Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə91/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   87   88   89   90   91   92   93   94   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
200 
200 
Yerbəyer həmlə edüb tiy urdular məcruhu zar, 
Yadına düşdü o dəm şah-ı Hüseyni dilfikar, 
İstədi feyzi şəhadət hakimi cəbbardan  
…İmam  Hüseyn  də  Kərbala  düzündə  oğlu  Ələsgər  və  Ələkbərlə  birgə  şəhid 
olub.  Bu  mücadilədə  Cavad  xanla  birgə  oğlu  Hüseynqulu  xan  da  çiyin-çiyinə  vu-
ruşmuşdur.  Cavad  xan  haqqında  yaranan  dastanlarda  onun  da  adı  igid,  ərən  kimi 
çəkilir.  O,  bu  döyüşlərdə  atasına  yaxından  dəstək  olub.  Onun  bu  qəhrəmanlıqları 
dastanda belə təsvir olunur: 
Ol Hüseynqulu ağa kim gəldi xanın yanına, 
Layiq idi hər hünərlər şövkətinə, şanına, 
İstədi qanın qata ol dəmdə xanın qanına, 
Qoymadı xan göndərüp bir qeyri bürc meydanına, 
Yəni onun dəhşətin mən görmüyüm didardan,  
- yazan müəllif, həm oğulda da ata qeyrətinin olduğunu, həm də atanın öz oğlunun 
ata gözləri önündə şəhid olmasını özü üçün dəhşət bilən Cavad xan böyüklüyündən 
doğan  Vətənini,  yurdunu  öz  canından  və  övladından  çox  sevən  bir  yurd  sahibinin 
daxili aləmini açıb göstərir.  
Hüseynqulu  xan  Gəncə  uğrunda  gedən  son  döyüşlərdə  də  atasını  yalqız 
buraxmayıb,  son  nəfəsinə  qədər  birlikdə  döyüşüb  və  hər  ikisi  1804-cü  ildə  döyüş 
meydanında  qəhrəmancasına  həlak  olmuşlar.  Misal  gətirdiyimiz  müxəmməslərin 
sonunda Gəncə qətliamı və Cavad xanla Hüseynqulu xanın ölümü təsvir edilmişdir: 
Kimləri dövranda beş gün bərqərar etmiş fələk
Kərbəla dəştində şahı dilfikar etmiş fələk, 
Ol Cavad xakini sahibi intizar etmiş fələk, 
Ol Huseyin Qulu Ağanı xaküsar etmiş fələk, 
Ayinə tək cəng olub gül çöhrəsi xunbardan. 
Biz  imkanlarımızın  məhdudluğundan  bu  gözəl  müxəmməsləri  “Azərbaycan 
Yurd Bilgisi”ndə olduğu kimi - tam şəkildə təqdim edə bilmirik.  
Məqalənin  sonunda  Ə.Cəfəroğlu  rusların  istilası  zamanı  Şəkidə  törətdikləri 
qırğınlara həsr edilmiş dastanları da diqqətdən qaçırmır və qeyd edir ki, Ə.Cəfəroğlu 
“Şəki şəhəri zəbt edildikdən sonra rus ordusunun və idarəsinin şəhər əhalisinə qarşı 
zülmü  o  qədər  faciəli  olmuşdur  ki,  Şəki  şairlərindən  Hatəm  özünün  “Oldu”  adlı 
dastanında öz dövrünü “köç” və “rihlət” dövrünə bənzətmişdir. Əhalinin bəzilərinin 
gözlərini  bağlayaraq  ağaclara  sarıdıqdan  sonra  komandanın  əmri  ilə  rus  əsgərləri 
tərəfindən güllələndikləri kafir ruslar əlində islamın əsir olduğu və nəhayət, Rəbbdən 
nicat diləməsi bu dastanda çox acı şəkildə təsvir edilmişdir”. 
Məlul baxır hər biri bir diyara, 
Bir kimsə yoxdur ki, eyləsin çarə, 
Gözlərin bağlayup çəkdilər dara
Gör ki, nə bidadü, nə afət oldu. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
201 
201 
Müəllif islamın kafir əlində zəbun olmasından işğalçıların və şeirlərdən heç bir 
şeylə fərqlənmədiklərindən güclülərin gücsüzlər üzərində amansızlıqlarından söhbət 
açıb, sonra da onların hansı müsibətə düçar olduğu səhnənin dəhşətini göstərir:  
Kafirlər bunları etdi nişanə, 
Bulaşdı əndamı al qızıl qanə, 
Görübən halayıq düşdü əfqanə
Məhşərdən bu da bir əlamət oldu. 
 
Çevirib ətrafın iki səf soldat 
Dolanır əlində tiyi komandant 
Cəzm oldu bunlara həyatdan məmat 
Qan yaşı çöllərə rəvayət oldu. 
“Cavad xan” dastanından danışarkən, qeyd etmək lazımdır ki, Türkiyyat İnsti-
tutunun asistenti Əbdülqadir Süleymanın “Türk qövmlərinin xalq ədəbiyyatında rus 
istilasının  inikası”  adlı  4  hissəli  məqaləsi  (1)bütün  türk  dünyasının  rus  istilası 
zamanı  yaşadığı  faciələrdən  bəhs  edir.  Təbii  ki,  o  da  bu  istilanın  Azərbaycana 
vurduğu  zərbələrdən  yan  keçməmiş  və  hətta  Cavad  xan  haqqında  Marağalı  Əzizin 
dilindən qələmə aldığı “Bir yandan qar gəlir, bir yandan sazax” misrası ilə başlayan 
bir parça şeiri də tədqiqata cəlb etmişdir; Bu barədə yuxarıda qeyd etmişdik. 
“Marağalı  Əzizin  nəql  etdiyi  dastanın  mövzu  etibarilə  bu  dastanın  (“Cavad 
xan” dastanının - Ü.Ə.) bir variantı olduğu məlumdursa da, vəzn və dil etibarilə ayrı 
xüsusiyyətə  malikdir”  deyərək,  Ə.Cəfəroğlunun  tədqiqata  cəlb  etdiyi  dastandan  bir 
parçanı da misal gətirmişdir. Bu şeir parçasını təhlil edən Ə.Cəfəroğlu onun “Qaçaq 
Nəbi”  dastanına  aid  olduğunu  düşünür.  Görünür,  o  da  şeirin  dilinə,  bölgüsünə, 
hecalarına görə bu fikrə gəlir.  
Azərbaycan şifahi xalq ədəbiyyatında “Qaçaq Nəbi” dastanının da özünəməx-
sus  yeri  və  rolu  var.  Xalqımızın  istiqlaliyyət  uğrunda  apardığı  mübarizəyə  həsr 
olunan qəhrəmanlıq dastanlarından biri olan “Qaçaq Nəbi” dastanı ötən əsrin 30-cu 
illərindən toplanmağa başlamışdır. Bu dastan “əvvəlcə mətbuat səhifələrində hissə-
hissə  çap  olunmuş,  1938-ci  ildə  ayrıca  kitabça  halında  buraxılmışdır.  Sonralar 
dastanı  Ə.Axundov  toplamış  və  1941-1961-ci  illərdə  iki  dəfə  kitab  halında  çap 
etdirmişdir.  Dastanın  bir  variantını  da  H.Qasımov  kitabça  halında  buraxmışdır 
(1960).  A.Nəbiyevin  1977-ci  ildə  çap  etdirdiyi  variant  da  maraqlıdır”.  Azərbaycan 
tarixi  qəhrəmanlıq  dastanlarını  tədqiqata  cəlb  edən  prof.  R.Rüstəmzadə  “Qaçaq 
Nəbi”  dastanının  inqilabdan  əvvəl  geniş  yayıldığını  göstərmişdir:  “Bütün 
qəhrəmanlıq  dastanlarında  olduğu  kimi  “Qaçaq  Nəbi”  dastanı  da  ilk  dəfə  ayrı-ayrı 
qoşmalardan ibarət olmuş, sonra bu qoşmalar rəvayətlərlə birləşərək dastan şəklinə 
düşmüşdür.  Hətta  inqilibdan  vvəl  bu  qoşmalar  “Nəbi”  havasında  ifa  edilərək  geniş 
yayılmışdır. O zaman Qori seminariyasının məzunlarından olan P.Vostrikov ilk dəfə 
“Qaçaq  Nəbi”  dastanı  ilə  maraqlanaraq,  onu  toplamış  və  bir  parça  SMOMPK 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə