Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə95/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   89   90   91   92   93   94   95   96   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
209 
209 
Şeirin  son  bəndində  Qurbani  həyat,  ölüm,  dünya  kimi  məsələlərlə  bağlı  öz 
görüşlərini  açıqlamışdır.  Bildirmişdir  ki,  insan  ölümlü  varlıqdır,  ağıllı  insan  səbir 
etməlidir, insanın əsli torpaqdandır və o, öz əslinə dönəcəkdir.  
Azərbaycan aşıq şeirinin görkəmli nümayəndəsi Qurbaninin şeirlərindən aydın 
görünür ki, o, Şah İsmayıl Xətaiyə bağlı olmuş, onu sevmiş, onun ideyalarını sevə-
sevə  təbliğ  etmişdir.  Qurbani  şeirlərində  Xətaini  “şeyxim”,  “şahım”,  “pirim”, 
“mürşidi-kamilim”, “şeyx oğlu şahım” adlandırmışdır. O, Xətaini aləmin  qibləgahı 
hesab  etmiş,  onun  ədalətini  öymüş,  onun  kimsəsizlərin,  məzlumların  pənahı 
adlandırmışdır.  O,  Xətainin  obrazını  yaradarkən  siyasi,  dini  və  bədii  sözlərdən 
məharətlə istifadə etmiş və sevdiyi Xətaini həm şah, həm şeyx, həm sərkərdə, həm 
də ədalətli insan kimi təsvir etmişdir.  
 
Qaynaqlar 
1.
 
Qurbani. Əsərləri (Tərtib edəni, ön söz, qeyd və izahların müəllifi Qəzənfər 
Kazımov). Bakı: Şərq-Qərb, 2006, 229 səh. 
2.
 
Qurbani (tərtib edəni Dadaşzadə A.). Bakı: Gənclik, 1972. 
3.
 
Nəbiyev  A.  Azərbaycan  xalq  ədəbiyyatı,  II  hissə  (orta  əsr  və  yeni  dövr 
folklor yaradıcılığı). Bakı: Elm, 2006, 648 səh. 
4.
 
Vəliyev V. Qəhrəmanlıq dastanları, Bakı, 1985, 180 səh. 
5.
 
Azərbaycan aşıqları  və el şairləri. İki cilddə, I cild (Tərtib edəni Axundov 
Ə.). Bakı: Elm, 1983. 
6.
 
Azərbaycan aşıqları və el şairləri. İki cilddə, II cild (Tərtib edəni Axundov 
Ə.). Bakı: Elm, 1984. 
7.
 
Aşıq  şeirindn  seçmələr.  Tərtib  edənlər:  Arif  H.  və  Həkimov  M.  Bakı: 
Gənclik, 1984. 
8.
 
 Əfəndiyev P.  Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı:  Maarif, 1992, 401 
səh. 
9.
 
Paşayev S. Azərbaycan folkloru və aşıq yaradıcılığı. Bakı: 1989, 188 səh. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
210 
210 
Vəfa İsgəndərova, 
AMEA Folklor İnstitutu, elmi işçi 
vafa_aslanova@yahoo.com
 
 
XALQ NAĞILLARINDA YAŞAYAN TARİXİMİZ 
 
Özət 
Folklor  və  tarix  elmləri  bir-biri  ilə  sıx  bağlıdır.  Folklorun  əksər  janrlarında 
xalqın tarixinin, həyatının mühüm mərhələləri öz bədii inikasını tapır. Dastan, nağıl, 
lətifə,  rəvayət,  əfsanə,  hətta  tapmacalarda  tarixin  müəyyən  izlərini  görmək 
mümkündür.  Şifahi  yaradıcılığın  ən  qədim  janrı  olan  nağıllar  tarixçilər  üçün  bəzi 
önəmli tarixi hadisələrin aydınlaşdırılmasında dəyərli mənbədir. 
Açar sözlər: tarix, nağıl, folklor, janr. 
 
Резюме 
Фольклор  и  история  тесно  связаны  друг  с  другом.  В  основных  жанрах 
фольклора  освещается  основные  периоды  жизни,  истории  народа.  В  эпосах, 
сказках,  анекдотах  даже  в  загадках  можно  увидеть  некоторые  факты  из 
истории.  Сказки,  как  самый  древний  жанр  устного  повествования,  считается 
дорогим источником в сфере исторических исследований. 
Ключевые слова: история, сказка, фольклор, жанр.  
 
Summary 
Folklore and historical sciences are connected with each other very much. In main 
genres  of  folklore  the  art  reflection  of  important  stages  of  the  history  and  life  of  the 
people  are  studied.  In  the  epos,  tales,  anecdotes,  myths,  legends,  even  riddles  are 
possible seen the definite tracks of the history. Tales which are the most ancient genre 
of the oral folk art are considered the valuable source of the some important historical 
events for historians. 
Key words: history, tale, folklore, genre. 
 
*  *  * 
Folklor  və  tarix  elmləri  bir-birilə  sıx  bağlıdır.  Bunu  bir  tərəfdən  şifahi  xalq 
ədəbiyyatının  hər  hansı  bir  nümunəsini  qiymətləndirmək  üçün  onun  yarandığı 
dövrün öyrənilməsinin zəruriliyi baxımından, digər tərəfdən isə şifahi  yaradıcılıqda 
tarixin  izlərini  tapmaq  baxımından  izah  etmək  olar.  Belə  ki,  folklorun  əksər 
janrlarında  xalqın  tarixinin,  həyatının  mühüm  mərhələləri  öz  bədii  inikasını  tapır. 
Bütün  xalqlar  ən  qədim  dövrlərdən  başlayaraq  müasir  zəmanəyə  qədər  olan 
hadisələri müəyyən qədər şifahi yaradıcılıqlarında əks etdirirlər. Dastan, nağıl, lətifə, 
əfsanə  və  rəvayətlərdə,  hətta  tapmacalarda  da  dəqiq  sənəd  və  qaynaqlar,  xronoloji 
faktlar olmasa da tarixin müəyyən izlərini görməmək mümkün deyil.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
211 
211 
Folklorun nağıl janrı elə bir qaynaqdır ki, ondan istənilən elm adamı  yararlana 
bilər.  Fransız  folklorşünası  və  etnoqrafı  Arnold  Van  Gennep  folklorun  məhz  xalq 
nağılları  ilə  başlanması  fikrini  irəli  sürür.  Ona  görə  də  nağılları  oxuyarkən  və 
dinləyərkən  orada  tarixin  qədim  izlərini,  müxtəlif  tarixi  şəxsiyyətlərlə  bağlı 
məlumatları  tapa  bilirik.  Nağılların  təkcə  başlanğıc  və  sonunu  dinləyərkən  xalqın 
tarixinə,  mədəniyyətinə,  etnoqrafiyasına  müəyyən  qiymət  vermək  olar.  Rumıniya 
alimi Nikolay Roşiyanu hesab edir ki, hər bir nağıl söyləyicisi öz nağılını hadisələrin 
“tarixdə möhürlənməsi”, “onun zamanda təsbit edilməsi” və “söyləniləcək hadisələrin 
baş verdiyi  yerin göstərilməsi ilə” başlayır. Yəni bir qayda olaraq, söyləyici öz nağı-
lını zamana və ya məkana, yaxud zamana və məkana yerləşdirir. Nağılların başlanğıc 
formulunun ilkin funksiyaları bunlardır (12, 18). Rus alimi İ.Razumova nağılların baş-
lanğıcında  gələn  ənənəvi  formullar  və  ya  sicilləmələrdə  bütün  zaman-məkan 
xüsusiyyətləri  sisteminin  toplandığını  qeyd  edir.  Nağılların  zaman-məkan  formulları 
bütün formul stereotipləri arasında birinci yerdə yerləşir, çünki onlar nağıl dünyasının 
daha vacib koordinatları ilə bağlıdırlar (13, 71). Bütün dünya xalqlarının nağıllarında 
“bir  zamanlar”,  “zamanın  birində”,  “vaxtıyla”,  “vaxtın  birində”,  “günlərin  birində”, 
“bir  gün”,  “keçmişdə”  zaman  formulları  oxşar  şəkildə  istifadə  olunur.  Əgər  epik 
əsərdə  zaman  “açıq”  şəkildə  axır  və  tarixi  zamanla  birləşirsə,  onda  burada  bir  neçə 
zaman qatar  yerləşə bilər və hadisələrin ardıcıllığı dəyişə bilər. Əvvəl daha gec olan 
hadisələr, sonra isə əvvəlki hadisələr danışılır. Bütün yerdəyişmələr və zaman qatarları 
tarixi zaman fonunda həyata keçirilir. İ.Razumovaya görə, ənənəvi “Biri var idi, biri 
yox  idi”  formulu  bir  sıra  nağıl  başlanğıcında  dəyişir.  Yalnız  söz  birləşməsinin 
qrammatik forması dəyişir, formulun semantik strukturu isə dəyişməz qalır. Zamanın 
və ya məkanın qeyd olunmasına cəhd formula “əlavə” kimi ola bilər. Nağılın girişində 
vaxtın göstərilməsi tendensiyası söyləyicilərin nağılların əhvalatlarını tarixin, zamanın 
ümumi axınında müəyyən etmək cəhdindən bəhs edir (13, 118). Ümumən, nağıllarda 
zaman bir istiqamətdə inkişaf edir və heç vaxt geri qayıtmır, buna görə də heç vaxt 
statistik təsvirlər verilmir. Nağıllardakı təsvirlər əsasən dinamikada, hadisələr axarında 
verilir. Hadisələr isə bəlli olmayan bir zamanda, yəni lap qədimdə baş verir. Məsələn, 
“Belə  rəvayət  edirlər  ki,  keçmişdə  bir  kasıb  kişi  var  imiş”  (11,  117);  “Günlərin  bir 
günündə, əyyami-sabiqdə, biri var idi, biri  yoxdu, bir padşah vardı” (3, 205). Bu tip 
ənənəvi formullar nağıl janrının özünün qədim tarixə malik olduğunu bir daha sübut 
edir. Nağıl təhkiyəsi zamanı tarixi qədim nağıllar (bunlar məzmunundan və ifadələrin, 
sözlərin  işlənmə  tərzindən  bəlli  olur)  o  vaxtların,  qədim  dövrün  həyat  tərzini  və 
baxışlarını  göstərir,  bu  günümüzün  nağılları  isə  dəyişən  dünyanın,  müasir  dövrün 
izlərini özündə əks etdirir. Belə nağıllarda uçan xalça təyyarəyə çevrilir, yeni dövrün 
coğrafi  xəritəsindəki  yer  adları,  dövriyyədə  olan  yeni  pullardan  danışılır.  Bu  özünü 
ənənəvi formullarda da göstərir. Məsələn, “Biri vardı, biri yox idi. Allahdan başqa heç 
kim yoxdu. Hindistanda bir paççah varıdı. Adına Yunan deyərdilər. Yunanın gözünün 
ağı-qarası bir qızı varıdı. Heç oğlu yox idi. Bu qızı qoymuşdu məktəbə” (9, 179). 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə