Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə93/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   89   90   91   92   93   94   95   96   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
204 
204 
həsr  edən  müəllif  bu  məqalədə  bir  çox  maraqlı  fakta  aydınlıq  gətirmişdir.  Müəllif 
dastandan kiçik bir parçanı nümunə gətirərək yazır: 
Nəbi gəzər ovasında, elində  
Aynalı çiyində, qəmə belində
Əzbər olub silisçinin dilində, 
Qoymayın, qoymayın bu nadanı siz, 
Divanı dalınca oynadanı siz. 
Müəllif  burada  qeyd  olunan  “nadan”  ifadəsinin  rus  çinovnikləri  tərəfindən 
deyildiyini vurğulayır. Dastanda tez-tez qarşılaşdığımız: 
Qoy sənə desinlər ay nadan Nəbi, 
Tüfəngi əlində oynadan Nəbi 
- misralarındakı “nadan” sözü, görünür düşmənləri tərəfindən ona edilən müraciətlə 
bağlıdır. Xalq öz sevimli qəhrəmanına belə deyə bilməzdi”. 
Mühacirətdə  yazıb-yaradan  ziyalılarımızdan  Yunus  Lənkərani  də  “Azərbay-
can”  (Ankara)  dərgisində  çap  etdirdiyi  “Qaçaq  Nəbi”  adlı  məqaləsini  məhz  bu 
dastana həsr etmişdir. O da dastanın həyatdan və tarixi hadisələrdən götürüldüyünü 
qeyd edərək yazır: 
Dağların daşları dumandı, duman, 
Nəbidən çəkirlər zalimdən aman. 
Qoç Koroğlu kimi Nəbi qəhrəman
Qoy sənə desinlər, ay Qaçaq Nəbi, 
Həcəri özündən ay qoçaq Nəbi. 
Kiçik  bir  səhvi  üzündən  rus  ordusunun  təqiblərinə  məruz  qalan  Nəbi  dağlara 
qaçmağa  məcbur  olur.  Onlarla  mübarizə  aparmaq  məcburiyyətində  qalan  Nəbi 
başına  dəstə  toplayaraq  rus  ordusuna  qarşı  mübarizə  aparır.  Nəbinin  qaldırdığı  bu 
üsyan  xalqın  istiqlaliyyət  mübarizəsinə  çevrildi  və  xalq  da  bu  qəhrəmanlığı 
unutmayaraq dastan şəklində ağızdan-ağıza ötürdü. 
Dastandan  nümunələr  gətirərək  aşıqların  da  bu  mübarizədə  rolunu  qeyd  edən 
Əhməd Cəfəroğlu sonda yazır: “Beləliklə, rus istilası afətinin millət üzərindəki ağır 
əksini aşıqlar hamıdan yaxşı duyduqlarına görə hər vasitə ilə rusları tənqid etməkdən 
çəkinməmişlər”.  Əhməd  Cəfəroğlu  bununla  aşıqların  xalqın  həyatındakı  rolunu 
qabarıq şəkildə biruzə verməyə çalışmışdır. 
  
Qaynaqlar 
1.
 
Abdulkadir S. Türk kavımlarının halk edebiyyatında Rus istilasının inikası 
// Azerbaycan Yurd Bilgisi. İstanbul: 1932, yıl 1, sayı 1, s. 22-26 
2.
 
Abdulkadir S. Türk kavımlarının Halk edebiyyatında Rus istilasının inikası 
// Azerbaycan Yurd Bilgisi. İstanbul: 1932, yıl 1, sayı 2, s. 49-54 
3.
 
Abdulkadir S. Türk kavımlarının Halk edebiyyatında Rus istilasının inikası 
// Azerbaycan Yurd Bilgisi. İstanbul: 1932, yıl 1, sayı 3, s. 105-111 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
205 
205 
4.
 
Abdulkadir S. Türk kavımlarının Halk edebiyyatında Rus istilasının inikası 
// Azerbaycan Yurd Bilgisi. İstanbul: 1932, yıl 1, sayı 4-5, s.170-176 
5.
 
Azeri  Edebiyyatında  İstiklal  mücadelesi//  Azerbaycan  Yurd  Bilgisi. 
İstanbul: 1932, yıl 1, sayı 8-9, s. 291-305 
6.
 
Caferoğlu A. Azeri Edebiyyatında İstiklal mücadelesi// Azerbaycan Yurd Bil-
gisi. İstanbul: 1932, yıl 1, sayı 10, s. 339-348 
7.
 
Caferoğlu A. Azeri Edebiyyatında İstiklal mücadelesi// Azerbaycan Yurd Bil-
gisi. İstanbul:1932, yıl 1, sayı 11, s. 361-371 
8.
 
Caferoğlu A. Azeri Edebiyyatında İstiklal mücadelesi// Azerbaycan Yurd Bil-
gisi. İstanbul: 1932, yıl 1, sayı 12, s. 426-434 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
206 
206 
Vəfa İbrahimova, f.ü.f.d 
AMEA Folklor İnstitutu 
vefa-ibrahim@mail.ru 
 
AŞIQ QURBANİNİN ŞEİRLƏRİNDƏ ŞAH İSMAYIL XƏTAİ OBRAZI 
 
Özət 
Məqalədə  Xətainin  şahlığı  və  şeyxliyini  özündə  birləşdirən  obrazı  bədii  dillə 
təsvir  edilir.  Qurbaninin  Şah  İsmayıl  Xətaiyə  olan  sevgisi,  bağlılığı,  onun  Azər-
baycan ictimai-siyasi və bədii düşüncəsindəki yeri konkret nümunələrlə göstərilir.  
Açar sözlər: şah, şeyx, Xətai, Qurbani, aşıq 
 
Резюме 
В статье художественным языком рассматривается образ, объединяющий 
в себе шаха и шейха Хатаи. Любовь, привязанность Гурбани к Шаху Исмаилу 
Хатаи,  его  место  в  азербайджанской  общественно-политической  и  художес-
твенной мысли исследуется конкретными образцами.  
Ключевые слова: шах, шейх, Хатаи, Гурбани, ашуг  
 
Summary 
In  the  article  the  character  which  contains  reign  and  sheikhdom  of  Khatai  is 
described  by  the  literary  language.  Gurbani’s  love,  relation  and  the  place  in 
Azerbaijan  social-political  and  literary  thought  to  Shah  Ismayil  Khatai  are  shown 
with the concrete examples.  
Key words: shakh, sheykh, Khatai, Gurbani, ashug 
 
*  *  * 
Azərbaycan  aşıq  şeirinin  görkəmli  nümayəndəsi  Aşıq  Qurbani  öz  şeirlərində 
bir sıra tarixi şəxşiyyətlərə, hadisələrə, məkan adlarına da mövqe vermişdir. Biz bu 
şeirləri oxuyanda Azərbaycan tarixində önəmli yer tutmuş tarixi şəxsiyyətlərlə bağlı 
məlumatlar  əldə  edə  bilirik.  Bilindiyi  kimi,  Aşıq  Qurbani  Azərbaycan  Səfəvilər 
dövlətinin  başçısı  Şah  İsmayıl  Xətaiyə  ideya  və  dünyagörüş  baxımından  bağlı 
olmuş,  onu  çox  sevmiş,  onu  şəxsən  görmüş  və  onun  şəxsiyyəti,  mənəvi-əxlaqi 
keyfiyyətləri ilə bağlı bir sıra şeirlər yazmışdır.  
Qurbani yaradıcılığını tədqiq etmiş professor Qəzənfər Kazımlı yazır: “Məlumdur 
ki, İsmayılın təriqəti barədə söz-söhbət hələ onun kiçik  yaşlarından el-obaya  yayılmış, 
hər tərəfdə müridlərin meydana çıxmasına səbəb olmuşdur. Qurbani bunları eşitməyə və 
müəyyən mövqedə dayanmaya bilməzdi. Onun dini məzmunlu şeirlərində (hətta bir çox 
dünyəvi  qoşma  və  gəraylılarında  da)  hürufiliyin  və  Qızılbaş-şiə  təriqətinin  ideyaları 
özünü  qabarıq  göstərir.  Qurbani  Qızılbaş  hərəkatı  ilə  bağlı  şəxsiyyət  olduğundan  14 
yaşlı  İsmayıl  Şirvana  ilk  yürüş  zamanı  Diri  kəndinin  qarşısındadakı  Xüdafərin 
körpüsündə görüşməyə bilməzdi” (1, 9).  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə