Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə9/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   5   6   7   8   9   10   11   12   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
22 
22 
Qeyd  etməliyəm  ki,  Abdulhakim  Acıyevin  müstəmləkəçilik  və  feodalizm 
əleyhinə  yazılan  yırlar bölgüsü ilə biz  razılaşa  bilmərik. Düşünürük ki,  bu bölgüdə 
Abdulhakim Acıyev tamamilə rus folklorunun təsirində qalmışdır. Çünki bildiyimiz 
kimi,  Rusiyada  ictimai-siyasi  formasiyanın  beş  növü  qəbul  edilir.  Bildiyimiz  kimi, 
materialist dünyagörüşlü marksist nəzəriyyəsinə görə, ictimai-siyasi formasiyanın 5 
forması  qəbul  olunmuşdu.  Bu  ictimai-siyasi  formasiya,  əslində  şərtidir.  Yəni  ki, 
bütün cəmiyyətlərə şamil etmək olmaz. Məsələn, qumuq folklorunda təhkimçilik və 
feodalizm  anlayışına  rast  gəlməyimiz  imkansızdır.  Fikrimizi  daha  da  açıqlığa 
qovuşdursaq, belə deməliyik ki, Rusiyada mövcud olan təhkimçilik türklərdə tətbiq 
olunmayıb.  Xüsusilə,  Şərq  aləmində  nökərin  özünün  ayrıca  bir  əmlakı  olub.  O, 
vergisini  ödəyib.  Qulun  da  özünün  vergisi  olub.  Şərq  aləmindəki  nökər  və  qul 
istədiyi  vaxt  ağasının  yanından  gedə  bilərdi.  O,  ağasının  sadəcə  nökəri  olub,  onun 
şəxsi əmlakı olmayıb. Ancaq Qərb aləmində vəziyyət bir qədər fərqli olub. Belə ki, 
Qərb aləmində qul ağasının malı olub. Kəndli öz ağasına təhkim olunub. O, ağasının 
yanından  gedə  bilməz,  azad  ola  bilməzdi.  Qul,  təhkimli  kəndli  ağasının  əmlakı 
sayılırdı.  Deməli,  K.  Marks  öz  nəzəriyyəsini  yazarkən  cəmiyyətlərin  və  xalqların 
xarakteristik  xüsusiyyətlərini  göz  önünə  almamış,  sadəcə  Rusiya  üçün  keçərli  olan 
nəzəriyyəni  bütün  dünya  sisteminə  aid  etmişdir.  Bu  da  öz  növbəsində  bir  çox 
çatışmayan  cəhətlərə  yol  açmışdır.  Yuri  Semyonov  da  buna  öz  münasibətini 
bildirmişdir:  “K.  Marks  qədim  şərq  sosial-tarixi  sisteminin  sosial-iqtisadi  xarakteri 
aydın  deyildi.  Lakin  onun  oxşarlığı,  eyni  zamanda  nəinki  burjuaziyada  hətta 
quldarlıq  və  feodalizmdəki  keyfiyyətcə  fərqliliyi  onu  şübhələndirməmişdir.  Ona 
görə  də  belə  bir  nəticəyə  gəlinmişdi  ki,  qədim  Şərqdə  istehsalın  asiyalıların 
adlandırdığı  antoqonist  növü  var.  Asiyanın  ictimai-iqtisadi  formasiyasına  Marks 
tarixdə  birinci  sinfi  forma  kimi  baxırdı  (12).  Y.  Semyonov  da  K.  Marksın  beş 
ictimai-siyasi  formasiyasının  bölgüsü  zamanı  Asiyada  xarakterik  olan  ictimai 
xüsusiyyətləri  nəzərə  almamışdı.  Görünür,  Abdulhakim  Acıyev  də  Marksın  bu 
bölgüsünün  təsiri  altında  qalmış  və  yırların  bölgüsü  zamanı  belə  bir  nüansa  yer 
vermişdir. Düşünürük ki, bu bölgü sünilikdən başqa bir xarakter daşımır. Tamamilə 
qumuq  folkloruna  ziddir.  Çünki  qumuq  folkloru  tamamilə  ümumtürk  kontekstinə 
köklənmişdir. Deməli, orda belə süni bölgülərin olması heç də xarakterik deyil.  
Abdulhakim  Acıyev  tarixi  yırları  erkən  tarixi  yırlar,  XIX  əsr  dağlıların 
mübarizəsi  nəticəsində  yaranmış  mahnılar,  1877-ci  il  üsyanı  haqqında  mahnılar, 
antifeodal və antimüstəmləkəçi mahnılar olaraq müəyyən kateqoriyalara bölüb. 
O,  erkən  tarixi  yırlara  “Molla  Nəsrəddin  və  Axsaq  Temirin  yırı”,  “Sultan 
Mutun yırı”, “Kazanbəy yırı”larını daxil edir. Düşünürük ki, “Minküllünün yırı” da 
erkən tarixi yırlara aiddir. Çünki yır özündə qədim dövrün izlərini daşımaqla yanaşı, 
həm də şumer dastanlarından da izlər daşıyır.  
Qumuq  yırları arasında “Minküllünün  yırı” tarixən ən qədim  yırlardan sayılır. 
“Minküllünün  yırı”  mövzu  baxımından  da,  poetik  nüanslarına  görə  də  çox  qədim 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
23 
23 
dövr türk mədəniyyətini özündə ehtiva edə bilir. Əsərdə Minküllünün itlərini özünün 
qardaşı adlandırması olduqca maraqlıdır: 
Qey meni koş inanqan uç itim! 
Ey mənim çox inandığım üç itim!  
Uç itim de nege bola – uç inim! 
Üç itim nədir, üç qardaşım! (2, 34) 
K. Sultanov Minküllünün itlərini özünün qardaşı deyə adlandırmasını mahnının 
tarixinin  müsəlmanlıqdan  öncəyə  gedib  çıxması  ilə  əlaqələndirmişdir  (5,15).  Qeyd 
etməliyəm ki, it sözünün sinonimi olan köpək müsbət anlamda istifadə olunurdu. Bu 
gün  dilimizdə  mövcud  olan  “köpəkoğlu”  sözü  də  bəzi  hallarda  müsbət  mənada 
işlənməkdədir.  Tarixdə  Köpək  oğulları  adlı  məşhur  bir  nəsil  olduğunu  da  bilirik. 
Oğuznamədə adı keçən bu nəsil haqqında Faruk Sümer aşağıdakıları  yazır: "Köpək 
oğulları haqqında məmlük tarixindəki qeydlər bundan ibarətdir. ...Osmanlı dövrünün 
ilk  illərində  əfşarların  başında  Tukak  bəy  oğlu  Əmənlik  bəy  dururdu.  Ancaq  bu 
bəylərlə  yuxarıdakı  adı  çəkilən  bəylərin  qohumluq  münasibətləri  haqqında  bir  şey 
söyləmək  mümkün  deyil.  Əfşar  Köpək  oğullarının  şəcərəsi:  Köpək,  onun  oğulları 
Hüseyin bəy, Əsləməz, Ay-Doğmuş, Sülü. Əsləməzin oğlu Məhmət..." (6, 265). 
Bundan  başqa,  “Şimali  Suriya  əfşarları  əsasən  üç  ailə  tərəfindən  idarə  olu-
nurdular. Bunlar Köpək oğulları, Gündüz oğulları və Kut bəy oğullarıdır. ....Köpək 
oğulları Antəp bölgəsində... yaşadığı məlumdur" (6, 262) məlumatını da oxuyuruq.  
Yırda  diqqəti  çəkən  başqa  bir  məqam  da  qəhrəmanın  çətin  anında  öz  həyat 
yoldaşını köməyə çağırmasıdır.  
Ayxanımqa belgi alıp barıqız 
Ayxanımı alıb bəri gəliniz 
Uç itimni birisi, 
Üç itimdən birisi 
İçindeki aslan tulpar tirisi 
İçindəki aslan güclüsü 
Ayxanım da belgi alıp bardı dey 
Ayxanımı eşidib gəldi deyir (2, 34). 
Qadınların ərləri ilə bərabər döyüşməsi, ərlərinin ən yaxın silahdaşı olması türk 
folkloru  üçün  xarakterik  bir  haldır.  Türk  salnaməsi  sayılan  “Kitabi-Dədə  Qorqud” 
dastanında da bir çox məqamlarda buna şahid oluruq: “Beyrək aydır: Baba, mana bir 
qız  alı  ver  kim,  mən  yerimdən  durmadın  ol  durgəc  gərək!  Mən  qarağac  atıma 
binmədən  ol  binmax  gərək!  Mən  qırıma  varmadan  ol,  mənə  baş  gətirmək  gərək! 
Bunun  kibi  qız  alı  ver,  baba,  mana”  –  dedi  (1,  56).  Beyrəyin  belə  bir  qız  istəməsi 
təsadüfi deyil. Çünki Beyrək özünə təkcə arvad yox, həm də arxa dayaq olacaq bir 
həyat yoldaşı istəyir. 
Həyat  yoldaşının ərinin çətin anlarında onu çıxılmaz situasiyadan çıxarmasını 
biz  “Dəli  Domrul”  boyunda  da  görə  bilirik.  Əzrayıl  ilə  savaşan  Dəli  Domrulun 
Allahın  bağışlaması  üçün  canının  əvəzinə  can  tapması  istəyinə  qarşılıq  onun 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə