyrənmişdir.  Orada  Nəvainin,  Füzulinin,  Hafizin,  Bedilin,  Məşrəbin,  Məhtim-
qulunun əsərlərini dönə-dönə oxumuşdur. Bütün bunlar təbii ki, onun yaradıcılığına 
da  öz  təsirini  göstərmişdir.  T.Mirzəyev  yazır  ki,  Erqaş  Cümənbülbüloğlunun 
söylədiyi  dastanlarda  klassik  ədəbiyyata  xas  üslub  və  rənglər,  bəzi  ştrixlər  gözə 
dəyir.  Bunlar  çox  güman  ki,  onun  zəngin  mütaliəsindən  doğan  qaynaqlardır.  Xalq 
ədəbiyyatının  mahir  bilicisi  Erqaş  Cümənbülbüloğlunun  yazıya  köçürdüyü 
“Gündoğmuş” dastanı lirik-fəlsəfi məzmunu  ilə daim diqqət mərkəzində olmuşdur. 
Bundan başqa, “Yekə Əhməd”, “Qızcıbəy”, “Əlibəy və Balıbəy”, “Dəlli”, “Rövşən-
xan”,  “Gündüz  və  Ulduz”,  “Xoşgəldi”,  “Xaldarxan”,  “Goroğlunun  doğuluşu  və 
uşaqlığı”,  “Həsənxan”,  “Avazxan”,  “Xuraman”,  “Nurəli”,  “Alpamış”,  “Yusif  və 
Əhməd”,  “Giranxan”,  “Aşıq  Qərib”,  “Vərqa  və  Gülşah”,  “Gümrü”,  “Tulumbiy”, 
“Məhtimqulu” dastanları da onun söyləmələrində yazıya köçürülmüşdür. 1926-28 və 
1936-37-ci illərdə bu və adları çəkilməyən onlarla dastan onun repertuarında yazıya 
alınmışdır.  Erqaş  Cümənbülbüloğlu  repressiya  qurbanlarındandır,  o,  1937-ci  ildə 
həbs olunmuş və güllələnmişdir.  
Fazil  Yoldaşoğlu  1872-ci  ildə  Bulunğur  rayonunun  Layçə  qışlağında  yoxsul 
ailədə  doğulmuşdur.  Beş  yaşından  atasını  itirən  Fazil  19  yaşına  qədər  bəylərin 
qapısında  işləmişdir.  O,  yerli  şairlərdən  Yoldaş,  Köldaş  və  Suyarla  dostlaşıb 
onlardan şairlik sənətini öyrənmişdir. Fazil Yoldaşoğlu görüb-keçirdiyi hadisələri öz 
yaradıcılığında  əks  etdirmişdir.  Özbək  ədəbiyyatı  qarşısındakı  ən  böyük 
xidmətlərindən  biri  folklor  nümunələrini-dastanları,  nağıl  və  rəvayətləri  yazıya 
almasıdır.  Onun  söyləməsi  ilə  30-a  qədər  əsər–şifahi  xalq  ədəbiyyatı  nümunəsi 
yazıya  alınmışdır:  “Alpamış”,  “Yadqar”,  “Yusif  və  Əhməd”,  “Malikə  ayyar”, 
“Məşrikə”,  “Zülfizatr”,  “Balaqardan”,  “Nurəli”,  “Avazxanın  ölüm  hökmü”, 
“İntizar”, “Cahangir”, “Muradxan”, “Rüstəm”, “Şirin və Şəkər”, “Fərhad və Şirin”, 
“Leyli  və  Məcnun”,  “Bəhram  və  Güləndam”,  “Zivərxan”  və  s.  dastanların  yazıya 
köçürülməsində müəlliflik etmişdir.  
O, Yoldaş Molla Muradoğlunun – Layçə qışlağında yaşayan üç şair qardaşdan 
biri  -  şagirdi  olmuşdur.  Yoldaş  Molla  Muradoğlunun  11  şagirdi  olmuşdur  ki, 
onlardan ən hazırcavabı, ən istedadlısı Fazil Yoldaşoğlu  idi. Qeyd edim ki, Yoldaş 
Molla  Muradoğlu  da,  öz  növbəsində,  məşhur  Yoldaşbülbülün  şagirdi  olmuşdur, 
sonrakı  illərdə  isə  onun  müəllimi  Məhəmməd  Şair  olmuşdur.  Fazil  Yoldaşoğlu 
1955-ci ildə vəfat etmişdir.  
İslam  Şair  Nəzər  oğlu  1874-cü  ildə  indiki  Səmərqənd  vilayətinin  Narpəy 
rayonunun  Ağdaş  qışlağında  çoban  ailəsində  doğulmuşdur.  O,  heyvandarlıqla 
məşğul olan atasına kömək etməklə yanaşı, səkkiz yaşından çalıb-oxumağa başlamış 
və  məşhur  Ernəzər  Şairə  şagird  olmuşdur.  Ernəzər  Şair  var  gücünü  əsirgəmədən 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
18 
18 
qəhrəmanlıq  dastanlarını  öz  şagirdinə  öyrətmişdir.  Məsələn,  İslam  Şair  “Xalbekə”, 
“Gündoğmuş”, “Alpamış”, “Arzugül”, “Rüstəmxan”, “Şirin və Şəkər”, “Gündüz və 
Ulduz”  və  başqa  dastan  və  qoşmaları  öz  ustadından  öyrənmişdir.  Ernəzər  Şair  öz 
şagirdini  Cümənbülbül  və  bir  sıra  xalq  şairləri  ilə  tanış  etmişdir.  O,  1953-cü  ildə 
vəfat etmişdir.  
Bu  və  bir  çox  digər  baxşılər,  şairlər  haqqında  kifayət  qədər  zəngin  elmi 
qaynaqlar folklorşünas Tura Mirzəyevin son illər nəşr etdirdiyi “Эпос и сказитель” 
əsərində yer almışdır. 
Məlumdur ki, Azad Nəbiyev Azərbaycan-özbək folklor əlaqələri müstəvisində 
böyük  işlər  görmüşdür.  Onun  namizədlik  dissertasiya  işi  “Koroğlu”  dastanında 
Koroğlu  surəti  (Azərbaycan-özbək  materialları  əsasında)”  (Bakı,  1971),  doktorluq 
dissertasiyası  isə “Azərbaycan-özbək  folklorunun qarşılıqlı əlaqəsi  və tipologiyası” 
(Tbilisi,  1981)  mövzularına  həsr  olunmuşdur.  Bu  mənada,  Azad  Nəbiyevin  istər 
Azərbaycan,  istərsə  özbək  folkloru,  hər  iki  xalqın  şifahi  xalq  ədəbiyyatının  tədqiqi 
sahəsində  xidmətləri  əvəzsizdir.  Hər  iki  xalqın  folklor  ənənələrini  gözəl  və 
mükəmməl  bilən  alim  müqayisəli  təhlil  çərçivəsində  elmi-nəzəri  baxımdan  tutarlı 
sözünü deyə bilmişdir. 
Azad  Nəbiyev  tədqiqatlarında  da  qeyd  edir  ki,  özbək  baxşı  və  dastançı 
məktəblərinin yaradıcılıq ənənəsi epik-romantik üslubda olduğundan, onlar müxtəlif 
süjetləri  öz  yaradıcılıq  ənənələrinə  uyğun  şəkildə  işləmişlər.  XIX  yüzilliyin  ikinci 
yarısından  sonra  özbək  dastançılığında  bu  ənənə  xüsusilə  güclənərək  Erqaş 
Cümənbülbüloğlu,  Pulkan  Şair,  İslam  Şair  və  Fazil  Yoldaşoğlunun  yaradıcılığında 
özünü əks etdirir. Elə bu yaradıcılıq ənənələri sayəsində dastanların böyük bir qismi 
xalq fantaziyasının qüdrəti ilə epik-romantik məzmuna yiyələnir. V.M. Jirmunski və 
H.T.Zərifovun  göstərdiyi  kimi,  dastançılar  tərəfindən  qoşulan  nəğmələrdə  vətəni 
müdafiə edən qəhrəmana böyük el məhəbbəti nəzərə çarpır.  
AMEA  müxbir  üzvü  A.Nəbiyev  adları  qeyd  olunan  elmi-tədqiqat  əsərlərində 
(dissertasiyalarında),  özbək  baxşi  və  dastançılarının  fəaliyyətini  –  folklor 
sahəsindəki  yaradıcılıqlarını,  yaradıcılıq  ənənələrini  “Koroğlu”  və  “Goroğlu” 
dastanları  kontekstində  elmi-nəzəri  aspektdə  araşdırır,  eyni  zamanda,  Azərbaycan-
özbək folklor əlaqələrinin oxşar və fərqli cəhətlərini müqayisəli şəkildə təhlilə cəlb 
edir.  Məşhur  özbək  folklorşünası,  filologiya  elmləri  doktoru,  professor  Tura 
Mirzəyev  Özbəkistan  Respublikası  Elmlər  Akademiyasının  Dil  və  Ədəbiyyat 
İnstitutunda  hazırladığı  “Эпос  и  сказитель”  adlı  fundamental  monoqrafiyasında 
məhz bu məsələlərin geniş elmi təhlilini təqdim etmişdir. Bu nəşr özbək folklorunun 
bir  sıra  aktual  məsələlərinin  dərin  elmi  təhlilindən  bəhs  edir.  Müəllif  adı  çəkilən 
əsərini üç bölmə daxilində qruplaşdırmışdır: I. Özbək xalq dastançıların mədəniyyəti 
və  onların  epik  repertuarının  xüsusiyyətləri:  [Epik  dastançıların  (baxşilərin) 
mədəniyyəti  və  dastan  söyləyənlərin  özünəməxsusluğu,  dastançılar  məktəbi, 
dastançıların ənənə və improvizasiya məsələləri, epik repertuarın təkmilləşdirilməsi 
və  zənginləşdirilməsi  məsələləri,  dastan  –  xalq  bilicilərinin  repertuarında  əsas  janr 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə