Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə94/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   89   90   91   92   93   94   95   96   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
207 
207 
Qurbaninin çox sevdiyi şah İsmayıl Xətai ilə bağlı yazdığı şeirlərdə hər şeydən 
öncə bir tanınmış, onun nüfuzlu sülalədən gəldiyini və nəslinin Azərbaycan, eləcə də 
müsəlman fikir tarixində yeri olduğunu bildirmiş, Xətainin şeyx oğlu olduğunu önə 
çəkmişdir. Yəni Qurbaninin şeirlərində Xətai həm şahdır, həm də şeyxdir, o qılıncın 
gücü  ilə  sözün  gücünü  özündə  birləşdirmişdir.    Aşıq  Qurbani  “Şah  Xətai”  adlı  üç 
bəndlik bir gəraylı yazmışdır. Bu gəraylıda o, Xətaini çox sevdiyini dilə gətirmişdir. 
Gəraylının hər bir misrası, hər bir sözü bu sevginin açıq göstəricisidir. O, şaha olan 
sevgisini  ifadə  etmək  üçün  öncə  ona  “gözəl  şahım”  deyir  (1,  44).  Onun  şeyx  oğlu 
olduğunu ayrıca  vurğulayır, bildirir ki, o, “şahi-mərdana” bağlıdır. Qurbani sevdiyi 
şahı  ədalət  sahibi  adlandırır,  onun  bu  dünyada  bir  haqq  divanı  qurduğunu  bildirir, 
şahın axirət dünyasında yerinin cənnət olacağına inanır. Qurbaniyə görə, Xətainin ən 
önəmli  cəhətlərindən  biri  də  onun  öz  şeirlərinin  Türk  dilində  yazmasıdır.  O, 
kimsəsiz insanların pənahıdır, insanların  yoluna işıq saçan bir Ay kimidir. Qurbani 
bu gəraylısında “Şah Xətai, Şah Xətai” misrasını hər bəndin sonunda təkrar etmişdir. 
Gözəl şahim şeyx oğludu, 
Şah Xətai, Şah Xətai! 
Şahi-mərdana bağlıdı, 
Şah Xətai, Şah Xətai! 
Bu dünyada bir haq divan
O dünyada cənnətməkan, 
Qoy var olsun türki-zəban, 
Şah Xətai, Şah Xətai! 
Qurbani tək qul pənahı, 
Qibleyi-aləmin mahı, 
Ol cahanın qibləgahı, 
Şah Xətai, Şah Xətai! (1, 44) 
Qurbani  irsini  araşdıran  alimlər  onun  Şah  İsmayıl  Xətainin  ideyalarına  sıx 
bağlı  olduğunu,  bu  ideyaları  təbliğ  etdiyini,  onun  Xətainin  sarayında  himayə 
edildiyini bildirirlər. Bizcə, bu həqiqətdir və Qurbaninin şeirləri də bunu təsdiq edir. 
Çünki  Qurbani  şeirlərində  Xətaini  sadəcə  çox  sevdiyini  söyləmir,  həm  də  onu 
“mürşidi-kamilim”  adlandırır.  Bilindiyi  kimi,  “mürşidi-kamil”  bir  dini  anlayışdır. 
“Mürşid”  –  irşad  edən,  tərbiyə  edən,  yol  göstərən  insanlara  deyilir  və  “mürşidi-
kamil” olmaq insanların qəbul etdiyi, inandığı bir dini mövqeyə sahib olmaq demək-
dir.  Qurbani  də  şeirlərində  Xətaiyə  “mürşidi-kamilim”  deməklə  onun  ideyalarını, 
dini  anlayışını  qəbul  etdiyini  bildirmişdir.  Bu  müraciət  şəkli  həm  də  Qurbaninin 
Xətai  ideyalarının  daşıyıcısı  olduğunu  sübut  edir.  Başqa  yöndən,  Qurbaninin  bir 
başa Xətaiyə həsr olunmayan şeirlərinin təhlili  də göstərir ki, o, şiə məzhəbinin və 
bu  məzhəbə  bağlı  olan  təriqətin  ideyalarını  təbliğ  etmiş,  bu  məzhəbin  böyük 
şəxsiyyətlərinə şeirlər yazmışdır. Qurbaninin bir sıra ictimai, fəlsəfi, dini məzmunlu 
şeirlərini  doğru  anlamağın  bir  yolu  da  onun  Xətainin  bağlı  olduğu  ideyaları  qəbul 
etdiyini  bilməkdir.  Maraqlıdır  ki,  Qurbani  bu  tipli  şeirlərində  Xətaiyə  həm  “şah” 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
208 
208 
deyir, həm də onu “şeyx oğlu” adlandırır. Qurbaninin şeirlərindən aydın olur ki, o, 
şaha  çox  yaxın  olmuşdur,  bütün  çətinliklərini  ona  söyləmişdir.  Hətta  bir  şeirində 
onun başına and içmişdir (1, 76). Qurbani açıqca bildirmişdir ki, o dərsini Xətai adlı 
pirindən almışdır. Burada “dərs almaq” ifadəsi diqqəti cəlb edir. Qurbani “pirindən 
dərs  almaq”  deyərkən  onun  dünyagörüşünü,  ideyalarını,  din  anlayışını  qəbul  etdi-
yini, onun  yolunun  yolçusu olduğunu ifadə etmişdir. Bu da Qurbaninin çox sevdiyi 
Xətai  ilə  bağlılığının  qırılmaz  olduğunu  göstərir.  Onun  şeirlərindən  aydın  olur  ki, 
Qurbani çətin anlarında şaha, şeyx oğluna müraciət edir, ondan yardım istəyir: 
Şair olan dərsi alır pirindən, 
Baş açmadım seyrağıbın sirrindən, 
Qolubağlı keçdim Xudafərindən, 
Üzüm gülməz, heç açılmaz, ah, mənim! (1, 77) 
Aşıq  Qurbaninin  Şah  İsmayıl  Xətaiyə  bağlılığını,  onu  çox  sevdiyini  göstərən 
bir cəhət də odur ki, o, şahın ölümünə 2 şeir həsr etmişdir. Bu şeirləri tədqiqatçılar 
“mərsiyə”  adlandırmışlar  (1,  10).  Birinci  şeirdə  Qurbani  Şah  İsmayıl  Xətainin 
ölümünün ona çox ağır təsir etdiyini ifadə etmişdir, kədərini, səmimi duyğularını bu 
ağır itkini ifadə edə biləcək sözlərlə təqdim etmişdir. O, sevimli şahını onun əlindən 
alan  fələyi  döyüşə  çağırır,  onunla  vuruşmaq  və  şahının  qisasını  almaq  istəyir. 
Qurbani “xak ilə yeksan olan” şahına ağlayır, onu gözəl sözlərlə yad edir, şahın ona 
layiq olan biçimdə dəfn olunmasını istəyir:  
O şahın kəlmeyi-kəlamın zikr etmək gərək, 
Tabutu sərv ağacından, kəfəni yapraq gərək. 
Tez yuyun, tez götürün ki, məzara çatmaq gərək
Bar-ilahım, necə qıydın, bir belə cavan ölə. (1, 10) 
Bu  mərsiyənin  sonuncu  bəndində  Qurbani  öz  könlünə  müraciət  edir,  onu 
sakitləşdirir,  ona  ümid  verir,  Allaha  yalvarır,  ondan  Səfəvi  xanədanını  qorumasını 
istəyir. Bu kədərli şeiri Qurbani ümid notları ilə bitirir, sanki, qeybdən gələn bir səs 
ona  ümid  verir  və  deyir  ki,  çox  qəm  yemə,  Səfəvi  xanədanı  viran  ola  bilməz. 
Qurbaninin  Şah  İsmayıl  Xətainin  ölümünə  həsr  etdiyi  ikinci  şeiri  bir  qədər  fərqli 
planda  yazılmışdır.  Bu  şeirin  birinci  bəndində  Qurbani  yaşadığı  dövrün  təsvirini 
vermişdir, Xətainin ölümündən sonrakı vəziyyəti göstərmişdir. Bu bənddə şair deyir 
ki,  Kufə  əhli  həyasızlaşmışdır,  adamlar  yoldan  çıxmışlar,  onlar  bir-birilərini 
aldadırlar, qazılar rüşvət alırlar, şəriət batil olmuşdur. Qurbani bu vəziyyəti rədd edir 
və deyir ki, bu ədalət deyil. Onun sevimli şahı bir zamanlar ədaləti bərpa etmişdir. 
Qurbani  şeirin  ikinci bəndində Xətainin ölümünü Günəşin  batmasına  bənzətmiş, 
Xətainin ölümündən sarsıldığını bildirmişdir: 
Ağlım itirdim, əlim titrər, göz ağlar, sər əsər
Pirim girib ol niqabə getməyəydi cavan gərək... (1, 11) 
Bu  misralardan  aydın  görünür  ki,  Qurbani  həm  şahın  ölümündən  çox 
təsirlənmişdir,  həm  də  ortaya  çıxan  haqsızlığı,  ədalətsizliyi  onun  ölümünə  bağla-
mışdır, yəni demək istəmişdir ki, şah sağ olsaydı, bu zülm olmazdı. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə