Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə92/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   89   90   91   92   93   94   95   96   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
202 
202 
məcmuəsinin  42-ci  nömrəsində  dərc  etdirmişdir.  Lakin  dastanı  ilk  dəfə  inqilabdan 
sonra Əliheydər Tahirov toplamış və ayrıca kitabça şəklində dərc etdirmişdir”. 
Bu  dastan  “Azərbaycan  Yurd  Bilgisi”  dərgisində  geniş  tədqiq  olunmuşdur. 
Əhməd Cəfəroğlu  yazdığı “Azərbaycan ədəbiyyatında istiqlal mücadiləsinin  izləri” 
adlı silsilə məqalənin III hissəsinin II bölməsini məhz “Qaçaq Nəbi” dastanına həsr 
etmişdir.  Burada  o,  göstərir  ki,  “Nəbi  rus  dövləti  nəzərində  asi,  rus  qanununu 
tanımayan yeni bir qüvvət olaraq meydana çıxmışdır. Fəqət müsəlləh qüvvətiylə rus 
höküməti  əleyhində  olmaq  üzərə,  fəqir  əhalini  himayəyə  başlaması  və  əski  həqiqi 
düşməni  unudaraq  müstəvli  ruslara  qarşı  mücadiləyə  başlaması,  xalq  arasında  ol-
duqca böyük bir əlaqə oyandırmış və hətta Nəbinin cürmünə qurban olanlar dəxi onu 
əfv etmişlər. Demək, Nəbi artıq yeni mücadiləsiylə milli düşmənə qarşı vəziyyət at-
mış və milli qəhrəman olaraq rus hökümətinin istilasını qüvvəti daxilində sarsıtmağa 
qərar  vermişdir.  İşdə  dünənki  çobanı  bugünki  qəhrəman  mövqeyinə  çıxaran  səbəb 
xalqla  bərabər  yaşaması  və  ümumxalqın  gizli  hissini  mücadiləsiylə  oxşaya  bilmə-
sidir. Nəbinin üsyanı xalqın rus hökümətinə qarşı kütlə şəklində açıqdan-açığa izhar 
edəmədiyi üsyanın tam eynidir. Bu etibarla Nəbi milli-qəhrəman bir asidir”. 
Qeyd edək ki, XIX əsrdə baş qaldıran milli-azadlıq hərəkatında qaçaqçılıq hərə-
katı ciddi rol oynayırdı. Bu hərəkatla bağlı o dövrdə çoxlu sayda dastanlar yaranırdı. 
Bununla bağlı Ə.Cəfəroğlu yazırdı: “Azəri xalq ədəbiyyatında ruslara qarşı yürüdülən 
istiqlal  mücadiləsi,  bilxassə  qaçaqlar  haqqında  yazılan  dastanvari  şerlərlə  aşıq 
ədəbiyyatında  kəndisinə  inikas  bulunmuşdur.  Geniş  xalq  təbəqəsi  yabançı  istilanın 
əzici  xatiratını  və  hürriyyət  həyatının  təəssürlərini  daha  fazla  qaçaqlar  ətrafında 
ağızdan-ağıza dolaşan və tərənnüm edilən şerlər vasitəsilə ifadəni müvafiq bulmuşdur. 
Bu  gün  azərbaycanın  hər  bir  guşəsi  bu  qəbil  dastanlarla  kəndi  istiqlal  mücadiləsini 
təsid  edirsə  də,  bunların  içərisində  ən  çox  rəvac  bulanı  və  ümum  kütlə  arasında  ən 
fazla  rəğbət  görəni  “Qaçaq  Nəbi”yə  aid  olanıdır”.  Müəllifin  fikrincə,  “Qaçaq  Nəbi” 
dastanının “... gərək məna və gərəksə muhtəviyyat etibarilə ifadə etdiyi məna, xalqın 
ruslara qarşı yürütdüyü hürriyyət davasını təmsil və hüququnu müdafiə etməsidir. Bu 
vasitə ilə bütün millət müstəvli qüvvətə qarşı kəndi nifrət və arzusunu izhar edə bil-
mişdir.  Bu  nöqtədən  “Nəbi”  dastanı  azəri  istiqlal  mücadiləsi  ədəbiyyatının  bəlkə  ən 
manidarlarından  birisini  təşkil  edər”.  Əhməd  Cəfəroğlu  “Qaçaq  Nəbi”  dastanını 
Azərbaycan xalqının rus müstəmləkəçilik zülmünə qarşı mübarizəsini əks etdirən ən 
mükəmməl folklor abidəsi kimi səciyyələndirərək dastan qəhrəmanı ilə onun prototipi 
arasında müqayisəli təhlil fonunda Nəbinin xan və bəylərin zülmünə qarşı mübarizə 
aparan  bir  kəndlidən  rus  əsarətinə  qarşı  vuruşan  bir  qəhrəman  səviyyəsinə 
yüksəlməsinə diqqəti yönəldir. Müəllifin fikrincə, qaçaq Nəbinin rus müstəmləkəçilik 
rejiminə qarşı durması onun mübarizəsini sosial zəmindən siyasi müstəviyə keçirmiş, 
məhz buna görə də bir çox düşmənləri onu bağışlamış, hətta  yeri gəldikdə yardımçı 
olmuşlar”.  Həm  də,  eyni  zamanda,  qeyd  etməliyik  ki,  bu  dastanlar  canlı  tarixə 
söykənir  və  real  həyatdan  doğurdu.  Hüseyn  Baykaranın  fikrincə,  “...tarixin  heç  bir 
çağında  çarlıq  rus  idarəsi,  Azərbaycanda  “qaçaq”  deyə  adlandırılan  xalq 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
203 
203 
qəhrəmanlarından  yaxasını  qurtarmamışdır.  Gəncədə  Qaçaq  Dəli  Alı,  Qarabağda 
Qaçaq  Nəbi,  Sofi  təxəllüslü  şair  Qaçaq  Kəblə  Məhəmməd  Kavaler  və  bu  xalq 
qəhrəmanlarına xalq aşıqları dastanlar yaratmışlar. Bu hərəkatlar Azərbaycan xalqının 
rus istilası rejiminə durmadan, daimi qarşıdurması olmuşdur”. 
O  dövrdə  mühacirət  ədəbiyyatında  yaranan  dastanların  böyük  əksəriyyəti  qa-
çaqçılıq  hərəkatına  həsr  edilmişdir.  “Azərbaycan  tarixi”ndə  Qaçaq  Nəbi  haqqında 
məlumat  verərkən  onun  “Gəncə  vilayətinin  Zəngəzur  ərazisinin  Aşağı  Mollu 
kəndində  doğulduğu,  16  yaşında  atasına  əl  qaldıran  bəyi  döydüyü  üçün  həbs 
edildiyi,  həbsdən  qaçaraq  dağlara  çəkildiyi,  kəndliləri  başına  toplayaraq  rus  çarlıq 
rejiminə və onun Azərbaycandakı əlaltılarına qarşı mübarizə apardığı” qeyd olunur. 
Hüseyn Baykara “Azərbaycan  istiqlal  mücadiləsi  tarixi”  adlı əsərində “Qaçaq 
Nəbi” dastanından danışarkən dastandan bir parça nümunə gətirərək yazır: 
Qazamat dalında gizləndim, yatdım, 
Qoburnat gələndə sıçradım, qalxdım, 
Aynalı tüfəngi doldurdum, atdım, 
Qoy mənə desinlər, ay Qaçaq Nəbi, 
Arvadı özündən ay qoçaq, Nəbi. 
 
 
Nəbinin atlısı əllidi, beşdi, 
Qırx gözəl içində Həcəri seçdi
Güllələr urusun böyrünü deşdi, 
Qoy mənə desinlər, ay Qaçaq Nəbi, 
Arvadı özündən ay qoçaq Nəbi. 
Müəllifin  bu  dastandan  gətirdiyi  bir  sıra  şeir  nümunələri  Azərbaycanda  nəşr 
olunan variantdan fərqlənir. Müəllif Həcərin dilindən deyir: 
Qazamat istidi yata bilmirəm, 
Ayaqda qandalaq, qaça bilmirəm. 
Açar urusdadır aça bilmirəm
Mənim bu günümdə gələsən, Nəbi, 
Qazamat dalını dələsən, Nəbi. 
Azərbaycanda nəşr olunan “Qaçaq Nəbi” dastanının məlum variantında isə bu 
misralar aşağıdakı kimi verilir: 
Qazamat istidir, yata bilmirəm, 
Barısı qəlbidi, aşa bilmirəm. 
Qapısı bağlıdı, aça bilmirəm, 
Mənim bu günümdə gələsən, Nəbi! 
Qazamat dalını dələsən, Nəbi! 
Tarixi-siyasi  və  ədəbi-kulturoloji  tədqiqatlar  müəllifi  Naki  Keykurunun 
(Şeyxzamanlı)  “Azərbaycan”  (Ankara)  dərgisində  çap  etdirdiyi  məqaləsi  də  “Qaçaq 
Nəbi” dastanına həsr edilmişdir. Məqaləni dastanın ideya-məzmun baxımından təhlilinə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə