Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə89/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   85   86   87   88   89   90   91   92   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
194 
194 
döyüşdə Dəli Həsənin Anadolunun başına bəla olan 6 min silahdaşı öldürüldü. Dəli 
Həsən Bosniya bəylərbəyi olarkən xalqla yola getmədiyi üçün sultanın əmri ilə edam 
edildi [2, 405-406].  
Koroğlunun  yaxın  silahdaşlarından  biri  də  Kosa  Səfər  olmuşdu.  Onun  tarix 
şəxsiyyət  olduğunu  İsgəndər  bəy  Münşi  də  təsdiq  edir.  Onun  məlumatından  aydın 
olur ki, öncə Cəlalilər hərəkatında iştirak edən, sonralar Ərzurum hakimi olan Kosa 
Səfər Osmanlı ordusunun Azərbaycana  yürüşündə iştirak etmiş, osmanlıların 1605-
ci il noyabrın 7-də Sufiyan yaxınlığındakı ağır məğlubiyyətindən sonra əsir alınmış 
və edam olunmuşdur.   
Beləliklə,  Koroğlunun  və  yaxın  silahdaşları  olan  Giziroğlu  Mustafa  bəy,  Dəli 
Həsən, Kosa Səfər və mənbələrdə adı çəkilən, ancaq dastanda  yad edilməyən digər 
Cəlalilər tarixi şəxsiyyətlər olmuş, Azərbaycanda və qonşu ölkələrdə baş verən tarixi 
hadisələrdə yaxından iştirak etmişdilər. 
                                          
Qaynaqlar 
1. Ağdağ M. Celali üsyanları. Ankara, 1963. 
2.  Akağ  M.  Türk  halkının  dirlik  ve  düzenlik  kavkası.  “Celali  isyanları”. 
İstanbul, 1975. 
3. Аракел Даврижеци. Книга истории. Перевод с армянского, предисловие и 
комментарий Л.А.Ханларян. М., 1973. 
4. Azərbaycan tarixi. Yeddi cilddə, Üçüncü cild. Bakı, 1999.  
5.Бакиханов А.А. Гюлистан-и Ирам. Редаксия, комментарии, примечания 
и указатели академика АН АзССР З.Г.Буниятова. Баку, 1991. 
6.  Boratav  P.N.  Kör  Oğlunun  tarihi  şahsiyeti.  II.  Tarih  Kongresi  (Ankara,  12-20 
Kasım, 1943), Ankara, 1948, s. 124-129. 
7. Boratav N.P. Köroğlu destanı. Türkiyat Enstitüsü Yayınları, İstanbul, 1931. 
8. İsgəndər bəy Münşi. Tarix-i aləm aray-i Abbasi. Tehran, 1314 h.q. 
9.  Öztuna  Y.  Başlangıcından  zamanımıza  kadar  Türkiye  tarihi.  c.  8.  Ankara, 
1965. 
10.  Петрушевский  И.П.  Очерки  по  истории  феодальных  отношений  в 
Азербайджане и Армении в XVI – XIX вв. Л.. 1949. 
11. Рахмани А.А. Азербайджан в конце XVI и в XVII  веке. Баку, 1981. 
12.  Sümer  F.  Kör  Oğlu,  Kizir  Oğlu  Mustafa  ve  Demirçi  oğlu  ile  ilgili  vesikalar. 
Türk Dünyası Araştırmaları. Şubat 1987, s. 9-44. 
13. Тверитинова А. Восстание Кара-языджи – Дели Хасана в Турции. М.-
Л., 1946. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
195 
195 
Ülkər Əliyeva, f.ü.f.d.  
AMEA Folklor İnstitutu, böyük elmi işçi 
azfolklor@yandex.ru  
 
QƏHRƏMANLIQ EPOSLARIMIZ  
“AZƏRBAYCAN YURD BİLGİSİ”NDƏ 
 
Özət 
Məqalə  “Azərbaycan  yurd  bilgisi”  jurnalında  qəhrəmanlıq  eposunun 
tədqiqatına  həsr olunmuşdur.  Məqalədə XIX-XX  əsrin  tarixi  hadisələri  ətraflı 
analiz olunmuşdur. 
Açar sözlər: qəhrəmanlıq eposu, jurnal, tarix 
 
Summary 
The  article  is  dedicated  to  the  heroism  epos  in  “Azerbaijani  homeland 
knowledge”. In the article the historical events of the 19-20th century are analyzied 
in details.  
Key words: the heroic epos, magazine, history 
 
Резюме 
Статья  посвящена  исследованию  героического  эпоса  в  журнале 
«Азербайджан  юрд  билгиси».  В  статье  подробно  были  проанализированы 
исторические события XIX-XX веков. 
Ключевые слова: героический эпос, журнал, история 
 
*  *  * 
1932-34-54-ci  illərdə  İstanbulda  Əhməd  bəy  Cəfəroğlunun  redaktorluğu 
altında  nəşr  edilən  “Azərbaycan  Yurd  Bilgisi”  (6)  jurnalında  ardıcıl  olaraq 
Azərbaycan  ədəbiyyatının  müxtəlif  yönümlərdə  tədqiqi  ilə  bağlı  elmi  araşdırmalar 
dərc olunurdu. Bu baxımdan Azərbaycan şifahi xalq ədəbiyyatına jurnalda geniş yer 
verilmişdi.  Xalq  dastanları  və  aşıq  yaradıcılığı  bu  araşdırmaların  mərkəzində 
dayanmaqla jurnalda bayatılar, nağıllar, atalar sözləri və sayaçı nəğmələri barədə də 
orijinal  elmi  mülahizələr  söylənmiş,  onların  bədii-estetik  və  melopoetik  sistemini 
əks etdirən elmi təhlillər verilmişdir.  
Qeyd etmək lazımdır ki, “Azərbaycan Yurd Bilgisi” (6) nəşr olunduğu dövrdə 
sovet  Azərbaycanında  da  şifahi  xalq  ədəbiyyatı  ilə  bağlı  tədqiqat  işləri  aparılırdı. 
Lakin  həmin  tədqiqatlarda  sovet  ədəbiyyatşünaslığının  qanunlarına  uyğun  olaraq 
aşıq  yaradıcılığı  da  süni  şəkildə  sovetləşdirilirdi.  Bakıda  aşıq  yaradıcılığı  vulqar 
sosioloji  yönümdə araşdırıldığı halda, “Azərbaycan Yurd Bilgisi”ndə həmin mövzu 
heç bir təzyiqə məruz qalmadan obyektiv tarixi-mədəni və elmi- nəzəri əsaslar üzə-
rində  araşdırılırdı.  Yəni  aşıq  ədəbiyyatına  xas  olan  fəlsəfi-irfani  ideyalar,  ülvi 
məhəbbət,  güclü  vətənpərvərlik  və  o  cümlədən  istilaya  qarşı  mübarizə  mühacir 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
196 
196 
tədqiqatçıların  araşdırma  istıqamətinin  əsasını  təşkil  edirdi.  Azərbaycan  Yurd 
Bilgisi”nin  aşıq  yaradıcılığına  xüsusi  diqqət  yetirməsi  mühacirət  ədəbiyyatşünaslı-
ğında  Azərbaycan  milli-mənəvi  varlığının  əsas  sütunları  arasında  folklor 
sərvətlərinin, o cümlədən də, onun başlıca istiqamətlərindən biri olan aşıq sənətinin 
gerçək  elmi  dəyərini  vermək  istəyi  ilə  bağlı  idi.  Otuzuncu  illər  Azərbaycan  sovet 
folklorşünaslığında  aşıq  sənəti  ilə  ifrat  sol  əyintilərə  (aşıq  yaradıcılığında  zülm  və 
istismarın, dinin tənqidi, məzlumların müdafiəsi, kolxoz, neft, pambıq və s. mövzulu 
tədqiqatlar)  yol  verildiyi  zaman  “Azərbaycan  Yurd  Bilgisi”nin  obyektiv  elmi  prin-
siplər  əsasında  araşdırmalar  aparması  gələcəyi  düşünən  bir  hərəkatın  –  istiqlal 
mücadiləsinin yaşaması və davam etməsi kimi səciyyələnə bilər. 
“Azərbaycan  Yurd  Bilgisi”  dərgisində  Əhməd  Cəfəroğlu  “Azərbaycan  Ədə-
biyyatında  İstiqlal  Mücadiləsi”  adlı  4  hissəli  iri  həcmli  məqaləsini  məhz  xalqın 
istiqlaliyyəti uğrunda mübarizəsinə həsr etmişdir. Bu məqalədə Azərbaycan xalqının 
istiqlal  mücadiləsi  illərində  apardığı  mübarizədən,  qəhrəman  oğullarımızın 
şücaətindən,  onların  haqqında  yaranmış  dastanlardan  və  bu  dastanların  təhlilindən 
bəhs edilir. Məqalənin birinci hissəsində xalqın bu mübarizəsini geniş şəkildə təsvir 
edən  müəllif,  burada  “Cavad  xan”  dastanının  da  təhlilinə  geniş  yer  vermişdır. 
Dastandan  ayrı-ayrı  parçaları  misal  gətirən  müəllif  yazır  ki,  “Qafqazın  və  xüsusilə 
Azərbaycanın  ruslar  tərəfindən  istilası  və  milli  mücadiləsi  qanla  yazılmalıdır. 
Mürəkkəb  yerinə  istifadə  olunan  qanın  rus  tərəfindən  malını-pulunu  deyil,  əksinə 
milli  mövcudiyyətini,  varlığını  və  istiqlalının  tacı  uğrunda  axıdılan  Azərbaycan 
türkünün  qanı  ilə  yazılmalıdır.  Hələ  əzim,  silah  və  qüvvət  qarşısında  bir  ovuc 
istiqlalpərvər ordusu ilə “sən mənim ölümü qala divarının üzərindən taparsan” andı 
ilə  istiqlalını  itirməkdən  çox  öz  ölümünü  üstün  tutan  Cavad  xanların  və  Bakı 
xanlığının torpağına rusların  ayaq basmasına dözməyib rus generalını qətlə  yetirən 
Həmzələrin qanı ilə yazılmalıdır ki, həqiqi Azərbaycan tarixi anlaşıla bilsin” (8). 
Rus  tarixçilərinin  tarixi  təhrif  etmələrindən  şikayətlənən  müəllif  Sisianovun 
Cavad xana xitabən dediyi “milçəyin qarğa ilə müharibə etməsi mümkündürmü?” - 
sözlərinin  xalqın  yaddaşında  möhkəmlənərək  şifahi  xalq  ədəbiyyatında  özünə  yer 
tapmasını təqdirəlayiq hal hesab edir və düşünür ki, bu sözlər xalqın rus işğalçılarına 
olan nifrətini heç bir zaman azalmağa qoymayacaq. 
“Cavad  xan”  dastanının  təhlilini  Əbdürrəhman  Ağa  Dilbazın  şeirləri  əsasında 
aparan  müəllif  bu  dövrdə  yaranan  bir  çox  şifahi  xalq  ədəbiyyatı  nümunələrini  də 
tədqiqata  cəlb  etmişdir.  Qeyd  edək  ki,  Firudin  bəy  Köçərli  də  Əbdürrəhman  Ağanın 
Cavad  xana  yazdığı  müxəmməsini  o  dövrün  tədqiqi  üçün  əhəmiyyətli  hesab  edir  və 
yazır: “Mərhum Əbdürrəhman Ağanın əsərlərindən ən əhəmiyyətlisi Gəncə xanı Cavad 
xan  Ziyadoğlunun  rus  qoşunu  ilə  1804-cü  ildə  etdiyi  döyüşün  və  onun  göstərdiyi 
rəşadət və hünərin, ümumiyyətlə, bütün qəhrəmanlığı haqda yazdığı müxəmməsdir…”. 
Azərbaycan  ədəbiyyatında  istiqlal  mücadiləsinin  yetərincə  işıqlandırılmadı-
ğından şikayətlənən Ə.Cəfəroğlu özünün bu sahədəki araşdırmalarını aşağıdakı kimi 
qruplaşdırmışdır: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə