Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə90/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   86   87   88   89   90   91   92   93   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
197 
197 
1.
 
Cavad xanın mücadiləsinə həsr olunan dastanlar və şeirlər
2.
 
Şimali Qafqazda Şeyx Şamil haqqındakı şeirlər; 
3.
 
Qaçaq dastanları və aşıq ədəbiyyatında rus istilasına qarşı yazılan şeirlər; 
4.
 
Azərbaycan vətənpərvər şeir məktəbi və milli cərəyan; 
5.
 
Son mühacirət dövrü istiqlal şeirləri. 
Cavad  xan  haqqında  ayrı-ayrı  dastanlardan  və  şeirlərdən  misallar  gətirərək 
Ə.Cəfəroğlu  rus  şovinizminin  təsiri  nəticəsində  Azərbaycan  ədəbiyyatında  bu 
mövzunun  yetərincə  dəyərləndirilmədiyini  yazır.  Bununla  bağlı  nə  isə  yazılsa  da, 
ciddi  təhlilə  yol  verilmir.  Müəllif  Cavad  xanın  mücadiləsinə  həsr  olunan  das-
tanlardan  və  şeirlərdən  misallar  gətirir.  Məsələn,  M.Şakirin  qələmə  aldığı 
“Qurbaninin üç mənzuməsi”ndən: 
Uğradı üstümə əmir hacısı, 
Dərunumdan çıxmaz yarın acısı, 
Qarabağda Ziyad xanın bacısı, 
Verildi mevladan ehsan dedilər - 
- şeir parçasını, Kərəmin dilindən: 
Bir güldüm Ziyad xanın bağında, 
Bülbüllər oxurdu sağımda, solumda, 
 
Qara Məlik gəl eləmə yamanlıq, 
Bu əhdi-ilqardan dönmək olurmu, 
Həya eylə, utanginən sozündən
Kəbə beytullahdan dönmək olurmu - 
- şeiri, Gəncəli Həsənin dilindən: 
Görən, bilən, eşidənlər yansunlar, 
Gör nə yaman oldu halı Gəncənin. 
Bizə imdat verməz padişahzadə, 
Məyər tutulubdur yolu Gəncənin. 
 
Baydakları bürc üstündə qurdular, 
Tifil uşaqları hamu qırdılar, 
O zaman ki, Cavad xanı vurdular, 
Sanasan qırıldı beli Gəncənin, 
- şeirini misal gətirə bilərik. Qeyd edək ki, Gəncəli Həsənin qələmə aldığı faciələr o 
dövrdə  yalnız  Gəncədə  deyil,  ruslar  tərəfindən  Azərbaycanın  bütün  bölgələrində 
törədildiyi  amansız  qətllər,  soyğunçuluq,  talançılıq,  amansız  vəhşiliklər  çox  aydın 
şəkildə təsvir olunmuşdur. 
Tarixdən  də  məlumdur  ki,  XVIII  əsrin  sonu  –  XIX  əsrin  əvvəllərində  Azər-
baycanın  daxili  və  xarici  siyasəti  çox  mürəkkəb  idi.  Bir  tərəfdə  öz  azadlığını 
qorumağa çalışan xalq, digər tərəfdə nəyin bahasına olursa-olsun, Qafqaza hakimlik 
etmək  istəyən Dəli Petronun  vəsiyyətlərinə sadiq Rus imperiyası, başqa bir  tərəfdə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
198 
198 
isə Rusiyanın  törətdiyi bu qanlı faciələrə Qafqazda digər  marağı olan dövlətlərin  – 
Qərbi  Avropanın,  xüsusilə  də  Fransanın  və  İngiltərənin  seyrci  nəzərlərlə  olanları 
izləməsi bu dövrün mürəkkəb və xaotik olmasından xəbər verir. 
Qeyd edək ki, hələ XVIII (1747) əsrdən Gəncə xanlığını Ziyadoğlular sülaləsi 
idarə  edirdi.  Bu  sülalənin  son  xanı  II  Şahverdi  xan  oğlu  Cavad  xan  XVIII  əsrin 
təqribən  üçüncü  rübündən  XIX  əsrin  başlanğıcına  -  yəni  1804-cü  ildə  Gəncənin 
ruslar  tərəfindən  istilasına  qədər  Gəncə  xanlığının  müstəqil-liyini  qoruyub 
saxlayaraq idarə etmişdir. 
1804-cü  ildə  Sisianovun  rəhbərliyi  altında  rus  ordusu  tərəfindən  Gəncə  xanı 
Cavad  xanın  qətlə  yetirilməsi  ilə  baş  verən  məşhur  tarixi  qətliam  nəticəsində 
Gəncənin  süqutu  şifahi  xalq  ədəbiyyatında  Cavad  xanla  bağlı  dastanların  yaran-
masına  təkan  verdi.  Əbdürrəhman  Ağa  Dilbaz  oğlunun  “Gəncə  qırğını”  adlı  şeiri 
buna  misal  ola  bilər.  Onu  da  qeyd  edək  ki,  Ə.Cəfəroğlu  bu  şeiri  “Cavad  xan” 
haqqında yazılmış dastanlardan hesab edib: 
Ey qazilər gəldi qəzadan bəla. 
Bir olmaz müsibət dövran eylədi. 
Yüz verdi qoqayi deşt-i Kerbela, 
Rus Gəncə şəhrini viran eylədi. 
 
Neyləsin bisahib evdə qalan can, 
Sübhu şam ah çəküp qan ağlaşan, qan. 
Gəl yetiş imdadə ya sahib zaman 
Kafir islam halin yaman eylədi… 
- yeddi bənddə xalqın münasibəti ilə yanaşı Cavad xanın iradəsi, qeyrəti, cəngavər-
liyi tərənnüm edilir.  
Firudin  Köçərli  göstərir  ki,  “əsil  Gəncə  faciəsini,  rus  ordusunun  zülm  və 
xunxarlığını,  nəhayət  Cavad  xanın  qəhrəmancasına  istiqlal  müdafiəsini  təsvir  edən 
ədəbi parça Əbdürrəhman Ağanın müxəmməs şəklində yazdığı ikinci bir dastandır”. 
“Azərbaycan Yurd Bilgisi” dərgisində Ə.Cəfəroğlu Əbdürrəhman  Ağa Dilbaz 
oğlunun  Cavad  xana  həsr  etdiyi  və  “natamam  nəşr  edlmiş  24  müxəmməsi”ni 
ixtisarlarla tədqiqata cəlb etmişdir(7). 
Müəllif  Əbdülrəhman  ağa  Dilbaz  oğlu  bu  müxəmməsdə  tarixin  bu  dövrünü 
“Çərxi kəcrəftar” adlandıraraq adəm atadan başlamış Cavad xanın şəhid olduğu günə 
kimi dünyanın insanı gah güldürüb, gah ağlatdığından onun faniliyindən bu fani dün-
yada  yalnız  yüksək  əxlaqi  zənginliyə  malik  olanların  gələcək  nəsillərə  şəxsi  əxlaqi 
zənginliyi ilə nümunə olanlardan söhbət açıb, qeyrəti, namusu, şərəfli adı ilə doğma 
xalqının  azadlığı  uğrunda  ürəkparası  oğlu  ilə  canından  artıq  sevdiyi  Gəncə  divarları 
üstündə şəhid olmuş Cavad xan haqqında müxəmməsinin birini belə yekunlaşdırır:  
Şahnamə şərhədəldən ol Cavad xan vəsfini, 
Mədən-i cud-i səxavət adlı divan vəsfini, 
Bilmiş Əflatun səmarın əhli meydan vəsfini, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
199 
199 
Hikməti Loğmandan artıq dərdə dərman vəsfini
Bir müxəmməs nəzmlə inşa qılım əşardan. 
Ə.Cəfəroğlunun misal gətirdiyi bu şeir parçası, bir növ, Gəncəyə, Cavad xana 
mərsiyə  deyir.  Ümumiyyətlə,  qeyd  etməliyik  ki,  Cavad  xanın  ölümü  və  Gəncənin 
işğalı bütövlükdə Azərbaycanın işğalı demək idi. Çünki həm xalqın əzmkarlığı, həm 
də  Gəncənin  strateji  əhəmiyyəti  Azərbaycanın  digər  bölgələrinin  də  özünümü-
dafiəsinə  mənəvi  dəstək  idi.  Müxəmməsin  digər  bəndlərində  Cavad  xanın  şəxsiy-
yətindən bəhs edən şair yazır: 
Gəncə şəhrində Cavad xan kim nə əyyam var idi, 
Sahibi lütfü ədalət sadık-ul ikrar idi, 
Hər şin feilində mahir, akıl-u hüşyar idi
Müxtəsər bir aləm ara imtahan sərdar idi, 
Gər nələr çəkdi qəzadan dövri bəd ətvardan(8). 
Bundan sonra şair Cavad xanın hakimiyyəti dövründə Şəki, Şirvan, Qarabağ və 
Dağıstana  etdiyi  yürüşləri  və  bu  müharibədən  kimlərin  zərər  çəkmədiyini  və  bu 
yürüşlərdən necə qalib çıxdığını təsvir edir. Hətta vali Baqratyanın belə Cavad xanla 
bacarmadığını tərənnüm edir.  
Müxəmməsin bu bəndləri XVIII əsrin sonu – XX əsrin əvvəllərində Gəncədə baş 
verən ictimai-siyasi vəziyyəti çox aydın şəkildə əks etdirir. Görünür, elə ona görə də rus 
şovinizminin təsiri altında əzilən Azərbaycanda Firudin bəy Köçərli “bu müxəmməsin 
çap  edilməsinin  bəzi  səbəblərə  görə  mümkün  olmadığını”  yazır.  Ə.Cəfəroğlu  isə, 
Əbdürrəhman  Ağa  Dilbaz  oğlunun  Cavad  xanın  döyüş  səhnələrini  əks  etdirən  bu 
müxəmməsinin bir hissəsini “Azərbaycan Yurd Bilgisi” dərgisində nəşr etdirmişdir: 
Yığdı ləşkər, girdi meydana ədavət qıldılar, 
Qıldılar adayi ol dəmdə fəraqət qıldılar. 
Xub doğuşdu Gəncə xalqı bir rəşadət qıldılar, 
Haqq yolunda bəzi kəs oldəm şəhadət qıldılar. 
Döndü geri, girdilər ol qalaya naçardan, 
-  şeirində  Cavad  xanın  gəncəlilərdən  ibarət  nizami  qoşun  yaratması  tərənnüm 
olunur. Ancaq Cavad xan ağıllı bir dövlət başçısı, tədbirli bir sərkərdə olduğu üçün 
rus  qoşununun  hərbi  gücünü,  döyüş  sursatı  və  şəxsi  heyətin  sayını  gördükdə  öz 
qoşununu qala divarlarının içərisinə çəkir. Əbəs qırğına yol vermir. Az güclə böyük 
ordu  ilə  müharibə  qovğasından  çəkinmir.  Gecə-gündüz  mühasirədə  olan  şəhərini 
müdafiə edərək  şəxsi qəhrəmanlıq göstərir. Millətinə, xalqına ruh  verir. Cavad xan 
qalanı  tərk  edib,  sağ-salamat  ruslardan  da  yayınıb  gedənləri  görsə  də,  öz  qürurunu 
saxlayır. Təslim olmaqdansa, şərəfli ölümü üstün tutur. Hələ ki, canında nəfəs var bu 
çağırılmamış qonaqlardan bacardıqca çox məhv etməyə can atır. Bu şəxsi keyfiyyət, 
milli mentalitet müəllifin yaradıcı ruhunu riqqətə gətirir. O, Cavad xanın müsibətini 
imam Hüseyn müsibətinə bənzədir: 
Sinəsindən urdular olmuşdu ol dəm biqərar
Bir yanar el kimsəni ol dəmdə qıldı xaküsar, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə